AMEA Neft-Kimya Prosesləri İnstitutunun “İctimai əlaqələr” şöbəsinin müdiri Zaur Ağamalıyev turan.info.az-a bildirib ki, Seminarı giriş sözü ilə açıq elan edən TTSİ-nin rəisi Fuad Süleymanov akademikin həyat və yaradıcılığından, elmi nailiyyətlərindən və pedaqoji fəaliyyətindən danışıb.
Seminarda akademik Vaqif Abbasov “Gənc kadrların karyera inkişafı və gənclərin vətənpərvərlik ruhunda böyüməsi” mövzusunda geniş təqdimatla çıxış edib.
Akademik çıxışında gənc kadrların karyera inkişafında uğur qazanmağın pillələrini açıqlayıb və SOCAR-ın neft-kimya sənayesində gördüyü uğurlu layihələrdən danışıb.
Akademik qeyd edib ki, gənclərin vətənpərvər ruhda böyüməsi üçün mütləq vətənə, xalqa, bayrağımıza, böyüklərimizə sevgi olmalıdır.
Sonra natiq Ümummilli lider Heydər Əliyevin gənc kadrların yetişdirilməsi üçün gördüyü işlərdən, neft-kimya sənayesinin inkişafında rolundan danışbı.
Akademik özünün müəllifi olduğu “Kimya və həyat”, “Təbiət kimyasının möcüzələri və onlardan istifadə qaydaları”, “Ekoloji kimya”, “Korroziya”, “Nanotexnologiya və nanokimya” və s. kitabları TTSİ-nin Kadr hazırlığının təşkili mərkəzinin kitabxanasına hədiyyə edib.
Vaqif müəllim şagirdləri maraqlandıran sualları da cavablandırıb.
Sonda Fuad Süleymanov bu görüşdə iştirak etdiyinə görə hörmətli akademikə minnətdarlığını bildirib.
Müşfiq BORÇALI.
.