Sağ ol, Xasay müəllim (hekayə)

Sağ ol, Xasay müəllim (hekayə) Səxavət Tağlar,
Əməkdar müəllim, yazıçı-publisist


=================

Pedaqoji İnstitutun IV kursunda oxuyurduq. Tələbəlik həyatının qayğılı günlərini yaşayırdıq. Mart ayı idi. Qrup rəhbəri, sevimli müəllimimiz Mirələm Vəliyev deyəndə ki, uşaqlar yaz kanikulundan sonra məktəblərə praktikaya gedəcəyik. Hamı yerbə-yerdən:
— Nə gözəl, nə əla, — deyə, dilləndi.

Qrup rəhbəri tələbələrin hansı məktəblərə düşdüklərini elan etdikdən sonra:
— Uşaqlar, rektorluq hər məktəbə də bir metodist müəllim təyin edib, onlar sizin təcrübə işinizi istiqamətləndirib, həm də bu işlərə nəzarət edəcəklər— dedi.
Tələbələrdən kimsə:
— Mirələm müəllim, bəs siz hansı məktəbə düşmüsünüz — deyə, soruşdu.
Mirələm müəllim:
— Mən qrupun bütün tələbələrinin praktika işinə nəzarət edəcəm, məktəblər üzrə tələbələrin “açıq dərs” ində olacam—dedi.
... Uşaqların sevincinin həddi-hüdudu yox idi. Auditoriada mühazirə yazmaqdan, seminar məşğələlərə yazdıqlarını öyrənməkdən bir qədər azad olacağıydılar. Həm də məktəb, təcrübə onlara maraqlı, bir qədər də yüngül gəlirdi. Belə, tələbəlik həyatının pedaqoji təcrübə günləri başladı...
Novruz bayramı günləri ərəfəsi idi. Biz bir neçə tələbə praktikanı başqa tələbələrdən fərqli olaraq şəhər məktəbində deyil, Xankəndinin Kərkicahan kəndində keçirməli olduq. Kərkicahan kənd orta məktəbi kəndin çox qəribə bir yerində, yüksəklikdə yerləşirdi. Şəhərdən ora gedən 6 nömrəli avtobus xeyli aralıda dayanırdı. Məktəbə kimi piyada bir qədər yüksəklik qalxmalı olurduq. Kənd camaatı və məktəbin pedaqoji kollektivi biz tələbələrə necə qayğılı münasibət bəsləyirdilər. İlk dəfə məktəbə getdiyimiz gün heç vaxt yadımdan çıxmır. DQMV-nın bütün ərazisinə, o cümlədən də Kərkicahan kəndinə qar yağmışdı. Yaz ətiri duyulan havanın ilıq nəfəsi qarı əridirdi. Əriməkdə olan qar qəribə parıltı ilə insanın gözünü qamaşdırırdı. Biz məktəbə çatanda saat 10 olardı. Uşaqlar qartopu oynayırdılar. Növbətçi müəllim onları nəzarətlə içəri keçirirdi. Qrup rəhbərimiz Mirələm müəllimlə məktəbə daxil olduq. Məktəbin direktoru Sadıq müəllimlə görüşdükdən sonra o, bizə dedi:
—Əziz tələbələr, sizin bəxtiniz gətirib ki, təcrübə işlərinizə metodist müəllim, məktəbin dərs hissə müdiri Şahid müəllim özü rəhbərlik edəcək.
Hamımız sevindik. Biz Şahid müəllimi İnstitutdan tanıyırdıq. O, bizə aşağı kurslarda dərs də demişdi. Fiziki cəhətdəh çox böyük çəkiyə malik bir insan idi. Rahat və yatımlı olmaqla, gözəl pedaqoq idi. Onun birinci gün bizə verdiyi məsləhətləri qrup rəhbərimiz Mirələm müəllim İnstitutda da, yolboyu avtobusda da dönə-dönə demisdi:
—Hər bir hərəkətinizə fikir verin. Danışığınızdan tutmuş, dərs prosesinə kimi... Çalışın ki, təlim-tərbiyə prosesində nəsə öyrənə biləsiniz, sonda hər biriniz “qiymət dərsi” keçəcəksiniz. Aldığınız qiymətlər “Qiymət kitabçası” na yazılacaq...
Bir ay kənd məktəbində olduq. Günortalar məktəb büfetində bizim üçün hər cür şərait yaratmışdılar. Şahid müəllimgilin evi məktəbə uzaq olduqundan o da günortalar bizimlə birlikdə nahar edirdi. (İşğaldan sonra öyrəndik ki, o, düşmən gülləsinə tuş gələrək əbədiyyətə qovuşub. Allah ona qəni-qəni rəhmət eləsin!).
Bizi sinif rəhbərlərinə təhkim etmişdilər. Dərsə gəlməyən şagirdlərin valideyinləri ilə birlikdə söhbətlər aparırdıq. Hər tələbə bir ay müşahidə etdiyi, dərs dediyi bir şagirdin psixoloji xarakteistikasını hazırlamalı idi. Tapşırmışdılar ki, bir-birinizdən köçürməyin. Novruz bayramı şənliyi məktəbdə çox gözəl təşkil olunmuşdu. Biz tələbələrin bu şənlikdə iştirakı həm şagirdlər, həm müəllimlər həm də valideynlər tərəfindən yaxşı qarşılandı.
... Tələbik həyatının ən maraqlı günlərini yaşayırdıq. Şagirdlər bizə“müəllim” deyə, müraciət edəndə sevincimiz yerə-göyə sığmırdı. Hamımızın məqsədi “qiymət dərsi” ndə Şahid müəllimdən müsbət qiymət alıb, “qiymət kitabçası” na yazdırmaq idi. Onun istər dərs prosesində, istərsə də təlim-tərbiyə işinin başqa məqamlarında xoşuna gəlməyən bir iş görəndə: “Sağ ol, Xasay müəllim” deməsi bütün tələbələri düşündürürdü. Tələbə qızlardan Yaqut adlı biri bu düşüncələrə son qoymaq üçün:
— Ay Şahid müəllim! “Sağ ol, Xasay müəllim” ifadəsi nədir ki, tez-tez
işlədirsiniz— deyə, soruşdu.
O əvəzində:
— Qızım, bu söz sənə deyilibmi?!
Tələbə:
— Mənə deyilməyib, başqasına deyilib...
Şahid müəllim:
— Narahat olma, sənə deyilməyibsə qiymət alacaqsan...
Tələbə:
— Şahid müəllim, siz qız-oğlan fərq etmədən bu ifadəni işlədirsiniz, bəs niyə?
deyə, soruşanda
Şahid müəllim:
— Eyb etməz qızım, siz praktikanı yekunlaşdırıb, İnstituta qayıdarkən bir yekun iclasımız olacaq, mən onda bunun açıqlamasını sizə verəcəm— demişdi.
... Aprel ayının ortaları idi. DQMV-nın mərkəzi Xankəndi şəhərinə bitişik olan Kərcihan kənd orta məktəbinə tələbə praktikasına gələn bütün tələbələr öz işlərini uğurla yekunlaşdırmışdılar. Əslində böyük ədəb-ərkan sahibi olan, metodist Şahid müəllim hər bir işdə bizə köməklik göstərmişdi. Onun qayğısını hiss etmişdik. Dinlənilmiş dərslərin müzakirəsi zamanı, o, nöqsan və çatışmamazlıqları tələbələrə elə ustalıqla, elə məharətlə deyirdi ki, hər kəs öz səhvini düzəltməyə çalışırdı. Bizi maraqlandıran yalnız bir məsələ idi. Şahid müəllimin “Sağ ol, Xasay müəllim” deməsi. Bircə onu bilirdik ki, təcrübəli təhsil işçisi, tanınmılş bir pedaqoq bu məsələni yaxşı mənada demir. Tələbələrdə xoşuna gəlməyən, qeyri pedaqoji bir davranış və yaxud da elmi bir səhv müşahidə etdikdə deyir.
Vaxt gəlib çatdı ki, qrup rəhbərimiz Mirələm Vəliyevin və fakultə dekanı Süleyman Zeynalovun iştirakı ilə məktəbdə bir toplantı oldu. Təcrübə keçən tələbələrin “ açıq dərs” lərində müşahidə olunmuş yaxşı-pis nə varsa hamısı Şahid müəllimin çıxışında öz əksini tapdı. İclas yüksək səviyyədə yekunlaşmaq üzrə idi. Tələbələrin “qiymət dirsi” ində aldıqları qiymətlər də elan olunmuşdu. Uşaqlar görəndə ki, Şahid müəllim “Sağ ol, Xasay müəllim” ifadəsinin açıqlamasını vermir, hamsı yerbə-yerdən:
— Şahid müəllim, siz allah, indi deyin “Sağ ol, Xasay müəllim” ifadəsi haradan düşüb dilinizə?!
Şahid müəllim bu bir ay müddətində tələbələrə elə doğma, elə isti münasibət bəsləmişdi ki, tələbələr də onu çox istiqanlı və dəyərli bir pedaqoq kimi sevirdilər. Odur ki, o, məsələni o tərəf, bu tərəfə yayındıra bilməyib başladı söhbətə:
—... Hə əziz uşaqlar, hörmətli tələbələr! Mən də sizin kimi tələbə olmuşam, pedaqoji təcrübəyə getmişəm. Bir gün riyaziyyatdan “açıq dərs” var idi. Zaqataladan Xasay adlı bir tələbə yoldaşımızın dərsi. Mövzu da “Toplananların yerini dəyişdikdə cəm dəyişmir” idi. Xasay əyanilikdən istifadə etmək, şagirdləri daha mükəmməl başa salmaq üçün çox canfəşanlıq edir. Uşaqlara tapşırır ki, hərəniz on qoz gətirin. Dərs başlayır. Tələbə-müəllim mükəmməl hazırlaşdığı “açıq dərsi” əvvəl-əvvəl yüksək səviyyədə qurur. Bu həm təcrübə rəhbərinin, həm də digər iştirakçıların xoşuna gəlir. Elə ki, Xasay müəllim “Toplananların yerini dəyişdikdə çəm dəyişmir” i əyani şəkildə uşaqlara başa salmaq üçün deyir ki, uşaqlar gətirdiyiniz qozu çıxarın partanın üstünə qoyun. Şagirdlər də qozu partanın üstünə qoyurlar. Bununla da aləm qarışır. Bir şagirdin gətirdiyi qoz əlində dağılır. O qozları yığmağa başlayanda digər şagirdə toxunur, onunda qozları dağılır. Beləliklə tələbə Xasay müəllimin “açiq dərs” i baş tutmur. Uşaqların hamısının partanın altında qoz üstündə dava-dalaş etdiyini görən təcrübə rəhbəri, metodist müəllim “Sağ ol, Xasay müəllim!” — deyib, sinif otağından çıxır və beləliklə də “Sağ ol, Xasay müəllim!” məsəli yaranır...

Biz tələbələr yalnız bundan sonra bildik ki, Şahid müəllim bir səhv, bir nöqsan müşahidə edəndə nə üçün qız-oğlan fərq etmədən “Sağ ol, Xasay müəllim!” - deyirmiş.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tələbə sözü:

Tələbə sözü: "Əzmlə çalışacağam!..."

AzTU

"Xitab" mövzusunda açıq dərs

Bakı, Məktəblər
Peşəyə məhəbbət olanda

Peşəyə məhəbbət olanda

Məktəblər, "Elm və Təhsil"
Tələbə sözü:

Tələbə sözü: "Böyük arzu"

AzTU
Nəriman ƏLİYEV:

Nəriman ƏLİYEV: "ALİM TƏBƏSSÜMÜ" - Professor Mədəd Çobanov haqqında xatir ...

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Müəllim sözü: Uşaqları olduqları kimi anlayaq...

Müəllim sözü: Uşaqları olduqları kimi anlayaq...

Məktəblər, "Elm və Təhsil"
ŞUŞANIN SİMVOLLARINDAN BİRİ DƏ KÖÇDÜ DÜNYADAN... RUHUN ŞAD OLSUN, XASAY ƏMİ ...

ŞUŞANIN SİMVOLLARINDAN BİRİ DƏ KÖÇDÜ DÜNYADAN... RUHUN ŞAD OLSUN, XASAY ƏMİ ...

Qarabağ, Nekroloqlar
Dosent Mütəllim Rəhimov:

Dosent Mütəllim Rəhimov: "Müəllimə olan ögey münasibət təhsilimizin səviyy ...

"SALDO"
İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

Darvaz
Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək  tələbələrlə görüşdü

Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək tələbələrlə görüşdü

BMU
Əsil pedaqoq: Ənənə və novatorluğun birləşməsi

Əsil pedaqoq: Ənənə və novatorluğun birləşməsi

Məktəblər
Yedəyi itli xanım hakim imiş...

Yedəyi itli xanım hakim imiş...

Regionlar, Köşə yazılar
RUHUN ŞAD OLSUN, ARİF MÜƏLLİM!..

RUHUN ŞAD OLSUN, ARİF MÜƏLLİM!..

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ YAŞAMIŞ NURƏDDİN MƏMMƏDOV

ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ YAŞAMIŞ NURƏDDİN MƏMMƏDOV

Regionlar, Məktəblər, UNUTSAQ, UNUDULARIQ!....
“Dostluq körpüsü”

“Dostluq körpüsü”

Bakı, Məktəblər
ŞƏHİDLİK ZİRVƏSİ -  Əhməd Əhmədli

ŞƏHİDLİK ZİRVƏSİ - Əhməd Əhmədli

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Yubileyiniz mübarək, hörmətli Pirməmməd müəllim!..

Yubileyiniz mübarək, hörmətli Pirməmməd müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Qarayazı, Təbriklər
Müəllim ömrü

Müəllim ömrü

Məktəblər, Təbriklər
ŞƏRƏFLİ   PEDAQOQ  ÖMRÜ

ŞƏRƏFLİ PEDAQOQ ÖMRÜ

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
DİQQƏT, DİQQƏT!..

DİQQƏT, DİQQƏT!..

AzTU, Elanlar
Rəy yazın: