Qulu Məhərrəmli Dilçilik İnstitutu ilə xudahafizləşdi

Qulu Məhərrəmli Dilçilik İnstitutu ilə xudahafizləşdi turan.info.az xəbər verir ki, iyunun 6-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda professor Qulu Məhərrəmlinin bu elm ocağının Elmi Şurası və kollektivi ilə xudahafizləşməsi mərasimi olub.

Bu münasibətlə düzənlənmiş toplantını açan institutun direktor əvəzi, AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu institutundakı səmərəli elmi fəaliyyətinə, dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramının reallaşdırılması üçün gördüyü dəyərli işlərə görə Q.Məhərrəmliyə təşəkkür edib.

Toplantıda çıxış edən Elmi Şura üzvleri, tanınmış dilçi alimlərdən professorlar Sayalı Sadıqova, Məsud Mahmudov, İsmayıl Məmmədov, İlham Tahirov, Neriman Seyideliyev, filologiya elmləri doktorları Mayıl Eskerov, İdris Abbasov, institutun direktor müavini, dosent Baba Məhərrəmov, həmçinin Monitorinq şöbəsinin əməkdaşları dosentler Sevinc Əliyeva, Şahlar Məmmədov, Rasim Heydərov, Türkologiya şöbəsinin əmekdaşı, dosent Terane Şükürova və başqaları Dövlət Proqramının müddəalarının yerinə yetirilməsində Q.Məhərrəmlinin rəhbərlik etdiyi Monitorinq şöbəsinin işini yüksək qiymətləndiriblər. Xüsusən davamlı monitorinqlərin aparılmasını və institutda “qaynar xətt”in işə düşməsini ciddi nailiyyət sayan alimlər qeyd ediblər ki, Q.Məhərrəmlinin ölkənin tanınmış media xadimi və dilçi alim kimi bu elm ocağına nüfuz qazandırması danılmazdır. Ona görə də biz bu miqyasda alimin institutdan getmək qərarına çox təəssüflənirik.

Alimlər Q.Məhərrəmlinin televiziyaların vəziyyəti ilə bağlı verdiyi müsahibəyə görə əsassız olaraq məhkəmələrə cəlb edilməsinə, olmadığı halda bu müsahibədə təhqir axtarılmasına da münasibət bildirərək bunu bütün ölkə üçün biabırçılıq adlandırıblar. Bu prosesdə institutut əməkdaşlarından bəd niyyətlə istifadə etmək cəhdlərini də pisləyən kollektiv üzvləri bütün vicdanlı insanların, o cümlədən dilçi alimlərin, mütəxəssıslərin haqqın yanında olduqlarını bildiriblər.

Toplantıda çıxış edən professor Qulu Məhərrəmli əməyinə yüksək qiymət verdiklərinə görə institut rəhbərliyinə və elm ocağının kollektivinə minnətdarlığını bildirib. O, jurnalistika işi ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olacağı, eyni zamanda hazırda geniş nüfuz qazanmaqda olan “Azleks” elektron lüğətlər toplusunun rəhbərlərindən biri kimi dilçilik sahəsində fəaliyyətini davam etdirəcəyi barədə məlumat verıb. “Mən həmişə özümü bu kollektivin üzvü hesab etmişəm” deyən professor dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramının reallaşdırılması üçün həmişə həmkarlarının yanlnda olacağını deyib. Sonda kollektivlə xatirə şəkili çəkilib.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda təd ...

Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda təd ...

Humanitar elmlər, MEDİA
Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Humanitar elmlər
Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb

Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Saytların dili ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Saytların dili ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Humanitar elmlər
Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Dilçilik İnstitutu illik hesabat verib

Dilçilik İnstitutu illik hesabat verib

Humanitar elmlər
“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

Humanitar elmlər
“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

Humanitar elmlər, Mədəniyyət
“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans ...

“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans ...

Humanitar elmlər
Mayıl Əskərova BAŞSAĞLIĞI

Mayıl Əskərova BAŞSAĞLIĞI

Nekroloqlar
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
AMEA-nın Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib

AMEA-nın Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib

Humanitar elmlər
“Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib

“Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib

Humanitar elmlər
“Regionlarda dil situasiyası: İsmayıllı”

“Regionlarda dil situasiyası: İsmayıllı”

Regionlar, Humanitar elmlər
AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

Humanitar elmlər, İctimai elmlər
AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

Humanitar elmlər
BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

Humanitar elmlər
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
Rəy yazın: