Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilibFolklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib AMEA Folklor İnstitutunun Elmi Şurasında tanınmış folklorşünas-alim,
Əməkdar mədəniyyət işçisi
Elxan Məmmədlinin 70 yaşı
qeyd edilib


2016-cı il iyunun 22-də
AMEA Folklor İnstitutu
Elmi Şurasının növbəti
iclası keçirilib.

İclası Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov açaraq gündəlikdəki məsələlər haqqında
məlumat verib.

İlk məsələ - AMEA Folklor İnstitutunun vakant şöbə müdiri, aparıcı və böyük elmi işçi vəzifələrinə seçkilərlə bağlı İnstitutun elmi katibi, fil.ü.f.d. Elçin Abbasov məlumat verib. Bildirib ki, 2 şöbə müdiri vəzifəsinə seçkilərdən başqa aparıcı və böyük elmi işçi vəzifələrinə seçkilərlə bağlı 30 nəfər sənədlərini təqdim edib. Elmi Şura üzvləri fil.ü.e.d. prof. Ramazan Qafarlının “Dədə Qorqud” şöbəsinin, fil.ü.f.d. Nizami Muradoğlunun isə “Azsaylı xalqların folkloru” şöbəsinin müdiri vəzifəsinə seçkilərdə iştirakına razılıq veriblər. Bununla bağlı komissiya yaradılıb.
Fil.ü.e.d. Seyfəddin Qəniyevin “Şamaxı-Qobustan aşıqları və el şairləri”, “Dağ Kolanı aşıqları və el şairləri” və “1918-ci il Şamaxı soyqırımında qətlə yetirilən şair, aşıq, el şairləri və ziyalılar” kitablarının çapı məsələsi Elmi Şura üzvləri tərəfindən bəyənilib.

Elmi Şurada AMEA Folklor İnstitutu “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, fil.ü.f.d. Elxan Məmmədlinin 70 illik yubileyi ilə bağlı iştirakçıların ürək sözləri dinlənilib.

Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov bildirib ki, E.Məmmədli folklor mühitindən çıxıb: “Hüseyn Saraclı ilə tanışlığım E.Məmmədlinin hesabına olub. E.Məmmədlinin xalqla ünsiyyəti bizdən fərqlidir. Əsas odur ki, folklorçu söyləyicinin dilində danışa bilsin. E.Məmmədli nəinki xalqın dilini bilir, söyləyicini lazım gələndə ağlada da blir.
O, Azərbaycanda öz sözüylə-səsiylə tanınan folklorşünasımızdır. Radio-televiziyada məşhur verilişlərin həm müəllifi, həm də aparıcısı olub. “Bulaq” verilişinə mətnlər yazıb. “Sarıtel”, “Ustadnamə”, “Gözəlləmə”, “Sazın-sözün sehrində” kimi verililişləri bu gün də insanların yadındadır. Güney Azərbaycanla əlaqələrimizin normal olmadığı vaxtda E.Məmmədlini Güneydə ən azı səsindən tanıyırdılar.
O, aşıq sənətinə yaxından bələddir, aşıqlarla ünsiyyət qura bilir, aşıq ədəbiyyatını, bütövlükdə Azərbaycan folklorunu tədqiq və təbliğ edir. Vaxtilə Ədəbiyyat İnstitutunda onunla bir yerdə işləmişəm. Yumoruyla, sözü-söhbətiylə, dosta canıyananlığıyla canlı insan olaraq yaxından tanımışam. İndi də həmin əhvaldadır”.


Fil.ü.e.d. S.Qəniyev bildirib ki, E.Məmmədli həmişə meydana atıla bilən ziyalı qardaşımız olub: “Onunla dəfələrlə Şirvanın kəndlərində folklor səfərlərində olmuşuq, çoxlu xatirə şəkillərimiz var. 70 illiyinə həsr olunmuş “Elxan ömrü-saz ömrü” kitabında 82 nəfərin E.Məmmədli haqqında ürək sözü toplanıb. Onu “Borçalı Elxan”, “Dastan Elxan”, “Şaman Elxan” və b. adlarla adlandırıblar”.

S.Qəniyev E.Məmmədlinin təcnislə bağlı tədqiqatına ayrıca toxunub, fikirlərini bölüşüb.

Fil.ü.e.d. Seyfəddin Rzasoy E.Məmmədlini ürəkdən təbrik edib: “E.Məmmədli klassik bir məktəb keçib. O, ustad görmüş alimdir, yaradıcı şəxsiyyətdir, M.Təhmasib, M.Seyidov kimi tanınmış alimlərlə bir yerdə çalışıb. E.Məmmədli artıq Azərbaycan aşıqşünaslığının canlı əfsanəsidir. Bu əfsanənin ömrü təkcə onun fiziki ömrüylə bağlı olmayacaq, bu ömür Azərbaycan aşıq sənəti yaşadıqca yaşayacaq”.

Fil.ü.e.d., prof. Füzuli Bayat bildirib ki, E.Məmmədli şəxsiyyət etibarilə fərqlidir: “O, el ədəbiyyatını dərindən bilən canlı folklorçudur. Aşıq ən böyük söyləyicidir. E.Məmmədli ömrünü bu sahəyə həsr etdi. O aşıqlar ki, şəyirdlər yetişdirmişdilər, o, bunları geniş auditoriyaya tanıtdı.
E.Məmmədli həmişə xalqın içində olub, yeni folklor mühitlərini kəşf edib. Nəzəri hazırlığı da yüksəkdir”.


Fil.ü.e.d., prof. Kamran Əliyev: “Saz, aşıq olan yerdə harmoniya var. Elxan aşıq sənəti ilə məşğul olandan sonra harmoniya yiyəsi olub”.

Fil.ü.e.d. Nailə Rəhimbəyli E.Məmmədlinin həmkarlarına, ümumiyyətlə, insanlara doğmalığından danışıb, elmi məsləhətlərindən bəhrələndiyini bildirib.

Fil.ü.f.d., dos. Rza Xəlilov, Güney Azərbaycandan gəlmiş qonaq Böyükbəy Ələkbəroğlu, fil.ü.f.d. Qiymət Məhərrəmli də E.Məmmədli haqında ürək sözlərini bölüşüblər.

Aşıq Vədud Qaradağlıbalabançı Əkbər Sərbazinin çıxışı maraqla qarşılanıb.

Sonda çıxış edən Elxan Məmmədli ömür yolundan danışıb, xatirələrini bölüşüb.


Xatırladaq ki, Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə qədim Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur.
1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra, Pedaqoji Elmlər İnstitutunda elmi işçi (1976-1979) işləmiş və 1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir.
1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E.Məmmədli böyük elmi işçi kimi həmin ildən Folklor Elmi-Mədəni Mərkəzinə köçürülmüşdür.
O, 1 monoqrafiya, 10-dan çox toplama-tərtib kitabını nəşr etdirmiş, 30-dan çox kitabın redaktoru, rəyçisi olmuşdur.
1998-ci ildə «Azərbaycan aşıq yaradıcılığında təcnis» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.



REDAKSİYADAN:

Biz də fürsətdən istifadə edərək, turan.info.az-ın bütün Yaradıcı Heyəti adından tanınmış folklorşünas-alim, AMEA Folklor İnstitutu “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi,
filolofiya üzrə fəlsəfə doktoru, çox hörmətli Elxan Məmmədlini anadan olmasının
70 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, eləcə də elmi yaradıcılığındavə ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Nekroloqlar
TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

Folklor, Tiflis, Bolus
AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

Elm, "Zirvə", Təbriklər
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

Humanitar elmlər
Folklor İnstitutunun Elmi Şurasında “Azərbaycan Novruzu: problemlər, müzaki ...

Folklor İnstitutunun Elmi Şurasında “Azərbaycan Novruzu: problemlər, müzaki ...

Folklor, Avropa, Diaspora
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
Görkəmli folklorşünas-ədəbiyyatşünas alim Muxtar Kazım oğlu İmanov  AMEA-nı ...

Görkəmli folklorşünas-ədəbiyyatşünas alim Muxtar Kazım oğlu İmanov AMEA-nı ...

Humanitar elmlər, Təbriklər
“Zaqatala folklor örnəkləri” kitabı işıq üzü görüb

“Zaqatala folklor örnəkləri” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Regionlar, Folklor
Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Eynəli bəy Sultanov haqqında çap edilmiş iki monoqrafiyanın təqdimatı olub

Eynəli bəy Sultanov haqqında çap edilmiş iki monoqrafiyanın təqdimatı olub

Naxçıvan
Ad gününüz mübarək, Tinatin xanım!..

Ad gününüz mübarək, Tinatin xanım!..

TDPİ-nin Azərbaycan bölməsi, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
TƏBRİK EDİRİK, NÜBAR XANIM!..

TƏBRİK EDİRİK, NÜBAR XANIM!..

Təbriklər
Ədəbiyyat İnstitutunda Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi ses ...

Ədəbiyyat İnstitutunda Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi ses ...

Humanitar elmlər
28-ci Dədə Camal məclisi:

28-ci Dədə Camal məclisi: "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi"

"Borçalı" Cəmiyyəti
AMEA-nın Folklor İnstitutu Türkiyənin İLESAM təşkilatı ilə əməkdaşlıq edəcə ...

AMEA-nın Folklor İnstitutu Türkiyənin İLESAM təşkilatı ilə əməkdaşlıq edəcə ...

Humanitar elmlər, Folklor
AMEA-nın müxbir üzvü Muxtar İmanov İctimai Televiziya və Radio Yayımları Şi ...

AMEA-nın müxbir üzvü Muxtar İmanov İctimai Televiziya və Radio Yayımları Şi ...

Humanitar elmlər, Tv
ELXAN MƏMMƏDLİ:

ELXAN MƏMMƏDLİ: "DİLÇİLİK ELMİMİZİN YORULMAZ VƏ MƏHSULDAR ARAŞDIRICISI"

Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Humanitar elmlər
Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Humanitar elmlər
Rəy yazın: