Sahib Tehmir (1958)

Sahib   Tehmir (1958) Sahib Tehmir oğlu Əsgərov - 1958-ci ildə Sabirabad rayonunun Qasımbəyli kəndində anadan olub. 1980-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun fizika fakultəsini bitirib. 1985-2004 illərdə Sabirabad rayon H.Ənnağıyev adına Qasımbəyli kənd orta məktəbində direktor işləyib. 2004-2016-cı illərdə həmin məktəbdə ali kateqoriyalı fizika müəllimi vəzifəsində çalışıb.
2016-cı ildə Təhsil Nazirliyinin direktorların işə qəbulu imtahanında iştirak edib və yenidən direktor təyin olunub.
Yaradıcılığa orta məktəbdə oxuduğu illərdən başlayib. Şerləri və hekayələri respublika mətbuatında mütamadi dərc olunur.
Müəllifin "Hara gedir bu dünya" adlı şerlər kitsbı "Avropa Nəşr və Mətbu Evı"-nin keçirdiyi müsabiqədə qalib elan edimiş, Sahib Tehmir "İlin vətənpərvər şairi" kimi diplom və medalla təltif edilmişdir.

Biz də Sahib Tehmirə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Xalidə TURAN,
turan.info.az-ın şöbə müdiri,
"Turan" ədəbi məcmuəsinin tərtibçisi

turan.info.az



Allah

Başım bəlalarda oldu həmişə ,
Bir dəfə pis üzüm gülmədi Allah .
Xoş günlər inanma bəxtimə düşə ,
Halımı can deyən bilmədi Allah .

Vuruşa – vuruşa oldum qayağım ,
Təbii yox , sünidir rəngim , boyağım ,
Çox şükür yer tutur yerdə ayağım ,
Qalan ruhum oldu , ölmədi Allah .

Zərgər üz döndərib qaçir zərindən ,
Yaxşı ki çıxmayır Yer məhvərindən ,
Odur düşünmürəm çoxda dərindən ,
Məhti zühur edib gəlmədi Allah ?!!!

Keçib əndazəni ərlər , madamlar ,
İbrət götürməyir , dağılır damlar ,
Əlini göylərdən çəkib adamlar ,
Edib qəzəbini silmədi Allah ?????

Varliya xoş gündü , kasıba yasdı ,
Sahib nadanlara çox qulaq asdı ,
Güclülər gücsüzün başınnan basdı ,
Tikəsin yarıya bölmədi , Allah !


Bir Allah dərdimi çəkir hər gecə

Elə bilirsən ki , peşman olacam ,
Elə bilirsən ki , geri dönəcəm .
Kiminsə bəxtinə axıb , dolacam ?
İnanma , dönəndə diri dönəcəm .

Onsuz öldürmüsən , ürəyim dönüb ,
Nə desən düşünüb qanmıram daha .
O isti həvəsim , alovum sönüb ,
Sənə yox , heç kimə yanmıram daha .

Qoy yerim boş qalsın qəlbin başında ,
Bəlkə bir bədbəxtin gərəəyi oldun .
Adım yazılacaq məzar daşında ,
Cismim yox , ruhumun mələyi oldun .

Mənim saf eşqımə xəyanət etdin ,
Əlində gülləsi olan canısən .
Mənə gör nə boyda cinayət etdin ,
Xəbərsiz qəlbimə dolan canisən .

Qayda bilmirəm yolum bağlanıb ,
Söylə , bağışlayım səhvini necə ?!
Bu sevgi üstündə sinəm dağlanıb ,
Bir Allah dərdimi çəkir hər gecə .


Axtarıram

Əhdinə vəfa qılan ,
Gülümü axtarıram .
Odumdan qopub qalan ,
Külmü axtarıram .

Zirvələrdə səkdiyim ,
Sevincimi əkdiyim ,
Çox cəfalar çəkdiyim ,
Zülümü axtarıram .

Çəkdiklərim heçədi ,
Gündüzümdə gecədir ,
Billəm içim necədir ,
Çölümü axtarıram .

Sahibi dərdə salan ,
Sən ol can verib alan ,
Yollarda çaşıb qalan ,
Ölümü axtarıram .


Adam tanımıram dəftərdən yaxın

Qoca qarılarda mənə naz satır ,
Bir günün tənəsin bir il çəkirəm .
Gücüm ona çatmır , dəftərə çatır ,
Üstündə min cürə şəkil çəkirəm .

Dünəni , bu günü yaşadan sağdır ,
Sözdən qurulubdur əbədi təxtı .
Yazsam qaralacaq , yazmasam ağdır ,
Qələmə bağlanıb taleyi , bəxtı .

Dərdin ala bilir hərdən kitabın ,
Adam var tanımır qardaş , bacısın .
Sarsağ admında götürür tabın ,
Çəkir sinəsinə şirin , acısın .

Qayğısın çəkirəm , bina hörürəm ,
Balamda eşitmir arada məni .
Bivəfa çıxıbdır dostu görürəm ,
Atacaq hardasa yarıda məni .

Həmdəm ola bilir , nə vaxt tək ollam ,
Müşkül məsələmi çiyninə alır .
Boşaldır sinəmi nə vaxtı dollam ,
Nələr çəkdiyimi eyninə alır ,
Tək məni düşünüb , qeydimə qalır .

Adamlar qədrini bilməyir nədən ,
Əldən ələ verib boşa ötürür .
Bax budur yandırıb məni göynədən ,
Adam yox dərdimi dəftər götürür .

Büküb tullamayın tinə , bucağa ,
Mənim gözlərimlə siz ona baxın .
Əziz bala kimi alın qucağa ,
Adam tanımıram dəftərdən yaxın .


Ağlayır

Keçən həsrət üstə ömür ömürdü ?
Laləli , nərgizli dağım ağlayır .
Sinəmin alında ürək kömürdü ,
Damarım ağlayır , tağım ağlayır .

Susun dayanmışıq bizə nə olub ?
Girov anam , bacım başını yolub ,
Vətənsiz ruhumuz , rəngimiz solub ,
Süsənli , sünbüllü bağım ağlayır .

Dərdi çəkə - çəkə qəlbim yaradı ,
Bu torpaq bölünüb para – paradı ,
Qarabağ haradı , Təbriz haradı ,
Dostum gülə bilmir , yağı ağlayır.

Başımız qatılıb budur caz üstə ,
Gəl qardaş , dərdimə ağla saz üstə ,
Gözümün yaşını tök Araz üstə ,
Solum nalə çəkir , sağım ağlayır .

Dik tuta bilməyir Sahib başını ,
Babamın sökdülər qəbir daşını ,
Bəsdi vətən oğlu tökmə yaşını ,
Ürəkdə qalmayan yağım ağlayır.


Baxışın

Gül , çiçək verməyir cənnət qoxunu ,
Qəlbimdən ox olub keçir baxışın .
Səni sevənlərin yoxla çoxunu ,
Desəm , deməsəmdə seçir baxışın .

Qeyrisi yanında xəyaldır , boşdur ,
Sənin kandarında dilənmək xoşdur ,
Eşqinlə yaşayım , ruhumu coşdur ,
Məni düz ortamdan biçir baxışın .

Uzanan əlimə uzat əlini ,
Məcnun eylədiyin atma dəlini ,
Bir gün olacaqsan anam gəlini ,
Bizim evimizə köçür baxışın ,
Onsuz ürəyimə köçür baxışın .

Bilmirəm rast gəldin mənə haradan ,
Görür nə gündəyəm məni yaradan ,
Necə alım , qaçım səni aradan ,
Töküb badəsində içir baxışın .
Sahibin canını içir baxışın .


Bilmirəm

Qaldirın pərdəni , qoy görüm üzün ,
Adamdı , şeytandı , cindi bilmirəm .
Dönüb Allahından söyləmir düzün ,
İçimdə fırtınan , kindi bilmirəm .

Suyunu çixarar sıxanda daşın ,
Sel kimi gəliri qatıbdır başın ,
Minir salafanlı gündə bir maşın ,
Kimin göz yaşıdı mindi bilmirəm

Quşuda göylərdən endirər yerə ,
Şükür Fironlara , şükür min kərə ,
Yol kəsdi , baş kəsdi olmadı fərə ,
Xoruz qarşısında endi bilmirəm ?!

Günbə - gün çoxalır sağalmaz yara ,
Baş alıb yollanaq hayana , hara ,
Allah əlimizdən gəlibdir zara ,
Günahkar yüzmüdü , mindi bilmirəm .

Əzəldən əl tutub qardaş – qardaşa ,
Yumşalmır ürəklər , dönübdür daşa ,
Nahaqlar haqq üstə qalxır savaşa ,
Bu necə imandı , dindi bilmirəm .

Sədəqə payıdır olan malımız ,
Haqqa söykənməyir , arxa , dalımız ,
Sahib çox çətindir olan halımız ,
Sabah nə olacaq indi bilmirəm .


Bitmiş bir fikirin nöqtədir sonu.

Deyə bilməyirəm məndən doymusan ,
Görürsən nə vaxtddır yoxam yanında .
Məni gör kimlərə tay , tən qoymusan ,
Çlxlb gedirəm ki , çoxam yanında .

Məni ürəyindən çıxar , at daha ,
Yerimi , yurdumu , səmti azmışam .
Məni yox , qeyrisin get yaşat daha ,
Adını mərmərdən daşa yazmışam .

Onsuz düz danışmaq gəlməyir xoşa ,
Son qoyub uğursuz eşqi bitirdim .
Heyif ki , ömrümü xərclədim boşa ,
Yolunda xoşbəxtlik , illər itirdim .

Daha o qapını döyməyim getddi ,
Başqa qapı kimi özgədir , yaddır .
Onu tərifləyib , öyməyim getddi ,
Qalan xatirəmdə quruca addır .

Başqa ünvandayam , başqadır yolum ,
Daha axtarmıram , gəzmirəm onu .
Geri dönən günü çınqıl , daş olum ,
Bitmiş bir fikirin nöqtədir sonu.


Bu ayrılıq mahnısını oxu sən ...

Boynu buruq bənövşədən betərəm ,
Niyə vurdun ürəyimə oxu sən ?
Sən olmasan bu həyatda bitərəm ,
Bu dünyanın varı sənsən , yoxu sən.
Bu ayrılıq mahnısını oxu sən ... ...


Gecə , gündüz gileylərim bitməyir ,
Ayaqlarım yol üstündə getməyir ,
Xəyallarım məni sakit etməyir ,
Olacaqsan o yozduğum yuxu sən ,
Bu ayrılıq mahnısını oxu sən ...


Şəkilinə baxa – baxa qalıram ,
Açan güldən ətirini alıram ,
Öz əlimlə bu mahnını çalıram ,
Deməyirəm sınıq qəlbi toxu sən ,
Bu ayrılıq mahnısını oxu sən ...


Bu həsrətlə məndə bir gün köçərəm ,
Ürəyimdə qalar dügün köçərəm ,
Bu aləmə salıb bir ün köçərəm
Səbəbkarı biri mənəm , çoxu sən ,
Bu ayrılıq mahnısını oxu sən ...

Sahib kimdir bu sevgidən yarıyan ?
Kimim vardı , kimdi gəlib ariyan ,
Kim olacaq mənə yara sarıyan ,
Bu sevginin acı mənəm toxu sən,
Bu ayrılıq mahnısını oxu sən ...


Bu fani dünyadan daha nə yazım

Bu dünya komləri tora salmadı ,
Karvanlar keçəndə itlər az hürdü ?
Kimləri aıdadıb payın almadı ,
Hamıdan qiymətli qızıldı , dürdü .

Gözünü yummayır , almır yuxusun ,
Kiminsə yerinə ağlamır , gülür .
Hər gün min adamın alır qoxusun ,
Özü etddiyini yazdım oxusun ,
Sevir , əhd – peymanın bağlamır , gülür.

