Orta təhsillidir.
Bədii yaradıcılığa orta məktəb illərindən başlamışdır.
Yaradıcılığı aforizmlərdən, kiçik hekayələrdən, şeirlərdən ibarətdir.
1986-cı ildən Bakı dərin dəniz özülləri zavodunda (indiki Heydər Əliyev zavodunda) çalışmışdır.
O, eyni zamanda Zavodun nəzdindəki “Xəzər” qəzetinin ştatdankənar müxbiri kimi də fəaliyyət göstərmişdir.
Hazırda “Boss-Şelf” firmasında qaynaqçı vəzifəsində çalışır.
Bədii yazıları bir sıra dövri mətbuat orqanlarında çap olunub.
"Parlayan günəş" adlı bir kitabın müəllifidir.
Ailəlidir 3 evladı, 4 nəvəsi var.
Biz də Xaləddin Rəhimova yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..
turan.info.az
ANA DİLİM
Yiyələnib yad dillərə,
sənə kasad söylədilər.
Bir kitabı oxumayan,
mənasını hardan bilər?
Əsla sizə demir kimsə,
özgə dili öyrənməyin.
Özgə dili,öz dilindən
üstünlüyə mindirməyin.
Nə qədər ki,körpələrin,
İlk kəlməsi "Ana!" olar.
Nə qədər ki, oğulların,
son kəlməsi"Vətən!" olar.
Eşidirsiz xor baxanlar!
Qürurludur mənim elim.
Qoy bilsinlər xəzinəsən,
yaşayacaq ana dilim!
Əzizlənər ürəylərdə,
Xoş arzular diləylərdə,
Yüksəldikcə, zirvələrdə,
Yaşayacaq ana dilim!
Dildən-dilə sözdə gələr,
Mənim dilim zənginləşər,
Hər sözü də ümum bəşər,
Yaşayacaq ana dilim!
Yüz illərin sınağından
məğrur-məğrur çıxan dilim.
Çox sərhədi aşan dilim,
Yaşayacaq ana dilim!
Həsrətini çəkənlər var,
Sənə həsrət cənub elim...
Qoy eşitsin xor baxanlar,
Yaşayacaq ana dilim!
Sənsən mənim şah əsərim,
Doğransamda dilim-dilim,
Ölməyəcək əziz dilim,
Yaşayacaq ana dilim!
20.05.2023
QURTULUŞ GÜNÜ
Ulu öndər HEYDƏR ƏLİYEVİN gəlişi
bizi bəlalardan qurtardı.
Hər zaman anırıq...
Qurtuluş gününə ithaf edirəm.
Zirvədən-zirvəyə səslədi bizi,
Yaşatdı əbədi tariximizi..
9 iyun 1993-cü il: Milli dövlətçiliyimizin, xalqımızın, öl¬kə-mi¬zin qurtuluşuna gedən yolun başlanğıc günü
Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xal¬qın ça¬ğırışına səs verǝrǝk Bakıya qayıtması Azərbaycanı par¬çalan-maq¬dan, dövlətçiliyi məhv olmaqdan, xalqı vətən¬daş müharibəsi təh¬lükəsindən qurtardı.
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, müstəqil, azad, qalib Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək is¬tədiyi Azərbaycandır.
Bugünki müstəqil və güclü Azərbaycan Ümummilli lider Hey¬dər Əliyevin şah əsəridir!
Dünyaya səs salıb əməllərimiz,
Gedirik inamla gələcəyə biz.
Sabaha inamla qaynayır qanım,
Qurtuldu bəladan Azərbaycanım.
ULU ÖNDƏR
Zaman - zaman düşəcəksən yada sən,
Günəş kimi şölə saçdın alışdın.
Arxalandın qeyrətə sən,ada sən,
Vətən üçün gecə-gündüz çalışdın.
Deyirəm bu sözü mən dönə-dönə,
Poladdan olubdur Heydər inamı.
Alqış bu dövrana alqış bu günə,
Qəlblərdə yaşadır Heydəri hamı.
Kəskin siyasətçi,dərin zəkalı,
Xalqını düşünən ölkə rəhbəri.
Xalqına söz verdin şəxsiyyət kimi,
Yaşadın qəlblərdə dillər əzbəri.
Belə şəxsiyyətlər yaranır az-az
İyirminci əsrin dahisi şahı.
Bunu dərk etməz hər ağlı dayaz,
Dar günündə oldun,xalqın pənahı.
Yurdumuz görməsin birdə qan qada,
Qoymadı tökülə xalqının qanı.
Gəlin səcdə edək o ülvi ada,
Qorudu yadlardan Azərbaycanı.
Gəzdi qitələri,gəzdi dünyanı,
Tanıtdı dünyada Azərbaycanı.
Vətən qeyrətinə qaynadı qanı,
Apardı irəli Azərbaycanı.
Onun əsəridir Bakı - Ceyahanım.
Hər yerdə Heydərin izi görünür.
Onunla yaşayır Azərbaycanım,
Söhbəti görünür,sözü görünür.
Qaranlıq gecədə yanan mayaksan,
Ucadır Heydər adı,uca məbədi.
Öz obana,öz xalqına dayaqsan,
Yaşayacaq zirvələrdə adı əbədi.
O bir haqq carçısı yolunu seçdi,
Şölə saçan bir ocaqdır əbədi.
Azadlıq səddini yararaq keçdi.
Qəlbimizdə qalacaqdır əbədi.
Xoşbəxtəm müstəqil azad elim var.
Azad yaşayıram doğma elimdə,
Üç rəngli bayrağım,"Ana" dilim var.
Yazıram şeirimi "Ana" dilimdə .
Xaləddin söyləyir tayı tapılmaz,
Tarixin fatehi Heydəri sənsən.
Dahilər,dahisi əvəzolunmaz,
İnsanlıq şərəfi zirvəsi sənsən.
***
Əritdin ömrünü el yolunda şam kimi,
Birləşdi bu millət bütöv kimi,tam kimi,
Elə bir oğul böyütdün mərd İlham kimi,
Onun damarlarında axır qanın sənin,
Onunla yaşayır azad vətənin.
O fenomen yaddaşa heyran qalmışam,
Səni həm Şah İsmayıl,Babək sanmışam,
Xatirəni hər an ehtiramla anmışam.
Elə zirvəsən,öz xalqına arxa dayaqsan,
Yaşadacaq ruhunu azad Azərbaycan.
QURTULUŞ
Zalımların buxovunu,
Mərd oğul kimi qırıb atdı.
Öz xalqının harayına,
Ulu öndər Heydər çatdı.
09.06.2023
ÖMÜR YOLU
Həyat bizi qamçılayır,
Yerindəcə hey fırlayır,
Həyat bizi çox sınayır,
Ömrü verir əsən yelə.
Həyat yolu kələ-kötür,
Həyat budur görüb götür,
Öyüd vermə,öyüd ötür,
Bir örnək ol nəslə belə.
Başın üstdə tufan olar,
Toz-torpaqda gözə dolar,
Həyat yolun çətin olar,
Döz sinə gər bilə-bilə.
Ömrün bahar gülü solur,
Yayda gedir payız olur,
Hər insanlar yaşa dolur,
Ağda düşür qara telə.
Xaləddində fikrə dalır,
Ötən günü yada salır,
Gedən gedir,qalan qalır,
Döz sinə gər əsən yelə.
GÜLƏR ÜZLÜM, GÖRMƏDİ GÖZÜN...
Gözlərim gözünün nurun arayır.
Dünyanın özündən tuturam üstün,
O şirin kəlməni,şirin sözünü.
Yuxulu gözünün aldım qadasın,
Öpüb gözüm üstünə, qoydum gözünü.
Qoyma hicranına solum saralım,
Bircə an olmasın ürəyin üzgün.
Özümdən dəyərli,bildim özünü,
Ey könlü vəfalı,baxışı küsgün.
Bir dərddir könlümün kökü saraldı,
Talandı könlümün bağçası bağı.
Xəzan vurdu gül gözünü xar aldı,
Ürək dözmür çəkir bu ağır dağı.
Ömür yollarında bir addımladıq,
Hərdən duruxuram, boğuluram mən,
Məsum baxışların gözdən yanadır,
Səni düşünəndə tutunuram mən.
Böyütdük üç evlad əl-ələ verib,
O yanan çırağın özü olmusan.
Ömür yollarında üzü ağ oldun,
Tüstüsü,ocağı közü olmusan.
Xəyallarım viran oldu talandı,
Fələk durdu mənim yaman qəsdimə,
Ürəyimdə hicran odu qalandı,
Çalın çarpaz dağ çəkildi sinəmə.
İlahi bu nədir?- dərd yazdın üstümə,
Bəlkə də ən böyük qəbahətimdi?
Bağrımın başından haray qopardım,
İçimdən səslənən,haray səsimdi.
Xaləddinəm dərd qalandı üstümə,
Nisgil saçlarımı bəyaz darayır.
Düşünəndə qəhər boğur sevgilim,
Gözlərim,gözünün nurun arayır.
27 05 2023
DAŞNAN DANIŞDIM
Ziyarət edərkən...
Ağardı saçlarım atasız yaşda,
Biri görünmürsə,biri görünür.
Allah anama can sağlığı versin,
Amma atamın yeri yaman görünür.
Cavankən atasız çətindir bilin,
Çətinmiş atasız ömrü yaşamaq.
Mənimdə bəxtimə erkən yazıldı,
Nə qədər çətinmiş atasız olmaq.
Sən getdin bu dünya dar oldu mənə,
Elə bil ömrümün yarısı getdi,
O cavan ömrümün burulğanında,
Gedişin ömrümə xəzan gətirdi.
Nə boyda dərd olar adam başında,
Hər dara düşəndə yandım,alışdım.
Oturub atamın məzar daşında,
Atamın yerinə daşnan danışdım.
Atasız günlərim çıxmaz yadımdan,
Arxasız yaşamaq yaman olurmuş.
Təkliyi hiss etdim cavan yaşımdan,
Bir dərdmiş həyatda ata yoxluğu.
Bir gün atam kimi məndə gedəcəm,
Bu dünya əzəldən ölüm itimdi,
İnsan nə qədər qocalsa belə,
Atası yoxdusa demək yetimdi.
İndi də atasız yaşasamda mən,
Nəzəri elə bil üzərimdədir.
Elə bil hər zaman gözləri bizdə,
Hər dəfə əlləri kürəyimdədir.
Yaşanan həyatım getmədi boşa.
Hələ də dayağam yaxınlarıma.
Ömrümü getdikcə vururam başa,
Atasız arxa oldum evladlarıma.
Ata evladlar üçün arxa dayaqmış,
Yaş o yaş deyil, mən qocalmışam.
Dünyada gözümdə çox kiçik daha,
Atasız həyatla razılaşmışam.
21.06.2023
DÜŞÜNDÜKLƏRIM
Sevmək bir əməldir.
Sevmək yalnız bir duyğuya qapılmaq deyil,
Sevmək bir qərardır,bir düşüncədir,
bir söz verməkdir.
Önəmli olan ağlı almaq deyil,ağlında qalmaqdır.
Kimi gerçəkdən sevmiş,kimi qədrini bilmiş.
Bir qəlbi ram etmək deyil, o,
qəlbin qapısını açıb orada qalmaqdır.
Bir ürəyə qonaq olmaq deyil, o,
ürəkdə bir yerə sahib olmaq,ona sahib çıxmaqdır.
Önəmli olan sözləri deyil,davranışlarıdır.
Sevmək sevdiyin qadınla birlikdə olmaq,
eşq yaşamaq deyil,onu yaşatmaqdır.
Sevmək bir şeyin içində olmaqdır.
Sevmək almaq deyil,bir şeylər verməkdir.
Qağayılar sevdiyi dənizdən VAZ keçməz
Səndə VAZ keçmə,..
Sizdə sevin,sevilin..,
Sevgi göstərən birinə inanın,
,sevginizə sahib çıxın.
Ən önəmlisi bu.
30.05.2022
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.