Bununla bağlı qərar Mətbuat Şurasın İdarə Heyətinin iclasında verilib.
AMEA Rəyasət Heyətinin aparatındakı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən turan.info.az-a bildiriblər ki, Şuraya üzvlüklə bağlı müraciət AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi tərəfindən edilib. Müvafiq prosedurdan sonra hər 3 mətbu orqan Şuranın sıralarına qəbul olunub.
Qeyd edək ki, 1984-cü ildə təsis edilən “Elm” qəzeti ayda iki dəfə olmaqla Azərbaycan və rus dillərində nəşr edilir. Qəzetdə görkəmli elm xadimləri ilə aparılan müsahibələr, müxtəlif tədbirlər və elmi tədqiqatlarla bağlı məqalələr çap olunur.
1961-ci ildən nəşr edilən “Elm və həyat” elmi-populyar jurnalı isə elmi biliklərin təbliği, Azərbaycan elminin tanıdılması və elmi yeniliklərin oxuculara çatdırılmasında böyük rol oynayır. İldə dörd dəfə dərc olunan 55 illik tarixə malik jurnalda AMEA-nın fəaliyyəti, təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində prioritet istiqamətlərə dair məqalələr, alimlərin əldə etdikləri mühüm elmi nailiyyətlər işıqlandırılır.
2014-cü ildə təsis edilən “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərlər məcmuəsi” elmi-ictimai jurnalı ildə dörd dəfə nəşr olunur. Jurnal AMEA-da aparılan, öz mahiyyəti ilə ümumictimai əhəmiyyət daşıyan elmi və elmi-təşkilati tədbirlərlər haqqında geniş oxucu kütləsini tanış edir.
.