28-ci ildönümünə hərs edilmiş tədbir keçirilib.
AMEA Fiziologiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Ülviyyə İsrafilova
turan.info.az-a bildirib ki,
tədbiri giriş sözü ilə
institutun elmi işlər üzrə direktor müavini, “Hüceyrə metabolizminin fiziologiyası” laboratoriyasının müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor
Əhməd Hacıyev açıb.
Bir dəqiqəlik sükutla davam edən tədbirdə Ə.Hacıyev 28 il bundan əvvəl milli azadlığı, suverenliyi uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı keçmiş Sovetlər birliyinin rəhbərliyi tərəfindən xüsusi qəddarlıqla düşünülmüş, vəhşicəsinə törədilmiş terror aktından söz açıb. Ümummilli lider Heydər Əliyevin sözlərindən sitat gətirən professor bildirib ki, bu faciə xalqımızı mənəvi cəhətdən sarsıdıb itkilərə məruz qoysa da, onun mənliyini tapdaya, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.
Daha sonra institutun dəvəti ilə tədbirdə iştirak edən Arxeologiya və etnoqrafiya institutunun şöbə müdiri, tarix elmlər doktoru, professor Əsədulla Cəfərov “20 yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir” adlı məruzə ilə çıxış etdi, qanlı hadisənin xronikası, Azərbaycanda və dünyada ona verilən hüquqi və siyasi qiymət haqqında fikirlərini bölüşdü. Ə.Cəfərov 1988-ci ildən başlanan hadisələri erməni mafiyasına xidmət edən qüvvələrin mürtəce, yırtıcı siyasəti kimi dəyərləndirib.
Tədbirdə “Mühit amilləri və analizatorların formalaşması” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev, “Təbii mənşəli heroprotektorların farmakologiyası” laboratoriyasının müdiri, Qarabağ müharibəsi veteranı, biologiya üzrə fəlsəfə doktoru Xanağa Babayev, “Gənc alim və mütəxəssislər” şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimova hadisənin tarixi yoluna nəzər salaraq insanların etdiyi şücaətdən danışıb, 20 Yanvar hadisəsinin yaddaşlardan silinməyəcəyini, bu günün faciə kimi deyil, xalqımızın qəhrəmanlıq, şücaət günü kimi qeyd edilməli olduğunu vurğulayıblar.
Yanvarın 20-də Fiziologiya İnstitutunun kollektivi Şəhidlər Xiyabanını
ziyarət edəcək.
Aysel MƏDƏDLİ,
AMEA-nın əməkdaşı
turan.info.az
,