Qurultay çərçivəsində herontologiya və heriatriyanın fundamental, klinik və tibbi-sosial məsələləri müzakirə olunub.
Fiziologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinə məsul şəxs Ülviyyə İsrafilova turan.info.az-a bildirib ki, tədbirdə AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Herontologlar Cəmiyyətinin Prezidenti, biologiya üzrə elmlər doktoru U.F.Həşimova iştirak edib. O, Azərbaycanda yaşayan yüksək uzunömürlülük indeksi ilə fərqlənən populyasiyalarının öyrənilməsi üzrə elmi-tədqiqat proqramının nəticələri haqqında məruzə ilə çıxış edib.
Məruzə digər ölkələrin təmsilçiləri tərəfindən böyük maraqla qarşılanıb.
Onu da qeyd edək ki, qurultayda U.F.Həşimova Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının vitse-prezidenti seçilib.
Biz də Ulduz xanımı ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Aysel MƏDƏDLİ,
turan.info.az
.