Dünya məni çox sıxma, gedərəm bir gün...

Dünya məni çox sıxma, gedərəm bir gün...Dünya məni çox sıxma, gedərəm bir gün,
Yatıb torpaq altda,
ölərəm bir gün.
Kəfənə bürünüb
yataram bir gün
Sonra dön desən də,
dönmərəm geri.

Tanımaq olmayır,
geri baxanda
Sən necə dəyişdin
kiçik zamanda?
Həyatdan iyrəndim,
keçən hər anda
Məzara gedərəm,
dönmərəm geri.

Hanı o Şirinin,
hanı Fərhadın?
Hardadı Kərəmin,
hardadı Əslin?
Sevginin yolunda
mən darmadağın,
Olmuşam, bezmişəm,
dönmərəm geri.

Dostluğu bilirdim pak və pakizə,
Hər qardaş deyənə verdim icazə,
Vurdular bıçağı, almadım vecə,
Yaradı kürəyim, dönmərəm geri.

Gedərəm arxamdan ağlayan olmaz,
Ruhuma Fatihə tapşıran olmaz.
Bəlkə də heç zaman axtaran olmaz
Dünyadan əl çəkib, dönmərəm geri.

Mənəm Allahverdi, qəmli bir şair,
Sözümü demişəm hər şeyə dair,
Əlbətdə deyiləm heç nəyə qadir,
Getsəm son mənzilə, dönmərəm geri...

Allahverdi Qeniyev,
Borçalı, Aşağı Saral kəndi,
Rza abbasov adina orta məktəbin XII sinif şagirdi.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: