AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilibAMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib 2017-ci il noyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının (AHİ) VII Qurultayı keçirilib.

Mərkəzi Elmi Kitabxana
da təşkil olunan tədbirdə
AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili, iqtisad üzrə elmlər doktoru, professor Səttar Möhbalıyev, AMEA Rəyasət Heyətinin üzvləri, Akademiyanın Veteranlar Şurasının, Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ), İlk həmkarlar təşkilatlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən
turan.info.az-a xəbər veriblər ki, Qurultay Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb.

Sonra ümummilli lideri
Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin və hesabat dövründə AMEA-nın vəfat etmiş əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİ-nin sədri vəzifəsini icra edən, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov çıxış edərək tədbirin gündəliyi haqqında iştirakçılara məlumat verib. Bildirib ki, qurultayın məqsədi AHİ-nin 2012-2017-ci illərdəki fəaliyyətinə dair hesabatının dinlənilməsi, qurumun rəhbər orqanlarının yeni tərkiblərinin seçilməsi, həmçinin digər təşkilati məsələlərin müzakirəsidir.

Daha sonra AHİ-nin Katibliyi, Redaksiya heyəti, Mandat komissiyası və Hesablayıcı komissiyasının tərkibləri müəyyən olunub.

AHİ-nin Mandat Komisiyasının sədri İlkin Əlimuradov çıxış edərək aparılan yoxlamaların nəticələrini təqdim edib. Hesabat üzvlər tərəfindən təsdiq olunub.

Tədbirdə H.Qurbanov qurumun beş illik fəaliyyətinə dair hesabatı tədqim edib. Natiq ötən müddətdə AHİ tərəfindən üzvlərin sosial-iqtisadi maraqlarının təmin edilməsi istiqamətində bir sıra işlər həyata keçirildiyini bildirib. H.Qurbanov sosial vəziyyəti aşağı olan əməkdaşlara maddi yardımın verildiyini, üzvlərin asudə vaxtlarının səmərəli keçirməsi məqsədilə ölkəmizdə və xaricə tur səfərlərinin, müxtəlif idman növləri üzrə yarışların, bayram şənliklərinin təşkil edildiyini vurğulayıb.

Məruzə dinlənildikdən sonra açıq səsvermə yolu ilə beş illik fəaliyyət qənaətbəxş hesab edilib.

Qurultayda Nəzarət-təftiş komissiyasının hesabatı da dinlənilib. Məruzəni təqdim edən komissiyanın sədri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Nağı Nağıyev ötən beş il ərzində İlk təşkilatlardan daxil olan üzvlük haqları və bu vəsaitlərin hansı istiqamətdə sərf edilməsindən danışıb.

Səsvermə yolu ilə Nəzarət-təftiş komissiyasının hesabatı da Qurultay nümayəndələri tərəfindən qənaətbəxş hesab edilib.

Daha sonra Fizika İnstitutunun Həmkarlar Təşkilatının sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Sitarə Bağırova, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Həmkarlar Təşkilatının sədri, kimya üzrə elmlər doktoru, professor Arif Əfəndi, İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar Təşkilatının sədri Səyyar Abdullayev, Arxeologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov və GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək rəhbərlik etdikləri qurumların fəaliyyətləri haqqında məlumat veriblər.

Tədbirdə AHİK-in sədri Səttar Möhbalıyev uzun illik elmi və ictimai fəaliyyətinə görə akademik Akif Əlizadəyə Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının (Rusiya) 25 illiyi münasibətilə təsis edilmiş gümüş xatirə nişanını təqdim edib. Qurultayın işinə uğurlar arzulayan natiq AHİ-nin son beş ildəki fəaliyyətinə dair hesabatın qənaətbxəş olduğunu bildirib, qurum tərəfindən xüsusilə gənclərlə bağlı, əməkdaşların sosial vəziyyəti ilə bağlı həyata keçirilən tədbirləri yüksək dəyərləndirib. Görülən bu işlərin ölkə rəhbərliyinin diqqət və qayğısının göstəricisi olduğunu qeyd edib. Son dövrlərdəki uğurlu fəaliyyətə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə və AHİ rəhbərliyinə təşəkkürünü bildirib. AMEA AHİ-nin müraciətlərinə AHİK tərəfindən hər zaman baxıldığını söyləyən Səttar Möhbalıyev bundan sonra da öz köməklərini əsirgəməyəcəklərini əlavə edib.

Sonra AMЕA AHİ-nin sədri vəzifəsinə seçki keçirilib. Səsvermə yolu ilə Habil Qurbanov qurumun sədri seçilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə
çıxış edərək Səttar Möhbalıyevə və tədbir iştirakçılarına təşəkkürünü bildirib. AMEA əməkdaşlarının istirahəti, sağlamlığı, maddi rifahının günün tələblərinə uyğun səviyyəyə qaldırılması, iş və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirildiyini söyləyən akademik bu yaxınlarda 60-dan çox əməkdaşa mənzil verildiyini diqqətə çatdırıb.
AMEA rəhbəri bundan sonra da əməkdaşların sosial problemlərlərinin həllinin diqqət mərkəzində saxlanılacağını və işlərin davam etdiriləcəyini vurğulayıb.

Qurultayda, həmçinin AMЕA AHİ-nin Rəyasət Heyəti seçilib, qurumun məclisinin və Nəzarət-təftiş komissiyasının yeni tərkibləri və Nizamnaməsinə edilən əlavə və dəyişikliklər təsdiqlənib.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPL ...

AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPL ...

Elm, Biologiya və tibb elmləri, Digər bölmələr
AMEA-da

AMEA-da "Müasir elm – gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans ke ...

Biologiya və tibb elmləri, Digər bölmələr, "Zirvə"
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

Elm
Elm Tarixi İnstitutunda keçirilən iclasda bir sıra mühüm məsələlər müzakirə ...

Elm Tarixi İnstitutunda keçirilən iclasda bir sıra mühüm məsələlər müzakirə ...

İctimai elmlər
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının cari ilin yekunlarına dair he ...

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının cari ilin yekunlarına dair he ...

Elm, "Zirvə"
«28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü»

«28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü»

Elm, Sosial
Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Elm, Biologiya və tibb elmləri
Müşfiq Əmirov Respublika Nəqliyyat, Rabitə və Yuksək Texnologiya İşçiləri H ...

Müşfiq Əmirov Respublika Nəqliyyat, Rabitə və Yuksək Texnologiya İşçiləri H ...

Təbriklər, QHT
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
Elm Tarixi İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis edilib

Elm Tarixi İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis edilib

İctimai elmlər
Azərbaycan Memarlar İttifaqının XIX qurultayı keçirilib

Azərbaycan Memarlar İttifaqının XIX qurultayı keçirilib

Azərbaycan
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

YAP, Humanitar elmlər
AMEA-nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib

AMEA-nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib

Humanitar elmlər
AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

Digər bölmələr
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
Zoologiya İnstitutunda Qadınlar Şurası yaradılıb

Zoologiya İnstitutunda Qadınlar Şurası yaradılıb

Biologiya və tibb elmləri
Rəy yazın: