Məhəmməd Xəyal Əbdürrəhmanov: Tac mahalım BORÇALIDI, YIRĞANÇAYDI elim mənim.

Məhəmməd Xəyal Əbdürrəhmanov: Tac mahalım BORÇALIDI, YIRĞANÇAYDI elim mənim.
MƏNİM!!!

Çeşmələrdən ilham alıb,
Nəğmə deyən dilim mənim.
Saz siminə cilalanıb,
Barmaqlarım,əlim mənim.

Qələminə arxalanır!
Od püsgürsə şaxda yanır!
Misra-misra sıralanır,
İçim mənim, çölüm mənim.

Gecə sübhə dan gəzirəm,
Söz silahım, qan gəzirəm,
İzləyirəm an, gəzirəm,
Boş keçərmi ilim mənim.

Məhəmmədin ünvanıdı,
ODLAR YURDU yurdun adı!
Tac mahalım BORÇALIDI,
YIRĞANÇAYDI elim mənim.


DAĞLAR!!!

Gəlmişəmki çeşmələrdən,
Bir doyunca içim Dağlar.
İlham alıb zirvələrdən,
Söz çələngi seçim Dağlar.

Uşaqlığım keçib sizdə,
Kah yamacda,gahda düzdə!
Necə deyim günah sizdə,
Özümdədir suçum Dağlar.

Heyif ömrü verdim yelə,
Damla-damla gilə-gilə,
Məhəmmədəm son mənzilə,
Qucağından köçüm Dağlar.


OLAYDIM!

Yaşayıram bu həvəsdə,
O dağlarda kaş olaydım.
Bulaqların gözü üstə,
Qara çatma qaş olaydım.

Ayrılıqdan oda yandım ,
Anam dağlar sözüm, andım.
Dağlar oğlu olammadım,
Qucağında daş olaydım

O zamanlar bəxtiyardım,
Dərdsiz, qəmsiz gün yaşardım,
Dönüb yenə at çapardım,
Kaş on,onbeş yaş olaydım.

Məhəmmədəm yad məkanda,
Dərdli gəzir ruhum canda,
Gül-çiçəyi saralanda,
Bircə damla yaş olaydım.


OLUM!!!

Yağış yağır islanarsan,
Başın üstə çətir olum.
Hardaki şer, söz anarsan!
Orda sətir-sətir olum.

Qışda dönüm baharına
Od püskürüm yana-yana,
Səpələnib yollarına,
Gülab olum, ətir olum

Yaylaq desən göy yaylağın,
Payız desən barlı bağın,
Məhəmmədəm qurbanlığın,
Təki sən de! gətir; olum.


Artır bu həyata nifrətim artır!!!

Bu minval qəlbimdə artırır qəmi ,
Qardaşı oğluna kəf gəlir əmi,
Kişiyəm!deyənlər qadınlar kimi,
Qaşını aldırır, üzünü dartır ,
Artır bu həyata nifrətim artır.
--------------------------------------
Deyirsən üzünə deyir yox əşi!
Unudub olanı, atıb keçmişi,
Vaxtilə acından bulanan "kişi",
İndi sulanıbdır özünü dartır.
Artır bu həyata nifrətim artır.
--------------------------------------
İmkanın olanda səndən yeyənlər,
Səni tərifləyib,səni öyənlər,
Vurub sinəsinə varam deyənlər,
Görsə yıxılırsan sözünü dartır!
Artır bu həyata nifrətim artır.
---------------------------------------
Ay Xəyal Məhəmməd ağarıb başın,
Fikirdən otuza çatmamış yaşın!
Dözülməz dərdə bax qardaş-qardaşın!
Ocağın söndürür közünü dartır.
Artır bu həyata nifrətim artır.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: