Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda
Ümummilli Lider
Heydər Əliyevin
anım günü ilə əlaqədar
tədbir keçirilib.
AMEA-nın
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən
turan.info.az-a bildiriblər ki, Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbiri giriş sözü ilə İnstitutun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov açıb.
O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından on dördi il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib.
Ə.Məmmədov hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz fenomenal liderlərin adı ilə bağlı olduğunu və xalqımızın alternativsiz liderinin məhz Heydər Əliyev olduğunu, Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyətin əslində məhz Azərbaycan üçün dünyaya gəldiyini, canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün və eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd edib.
Tədbirdə institutun digər əməkdaşları - biologiya üzrə elmler doktoru, professor Səftər Süleymanov, biologiya üzrə fəlsəfə doktoru Həsən Babayev, biologiya üzrə fəlsəfə doktoru Səadət Xudaverdiyeva və başqaları da çıxış ediblər.
turan.info.az
.