Evlidir, 3-ü qız, 1-i oğlan olmaqla, 4 uşaq atasıdır.
2014-cü ildən etibarən 3 saylı ASAN XİDMƏT mərkəzində Uçot sektorunda Baş mütəxəssis vəzifəsində işləyir.
Cəlal Ənvər həm də istedadlı şair kimi tanınır. Şeir yazmaq həvəsi onda yeniyetməlik dövründən başlamışdır. Məktəb illərində Füzulinin qəzələrini, Nizami Gəncəvinin poeamalarını, şifahi xalq ədəbiyyatımızın ən böyük ustadlarından olan və öz zəmanəsinin klassik şairi tanınan Aşıq Ələsgərin qoşmaları, gözəlləmələri, dodaqdəyməz şerləri onda sözə və şeirə xusisi maraq yaratmışdır. 15 yaşında ilk qələmə aldığı şeiri "Çöyçəmin" şeiridir. Şeirdə yaşadığı Göyçə mahalının füsünkar gözəlliyini, zəhmətkeş insanlarını saza-sözə bağlılıqlarını təsvir edib:
Laləli-sünbüllü uca dağları,
Şəffav bularları, sərin suları,
Cənnətə bənzəyən gözəl bağları,
Bəzəyidi mənim gözəl Göycəmin.
Biz də Cəlal Ənvərə yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Bayram AŞIQLI,
“Borçalı” nəşriyyatının və
“Şərqin səsi” qəzetinin şöbə müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Abdulla Şaiq”, “Qızıl qələm” və
“Zirvə” mükafatları laureatı
turan.info.az
GƏL BİR DÜNYA QURAQ
Gəl bir dünya quraq, dünyadan fərqli,
Elə bir dünya ki, kədər olmasın.
Sevinsin insanlar, gülsün insanlar,
Kimsənin sevgisi hədər olmasın.
Gəl bir dünya quraq, dünyadan fərqli,
Dünyanın düzəni heç pozulmasın.
Müharibə olmasın, şəhid olmasın,
Ağlayıb analar, saçın yolmasın.
Gəl bir dünya quraq, dünyadan fərqli,
Könlünə xətrinə dəyən olmasın.
Hamının üzündə gülüş təbəssüm,
Ağzını gözünü ǝyǝn olmasın.
Gəl bir dünya quraq, dünyadan fərqli,
Hər kəsin qəlbinə məhəbbət dolsun.
Sevənlər yarını ürəkdən sevsin,
Xəyanət olmasın,sədaqət olsun.
Gəl bir dünya quraq, dünyadan fərqli,
Vaxtsız payız gəlib xəzan olmasın.
Kimsənin sevgisi gözündə qalıb,
Nakam sevgisindən yazan olmasın.
10.12.2022
QIRILMIŞ KÖNLÜMÜ HARA APARIM?
Səhraya dönübdür,çəmənim çölüm
Yıxılıb sarayım, qırılıb könlüm.
Gəl mənə sən de, başına dönüm.
Qırılmış könlümü hara aparim?
Dikilib gözlərim sən gedən yola,
Qayıdıb gələsən bir gün nə ola.
Qoyma....
Qoyma ürəyimdə məhəbbət sola,
Qırılmış könlümü hara aparım?
Sənsiz keçən gecəm,günüm də qara,
Vurdun ürəyimə sağalmaz yara,
Götürüm özümlə soyuq məzara,
Qırılmış könlümü ora aparim,
Qırılmış könlümü hara aparım?
Hara aparim?
BİLİRSƏNMİ?
Məhkum edib, salıb məni qoynuna,
Düşmüşəm mən bir fələyin oynuna.
Bir dünya yükünü alıb boynuna.
Bilirsənmi, nələr çəkir ürəyim?
Uşaq ikən atam anam sağıydı,
Gəzdiyimiz gül çiçəkli bağıydı,
Günlərimiz bu günlərdən ağıydı.
Bilirsənmi, nələr çəkir ürəyim?
Bir gənc idim arzularım varıdı.
Cavanlığım gözlərimi sarıdı.
Arzularım ürəyimdə qarıdı.
Bilirsənmi, nələr çəkir ürəyim?
Mən dünyamı dünyalara qatmıram.
Yuxuda da arzulara çatmıram.
Qaçır yuxum, səhərəcən yatmıram.
Bilirsənmi, nələr çəkir ürəyim?
Yarımadıq yarım qaldı əhdimiz,
Düyünləndi açılmadı bəxtimiz,
Dəryalarda batdı bizim gəmimiz,
Bilirsənmi, nələr çəkir ürəyim?
Qəmli gözüm bir nöqtəyə dikilir.
Qǝdd əyilib belim belə bükülür.
İlmə-ilmə tikdiklərim sökülür.
Bilirsənmi, nələr çəkir ürəyim?
11.01.2022
"ASAN XİDMƏT"
Azərbaycan brendi nümunəvi müəssisə,
Düzgünlüyü əks edən lövhədir"ASAN XİDMƏT".
Rahat və keyfiyyətli xidməti etmək üçün,
Dövlətdən vətəndaşa töhfədir "ASAN XİDMƏT."
Vahid bir pəncərədir xidmətlər toplanıbdır,
Hüquqa ədalətə dayaqdır"ASAN XİDMƏT".
İstedadlı gəncləri toplayıb bir araya,
Xoş gələcək qurmağa mayakdır"ASAN XİDMƏT".
Müraciət edənlər məmnundur xidmətindən,
Xidmətdə şəffaflığa meyyardır"ASAN XİDMƏT".
Bütün xidmətlər üzrə şəffafdır çox rahatdır,
Yaxın uzaq kəndlərə səyyardır" ASAN XİDMƏT".
A DAĞLAR
Bir ümman dənizdə tənha qalmışam,
Məni də qoynuna götür, a dağlar,
Əl açım Tanrıya səndə göylərə,
Ahımı zarımı ötür, a dağlar,
Sığınım qoynuna söykənim sənə,
Zirvəndən yurduma baxım a dağlar.
Köksünə yayılan şehin ətrini,
Üzümə gözümə yaxım, a dağlar.
Vətənsiz vətəndə qərib qalmışam.
Yanır ürəyimin başı a dağlar.
Dərd qəmin əlindən kövrək olmuşam,
Dayanmır gözümün yaşı, a dağlar.
Göyçəmin həsrəti yandırır məni.
Quruyub çaylarım gölüm a dağlar.
Bir parça qayadan baş daşım olsun,
Yetərki.......
Yetərki qoynunda ölüm, a dağlar.
GÖYÇƏYƏ SARI
Həsrətdən qəlbimin günəşi sönüb.
Ərimir yolların buzları qarı.
Gecələr səmada ulduza dönüb,
Gizlincə axıram Göyçǝyǝ sarı.
Bu həsrət bu nisgil qəlbimi deşdi,
Toplanıb köksümə dərdi qubari.
Otuz bahar gəldi,otuz qış keçdi,
Həsrətlə baxıram Göyçəyə sarı.
Nə qələm, nə vərəq yetmir dadima.
Köklənmir, sazımın qırılıb simi.
Anamın laylası düşüb yadima.
Hıçqıra-hıçqıra bir uşaq kimi,
Çevrilib yatıram Göyçəyə sarı.
BİRCƏ ARZUM-DİLƏYİM VAR
Mənim səndən Ulu Tanrım,
Bircə arzum-diləyim var.
İzin verki bircə dəfə
Mən Göyçəyə gedim gəlim.
Viran qalmış yurdumu mən,
Gəzim kənd kənd oba oba
Hər daşına torpağına
Bir ziyarət edim gəlim.
Gedim sərin oylağına,
Cənnət məkan qucağına.
Çıxım Tərsə yaylağına,
Havasını alım gəlim.
Yolum düşsə Ağkilsǝyǝ,
Baş çəkim mən məzarına,
İzin alım Ələsgərdən,
Duasını alım gəlim.
Səyyar olum o yerlərə,
Gəzə gəzə hər dağ dərə,
Çatım sərin çeşmələrə,
Doyunca su içim gəlim.
Gəzim yaşıl çəmənləri,
Yada salım keçənləri.
Dəryaz alım əlimə mən,
Bir çəngə ot biçim gəlim.
Məlhəm qoyum mən dağına,
Yayda düşər çən dağına,
Ayrılığın həsrətinə,
Bayatılar qoşum gəlim.
Dərd əlindən üzülmüşəm,
Bir yumaq tək bükülmüşəm.
İlhamımı səndən alıb,
Dəryalar tək coşum gəlim.
Əlim yetmir gileyim var.
Mənim əhdim diləyim var.
Seyid Bayram ocağına,
Nəzirimi qoyum gəlim.
Dədə Qorqud duasıyla,
Gözəl Cəngi havasıyla,
Göyçəmə göz tikələrin
Gözlərini oyum gəlim.
Damlar olmuş dərmə deşik,
Viran qalmış hər ev eşik.
Közü sönmüş ocağıma
Yana yana baxım gəlim.
Düşsün həyat axarına,
Gələn ilin baharına,
Ay ulduzlu bayrağımı,
Mən Göyçəyə taxım gəlim.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.