Səadət BUTA (1951): RÜBAİLƏR...

Səadət BUTA (1951): RÜBAİLƏR... Səadət Ömər qızı Abdul­la­yeva - 1951-ci il
fevralın 13-də qədim Bor­­­çalı mahalının Başkeçid
(in­­­diki Gürcüstanın Dma­nisi) rayonundakı
qə­dim Də­mirçi Hasanlı (indiki Qı­zıl­kilsə)
kən­dində müəl­lim ailə­sin­də dün­ya­ya gəlib.
İlk şeiri 1966-cı ildə Dmanisidə nəşr olunan
«Tria­leti» adlı rayon qəzetində çap olu­nub.

Sonralar Tiflisdə Azərbaycan dilində nəşr olunan yeganə mərkəzi mətbuat orqanında - «Sovet Gür­cüs­ta­nı» (indiki "Gürcüstan") qəzetində, daha sonralar isə Azərbaycanın müxtəlif mət­buat orqanlarında şeirləri işıq üzü gö­rüb.

1982-cü ildə Narınc Xatun Borçalıda Səadət Butanın evində qonaq olarkən Hamamlı Aşıq Sonanın ifasına, bacarığına heyran olub, "heyif, bu gözəllikdə çalıb-oxuyub qadını hec yer tanımır" dedikdə, Səadət xanım: "Gəlin yaradaq, qadın aşıq və şairlərimizi təbliğ edək" təklifini irəli sürüb və həmin gün həmin üçlük «Aşıq Pəri» məclisi yaradıblar. Marneuli rayon partiya komitəsinin I katibi Kamal Məmmədovun köməkliyi ilə düz bir il yeddi ay Borçalını, daha sonra isə Göyçəni, Gəncəni, eləcə də Azərbaycanın digər bölgələrinin el-el, oba-oba, kənd-kənd gəzib qadın aşıq və şairlərimizi üzə çıxarıblar. Beləliklə, 1984-cü ildə Aşıqlar Birliyinin IV qurultayında «Aşıq Pəri» məclisi rəsmən təsdiqlənib.
1985-ci ildə Əzizə Cəfər­zadə «Azər­baycan qadını» jurna­lın­da Səadər Buta haqqında «Şeir butası» adlı məqa­lə ilə çıxış edib.

Şeirləri Tifilisdə nəşr olu­nan «Çeş­mə» (1980) və «Dan ulduzu» (1987, 1989, 1990) almanax­ların­da, Bakıda nəşr olunan "Ağır elli Borçalı" (1990) və "Addımlar" (1995, 1996) ədəbi məcmuələrində, Müşfiq Borçalının 3 cildlik "Sazlı-sözlü Başkeçid" (2016) kitabında, 5 cildlik "Zirvə" (2017, 2018) poeziya antologiyalarında dərc olunub.

«Dağlar məni ça­ğırır» adlı ilk kitabı 1997-ci ildə Bakıda çap olunub.
Sonralar daha 15 kitabı işıq üzü görüb.

2000-ci il ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü­dür.
2001-ci ildə Gürcüstan prezidenti tərəfindən «Şərəf» orde­ninə layiq görülüb.

Haqqında onlarla məqalə və kitablar yazılıb.
1999-cu ildə Tür­­ki­yə­nin Ərzurum şə­hərində, Atatürk Universitetinin Ka­zım Ka­rabekir eyitim fa­kül­təsinin
türkcə eyitim bölümündə Əli Qaf­­qasiyalının rəh­bər­liyi ilə Bülənt Altunal Səadət Buta ya­ra­dı­cılığına
dip­lom işi həsr edib, onun «Dağlar məni çağırır» şeir­lər kita­bını çap etdirib.

2017-ci ildə isə Müşfiq Borçalı şairin həyat və yaradıcılığı haq­qında Bakıda və Tiflisdə
“Butalar Butası Səadət Buta” adlı ayrıca kitab nəşr etdirib.

Biz də bir daha çox hörmətli Səadət xanım Butaya yeni-yeni yaradıcılıq uğurları arzulayır və
aşağıda onun bir neçə rübaisini turan.info.az-ın dəyərli oxucularına təqdim edirik.


turan.info.az


Nadana dünyanın varı şirindi,
Xəstəyə dağların qarı şirindi.
İnçimə, yaxşınnın acı sözündən,
Arı caladısa balı şirindi.

Bu şanı bağrıma arı hörübdü,
Gönlümün sevgili yarı hörübdü.
Eşqimin möhürlü pətəyinə bax,
Doldurub, yar sevda balı, hörübdü.

"Yar" dediyim məndən icrə ay Allah,
Bilməmişəm, bir mən imiş sən demə.
Yar canımda yaradanın öz eşqi
Torpaq imiş, Vətən imiş, sən demə.

Gördüm çox gülləri mən viranədə,
Bülbüllə qarğanı eyni xanədə.
Baxdım heyrətləndim gözəllərə mən,
Hərə bir səfildə, bir divanədə.

Hər haraya qulaq verib "hay"demə,
Kicik arxa, yanılarsan "cay" demə.
Tanrı, səndən bir istəyim var ançaq,
Sevən qəlbi sevməyənə pay demə.

İqbalım ələnib-ələkdən kecib,
Bəxtim kor düyündən, kələkdən kecib.
Min bəndə yığılsa, de, neyləyərdi?
Mənə qarğış qanlı fələkdən kecib.

Söyüdün altınan min dayaq verib,
Dedilər - Çinartək sən də uca dur!
Daha da aşağı əydi başını,
Dedi-qınamayın, adətim budur.

Hicran dolu kimi yağıb ömrümə,
Arzu ləçəyimi dəlib deşməsin.
Qadınlıq vuqarım kişiləşsə də,
Ana duyğularım kişiləşməsin.

Mən nəyə gərəyəm el arasında,
Qazana bilməsəm el hörmətini?-
Axı el səsində, el arxasında
Görurəm ömürlük səadətimi.

İnsan var ömrümnən pay qıyıb ona,
-Mənim əvəzimə yaşa, - demişəm.
İnsan var, qarşımda girib min dona,
- Niyə dönməyibsən daşa? - demişəm.

Yaxşıya qurbanam, yamana könlüm
Quru təbəssumu qıya bilərmi?
Vicdan ləkəsini min dəniz olsa,
Çağlayıb coşsa da yuya bilərmi?

"Qonşu od qonşusu, gor qonşusudur",
Hamıya bax belə söylərdi babam.
Bəs qonşu yolunu kəsən qonşunu,
Görəsən, görsəydi neylərdi babam?

turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Borçalının sənət butası Səadət Buta

Borçalının sənət butası Səadət Buta

Tv
SEVİMLİ ŞAİRİMİZ, BUTALAR BUTASI SƏADƏT BUTANIN “MƏN TÜRKƏM” ADLI YENİ BİR  ...

SEVİMLİ ŞAİRİMİZ, BUTALAR BUTASI SƏADƏT BUTANIN “MƏN TÜRKƏM” ADLI YENİ BİR ...

Yeni nəşrlər, Başkeçid, Təbriklər
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflis, Borçalı, Darvaz, Arxiv
SƏADƏT BUTA (1951)

SƏADƏT BUTA (1951)

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Başkeçid
Məmməd  ABDULLAYEV (1970-2017): RÜBAİLƏR...

Məmməd ABDULLAYEV (1970-2017): RÜBAİLƏR...

RÜBAİLƏR, Başkeçid
AŞIQ SONA HAMAMLI (1918-1988)

AŞIQ SONA HAMAMLI (1918-1988)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Başkeçid
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Əsas xəbər, Borçalı, Darvaz, Arxiv
Səadət Butanın AYB-nin Natavan klubunda

Səadət Butanın AYB-nin Natavan klubunda "Ürəyim bal pətəyidir" adlı kitab ...

Tv, Başkeçid

"Aşıq Pəri Məclisi"

Folklor, Rustavi, Başkeçid
RUHUN ŞAD OLSUN, MƏMMƏD!..

RUHUN ŞAD OLSUN, MƏMMƏD!..

Başkeçid, Nekroloqlar

"Aşıq Pəri" məclisi, Narınc Xatun...

Folklor
MƏCLİSLƏRİMİZİN BƏZƏYİ - MEHMAN OVÇUYEV

MƏCLİSLƏRİMİZİN BƏZƏYİ - MEHMAN OVÇUYEV

Başkeçid
Diqqət, diqqət:

Diqqət, diqqət: "AŞIQ PƏRİ MƏCLİSİ" kitabının yeni cildi çapa hazırlanır

Folklor, Poeziya, Elanlar
RUHUN ŞAD OLSUN, VALEH MÜƏLLİM!...

RUHUN ŞAD OLSUN, VALEH MÜƏLLİM!...

TDPİ-nin Azərbaycan bölməsi, Bolus, Darvaz, Arxiv
SƏADƏT BUTAya BAŞSAĞLIĞI

SƏADƏT BUTAya BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
Ədliyyə polkovniki NƏBİ NƏBİYEV  (1932)

Ədliyyə polkovniki NƏBİ NƏBİYEV (1932)

"XXI əsrin Ziyalıları", Başkeçid, Bolus
Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbriklər
BUTA

BUTA

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ZƏRİFƏ SUFİ DÜNYAMALIQIZI (1961)

ZƏRİFƏ SUFİ DÜNYAMALIQIZI (1961)

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Başkeçid
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
Rəy yazın: