SƏMA SEVƏRin ŞEİRLƏRİ

SƏMA SEVƏRin ŞEİRLƏRİ Səma Sevər - 20 dekabr 1959-cu ildə Moskva şəhərində dünyaya gəlib. Uşaqlıq illəri orada keçib, sonra Azərbaycana köçüblər. İlk təhsilini Goranboy rayonundakı rus məktəbində alıb. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universitetinə) qəbul olub. 1984-ci ildə ali məktəbi də müvəffəqiyyətlə bitirib və Bakının Nərmanov rayonunda yerləşən 212 nömrəli məktəbdə pedaqoji fəaliyyətə başlayıb. Sonralar həm də Bakı kompyüter kollecində muəllim işləyib. Hazırda təqaüdçüdür.
Səma xanım uzun illərdi ki, həm də bədii yaradıcılıqla da məşqul olur. Üç kitab müəllifidir. İki hissəli “Qəlbdən gələn səs” adlı ilk şeirlər kitabı 1998-1999-cu illərdə, "Arzular çiçək açanda" şeirlər kitabı isə 2020-ci ildə çap olunub. İlk kitabları "Danişır Baki" radiosunda jurnalist Zemfira Şeyxzamanova tərəfindən təqdim edilib.
Səma Sevərin şeirlərinə bəstəkar Nuşabə xanim Muradova musiqi bəstələyib, həmin mahnılar xalq artisti Elmira Rəhimova və müğənni Nadir Qafarzadə tərəfindən ifa olunub.
Səma Sevər xanımın müxtəlif janrlarda şeirləri var: lirika, sərbəst mövzu, qəzəl, bayatı və s. Bunlarla bərabər yeni bir janrda - fəlsəfi şeirlər də yazmağa başlamışdır.
Bir sözlə, Səma Sevər Allahı sevən, səmanı sevən, həyat sevgisi dolu şairə-publisist, filoloq, pedaqoq, psixoloq, ilahiyyətçi, üç uşaq anasıdır.
Həm də artıq sevimli nənədir Səma Sevər xanım.
Biz də Səma Sevər xanıma şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar, yeni-yeni nailiyyətlər arzulayırıq.

Məlahət SAHİBQIZI,
“Borçalı” nəşriyyatının redaktoru,
AYB-nin və AJB-nin üzvü,
"Abdulla Şaiq", "Xan qızı Natəvan",
"Zirvə" və "Qızıl qələm" mükafatları laureatı



SƏMA SEVƏRin ŞEİRLƏRİ SON EŞQİM, İLK BAHARIM

Sən mənim öz yarım, axır bir eşqim,
Qəlbimin sultanı ilk baharısan.
Gerdə qoyduqlarım yad duyğuların,
Sevgimin qəlbimdə öz cananısan.

Sən mənim ömrümü gözəlləşdirən,
Bir cicəkmi deyim, yazmısan deyim?
İstidə günəşdən sərinləşdirən,
Sərin sumu deyim, bulaqmı deyim?

Çox qızlar tanıdım, dedim: Əlvida!..
Sonunda bağlandım bircə qadına,
Nə qədər gözəllik var bu dünyada.
Hamısı bağlıdır sənin adına!

Gözəl bir yuxu tək gəldin ömrümə,
Baxışın doğma tək celb etdi məni.
Elə bil coxdandır vardır qəlbimdə.
Sanki itirmişdim tapmışam indi.


BU PAYIZ BİZİM ÜCÜN NAĞIL OLMADI

Ömrümə nağıl tək sən gəldin payız,
Hər yan gözəlləşdi bir xəyal kimi.
Saraldın, qızardın, ağladın payız,
Çokdü sinəmə qəm bir duman kimi.

Yarpaqlar tökülür suyunun üzünə,
Beləcə töküldü arzularım da.
"O sevgi nağılmış"- dedim özümə,
Damcıların oldu göz yaşlarım da.

Yarpaqlar ayrılır ağaclarından
Səninlə beləcə biz də ayrıldıq.
Payız gətirmişdir bir sevgi bizə,
Bu gözəl sevginin qədrin bilmədik.

Bir payız nağıl tək qirdi ömrümə,
O nağıl xəyalmış, qerçək olmadı.
Demək olmur getmə dönüb gedəndə,
Nə yazıq, arzular gerçək olmadı.

Hər kəsin taleyi, öz qisməti var,
Bu nagıl bizim üçün gerçək olmadı.
Bir gün nagıl dönüb bir gerçək olar,
Qəlbimdə hələ də ümid sönmədi.


KƏDƏRLİ PAYIZ

Küləklər gur əsir, yoldadır payız,
Yayı yavaş-yavaş torpaqdan qovur,
Səma tutulubdur, yağacaq yagış,
Buludlar göylərdə kədərlə dolur.

Bəlkə bu yığılan göz yaşlarıdır,
Şəhid anaların harayı, qəmi.
Bir oğlan bir qızı cox ağladıbdır,
Bəlkə də onundur bu göz yasları?

Nə qədər də niskil payız olsa da,
Vardır bu kədərin bir gözəlliyi.
Yarpaqlar saralıb yerə düşsə də,
Torpağın bu işdə vardır bildiyi.

Hər şeyin bir sonu bir başlanğıcdır,
Bir həyat bitəcək, digər gələcək.
Payızda buludlar qəmnən dolsa da,
Baharda onlardan sərvət enəcək.

Qəlbim soyuqlaşıb, arzularım boş
Bəlkə qayıdacaq o bitmiş sevgi?
Bəlkə də bu payız olacaqdır xoş,
Ötən günlərimin payızı kimi.


GÖYƏRÇIN TƏK UÇAR ARZULAR

Ağ göyərçin tək ucar arzular,
Pərvaz edər göydə gözəl quş kimi,
İnsanın qəlbindən arzular qalxar,
Səmanın üzünə xoş duyğu kimi.

Mələklər onları orda qarşılar,
Allah hüzuruna çıxaracaqlar,
Bütün arzulara Rəbbimiz baxar,
Xeyirli olanı qaytaracaqlar.

Bir cox arzuları nəsib edərlər,
Verəcək Allahım bir qismət kimi.
Bəyaz arzuları baxıb seçərlər,
Onları endirər hədiyyə kimi.

Səbirli olarsan hər şey alarsan,
Uçar arzuların göyərçin kimi.
Sınaqdan kecərkən yolun azmasan,
Açılar ürəyin bir cicək kimi.


ƏBƏDİ MƏHƏBBƏT

Deyirlər qəlblərdə sevgi oyanır,
Qəlb də bir ürəkdir, bir parça ətdir.
Əslində məhəbbət ruhda yaranır,
Allahdan verilən bir əmanətdir.

İnsanlar birini seçib sevəndə,
Öncə içindəki Allahi sevər.
Allah rizası ücün sevgi verəndə,
İnsan həyatı da xoşbəxt, xoş olar.

Bu dünyadan insan köçüb gedəndə,
Sevgi ülvi hisdir, məhəbbət ölmür.
Bədəndən ruh cıxıb göyə enəndə,
Məhəbbət də, ruh da heç vaxtı ölmür.

Sevgi əbədidir, sevgi müqəddəs,
Tanrı sevgisindən yaranıb dünya.
Burada hər şeyin sonu olsa da,
Bizlər üçün vardır bir sonsuz dünya.


ARSIZ DÜNYA

Bu dünya yaman arsızlaşıb,
İnsanlar cılızdaşıb.
Göydən sular aşıb, daşıb,
Bir gün aparar nankorları.
Vicdansız, şərəfsiz adamları,
Bir gün yer ayrılıb udacaq.
Üçüncü cinsli olanları,
Namusuzları, arsızları.
Torpaq deyəcək: cox gəzirdin,
Yetimlərin haqqın yeyirdin.
Haram yeyib qudurmuşdun,
Zəngin olub pozulmuşdun.
Kiminsə haqqına girdin,
İndi uddum səni, bəs nə bilirdin?
İndi səni yeyəcək burda qurdlar.
Burda kecməz haram qazandığın pullar.
Mənim üstümdə cox fironluq edirdin,
Ağaclari kəsib, üstümdə beton tikirdin.
İndi sənin özünü betonlayarlar.
Üstünə də bir baş daşı qoyarlar.
İndi çix görüm burdan necə çıxacaqsan?
Mənim üstümdə necə haqsızdıq edəcəksən?
Allahın verdiyi torpağın qədrin bilmədin.
Onun sərvətini, nemətini halal yeyə bilmədin.
Torpağı tarımar eylədin, dağıtdın, yandırdın.
Üstündə nə yaratmış Tanrım dağıdıb sındırdın,
İndi Hinkil-Minkil mələklər gələcək sorğu suala.
Fikirləş, nə deyəcəksən sən onlara?
Aparıb atacaqlar səni cəhənnəmə,
Ora sənin əsil yerindi, nankor, qəm yemə.

Səma Sevər,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: