Qonaq ilk olaraq İnstitutun direktoru AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüb.
AMEA Fizika İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Məryəm Rafaelqızı turan.info.az -a bildirib ki, görüşdə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, İnnovasiya və Transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmlər doktoru Ayaz Bayramov, Biofizika və Smart Materiallar Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru Oqtay Qasımov, “Yüksək enerjilər fizikası” laboratariyasının əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Fərhad Xəlilov və Nazim Hüseynov iştirak edib.
Görüş çərçivəsində qonağa Fizika İnstitutu və Biofizika və Smart Materiallar Mərkəzinin fəaliyyət istiqamətləri və burada aparılan elmi araşdırmalar haqqında məlumat verilib. Fizika İnstitutunun Dubnada uzunmüddətli ezamiyyətdə olan əməkdaşı Nazim Hüseynov Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, və İsveçrənin Cenevrə şəhərində yerləşən Atlas Əməkdaşlıq Təşkilatı və CERN-də görülən işlərdən Endryu Badenə söhbət açıb.
Daha sonra E.Baden İnstitutun İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza və alimlərin fəaliyyəti üçün yaradılan şəraitlə tanış olub.
.