qədim Borçalı mahalının Başkeçid
(indiki Gürcüstanın Dmanisi) rayonundakı
Gəyliyən kəndində anadan olub.
Bakıda təhsil alıb.
Hazırda ABŞ-da yaşayır.
Şeirləri "Ziya", Şərqin səsi",
"Elm və təhsil" qəzetlərində,
turan.info.az və Zirve.İnfo saytlarında,
"Sazlı-Sözlü Başkeçid" (2015)
və s. kitablarda dərc olunub.
Rübailər
Mey içdim, dağıldı qəmim-qəhərim,
Bir idi, beş oldu artdı hünərim.
Mən Ömər Xəyyam sevəndən bəri,
Baxdım öz-özünə gəlir zəfərim.
Meylə söhbət etdim dünən başabaş,
Dedim ki, intizar salıb başa daş.
Dedi qəmi yıxmaq mənim işimdir,
Sən bacar bir azca mənə yaxınlaş.
turan.info.az