1991-ci ildə Quba rayonunun Nərimanabad kəndində yerləşən Rəhman Məmmədov adına orta məktəbin 1-ci sinfinə daxil olub, 2001-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. Bir neçə ixtisaslar üzrə kurslarda təhsilini davam etdirib. Erkən yaşında ailə qurduğu üçün ali təhsil ala bilməyib.
Gənc yaşlarından şeir yazmağa başlayıb. Şeirləri dəfələrlə "Şəfəq", "Tərəqqi" qəzetlərində və "Şabran", "Quba" almanaxlarında çap olunub. "Gülüstan" Ədəbi məclisinin üzvüdür.
Ailəlidir, 2 oğul anasıdır. Xırda ticarət işləri ilə məşğuldur.
Biz də aşağıda Yasəmən xanımın bir neçə şeirini dəyərli oxucularımıza təqdim edir, ona yaradıcılığında yeni-yeni uğurlar diləyirik!..
Məlahət SAHİBQIZI,
turan.info.az
ATA
Gördün bu həyatın necədir dadın,
Tanıdın ögeyin, doğmasın, yadın.
Dəyişdi dünyasın sevdiyin qadın,
Açılan səhərim, həyatım ata,
Şeirim qəzəlim, həyatım ata.
Heyif, o illərin ruzusu vardı,
Koroğlu, Babəki, ordusu vardı.
Amma ki, bu dünya bietibardı,
Etmədi heç kəsin dərdinə ǝta,
Şeirim qəzəlim, həyatım ata.
Ağarıb tellərin, ömür naşıdır,
Ötürən illərin yükün daşıdır.
Oğul da atanın bir sirdaşıdır,
Gəncliyin bənzəyir göyǝrǝn ota,
Şeirim qəzəlim, həyatım ata.
UNUDAYDIM SƏNI
Adını eşidəndə dərdim dağ kimi,
Oturub ağlaram mən uşaq kimi,
Gəldin həyatıma bir qonaq kimi,
Hər yada düşəndə gözlərimdə yaş,
Unudaydım səni kaş yavaş-yavaş.
Hayana baxiram gözümdə sənsən,
Ürəyimdə yerin, saçımda dənsən.
Sənsiz nə çəkirəm kaş bunu bilsən,
Bilmirəmki nədir bu qəm, bu təlaş,
Unudaydım səni kaş yavaş-yavaş.
Allah, nə bəladır çatginən dada,
İnsafı itibdir salmayır yada.
Bürüyübdü onsuz məni qəm-qada,
Bilməzdim bu qədər olacaqsan daş,
Unudaydım səni kaş yavaş-yavaş.
GEDİR KARVANIM
Yol alıbdı önə o,
Alışa o, sönə o
Çətin bir də dönə o,
Gedir karvanım, gedir.
Gördü yoxu, varı da,
Ötürüb yaz, qarı da.
Nələr qaldı yarıda,
Gedir karvanım, gedir.
Qəfil gedibdir gedən,
Umduğu yox heç nədən,
Bir kəfəndi, bir bədən,
Gedir karvanım, gedir.
Bilinmir vaxt məqamı,
Qəfildən sönür şamı.
O gün yığışır hamı,
Gedir karvanım gedir.
GECƏLƏR
Gecə keçib yuxu gəlmir gözümə,
Ürəyimlə danışıram gecələr.
Təsəlli verdikcə özüm-özümə,
Öz-özümlə danışıram gecələr.
Hamı yatıb: zülmət otaq, bir də mən,
Biz görmüşük, hamı yatar dincələr.
Ürəyimdən nələr keçir biləsən,
Göz yaşıma bulaşıram gecələr.
Həvəs deyil bu yaşıma çatmağım,
İyirmi altı il ömür sürüb yatmağı.
İl ötdükcə hər an olub sınağım,
Taleyimlə danışıram gecələr.
İl ötdükcə dost ətrini yad verir,
Meyvələrin hərəsi bir dad verir.
Şairliyim mənə təzə ad verir,
Bu arzumla dolaşıram gecələr.
Ay ürək, nə edim, sən də duysana,
Qovuşmaq istərəm mən də bir cana.
Qaranlıq ki, düşdü hər bir yana,
Təkliyimlə barışıram gecələr.
QOCALDIM, ANA
Yaş gəlir yaş üstünə,
Endim, ucaldım, ana.
İllər durub qəsdimə,
Vaxtsız qocaldım, ana.
Əvvəl apardı səni,
Təkləyib indi məni.
Çoxalıb saçımın dəni,
Vaxtsız qocaldım, ana.
Yəqin sənsizəm deyə,
Fürsət düşüb fəlǝyǝ.
Məni salıb təlǝyǝ,
Vaxtsız qocaldım, ana.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.