"Poçt qutusu" gürcü dilində

"Poçt qutusu" gürcü dilində Bu günlərdə Tiflisdə Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə “Universal” nəşriyyatı tərəfindən Azərbaycan tənqidi realizminin yaradıcısı Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı gürcü dilində işıq üzü görmüşdür.
Bu, yazıçının görkəmli tədqiqatçılarından biri akademik, millət vəkili İsa Həbibbəylinin layihəsi əsasında reallaşmışdır.

Məlumdur ki, akademik İsa Həbibbəyli uzun illərdir ki, Cəlil Məmmədquluzadənin hekayələrini dünya xalqlarının dillərində tərcümə edilərək nəşr etdirir və bununla böyük klassikin əsərlərinin dünyada tanıdılmasına geniş imkan yaradır. Bu layihə əsasında Cəlil Məmmədquluzadənin hekayələri artıq Misir Ərəb Respublikasında, Macarıstanda və Pakistanda nəşr edilmişdir. Ona görə də yazıçının "Poçt qutusu" hekayələr kitabının İsa Həbibbəylinin ideya müəllifliyi və ön sözü ilə Tiflisdə nəşr olunmasını ədəbi mühitdə mühüm hadisə kimi dəyərləndirmək olar. Həyatının böyük bir dövrü Tiflisdə keçən və "Poçt qutusu" hekayəsinin ilk dəfə burada "Şərqi Rus" qəzetində çap edilməsinə baxmayaraq gürcü oxucuları onun hekayələri ilə tanış olmamışdı. Cəlil Məmmədquluzadənin hekayələr kitabı dünyanın bir neçə dilində işıq üzü görsə də gürcü dilində ilk dəfədir ki, toplu halında nəşr olunur.

Yazıçının “Poçt qutusu” adlı hekayəsi ilk dəfə görkəmli ədəbiyyatşünas alim Əziz Şərif tərəfindən gürcü dilinə çevrilərək 1934-cü ildə “Türk ədəbiyyatı” toplusunda özünə yer tapmışdır. Sonralar, daha doğrusu, 1968-ci ildə Tiflis Dövlət Universitetinin nəşr etdiyi, Xaqanidən tutmuş Nəbi Xəzriyə qədər Azərbaycan şair və yazıçılarının əsərlərindən nümunələrin verildiyi ədəbiyyat müntəxəbatına Cəlil Məmmədquluzadənin yenə “Poçt qutusu”“Saqqallı uşaq” hekayələri salınmışdır. “Poçt qutusu”nu Leyla Eradze, “Saqqallı uşaq” hekayəsini isə Nodar Canaşiya tərcümə etmişdir.
Kitaba Əziz Şərifin vaxtilə yazdığı ön sözün Cəlil Məmmədquluzadəyə aid olan hissəsi də daxil edilmişdir.
Kitabda müəyyən sözlərin izahı da verilmişdir.

Kitab Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə işıq üzü görmüşdür. Kitabda ədibin gürcü dilində 13 hekayəsi özünə yer almışdır. Cəlil Məmmədquluzadənin Tiflisdə çıxan “Poçt qutusu” hekayələr kitabında görkəmli yazıçının “Poçt qutusu”, “Qurbanəli bəy”, “Nigarançılıq”, “İranda hürriyyət”, “Quzu”, “Konsulun arvadı”, “Rus qızı” və sair hekayələri toplanmışdır. Bundan başqa kitabda görkəmli yazıçının həyat və yaradıcılığına, ailə üzvələrinə aid şəkillər özünə yer tapmışdır. Həmçinin nəşrdə Cəlil Məmmədquluzadənin tərcümeyi-halına, “Molla Nəsrəddin” jurnalına aid şəkillər, əsərlərinə çəkilmiş illüstrasiyalar və sair fotoşəkillər də verilmşdır.
İllüstrasiyaların əsas müəllifi məşhur alman rəssamı Oskar İvanoviç Şmerlinqdir.
Kitabda Şmerlinqin də şəkli verilmişdir.


Kitabın redaktoru folologiya elmləri doktoru, professor, Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun direktoru İrma Ratianidir.
Nəşriyyat redaktorları məşhir gürcü yazıcısı Nariman Yaşağaşvili (Naro Kolxeli)Mirzə Məmmədoğludur.

Hekayələri Gürcüstan və Azərbaycan dövri mətbuatında gürcü və Azərbaycan dillərində əsərləri çap olunan Almaz Mirzəoğlu tərcümə etmişdir.

Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabının Tiflisdə gürcü dilində nəşr edilməsi Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin parlaq hadisəsidir.

Müşfiq BORÇALI.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Cəlil Məmmədquluzadənin gürcü dilində nəşr olunan

Cəlil Məmmədquluzadənin gürcü dilində nəşr olunan "Poçt qutusu" kitabının ...

"Zirvə", Tv, Ədəbi əlaqələr, Tiflis
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
Cəlil Məmmədquluzadənin Tbilisidəki ev –muzeyi əvvəlki fəaliyyətini bərpa e ...

Cəlil Məmmədquluzadənin Tbilisidəki ev –muzeyi əvvəlki fəaliyyətini bərpa e ...

Tiflis
Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Fond, Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Darvaz, Müşfiq Borçalı
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Bədii Tərcümə, Tiflis, Msxeta, "Varlıq"
Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis
Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin məzarı önündə anım tədbiri keçiril ...

Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin məzarı önündə anım tədbiri keçiril ...

"Zirvə"
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

"Zirvə"
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
Tiflisli “Salman Mümtaz”

Tiflisli “Salman Mümtaz”

Tiflis
“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

Ədəbi əlaqələr, "Region-Press"
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Yeni nəşrlər, Humanitar elmlər
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
BÖYÜK ƏDİBİN RƏSSAM DOSTLARI

BÖYÜK ƏDİBİN RƏSSAM DOSTLARI

Tiflis, Tarix
Rəy yazın: