Vətəni ana bildilər,
Ölümü şərəf seçdilər
Bayrağına büründülər,
Şəhidlərə ağlamayın
Layla ilə böyüdülər ,
Ağı deyib oxşamayın
Vətən marşını sevdilər,
Şəhidlərə ağlamayın
Ölməz diriykən cəsədi ,
Adına yazdı tarixi
Ruhu dolaşır vətəni ,
Şəhidlərə ağlamıyın
Behişdir onun yeri ,
Sevinməsin düşməni
Behiştin nişanəsi,
Şəhidlərə ağlamayın
Torpağıma axan qanı,
Müqəddəs zyarətim
Məni qoruyacaq səddim ,
Şəhidlərə ağlamayın
Elnurəyəm məzarları ,
Qürur yerim and yerimdir
Qurban gedən igidimdir,
Şəhidlərə ağlamayın
ƏSGƏRƏM
Yağsın güllələr kinin zəhərdir,
Düşmən hiylən tələ ömrün hədərdir
Odlar yurdundayam igidəm ərəm,
Vətən keşiyində məğrur əsgərəm
Qədimdir tarixim uluam türkəm ,
Sənin məzarını qazan səngərəm
Babam Koroğlutək məndə bir ərəm ,
Mübarizəm mərdəm cəsur əsgərəm
Muğam torpağıma qarışan mayam,
Şeir qəzəldir beşikdə laylam,
Vətəndir laylamı çaldığım anam,
Anamın fəxriyəm dönməz əsgərəm
Elimə yurduma göz dikən sənsən,
İzsizsən ,tarixsiz qəlbi xainsən
Qarşında dağam mən yurda gərəyəm,
Elimi bəzəyən qorxmaz əsgərəm
Canımla qoruyum mən vətənimi,
Qoy güllən dəlsin cavan qəlbimi
Əgər layiqəmsə qurban şəhidəm,
Vətənim uğrunda ölən əsgərəm
Elnurə şairdir sözü qılıncdır,
Hər sözü hədəfə dəyəcək oxdur
Aslanın erkəyi dişisi yoxdur,
Silahı hədəfə dəyən əsgərəm.
Halaldr elimin halal mayası ,
Tanışdır mənə hər bir qayası
Alınmaz qalayam tarixəm izəm,
Ruhum yurda bağlı ölməz əsgərəm!..
.