bir il ötüb.
Bu münasibətlə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda anım tədbiri keçirilib.
C.Əliyevin tələbələri öncə
Fəxri xiyabana gələrək
alimin məzarını ziyarət edib,
üzərinə tər çiçəklər düzüb,
xatirəsini dərin ehtiramla anıblar.
Sonra tədbir institutun akt zalında davam etdirilib.
Əvvəlcə görkəmli alimin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə institutun direktoru akademik İradə Hüseynova akademik Cəlal Əliyevin Azərbaycan,
o cümlədən dünya elminə verdiyi töhfələrdən danışıb.
Bildirib ki, görkəmli alimin uğurlu elmi fəaliyyətinin əhəmiyyətli hissəsi ölkəmizdə taxılçılığın inkişafına yönəlib.
Onun fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər dünya elmi ictimaiyyəti
tərəfindən yüksək dəyərləndirilib.
Sonra alimin tələbələri - Əkinçilik ET İnstitutunun direktoru, b.ü.f.d. Cavanşir Təlai,
AMEA-nın müxbir üzvləri Novruz Quliyev, İbrahim Əzizov, İlham Şahmuradov,
b.ü.f.d. Gülhüseyn Əhmədov, Rizvan Bahabov, Natiq Allahverdiyev və başqaları
müəllimləri ilə bağlı xatirələrini danışıblar.
Bildiriblər ki, akademik Cəlal Əliyev təcrübəsini daim alim və mütəxəssislərlə bölüşmüş,
onlara faydalı məsləhətlər vermişdir.
Bir alim və bir insan ömrünü şərəflə yaşamış Cəlal Əliyev elmdə qoyub getdiyi silinməz izlərlə
daim ürəklərdə yaşayacaq, onun yetirmələri öz müəllimlərini fəxrlə xatırlayacaqlar.
Tədbirin sonunda görkəmli alimə həsr olunan film nümayiş etdirilib.
Aysel MƏDƏDLİ,
turan.info.az
.