-Can balam acmısan? Evdə heç nə yoxdur.-nəmli gözlərini silərək:-bir az gözlə .Elnarə xalagil evdə yoxdu.gəlsin gedib pul istəyərəm.
Kamil onun sözünə bəndmiş kimi:-Heç sənin 50 qəpik pulun yoxdur?Mənim bir ədəd siqaretimde yoxdur-söylədi
Yaqut nifrətlə onun üzünə baxaraq:-Mənim pulum hardan ola bilərki sən verməsən?Sən necə insansan ?Balan acından ölür .Çörək almağa pul yox.Sən siqaret axtarırsan-səsini yüksəldi.
Kamil hövsələdən çıxaraq Yaqutun üzünə bir sillə vurdu:-Alçaq qadın kəs səsini.İfritə
-qızına tərəf çevrilərək:-Sən küçük mənim siqaretlərimi oğurlayırsan?.Harada gizlətmisən?Tez ol tap ciyərini çıxardaram.Axsaq it küçüyu-onun zərif qollarından tutaraq silkələdi.Nəzrin zəif səslə atasının onu vuracağından qorxaraq :-Ata axşam axırıncını sənə vermişəm-deyib üzünü gilətməyə çalışdı.
-Küçüy-onu vurmaq istədikdə Yaqut özünü qabağa verdi-Burax uşağı alcaq.Haqq şahiddir ki onu sən şikəst etdin .Allah cəzanı versin.
-Tez ol tap yoxsa ikinizi də öldürəcəm-Kamil ona yaxınlaşdı.
-Öldür onsuzda acından ölürük-Yaqutun səsinə cavab olaraq Kamil onun yaxasından tutaraq uzünə bədəninə yumruq zərbələri endirdi.Qadın müqavimətini itirərək yerə yıxıldıqda carəsiz qızcığaz həyəcanla ev-eşiyi qab qacağı axtarmağa başladı.Siqaret olmadığına əmin olsada anasını qurtarmaq üçün əlac axtarırdı.Anasının qışqırığına dözməyərək otağa qayıtmaq istədikdə qapının küncündə gözünə siqar kötüyü sataşdı.Sevincək götürərək otağa daxil oldu.Qəzəbdən vəhşi heyvanı xatırladan Kamil cəld hərəkətlə mətbəxə keçib bıcaq götürərək otağa qayıtdı.Yerdə taqətsiz halda uzanan qadına yaxınlaşaraq zərbə endirmək istədikdə Nəzrin yaşlı gözlərini ona dikərək əlini ona uzadaraq araya girdi.Kamilin endirdiyi zərbə Nəzrini qana qərq etdi.Yaqut dəhşətlə çığıraraq körpəsinin üstünə yıxıldı.Nəzrin əllərini sıxaraq :-ana demək istəsədə ağzından 2 damcı qan axdı.Yaqut vahiməylə çığırıb saçını yolmağa başladı.Kamil isə key kimi dayanaraq qızına baxırdı.Yaqut birdən qəhqəhə çəkərək güldükdən sonra qəzəblə anidən gözünü bıçağa dikdi.Bıçağı qızının bədənindən çıxararaq canlı ölünü xatırladan ərinə yaxınlaşaraq ona dalbadal zərbələr endirdi.Mən binaya daxil olduqda səslərin vahiməsi məni onların mənzilinə apardı.Açıq qapıdan içəri baxdıqda dəhşətli mənzərəni görüb evə daxil oldum.Kamil qan içində can verirdi.Nəzrinin gözləri qapanmışdı.Yaqut onun başı üzərində gah gülüb gah ağlayırdı.Mən və səsə gələn qonşular onlara yaxınlaşdıqda o heç hiss etmədi.Mən Nəzrinin əllərini ovcuma almaq istədikdə onun əlindəki siqar kötüyü düşərək atasının axan qan gölməçəsinə qarşıdı.Hər şey bəlli idi.Axan göz yaşlarım dodqlarımda bu kəlmələri səsləndirdi;-Nə üçün...Nə üçün vərdiş edilən pis əməldən yaxa qurtara bilmirik...nə üçün pis vərdişə vaxtında son demirik ki ...o bizim canımıza qanımıza hoparaq təkcə özümüzü yox bizə səadət bəxş edənləri də bizimlə bərabər məhv edir...nə üçün...nə üçün?
.