Ayağın yağlayıb , başını qatır ,
Zirvəyə yüksəldir , salır yolunu .
Sevgili yar olub , işvə - naz satır ,
Əziz adam kimi açır qolunu .

Ona nə etibar , ona nə inam ,
Gəzəyən arvaddan betərdi , betər .
Hər gün gilə - gilə biz əriyən şam ,
Nazın çəkə - cəkə ömrümüz bitər .

Nə qədər sağamsa qəbrimi qazım ,
Torpaq sinəsinə məni sıxacaq .
Bu fani dünyadan daha nə yazım ,
Canımı alsada , haqlı çıxacaq .


Çıx get

Halımı soruşub , aramamısan ,
Çıxma yol üstündə qarşıma çıx get .
Onsuzda sən mənə yaramamısan ,
Nə vaxt çevrilmədin qışıma , çıx get .

Qədrimi bilənlə dərdimi bölüm ,
İçim kül olmuşdu , alışır çölüm ,
Canım dincələrdi gəlsəydi ölüm ,
Məzarda yalvarma daşıma , çıx get .

Canım üzülübdür qalmıb təhərim ,
Ruhumu aparan gəlmir kəhərim ,
Gecəm zindan olur , açmır səhərim ,
Qatmısan zəhəri aşıma çıx get .

Yalan vədələrin sonu ayrılıq ,
Süni gülüşlərin donu ayrılıq ,
Biri qoşalaşır , onu ayrılıq ,
Çevrildin gözümdə yaşıma çıx get .

Sevgi nə bilirsən , sən var gəzirsən ,
Gözündə cəh – cəlal xumar gəzirsən ,
Qədrini biləcək nə yar gəzirsən ,
Vuruldun gözümə Qaşıma ? – Çıx get .

Necə verə bilim sənə qəlbimi ?
Hələ anlamırsan sevirsən kimi ,
Mənim kamanımın qırılıb simi ,
Nə qiymət verəssən yaşıma ? – Çıx get .

Hələ qlmamışam toy büsatımdan ,
Hələ düşməmişəm kəhər atımdan ,
Kecir bu dırdlərim yeddi qatımdan ,
Bax sinəm üstündə xışıma , cıx get .

Sahib , həmən dünya , adamlar təzə ,
Nə yaxşı taylılar tayını gəzə ,
Varım , dövlətimə partadma məzə ,
Qır – saqız qoyma gəl başıma , çıx get .


XƏYALIN

Borçalı elinin sazı ilə, sözü ilə tanınan sənətkar oğlu
Qara Borçalı ilə bir söz görüşümüzü sizə təqdim edirəm:


Qara Borçalı:

Eşitdim sevicdən , dərddən yazırsan ,
Dünyanı dolaşır , gəzir xəyalın .
Bu şair ruhunla nələr çəkmisən ,
Söylə görüm necə dözür xəyalın .

Sahıb Tehmir:

Gördüyün zəmanə heçdə şeş vermir ,
Ərənlər döyüşdə sinə , döş vermir ,
Haqsızlar haqlıya qəsdən beş vermir ,
Hələ Göy üzündə süzür xəyalın .

Qara Borçalı:

Zəmanə dəyişməz , insan dəyişər ,
Döndükcə can çərxi hər an dəyişər ,
İman təzələnər , irfan dəyişər ,
İnsanın dərdlisi üzür xəyalın .

Sahib Tehmir:

Sıx sinən üstünə sazını aşıq ,
Hələ çox çəkirlər nazını aşıq ,
Buraxma əlindən azını , aşıq ,
Canını incidib üzür xəyalın ?!

Qara Borçalı:

Aşıq Qara desin sazın dilində ,
Alışan atəşin , közün dilində ,
Sinəndə qaynayan sözün dilində ,
Çox dasdan , çox poman yazır xəyalın .

Sahıb Tehmir:

Sahıbəm dost kimi dostu aradım ,
Dostun olduğu tək əksin yaradım ,
Ay Qara bəlkədə sənə yaradım ,
Bilirəm haqq işi düzür xəyalın .


turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: