AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən turan.info.az-a bildiriblər ki, Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Dilqəm Tağıyev 2016-cı ildə institutun gənc əməkdaşlarının qazandığı nailiyyətlərdən danışıb. Gənclərin təltif olunmasının onlarda stimul yaratdığını vurğulayan akademik mükafatın təqdimi ilə bağlı komissiyanın yaradıldığını və yeddi nəfərin namizədliyinin irəli sürüldüyünü bildirib. Qeyd edib ki, komissiya daxil olan sənədləri mükafatın əsasnaməsinə uyğun araşdıraraq namizədlərin dördünün fəaliyyətini yüksək qiymətləndirib.
Sonra institut direktoru müsabiqənin qaliblərinə – institutun elmi işçiləri Ülvi Nəcəf-Quliyev, Natəvan Soltanova, Elmir Babayev və Səadət Hümbətovaya elmi fəaliyyətdə fərqləndiklərinə görə "Akademik Murtuza Nağıyev" adına mükafatın diplomunu təqdim edib.
Sonda akademik Dilqəm Tağıyev diploma layiq görülən institutun gənc əməkdaşlarını bir daha təbrik edərək, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
.