AMEA-da YENİ MOLEKULYAR BİOTEXNOLOGİYAYA DAİR ELMİ MƏRUZƏ DİNLƏNİLİB

AMEA-da YENİ  MOLEKULYAR BİOTEXNOLOGİYAYA DAİR ELMİ MƏRUZƏ DİNLƏNİLİB AMEA-da YENİ  MOLEKULYAR BİOTEXNOLOGİYAYA DAİR ELMİ MƏRUZƏ DİNLƏNİLİB Oktyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov “Yüksək stabil və funksional aktiv vaksinlərin, terapevtik zülalların və sənaye fermentlərinin bitki yarpaqlarında sintezini təmin edən yeni molekulyar biotexnologiya” mövzusunda elmi məruzə ilə çıxış edib.

AMEA Rəyasət Heyətinin aparatından turan.info.az-a bildiriblər ki, Tərlan Məmmədov məruzəsində vaksinlərin, sənaye və insan fermentlərinin, təbii qida əlavələrinin DNT əsaslı texnologiyalar vasitəsilə yaradılması və istehsalının təşkili müasir dövrün ən mühüm problemlərindən olduğunu vurğulayıb.

Qeyd edib ki, hazırda tibb və sənaye əhəmiyyətli rekombinant zülalların istehsalı bir neçə ekspressiya sistemləri – bakteriya, maya göbələyi, həşərat, məməli heyvanlar və s. vasitəsilə həyata keçirilir. Alim bildirib ki, son illər bitki ekspressiya sistemləri iqtisadi və təhlükəsizlik baxımından ən perspektivli olduğu üçün istehsalda daha çox istifadə edilir. Məruzəçi onu da əlavə edib ki, müəyyən hallarda sistem belə tipli zülalların istehsalına uyğun olmadıqda problemin aradan qaldırılması üçün yeni hazırlanmış molekulyar biotexnologiyadan istifadə zərurəti yaranırdı. Professor T.Məmmədov bu məqsədlə daha mükəmməl texnologiyanın hazırlandığını diqqətə çatdırıb. Qeyd edib ki, ilk dəfə olaraq bu texnologiyadan istifadə etməklə malyariyaya qarşı bitkilərdə uğurla sintez edilən, yüksək göstəricilərə malik yeni nəsil vaksin əldə olunub. Məruzəçi alınan nəticələrin patentləşdirildiyini və nüfuzlu “PLOS ONE” jurnalında çap olunduğunu deyib. Həmçinin vurğulayıb ki, bu texnologiya müxtəlif rekombinant və terapevtik zülalların, vaksinlərin, təbii qida əlavələrinin, eləcə də sənaye enzimlərinin sintezi üçün də geniş imkanlar yaradır. Professor rekombinant zülalların ölkə daxilində istehsal olunub satışa çıxarılmasının böyük iqtisadi səmərə verəcəyini də deyib. Onu da əlavə edib ki, insan və heyvanlar üçün qiymətli dərman preparatlarının bu yolla ölkə daxilində istehsalı ölkəmizin bu məhsulların idxaldan asılılığın azalmasına imkan yaradacaq.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyəti tərəfindən müzakirə olunaraq müsbət qiymətləndirilib, Biologiya və Tibb Elmləri Bölməsinə və İşlər İdarəsinə müvafiq tapşırıqlar verilib.

Aysel MƏDƏDLİ,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Əsas xəbər, Elm
ABŞ-da çalışan professor Faiq Musayev AMEA Molekulyar Biologiya və Biotexno ...

ABŞ-da çalışan professor Faiq Musayev AMEA Molekulyar Biologiya və Biotexno ...

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçiril ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçiril ...

Biologiya və tibb elmləri
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Əsas xəbər, Elm
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Rusiyanın Sitologiya və ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Rusiyanın Sitologiya və ...

Biologiya və tibb elmləri
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
Biologiya və tibb elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artı ...

Biologiya və tibb elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artı ...

Biologiya və tibb elmləri
AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

Elm
Türkiyənin radiasiya onkologiyası sahəsində tanınmış professoru Molekulyar  ...

Türkiyənin radiasiya onkologiyası sahəsində tanınmış professoru Molekulyar ...

Biologiya və tibb elmləri
Professor Əli Həsənov AMEA Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edi ...

Professor Əli Həsənov AMEA Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edi ...

Elm
AMEA Rəyasət Heyətinin iclasında Biologiya və Tibb Elmləri Bölməsinin hesab ...

AMEA Rəyasət Heyətinin iclasında Biologiya və Tibb Elmləri Bölməsinin hesab ...

Elm, Biologiya və tibb elmləri
Botanika İnstitutunun doktorantı Almaniyada molekulyar sistematika üzrə təl ...

Botanika İnstitutunun doktorantı Almaniyada molekulyar sistematika üzrə təl ...

Biologiya və tibb elmləri
AMEA-nın İctimai Elmlər Bölməsində

AMEA-nın İctimai Elmlər Bölməsində "Yeni elmi paradiqma - ahəngyol" mövzu ...

İctimai elmlər, "Zirvə"
Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Elm, Biologiya və tibb elmləri
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda italiyalı alimin mər ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda italiyalı alimin mər ...

Elm, Biologiya və tibb elmləri
AMEA-da bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair   Fəal ...

AMEA-da bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəal ...

Elm
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçiril ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçiril ...

Biologiya və tibb elmləri
AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

Elm
Rəy yazın: