AMEA-dan turan.info.az-a bildiriblər ki, əvvəlcə
Elmi Şuranın sədr müavini, akademik İradə xanım Hüseynova gündəlikdə duran məsələlər barədə məlumat verib.
Alim elmi-tədqiqat işlərinin planlaşdırılması, strukturunun qurulması, o cümlədən ümumi istiqamətin müəyyənləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunub. O, dissertasiya mövzularının seksiyalarda ixtisasçı alimlər tərəfindən hərtərəfli müzakirə olunmasının vacibliyini qeyd edib.
Sonra uyğun seksiyalar üzrə doktorant və dissertantların mövzularının geniş müzakirəsi aparılıb.
İclasda molekulyar biologiya ixtisası üzrə 1 doktorluq və 1 fəlsəfə doktoru, biokimya ixtisası üzrə 3 doktorluq, botanika ixtisası üzrə 2 doktorluq və 7 fəlsəfə doktoru, zoologiya ixtisası üzrə 1 doktorluq və 1 fəlsəfə doktoru, fiziologiya ixtisası üzrə 2 elmlər doktoru və 3 fəlsəfə doktoru, biofizika ixtisası üzrə 1 elmlər doktoru və mikologiya üzrə 1 fəlsəfə doktoru dissertasiya mövzusu müzakirə olunub və uyğun dəyişikliklər edilib.
Müraciət edənlərə tədqiqatlarını düzgün formalaşdırmaları üçün müvafiq tövsiyələr verilib.
Sonda İ.Hüseynova Fiziki-Kimyəvi Biologiya, Botanika, Zoologiya, Fiziologiya və Biomüxtəlifliyin Genetik Ehtiyatları seksiyalarının rəhbərlərinə elmi-tədqiqat işlərinin mövzularına diqqət yetirmələrini və seksiyalarda daha ciddi müzakirələr aparmağı tövsiyyə edib.
Aysel MƏDƏDLİ,
turan.info.az
.