1961-ci ildə Boyat kənd orta məktəbinin birinci sinifinə daxil olaraq, 1971-ci ildə həmin məktəbin onuncu sinfini bitirib.
1973-cü ildə D.Bunyat-zadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) «Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı» fakultəsinin «Əməyin iqtisadiyyatı» ixtisası üzrə qiyabi şöbəsinə daxil olaraq, 1975-1977-ci illərdə həqiqi hərbi xidmətdə olmaqla, 1980-ci ildə təhsilini başa vuraraq iqtisadçı ixtisasına yiyələnmişdir.
1971-1973-cü illərdə Ucar rayonunun M.Füzuli adına kolxozunda kolxozçu, 1973- 1974-cü illərdə Azərbaycan SSR YSN Bakı şəhərindəki TTQİ-nin Ucar şəhər sahəsində fəhlə, 1974-1975-ci illərdə 5 №-li «Azərkəndtikinti» trestinin Ucar şəhərindəki 50 №-li Səyyar Mexanikləşdirilmiş Dəstəsində fəhlə işləmişdir.
1975-1977-ci illərdə Stavropol diyarında həqiqi hərbi xidmətdə olmuşdur.
1977-1983-cü illərdə Azərbaycan SSR YSN Bakı şəhərindəki Evlərdə Zəhmət Kombinatında mühasib, Əmək haqqının təşkili şöbəsində normalaşdırıcı mühəndis və əmək haqqı üzrə böyük mühəndis vəzifələrində; 1983-1989-cu illərdə Azərbaycan SSR YSN mərkəzi aparatının Əmək və əmək haqqının təşkili şöbəsinin aparıcı iqtisadçısı və həmin Nazirliyin Maliyyə şöbəsinin müdiri vəzifələrində; 1989-2003-cü illərdə Respublika Maliyyə Nazirliyinin mərkəzi aparatında müxtəlif vəzifələrdə; 2003-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatında Əmək pensiyaları şöbəsinin müdir müavini vəzifəsində; 2008-ci ildən 2017-ci illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin-SOCARın baş ofisində aparıcı iqtisadçı vəzifəsində çalışmışdır.
Ailəlidir, üç övladı var. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Həm də istedadlı şair kimi tanınır. Azərbaycan Jurnalistlər Birliyinin (2004), Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Aşıqlar Birliyinin (2010) üzvüdür.
Doğulub, boya-başa çatdığı Ucar rayonunun Boyat kəndindəki evilərinin yerləşdiyi dəngənin (məhəllənin) adını əbədiləşdirmək məqsədilə “Meydanlı” toponimini özümə təxəllüs götürmüşdür.
“Sevdalı könüllər” adlı ilk şeirlər kitabı (9 şərti çap vərəqi, 126 fiziki səhifə, 1100 nüsxə tirajla) “Yazıçı” Ədəbi Nəşrlər evi tərəfindən 2000-ci ildə, “Azərbaycan torpağı - gözəlliklər diyarı” adlı ikinci şeirlər kitabım (14 şərti çap vərəqi, 224 fiziki səhifə, 1000 nüsxə tirajla) “Ozan” nəşriyyatının qrifi ilə CBS mətbəəsində 2004-cü ildə, “Sevənlər qocalmır” adlı üçüncü şeirlər kitabım (14.25 şərti çap vərəqi, 228 fiziki səhifə, 1000 nüsxə tirajla) və anadan olmağının 55 illiyinə həsr olunmuş və tanınmış yazıçı və şair həmkarlarının, habelə bir qrup dostlarının barəəsində yazdıqları yazıların bir hissəsinin toplandığı “Həyatın yolları keşməkeş - Fəxrəddin Meydanlı 55” adlı kitab (11 şərti çap vərəqi, 176 fiziki səhifə, 500 nüsxə tirajla), “Şirvannəşr” nəşriyyatının qrifi ilə CBS mətbəəsində 2009-cu ildə, “mükəmməl adam” adlı kitabı (16 şərti çap vərəqi, 256 fiziki səhifə, 300 nüsxə tirajla) “Oğuz evi” nəşriyyatının qrifi ilə CBS mətbəəsində 2010-cu ildə, ayrı-ayrı mətbu orqanlarda müxtəlif vaxtlarda nəşr olunmuş çoxsaylı portret və publisistik yazılarından bir qisminin toplandığı Sona Xəyalın tərtibatında “Musiqimizi yaşadanlar” adlı kitabı “Ekoptrin” nəşriyyatında 2017-ci ildə (8.75 şərti çap vərəqi, 140 fiziki səhifə, 200 nüsxə tirajla) çapdan çıxmışlar.
Şeirlərinə Qismət Əliyevin bəstələdiyi və Azərbaycanın populyar müğənnilərindən respublikanın xalq artistləri Mələkxanım Əyyubova, Yalçın Rzazadə, Gülyaz Məmmədova, əməkdar artistlərdən Gülüstan Əliyeva, Ruhangiz Allahverdiyeva, Nüşabə Ələsgərli, Yusif Mustafayev, müğənnilərdən Nazənin, Şəmsiyyə Əliqızı, Mənzurə Musayeva, Fədayə Laçın və digrlərinin ifa etdikləri mahnılardan ibarət “Sevdalı könüllər” adlı kompakt disk (1500 nüsxə) və eyni adlı audiokaset (1500 nüsxə) 2004-cü ildə “Səbuhi” səsyazma studiyasında işiq üzü görmüşdür.
Bu mahnılar eyni zamanda “Min bir nəğmə” adlı mahnılar toplusunda da özlərinə yer almışlar.
Şeirləri və publisistik yazıları dövrü mətbuatda (“Azərbaycan”, “Ulduz”, “Yada düşdü”, “Yurd” jurnallarında; “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Kaspi”, “Ədalət”, “İki sahil”, “Kredo”, “Azərbaycan cumhuriyyəti”, “Bütöv Azərbaycan” qəzətlərində və digər bu kimi mərkəzi qəzet və jurnallarda mütamadi olaraq çap olunur.
2013-2014-cü illərdə Azərbaycan Yazıçılar Birliyi xətti ilə Prezident mükafatçısı olub.
Biz də Fəxrəddin Meydanlıya yeni-yeni uğurlar arzulayırıq!
turan.info.az
ALTIMIŞ YAŞIN MÜBARƏK, ƏZİZ CƏNAB PREZIDENT!
Qırxdörd günlük savaşda,əzdin düşmənin başın,
Qoymadın işğal altda, Yurdun bircə qarışın.
Bütün Turan dünyası, sənin gücün, alqışın-
əmr eylədin düşmənə-rədd ol, bu torpaqdan get,
Altımış yaşın mübarək, əziz- cənab Prezident!
İlham ilhama gəldi, yanında Mehribanı,
Zəfər müjdəsi ilə, çağladı-coşdu qanı.
Bəladan xilas etdi, doğma Azərbaycanı-
uzun sürən ayrılıq, bəsdir daha, tükən-bit,
Altımış yaşın mübarək, əziz- cənab Prezident.
Torpaq işğal olanda, otuz yaşlarda idin,
Altımış yaşa çatmamış, göründü igidliyin.
Bu gün yubiley yaşında-bərpa olub dincliyin-
etdiyin nələr ki, var-doğru, düzdün, davam et,
Altımış yaşın mübarək, əziz- cənab Prezident.
İşıq çəkir, yol çəkir, yeni yurdlar salırsan,
Küsüb, yatmış torpağı, yenidən oyadırsan.
Sən Şuşa qalasından göylərə ucalırsan-
indi "Cıdır düzü"ndə çalır canlı kvartet,
Altımış yaşın mübarək, əziz- cənab Prezident.
Milyonlarla sevən var-səni türk ellərində,
"Xarı bülbül" gül açır Qarabağ çöllərində.
Fəxrəddin Meydanlıdan sənə doğum günündə-
xoş arzu, diləkləri lütv eylə, qəbul da et,
Almış yaşın mübarək, əziz- cənab Prezident.
24.12.2021
ALLAH HİFS EYLƏSİN SƏNİ, FİRƏNGİZ!..
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
Azərbaycan Respublikasının Xalq artisti,
AMEA muxbir üzvü, dəyərli professor
Firəngiz xanım Əlizadənin doğum günüünə - 75 illik yubileyinə
Xoş gəldin dünyaya bu yaz çağında,
Şamama yetişər yaşıl tağında.
Ün saldın dünyaya əsərlərinlə,
Rəğbəti qazandın əməllərinlə.
Üzün nur çiləyir, gözlərin işıq,
Məclislər başında oldun yaraşıq.
Sən Ali qadlnsan, kübar xanımsan,
Ölkəni tanıdan bir xuramansan.
Sən Kürsən, Arazsan, aşıb daşırsan,
Yaş üstə yaş gəlir, cavanlaşırsan.
Gənclər qibtə edir gözəlliyinə,
Şax duruş, şux yeriş, özəlliyinə.
Təvəllüd günündü, şadam ki, varsan,
Bütün fəsillərdə tər təzə barsan.
Qəlbin bir ümnandır,düşüncən dəniz,
Allah hifs eyləsin səni, Firəngiz.
Səmimi təbrikim, xoş diləyim var,
Arzumdur müstəcəb olsun arzular.
Fəxrəddin Meydanlı sayğılarıyla,
Bağlıdır şəxsinə, dost bağlarıyla.
28.05.2022
NƏZAKƏT...
Opera səhnəmizin əvəzsiz "Leyli"si,
səsinin və ifasının heyranı olduğum,
Ustad xanəndə və müəllim,
Azərbaycan Respublikasının xalq artisti,
sevimli Nəzakət xanım Teymurovanın
yarım əsrlik yubileyinə
Xanəndə, qavalı götür əlinə,
Nəğməli sözləri gətir dilinə.
Bəzək vur Natəvan qəzəllərinə-
yarat qəlbimizdə, bir yeni halət,
Nəzakət.
O şirin səsindən bir pay ver bizə,
Yayılsın məlhəm tək, ürəyimizə.
Səsinlə gecəni döndər gündüzə-
soyuq könüllərə gətir hərarət,
Nəzakət.
Qaldır yerdən göyə, "Şəddi Şahnaz"ı,
"Mayə"də dinləyək şirin avazı.
Sən "Segah" üstündə eylə pərvazı-
gül-çiçək səsindən alsın təravət,
Nəzakət.
"Kəsmə şikəstə"ni elə oxu sən,
Bülbüllər kövrəlsin titrək səsindən.
Kim çıxar səsinin cazibəsindən-
səsindən bal təki axır məlahət,
Nəzakət.
Pərdələr üstündə gəziş aramla,
Zilə qalx, bəmə en, sən damla-damla.
Muğam dünyasını şəstlə salamla-
yaraşır şəxsinə belə səxavət,
Nəzakət.
"Leyli"sən, Qeysin də nakam yarısan,
Məsum "Məcnun"undu- vəfadarısan.
Opera elminin xiridarısan-
Tanrıdan qismətin, bax belə sərvət,
Nəzakət.
Sənə xoş arzum var bu yubileində,
Görüşək inşallah, yüzilliyində.
Fəxrəddin Meydanlı şeirlərində-
bu sevgin, bu sayğın qalsın əmanət,
Nəzakət...
04.07.2022
YUBİLEYİN MÜBARƏK, ƏZİZ SƏKINƏ!
Azərbaycan Türk Xalqlarının Qardaşlığı İctimai Birliyinin sədri,
filologiya üzrə fəlsəfə doktoru, dosent, kübar xanım–xatın,
hörmətli Səkinə xanım Bayramovanın yubileyinə sayğılarla
Yayın ortasında-qızmar günündə,
Təvəllüd tapmısan Şirvan elində.
"Göylər"dən nərdivan qoyub göylərə,
Kənddən yol almısan, sən şəhərlərə.
Oxuyub-yazmısan, alim olmusan,
Elmlə yoğrulub, daşlb-dolmusan.
Hörmət qazanmısan sən zəhmətinlə,
Qadınlıq adınla, şərafətinlə.
Övlad sahibisən, nənəsən, həm də-
sevinək, ulu bir nənə görəndə...
Eşitdim, deyirlər qoşa beşin var,
Kim buna inanar, olsa-qırx olar
Gözlərin mavidi, yoxsa ki, yaşıl,
Vallahi, baxanda, əqilim çaşır.
Üzün bədirlənmiş ayı andırır,
Baxışın günəşdi-oddu, yandırır.
İçində təlatüm, bir vulkanın var,
Amandı püskürmə, əhv et, noolar.
Hərdən elə həlim, yumşaq olursan,
"Zöhrə"tək xəlvətcə, gizlin doğursan.
Nə desən, danışsan, dönür məlhəmə,
Baxıram, qibtə də edirəm sənə.
Sən bütün halınla nazik, incəsən,
Layiqsən qəlb dolu, bir sevincə sən.
Sənə xoş təbriklər turançılardan,
Turanı yenidən qurançılardan.
Fəxrəddin Meydanlı deyir ki, sənə,
Yubileyin mübarək, əziz Səkinə.
15.07.2022
AZƏRBAYCAN POLİSİ
Rəşadətli Azərbaycan polisinin yaranmasından 100 il keçir
Evində, eşiyində,
Öz doğma beşiyində,
Asayiş keşiyində-
Azərbaycan polisi.
Üç rəngli bayrağımız,
Bugünkü növrağımız,
Sevincli sorağımız-
Azərbaycan polisi.
Yetkinsən, mətanətin,
Hər işdə cəsarətin,
Çoxalıbdır hörmətin-
Azərbaycan polisi.
Rəşadətli əməyi,
Hamıya var köməyi.
Şərəf sanar ölməyi-
Azərbaycan polisi.
Yol verməz cinayətə,
Sərt baxar xəyanətə.
Xidmət edər dövlətə-
Azərbaycan polisi.
Ən sadə vətəndaşa,
Fərq qoymaz həddə, yaşa,
Dayaq olar yoldaşa-
Azərbaycan polisi.
Sən türksən, türk oğlusan,
Qızlısan, oğullusan.
Sən Azərbaycanlısan-
Azərbaycan polisi.
Qanunu sanar ali,
Şux deyər: “xeyir”, “bəli”.
Tərəzidir hər əli-
Azərbaycan polisi.
Şalvarında zolağı,
Ayağında dolağı,
Yerindədir yarağı-
Azərbaycan polisi.
Şəfqətlə gülər gözü,
Üzə dik deyər sözü.
Öyər doğrunu-düzü-
Azərbaycan polisi.
Yerişi var - nər kimi,
Ər oğulu, ər kimi.
Qoşa gəzər - zər kimi-
Azərbaycan polisi.
Yaşayar “DİRÇƏLİŞ”i,
Məntiqlidir hər işi.
Sevər yaxşı vərdişi-
Azərbaycan polisi.
Nizamı-intizamı,
Heyran edir insanı.
Qoru Azərbaycanı-
Azərbaycan polisi.
Fəxrəddin Meydanlıdan,
Boyatlı-Şirvanlıdan,
Sevgilər hər yanlıdan-
Azərbaycan polisi.
02.07.2018
turan.info.az
.