Qərbi Azərbaycanın Təkəlik kəndində anadan olub.
Bakı şəhərinin Yasamal rayonundakı 13 nömrəli orta məktəbi bitirib.
1975-1978 ci illərdə Sovet Ticarəti Texnikumunu bitirib.
"Azərbaycan" nəşriyyatında "İlham Çeşməsi" qəzetində Baş redakdor müavini vəzifəsində çalışıb.
Jurnalist olaraq mutamadi olaraq məqalələri və şeirləri çap olunub.
Kərkuk Yazarlar Birliyinin uzvu olaraq şeirləri kərkuk.tv-ni, müxtəlif qəzet və dərgiləri bəzəyib.
8 kitab muəllifidir. Şeirləri həm də "Zirvə", "Turan", "Buta", "İlham çeşməsi", "Şərqin səsi" və s. poeziya almanaxlarında, müxtəlif antologiyalarda və ədəbi məcmuələrdə işıq uzu görub.
"Abdulla Şaiq", "Xurşudbanu Natəvan", "Zirvə", "Zəfər" və "Qızıl qələm" mükafatları laureatıdır.
O, həm də "XXI Əsrin Ziyalısı" Fəxri adına layiq görülüb.
Daha bir neçə dəfə müxtəlif Fəxri fərman və fəxri diplomlarla təltif olunmaq şərəfinə nail olub.
Hazırda "Şam işığı" Ədəbi Məclisinin rəhbəri və eyni adlı ədəbi məcmuənin tərtibçisidir.
Biz də Gilə xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Məlahət SAHİBQIZI,
AYB-nin və AJB-nin üzvü,
"Borçalı" nəşriyyatının redaktoru
turan.info.az
"ŞAM İŞIĞI" - İLHAM ÇEŞMƏSİ
“Dərya” təxəllüslü, şair ruhluyam,
Yazıb yaradıram, söz sərrafıyam.
“İlham Çeçməsi”yəm, “Şam işığı”yam,
Aşiqəm, sevgiylə birgə gedirik,
Biz şeri, qəzəli lap çox sevirik.
“Şam işığı”n sevənlər məclisə gəlir,
Sağ olsun dostlarım mənə güvənir.
Sudabə İrəvanlı sevdası sarır,
Xalidə İlyasqızıyla haqqa gedirik.
Biz şeri, qəzəli lap çox sevirik.
Almaz İlahədir sevimli gözəl,
Şeir sənəti var ömurlər bəzər.
Sədaqət Şıxlı da məclislər gəzər,
Sənubəri səslər, qonaq gedirik,
Biz şeri, qəzəli lap çox sevirik.
Rahibə Mehparə sevgi gülüdür,
Kamilə xoş üzdür, özün sevdirir.
Tahirə inadla kərvan sürdürür,
Səhər şəfəqində dostla gedirik,
Biz şeri, qəzəli lap çox sevirik.
Nazlı yazar çəkir mənim nazımı,
Sevirəm Aygünü - subay qızımı.
Saz ustası Qızqayıt çalar sazımı,
Yol verin bir gözələ elçi gedirik,
Biz şeri, qəzəli lap çox sevirik.
Sehirli tabloda Şəhla göz xanım,
Adilə Adildir - hunərli xanım.
Sevildir sözu düz, kəsərli xanım,
Dosta arxalanıb, dostla gedirik,
Biz şeri, qəzəli lap çox sevirik.
Namazda-niyazda bizim bu Tubu,
Maral Xuramanla yandırıb mumu.
Səbahət Cənublu dəribdi lumu,
Pakizə mayakdır - nura gedirik,
Biz şeri, qəzəli lap çox sevirik.
Şükufə mehriban vəkilimizdir,
Gunay Şərafətlə şairimizdir.
Billur muəllimə sevimlimizdir,
Günəşə qərq olub nura gedirik,
Biz şeri, qəzəli lap çox sevirik.
Elmira saflaşan tənqidimizdir,
Xalidə Ellada mələyimizdir.
Sevinclə Mətanət çiçəyimizdir,
Sulhə səs veririk, birgə gedirik,
Biz şeri, qəzəli lap çox sevirik.
Nəcibədir nəcibliyin cilovu,
Sevda Könul urəklərin alovu.
Pərvanələr Şamın əziz ovudu.
Ruhlar fəzadadır göyə gedirik,
Biz şeri, qəzəli lap çox sevirik.
Səadət, Sədaqət - Qarabağlıdır,
Ağdama səs salan bulbulləridir.
Zərifə Yeşildağ urəkləridir,
Ziba oxuduqca fikrə gedirik,
Biz şeri, qəzəli lap çox sevirik.
Mən Gilə Dəryayam - şeyriyyat qəzəl,
On beş ildir,"Şam işığı" ömrümü bəzər.
Pərvanələr yığdım, sevgim çox gözəl,
Şənlənir dostlarım, doğru gedirik,
Biz şeri, qəzəli lap çox sevirik.
21 Noyabr, 2022.
SEVGİ NƏĞMƏSİ
Sənlə yaşadıqca ötən gunləri,
Könlumuz açılır çiçəklər kimi.
Hiss etdim sevgini baxışlarından,
Səmanı qoparan şimşəklər kimi.
Hər yana baxıram səni görurəm,
Qaranlıq gecədə bir çıraq kimi.
Bir dəfə görməsəm ay camalını,
Darıxıb ağlaram bir uşaq kimi.
Dikmişəm gözumu gələn yoluna,
Gözu yolda qalan divanə kimi,
Alışıb yansam da, peşman olmaram,
Pəriləri yanan pərvanə kimi.
Yollar azaldıqca həsrət çoxalır,
Dəvası olmayan bir xəstə kimi.
Gəlməyən hər günün bir ilə dönur,
Sonu görunməyən, bir yollar kimi.
Gözlərim yollarda, qulağım səsdə,
Səmti bilinməyən küləklər kimi,
Öpub qucaqlardım, doydum deməzdim,
Suya həsrət qalan çiçəklər kimi.
Həsrətə son qoyaq qovuşaq yenə
Sevgidən danışaq səhərə kimi,
Birimiz ay olaq birimiz gunəş,
Dolaşaq səmada səyyarə kimi.
Aç oxu Gilənin qəmli kitabın,
Hər sətri səs salır, tufanlar kimi.
Bir vərəq ağlayır, bir vərəq gülür,
Əqlini itirmiş insanlar kimi.
ALLAH GÖNDƏRİB
Gecəni qaranlıq yaradan allah,
İşıqlı gunduzə hicab çəkibdir.
Şirin yuxulara dalmaqdan ötru,
Kipriyi gözlərə niqab çəkibdir.
Gunəş də allahın əmrinə rəğmən,
Oyadır röyadan yatmış insanı.
Nizama salıbdır yaratdığını,
Tanıtsın alimi, həm də nadanı.
İnsanlar şad-xurrəm yaşasın deyə,
İnsanı xilqətin şahı yaratdı,
Mehriban qəlblərə göstərmək uçun,
Səmada gunəşi mahı yaratdı.
İnsanlar dərindən düşünsün deyə,
Səmadan dörd mələk Quran göndərdi.
Gilə başqa yola duşməsin deyə,
Yuz iyirmi dörd min rəsul göndərdi.
AĞLAMA, KÖNLUM, AĞLAMA
Dilə gəlib duyğularım,
Ağlama, könlum, ağlama.
Gullər açıb çəmənzarım,
Ağlama, könlum, ağlama.
Əhli keflər öz kefində,
Bəd işində əməlində.
Qəm yemə öz aləmində,
Ağlama, könlum, ağlama.
Hər kəsin öz qisməti var,
El içində hörməti var.
Qadın kişi isməti var,
Ağlama, könlum, ağlama.
Gilə Dərya təxəllüsün,
Tutmaz özün heç vaxt üstün.
Qızıldan qoyular büstün,
Ağlama, könlum, ağlama.
BƏXDİ QARƏ
Hiss elədim həyatda puç olmuşam,
Arzu kamım niyyətim heç olmuşam.
Geç açmışam nədən bivaxt solmuşam,
Görən deyir bəxdi qarə bu kimdir?
Dəyib bəxdim daşa allah nədəndir,
Qoymur vurum ömru başa nədəndir.
Rəhm eyləmir gözdə yaşa nədəndir,
Görən deyir bəxdi qarə bu kimdir?
Kədərliyəm, bu halıma baxan yox,
Mənim solğun camalıma baxan yox,
Hey yanıram alovuma baxan yox,
Görən deyir bəxdi qarə bu kimdir?
Haqq danışdım baxan yoxdur sözumə,
Bezukmişəm nifrər etdim özumə,
Fani duya dar görunur gözumə,
Görən deyir bəxdi qarə bu kimdir?
Mən Giləyəm bərkdən boşdan keşmişəm,
Buğda əkdim sonda çayır biçmişəm.
Çaşıb namərd əlindən su içmişəm,
Görən deyir bəxdi qarə bu kumdir?
ATA
Dunyaya gələndən ağlım kəsəndən,
Atamı könlumə məhrəm sanmışam.
Doğma yuva bildim isdi qoynunu,
Qayğını canıma məlhəm bilmişəm.
Gun boyu işləyib çörək gətirdin,
Çox əzabla boya başa yetirdin.
Bizə görə sağlam canın itirdin,
Mən sənə nə qədər sitəm etmişəm.
Yetişdim atacan məzar daşına,
Baxdım ay uzunə qələm qaşına.
Qərq etdim qəbrini mən göz yaşına,
Qəbrini atacan kəbəm bilmişəm.
Qəbrin ustə lalə nərgiz əkmişəm,
Susuz torpağına gulab səpmişəm.
Zulmətdəyəm qaranlığa duşmuşəm,
Çox sonralar Qaragilənəm bilmişəm.
ANA
Düşünən beynimsən, qolda quvvətim,
Daima qeydimə qalanım ana.
Yatmayıb sübhədək yuxusuz qalan,
Həsrətdən qussədən alışıb yanan.
Görmədim dunyada sən kimi insan,
Beşik üstə laylay çalanım ana.
Cavankən qədrini bilmədim ana,
Həsrərli gözlərin silmədim ana.
O şirin səsindən doymadım ana,
Qoy sənin başına dolanım ana.
Hər dəfə baxanda solğun uzunə,
İstəyirəm baxam həsrət gözunə.
Əziyyət vermisən hər an özunə,
Gilənin yolunda solanım ana.
AY GÖZƏL
Yenə aldım telli sazı,
Vəsf eylədim güllü yazı.
Gülüm bəsdi etdin nazı,
Qəlbim sənindir, ay gözəl.
Dərdim çoxdur qalax-qalax,
Səsi səmaya çıxacaq.
Qoşa gəzək qoşa olaq,
Qəlbim sənindir, ay gözəl.
Düşünürəm mən hələ də,
Ayrılıq çətindi belə.
Haram oldu Qaragilə,
Qəlbim sənindir, ay gözəl.
Yuxularım çin olaydı,
Gözlərimi yar ovaydı.
Urəyim könlum doyaydı,
Qəlbim sənindir, ay Gilə.
NATƏVAN, DÜNYADA
ÖZ HÖRMƏTİN VAR
Xurşudbani Natəvan, ruhun şad olsun.
Doğuldun xoş gündə 1832-ci ildə,
Şuşa şəhərində ipək elində.
Lirik şair oldun, rəssam peşəndə,
Xurşud imzan şan-şöhrətin var,
Natəvan, dünyada öz hörmətin var.
Su kəməri çəkdin, tikinti tikdin,
Fəqirə, kimsəsizə əlin uzatdın.
Xeyriyyə işi ilə başın ucaltdın,
Heykəlin qurulub şan-şöhrətin var,
Natəvan, dünyada öz hörmətin var.
“Məclisi-Ün” qurdun dərdi sərindən,
Dostluğun bar verdi öz bəhrəsindən.
Aleksandr Düma da öz töhfəsindən,
Vəsf etdi əzizim şan şöhrətin var,
Natəvan, dünyada öz hörmətin var.
Sən də ana oldun, sən də evləndin,
Azərbaycan xanımı sevdin, sevildin.
Xan qızı adətə sən sadiq qaldın,
Bir oğul böyutdun, şan şöhrətin var,
Natəvan, dünyada öz hörmətin var.
Yetişdi igidin on altı yaşına,
Ölum mələkləri qondu başına.
Nə qədər bal qatdın acı aşına,
Yazılan qismətdi, şan şöhrətin var,
Natəvan, dünyada öz hörmətin var.
Qara geydi dunya 1897-ci ildə,
Köçdu Natavavan Oktyabrın 1-də.
Yad edir şairlər tarixi indi də,
Ağdam yola saldı, şan şöhrətin var,
Natəvan, dünyada öz hörmətin var.
Küçə, klub, kitabxana, məktəb açıldı,
Adına dastanlar, roman yazıldı.
Gilə Dərya eşq ilə sözdən asıldı,
Fəxr edir millətin, şan şöhrətin var,
Natəvan, dünyada öz hörmətin var.
ŞƏHİD SƏBUHİ BALAM
Səbuhi qəlbimizdə dilimizdə sözümüz,
Getmə Şəhid qardaşım yolundadır gözümüz.
Şəhidlər ölməzdirlər qurban olaq özümüz,
Möhkəmdir birliyimiz, axır gəlmişik dilə,
Sülhə səs veririk biz birləşmişik əl-ələ.
Mənfur erməni yenə, törədibdir təxribat,
Həyacanla səslənir xəbər verir mətbuat.
Hucum edib erməni lənət edir camaat,
Beşikdə körpələrin gözu qalıb bərələ,
Sülhə səs veririk biz birləşmişik əl-ələ.
Anlamıram erməni dinindən mənsəbindən,
Fitnəkar teralistin şərindən qeybətindən.
Nəsibini almamış turklərin qeyrətindən,
Kor olmuş gözlərindən qara su axıb gələ,
Sülhə səs veririk biz birləşmişik əl-ələ.
Səbuhi Şəhidimin atəş açaq şəninə,
Butun muştəhidlərin hörmət edək dininə.
Qoymayaq ermənilər arxasınca deyinə,
Dunya gul-çiçək ola insan imana gələ,
Sülhə səs veririk biz birləşmişik əl-ələ.
Üç mindən çox şəhidin fatiə məqamına,
Huri mələk yığılsın ətrafına, yanına.
Ana-atası rəhmət, millət ağlar halına,
Gilə Dərya ayaqda kaşki anası görə,
Sülhə səs veririk biz birləşmişik əl-ələ.
BAŞ ƏYDİM ŞƏHİDƏ
Neçə vaxtdır ağlayıram kədərdən,
Müharibədir eşitmişəm efirdən.
Əsəb gərək möhkəm ola dəmirdən,
Zaman-zaman Qarabağa ağladım,
Qara geydim qaraları bağladım.
Hər gun ölum-itim aldım xəbəri,
İnsan ölur duşmən bilməz dəyəri.
Umud yoxdu açılacaq səhəri,
Ata-ana qucaqlayıb dizlərin,
Ağlamaqdan kor eləyib gözlərin.
Gözəl anam büküb-sarıb belini,
El gəlibdi ağlayır öz ölünü.
Dindirirlər aça bilmir dilini,
İnildəyir sakit səssiz İrəvan,
Qoşulubdu Bakı, Şəki, Naxçıvan.
Erməniyə gösdərdik öz səddini,
Dəmir bilək əydi onun qəddini.
Bildirmişik hədsizlərə həddini,
Əyri gəzən əyri-burux yolunu,
Qoparmışıq ciyərini, qolunu.
Az qalıbdı çatmışıq Xankəndinə,
İgidlərim çatacaqdır əhdinə.
Tərs keçi tək düşdün Türkün fəndinə,
Allahımın qəzəbi var od yağır,
Erməni, fransızı, rusu çağırır.
***
ÖMRÜMƏ
Neyləyim ilahi,sevən könlümə,
Qəddimi kaman tək, əyən könlümə.
Hər sözu ox kimi, dəyən könlümə,
Qorxuram son qoya, xəzan ömrümə.
Həyat bir ayrılıq,təbili çaldı,
Niskilli könlumu, nə hala saldı.
Eşqi məhəbbəti, əbədi qaldı,
Göz yaşı su oldu, yanan ömrümə.
Bilirəm yarımın, qəlbi sıxılır,
Ağ gunduzum, zulmət olub qaralır.
Gunu-gundən, rəngim solub saralır,
Abadlar görunur, viran ömrümə.
Gilə Dərya çəkər, hər gun nazını,
Basar sinəsinə, qırıq sazını.
Sevər payızını, sevər yazını,
Təsəlli ver hər an, nalan ömrümə.
DİNLƏ GİLƏNİ
Yetişdikdə o dilbərə,
Gördum ki, titrəyir uzu.
Sual etdim, ey məh cəmal,
Sevirsənsə, söylə duzu.
Qəlbimə hakim olmusan,
Sənsiz solar tağda gulum.
Oxu səsini dinləyim,
Ey eşq bağında bulbulum.
Gilənin dərdini dinlə,
Solubdu sənsiz gulşəni.
Mən mərizəm,sən loğmanım,
Yaddan çıxar əndişəni.
YAXINSAN MƏNƏ
Qəlbimi yandırır,vaxtsız gedişin,
Nə olar sevdiyim,qayıt yanıma.
İsti yuvamıza,soyuq qış gəlib,
Dağların tufanın, salma canıma.
Nəfəsim kəsilib,əllərim donub,
Gilə də,saz kimi,kökdən duşubdur.
Nə olar?qayıt gəl, yapış əlimdən,
Yaralı bulbulum,dildən duşubdur.
Hər tərəf çal-çağır, şənlik olsada,
Hələ də xəyalın,çıxmır başımdan.
Sevincim səninlə,getdi o vaxtdan,
Bəllidir sevgilim,bax göz yaşımdan.
Nə qədər çalışdım,unudam səni,
Qayıdım təzədən,bu şən həyata.
Köçməyim həyatdan,nakəm bisəbəb,
Mən də ikram edim,toya busata.
ÖTƏN İLLƏR
İllərdi bilirəm, aşiqsən mənə,
Eşqini bəs niyə, hey gizləyirsən.
Bəyənib mən səni, könul vermədim,
Yanıram özgəni, əzizləyirsən.
Mənə aşiq olduğunu, söyləyəndə sən,
Mənsə gulumsəyib biganə qaldım.
İndi ikimizdə, yaşa dolmuşuq,
Sən gedib şad oldun, nə gunə qaldım.
Heyif o gunlərdən, gəncliyimizdən,
Hamısın xərcləyib, küləyə verdik,
Deyirsən gec deyil, gəl biz qovuşaq,
Çox heyif eşq mülkün, kirayə verdik.
Gilə Dərya ağarıb, qara tellərin,
Bir daha onları, qaraltmaq olmaq.
Sındırdın qəlbimin, tən ortasından,
Əzizim onları, calamaq olmaz.
VƏTƏNDƏ
Anan, da atan, da boyuna qurban,
Get qoru vətəni, mərd kişi kimi.
Çevirmə arxanı, heç vaxt duşmənə,
Öləndə ölginən, mərd kişi kimi.
Vətənə sadiq ol, doğma ana tək,
Desinlər mərhaba, səni doğana.
Sayıq ol həmişə, duşmən önundə,
Alqışlar söylənsin, sən tək oğlana.
Borcunu əda et, vətən önundə,
Kişi tək qarşına, çıxsın sevgilin.
Açıb qollarını, sarılsın sənə,
Eşq ilə köksunə, sıxsın sevgilin.
Qadın olsa da, Gilə əzəldən,
Vətənin yolunda, canından keçib.
Saf çuruk eyləyər, cümlə dostların,
İçindən sadiqin, təmizin seçib.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.