RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB 2017-ci il Fevralın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda keçirilib.

İlk olaraq AMEA-nın prezidenti, akademik
Akif Əlizadə
Akademiyanın Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Tofiq Məmmədovun
60 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən turan.info.az-a bildiriblər ki, tədbirdə
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundovanın
“İctimai elmlər üzrə tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda məruzəsi dinlənilib.

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB Alim son illər ictimai elmlərin müxtəlif istiqamətləri üzrə aparılan tədqiqatların vəziyyəti və inkişaf perspektivləri, əldə edilmiş elmi nəticələrə dair təqdimatla çıxış edib.

Akademik-katib Nərgiz Axundova bildirib ki, bölmənin elmi tədqiqat müəssisələrində Azərbaycanın tarixi və iqtisadiyyatı, hü­quq elmi, respublikamızda, eləcə də Yaxın və Orta Şərq ölkələrində baş verən ictimai, siyasi, sosial-iqtisadi və mədəni proseslər, milli münasibətlər və digər isti­qa­mət­­lərdə tədqiqat işləri apa­rılıb, mühüm elmi nailiyyətlər əldə edilib. Hazırda cəmiyyətdə elmi baxışların müasir mərhələyə qədəm qoyduğunu deyən Nərgiz Axundova ictimai həyatın öyrənilməsinin yeni modelləri əsasında sosiologiya, şərqşünaslıq, politologiya, tarix, iqtisadiyyat və digər sahələrlə bağlı fənlərarası tədqiqatların genişlənməsinin vacibliyini vurğulayıb.

Bölmənin akademik-katibi ötən il əldə olunmuş nailiyyətləri iclas iştirakçılarının diqqətinə çatdırıb: "Bölməyə daxil olan müəssisələrdə 32 problemi əhatə edən 118 mövzuda 274 mərhələdə 240 iş üzrə tədqiqatlar aparılıb. Bunlardan 78 mövzuda 235 mərhələdə 190 iş tamamlan­ıb. Bölmə üzrə 16 mühüm nəticə əldə edilib".

Nərgiz Axundova hesabat ilində fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsinin davam etdirildiyini, ali məktəblərin tələbə və müəllim kollektivinin elmi müəssisələrdə təcrübə kursları keçdiyini diqqətə çatdırıb. Beynəlxalq əlaqələr və faundreyzinq fəaliyyəti haqqında məlumat verən N.Axundova 2016-cı ildə institutların bir sıra xarici elmi-tədqiqat müəssisələri, universitet, muzey və digər qurumlarla əməkdaşlıq müqavi­lə­ləri imzalandığını, bölmə üzrə altı qrant layihəsinin həyata keçirildiyini bildirib.

Elektron elmin vəziyyətindən danışan N.Axundova ötən il İEB-nin saytının (ieb.science.gov.az) fəaliyyətə başladığını, bölmədə, eləcə də elmi müəssisə­lərdə görülmüş iş­lər, keçirilən tədbirlər, əlamətdar ha­di­sə­lər haq­qında mə­lumat­ların saytda mütəmadi olaraq yerləşdirildiyini vurğulayıb.

Nərgiz Axundova bölmənin nəşriyyatçılıq fəaliyyətinə və kadr hazırlığına da toxunub: "2016-cı ildə bölmə üzvləri tərəfindən 12-si xaricdə olmaqla 27 kitab, 25-i xaricdə olmaqla 121 məqalə çap olunub. Bu əsərlərin bir qismi əcnəbi dillərdə nəşr edilib. Bölməyə daxil olan elmi müəssisələrin əməkdaşlarının impakt faktorlu jurnallarda 37 məqaləsi işıq üzü görüb, 13-ü xaricdə olmaqla 127 kitab, 288-i xaricdə olmaqla 1283 məqalə, 27-si xaricdə olmaqla 194 tezis çap edilib. Elmi işçilərin əsərlərinə olan istinadların sayı 408-dir. Elmi tədqiqat müəssisələri tərəfin­dən 38 respublika, 12 beynəlxalq səviyyəli konfrans, yubiley tədbiri, elmi sessi­ya­ təşkil olunub. Hesabat ilində bölmədə magistratura üzrə yeddi nəfər təhsil alıb. Fəlsəfə doktorluğu üzrə 65, elmlər doktorluğu üzrə isə 6 dis­ser­tasiya işi müdafiə edilib".

Məruzə dinlənildikdən sonra müzakirə edilib, Rəyasət Heyətinin qərarı ilə hesabat qənaətbəxş hesab olunub.
Bölməyə daxil olan elmi müəssisələrə fəaliyyətlərinin səmərəliliyini yüksəltmək məqsədilə mültidissiplinar proqram və layihələrin hazırlanması və birgə təd­bir­lərin ke­çi­rilməsi, perspektiv elmi istiqamətlərdə magistratura və doktorantura üzrə kadr hazırlığının aparılmasına dair tapşırıqlar verilib.

Rəyasət Heyəti iclasda ölkə başçısı İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanından irəli gələn vəzifələrin AMEA-da icrası ilə bağlı məsələni müzakirə edib. Akademik Akif Əlizadə iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması yollarını müəyyən edən strateji yol xəritələrinin 2017-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövrə və ondan sonrakı dövrə hədəf baxışı özündə ehtiva etdiyi deyib. Akademik iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin tədbirlər planlarında bir sıra dövlət orqanları ilə yanaşı, AMEA-nın da yer aldığını bildirib.

Məsələnin müzakirəsindən sonra ölkə iqtisadiyyatında cari, orta və uzunmüddətli dövrlərdə davamlı inkişafın təmin olunması, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması, Azərbaycan elminin “elm-təhsil-istehsal” zəncirinin, respublikanın insan kapitalının inkişafında aktiv iştirakının təmin olunması və digər prioritet vəzifələrin icrası ilə əlaqədar qərar qəbul edilib. AMEA-nın müvafiq elmi müəssisələrinə, eyni zamanda Rəyasət Heyətinin nəznindəki bir sıra şöbə, idarə və təşkilatlara iqtisadiyyatının əsas sektorları üzrə yol xəritələrindən irəli gələn vəzifələri müzakirə etmək, yol xəritələrinin icrası ilə bağlı konkret tədbirlər görmək, ölkə iqtisadiyyatı üçün əhəmiyyət kəsb edən işləmə, ixtira və patentləri dəyərləndirmək və müəyyən edilmiş aktual mövzularda tədqiqatları genişləndirmək tapşırılıb.

Tədbirdə “AMEA-nın professoru haqqında Əsasnamə” təsdiq olunub.
Məsələ ilə bağlı çıxış edən akademik Akif Əlizadə “AMEA-nın professoru” elmi adının yüksək nailiyyətlər əldə etmiş, uzun illər AMEA-nın əsas funksiya və vəzifələrinin həyata keçirilməsində xidmətlər göstərmiş Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədilə təsis edildiyini bildirib.


İclasda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının illik hesabatı dinlənilib. Hesabat məruzəsi ilə çıxış edən şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov 2016-cı ildə AMEA-da gənclərin intellektual potensialının inkişafı, onların elmi və elmi-təşkilati fəaliyyətə daha geniş miqyasda cəlb edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, ötən müddət ərzində bilik və qabiliyyəti ilə seçilən gənclərin aşkar edilməsi və onların ölkənin sosial, mədəni və ictimai həyatında aktivliyinin təmin edilməsi, həmçinin gənc alimlərin beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin genişləndirilməsi istiqamətlərində xüsusi addımlar atılıb. Məruzəçi gənclərin intellektual potensialının daha məqsədyönlü və səmərəli şəkildə elmi fəaliyyətə cəlb edilməsi üçün görülən işlər haqqında məlumat verib.

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB Famin Salmanov çıxışında Akademiya rəhbərliyinin müəyyən etdiyi strategiyaya və Şuranın illik fəaliyyət planına uyğun olaraq bir sıra yeni layihələrə imza atıldığını deyib: “Molekulyar biologiya, kimya, fizika, botanika, yer elmləri və digər sahələrdə gənc alim və mütəxəssislər beynəlxalq səviyyəli müştərək tədqiqatlarda mühüm nəticələr əldə edib. Həmin nəticələr “Web of sciences” elmi bazalarında referatlaşdırılmış impakt faktoru yüksək jurnallarda dərc olunub”.

Akademiyada magistratura təhsil pilləsindən danışan Şura sədri bildirib ki, savadlı gənclərin gələcəkdə AMEA-nın magistraturasını seçməsi üçün ali təhsil ocaqlarında elmi seminarlar təşkil edilib. Alim vurğulayıb ki, 2016-cı ildə gənclərin innovativ layihələrlə tanışlığı məqsədilə “İNNOday” tədbirləri çərçivəsində “BethClip”, “Braille Pad”“EduRings” kimi maraqlı layihələr təqdim olunub.

Famin Salmanov çıxışında Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə ilk dəfə Füzuli rayonunun Böyük Bəhmənli kəndində şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilmiş riyaziyyat fənnindən məktəblərarası bilik yarışmasının keçirildiyini xatırladıb.

Hesabat dinlənildikdən sonra müzakirə edilib. Rəyasət Heyəti AMEA-da gənc alim və mütəxəssislərin beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, onların elmi nəticələrinin “Springer”, “Elsevier”, “Scopus”“Tomson Reuters” kimi nüfuzlu beynəlxalq elmi bazalara daxil olan jurnallarda nəşri istiqamətində fəaliyyətinin gücləndirilməsi, innovativ yönümlü tədqiqat işlərinin aparılması və digər məsələlərlə bağlı tapşırıqlar verib.

Tədbirdə şuranın 2017-ci il üçün illik Fəaliyyət planı da təsdiq olunub.

Sonda Rəyasət Heyətinin digər qərarı ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin strukturunda qismən dəyişiklik edilib.
Muzeyein İctimaiyyətlə əlaqələr və mətbuat, Təhsil, Beynəlxalq Əlaqələr və dünya muzeyləri şöbələri yaradılıb.

Aysel MƏDƏDLİ,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi  yığıncağı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

İctimai elmlər
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
Biologiya və tibb elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artı ...

Biologiya və tibb elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artı ...

Biologiya və tibb elmləri
AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi iclası keçirilib

İctimai elmlər, "Zirvə"
İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticəl ...

İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticəl ...

İctimai elmlər
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm, "Zirvə"
İctimai Elmlər Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunu ...

İctimai Elmlər Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunu ...

İctimai elmlər, "Zirvə"
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

Humanitar elmlər
AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

Biologiya və tibb elmləri
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının cari ilin yekunlarına dair he ...

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının cari ilin yekunlarına dair he ...

Elm, "Zirvə"
AMEA-da bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair   Fəal ...

AMEA-da bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəal ...

Elm
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

"Zirvə"
Rəy yazın: