Ağsu rayonunun Ləngəbiz kəndində anadan olub.
1977-ci ildə Ağsu rayon kənd orta məktəbin bitirib.
Hələ orta məktəbdə oxuyanda dörü mətbuata yaşadığı kənd və zəhmətkeşləri haqqında kiçik yazı və məqalələrlə çıxış edib.
Bədii yaradıcılıqla da o vaxtdan məşğul olub.
İlk şeri Ağsu rayonunda çıxan "Birlik" qəzetində dərc olunub.
Qəzetin nəzdində fəaliyyət göstərən "Ümüd" ədəbi dərnəyində poeziyanın dərinliklərinə yiyələnib.
Sonralar o əməkdaşlığını yaşadığı Abşeron rayonunun eyni adlı qəzetində davam etdirib.
"Üfüq" ədəbi bədii dərnəyində fəal iştirak edib.
Əfqanstan müharibəsi veteranıdı.
Mətbuata bağlılığı müstəqillik dönəmində onu "Vətən övladı" ictimai-siyasi qəzetinin və "Dəyənək" ictimai-siyasi, satirik qəzetin təsisçiliyinə gətirib çıxarıb. Hər iki qəzeti uzun illər fəaliyyət göstərməsinə kömək edib.
Hər iki qəzet müxtəlif dövrlərdə dövrülüyün qoruyub, saxlaya bilib.
Biz də Elxas Comərdə yeni-yeni uğurlar arzulayır və aşağıda
onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
turan.info.az
ZƏFƏR SEVİNCİ
Bu hayqırtı, bu coşqunun,
Mənası çox dərindədir...
Şükür edirəm mən Tanrıma,
Millət hələ yerindədir.
Yerindədir mərdliyilə
Yerindədir sərtliyiylə
Məğlub edib o düşməni
Xəcil edib pərtliyilə.
Eşitdiyim, həm gördüyüm,
Bu gün mənə qürur verir.
İllər ilə gözlədiyim,
Zəfərlərim sevindirir.
ŞUŞA BİZDƏDİ
Nə gözəl müjdədi, nə gözəl xəbər,
İnsana ruh verib, fərəhləndirir.
"Şuşa azad olub, Şuşa bizdədi,"
Bu xəbər adamı ürəkləndirir.
Ürək dağa dönür sinəm içində,
Sevinci gözümə, üzümə vurur.
Bu gözəl xəbərin təntənəsində,
Şəhid ruhlarıda sevinib durur.
Tarixin zərbəsi çox dəydi bizə,
Sınıb məhv olmadıq, birliyə gəldik.
Allahım haqqımız, haqqa dirəndi,
Şükürlər olsunki dirliyə gəldik.
Budur uğurları xalqın, dövlətin,
Ali Baş Komandan verdi xəbəri.
Müzəffər ordumuz bir tarix yazdı,
Hələ qarşıdadı yeni zəfəri...
"...Axıra qədər gedəcəyik,
sona qədər gedəcəyik!"
Ali Baş Komandan İlham Əliyev cənablarının,
düşmənə xitabən söylədiyi bu sözlər
içimdə elə bir qürur, inam yaratdı ki,
hislərim misralara çevrildi...
Bu sözlərin qürur verdi ürəyimə,
Məlhəm oldu, hər arzuma, diləyimə
Niyət etdim, kaş çataydım istəyimə,
Qurtaraydım bu utancdan, bu ağrıdan,
Cənab Ali Baş Komandan.
Bu cəsarət, bu hünərdə vətən səsi,
Ətrafında cəm edibdir hər bir kəsi,
Uğurların, zəfərlərin təntənəsi,
Sevindirsin qoy milləti könül - candan,
Cənab Ali Baş Komandan.
Bu torpağın hər qarışı şəhid qanı,
Onun görə müqəddəsdir hər bir yanı,
Gör nə qədər övladları qurban edib cavan canı,
Qüvvət alıb bu inamdan,
Cənab Ali Baş Komandan.
"... Axıra qədər, sona qədər gedəcəyik!"
Bu əmrinə bizdə əməl edəcəyik,
Qələbədə böyük qürur ilə deyəcəyik,
Yaşa, yaşa ana vətən Azərbaycan,
Cənab Ali Baş Komandan.
RUHUMA QARABAĞ ÇÖKÜB BU GECƏ...
Ruhuma Qarabağ çöküb bu gecə,
Yatıb, əsgərlərlə oyaq qalmışam.
Sevincdən üstümü örtməmişəm mən,
Gəlib Qarabağda soyuqlamışam.
Heç vaxt görmədiyim gözəl yurduma,
Yuxumda xəyalən səfər etmişəm.
Bizə qürur verən şanlı ordumun,
Hadrut Zəfərində ora getmişəm.
Yüksək dağ - dərəli, meşəli, çaylı,
Cənnət bir diyarın qucağındayam.
Nətavan, Vaqifin, Bülbülün, Xanın..,
Gör necə dahilər OCAĞINDAYAM?
Bu gecə qonağam əsgərlərmizə,
QORQUD tonqalın sıcağındayam.
Gəzdikcə, gördükcə "səbr" in, " döz" ümün,
Keçən 30 ilin acığındayam.
Biz necə dözmüşük, yarıcan edib,
Vətəni ürəksiz yaşada bildik ?
Deməli 30 il biz ŞƏHİD olub
Səni yaşatmaqçın demə öldürdük.
Ruhuma Qarabağ çökmüşdü deyə,
Gedib əsgərlərə qonaq olmuşam .
Heç vaxt olmadığım o gözəl Yurdda,
Ata ocağım tək xəyal qurmuşam.
BU PAYIZ...
Bu payız qəlbimə od saldı mənim,
İstədim qızınam... dondurdu məni.
Hər şəhid şəklini görüb duruxdum,
Baxdıqca ağrısı yandırdı məni.
Xəyal çəkib məni apardı hara...?
Ürək parçalanıb, gözüm dolurdu,
Bir ata qıvıldı gözüm önündə,
Bir ana hardasa saçın yolurdu...
Ağrım sevincimə qarışıb durdu,
Qürurum dağıdıb, sındırdı bəndi.
Müzəffər ordumu durdura bilməz,
Nə hədə, nə hiylə, nə düşmən fəndi.
Budur bu millətin, qüruru, andı,
Dərdi sevinciylə birgə yaşayır.
Qələbə təşnəsi yandırır məni.
Sabaha ümüdimdə zəfər daşıyır.
Bu payız tarixdən dərs deyir xalqım,
Ali Baş Komandan, müzəffər ordum.
Bu payız işığı nur yandıracaq,
30 il qaranlıq çökmüş bu yurdum.
HÜRÜR...
Yer göylə birləşir, məqam yetibdir,
Səbrimiz qurtarıb, dözüm bitibdir,
Erməni itlərin kim göndəribdir,
Hələ mırıldayıb, öz - özünə hürür.
30 il dığanın əl - üzün yudu,
Üstümə qısqırıb arxada durdu,
Başa salırsan ki, bu deyil, budu,
O durub, düz olan sözünə hürür.
Ali Baş Komandan başının üstə,
Doğma bayrağımdı başının üstə,
Günəş kölğələyir daşının üstə,
İndi kölgəsinin özünə hürür...
GÜLÜR
Nə gözəl mənzərə, nə gözəl duyğu
Torpaqda adamın üzünə gülür.
Duyub, dağıdılmış viranə kəndlər,
Əsarət sözünün özünə gülür.
Burda daş dillənir, torpağ danışır,
Küskün baxışında sevinci daşır,
Əsgər çəkməsiylə hey qucaqlaşır,
Doymayıb, dikəlib gözünə gülür.
Erməni söylədi dediyim şərtdi,
Deyirdik qonşudu, itdi, nə itdi,
Ali Baş Komandan dediki, bitdi,
İndidə şərtinə, sözünə gülür.
BAYRAMIDIR
Bahar gəlib, budaqlara
Çiçəklərin bayramıdır.
Gəl bir gəzək bu dağları
Diləklərin bayramıdır.
Ləpələnir ot, gül, çiçək
Novruz gülü, ləçək-ləçək
Sevgililər görüşəcək
Ürəklərin bayramıdır.
Ot boy verib, qalxıb dizə,
Bax yamacdan enən düzə,
Oraq, dəryaz gətir bizə,
Biləklərin bayramıdır.
Yaz səhərnin şehi gözəl,
Axşam üstü mehi gözəl,
Deyiləsi "bəh"i gözəl,
Göyçəklərin bayramıdır.
Qaranquşlar süzüb keçir,
Arılarsa şirə çəkir,
Ceyrana bax, gör su içir
Ürkəklərin bayramıdır.
Dağlar açıb bizə qucaq
Lalələri sanki ocaq
Ətirlənib hər künc-bucaq
Küləklərin bayramıdır.
AĞSUYUM
Ata yurdum, qürur verən ünvanım,
Saf insanlı, gözəl məkan Ağsuyum.
Təbiyyətin tablosudur möhtəşəm,
Tanrı adlı rəssam çəkən Ağsuyum.
Bütün gözəlliyi o verib sənə,
Şirvan mahalına nur, işığ çəkib.
Canım Azərbaycan, bax sinən üstə,
Gör necə bir əsər, yaraşıq çəkib?
Dərə qollarıdı, dağ qucağında,
Uşaq tək bələnib dolaylarıyla.
Nə qədər ürəyim qürurlanıbdır
Qalxıb, həm enəndə o yollarıyla?
Canlı bir xalıdı dağ ətəyində,
İlməsi binalar, evlər, ağaclar.
Yuxardan enəndə , elə bilirsən
Düşsən sən aşağı, səni qucaqlar.
Bu gözəl diyarın gözəllikləri
Təkcə bil bununla bitib, tükənməz.
Burda insanların ürək saflığı
Danşılır hər yerdə, üzə deyilməz.
Bu yerin igidin, mərdin, dahisin
Tanrı bu yer təki cilallandırıb.
Şairin, alimin, həm ziyalısın
Yurda fərəh verib, qürurlandırıb.
Ey gözəl diyarım, ey gözəl yurdum
Mənim göz-bəbəyin, canım Ağsuyum
Ruhumun qidası, canımın odu
Ürəymi yaşadan qanım Ağsuyum.
SİZƏ
(Son dövrlər, ən çox oxuyub, izlədiyim,
sözlərindən təsirlənib, düşüncələrə daldığım,
son şerlərinin birində, "Mənə xanım deməyin" şeirindən sonra
aylarla ürəyimdə kövrüklənən bu şeri, gözəl qəlbli, gözəl xanım,
Elimizin, Şirvanimızın şair qızı, bacı timsallı
Solmaz Şirvanlıya həsr edirəm)
Ürəyimin içindəki sevgini,
İstəyirəm həsr eləyim, mən sizə.
Vurub, çıxıb, toplayaraq cəmini,
Bir bacı tək, kəsir eləyim, mən sizə.
Deyim sizə, olduğu tək qiyməti,
Hiss edirəm hər çəkdiyin zəhməti,
Tanrı verən dəyər kimi nisbəti,
İzah edib, nəsr eləyim, mən sizə.
Dəyər-ölçü, Tanrı verən qismətdir,
Özəyində, abır, həya, ismətdir,
Yazdıqların bunlara bir nisbətdir,
Təkrar yazıb, əsər eləyim, mən sizə.
Qovrulmusan, "tavasında" sən sözün,
Şirvanımın havasında sən özün,
Maya alb, paylamısan, od, közün,
Öz nurundan, qəsr eləyim, mən sizə.
Elxas deyər, hər bir sözün, tər-təmiz,
Bunla getsin, kədərimiz, qəmimiz,
Qoy batmasın söz ümmanda gəmimiz,
Sözlərimi, əsir eləyim, mən sizə.
30-10-2021
AY SOLMAZ BACI
Elimin gözəl, dəyərli söz loğmanı,
İran, Türkiyə və bir çox türk dilli ölkələrdə
sevilə-sevilə oxunan, şairə
Solmaz xanım Şirvanlıya həsr edirəm.
Qəlbim yaman tutdu, sözündən səni,
Dedim bir soruşum, özündən səni,
Duyum baxışından, gözündən səni,
Bilim hər ağrını, olum əlacı,
Qoy sənə mən deyim, ay Solmaz bacı.
Sən ki sözlərindən qala hörürsən,
Şerinlə Loğman tək şəfa verirsən,
Hər kəsə anatək,sevgi bölürsən
Neynirsən arşını, ya da qulacı,
Qoy sənə mən deyim, ay Solmaz bacı.
Yurdumun gövhəri, zərisən özün,
Şirvanın igidi, nərisən özün,
Sən söz dəryasında "Pərisən" özün,
Sonra söylədiyim olmasın acı,
Qoy sənə mən deyim, ay Solmaz bacı.
Elxasam, mən səni tanıyan gündən,
Həyan qandan gəlib, ismətin dindən,
Seçilib, fərqləndin yüzlərdən,mindən,
Başında bərq vurur səltənət tacı,
Qoy sənə söyləyim, ay Solmaz bacı.
Anamsan mənim
Uzun müddət Şamaxı rayon Mərkəzi Xəstəxanasında həkim işləyən,
xalam qızı Sevil Həsənovaya həsr edirəm.
Sən mənə ana tək, ana olmusan,
Çəkib hər qayğımı, nazımı mənim.
Sən mənim halıma yanan olmusan,
Bir xalam qızı tək, azmı mənim...?!
Ürəkdən sevmisən, əzizləmisən,
Unudub çox zaman qayğılarını.
Məndə oğul kimi..., ya xala oğlu,
Duymuşam hər zaman sayğılarını.
Sən onda tələbə, mənsə bir uşaq,
Sənin görüşünə tez-tez gələrdim.
Unudub anasız o illərimin,
Qayğısın səninlə, sənlə bölərdim.
Mən sənin yanında rahat olurdum,
Yenədə "rahat ol" - deyirdin mənə.
Sən mənim qəlbimi gözümdən duyub,
Sevgini gözünlə verirdin mənə.
İndi gəl qınama, sən məni artıq,
Bilmirəm, bəlkədə qayğılar artdı.
Üzürlü çıxmağa sənin qarşında,
Qəlbimdə o qədər sual yaratdı.
On dörd il anasız, xala oğlusuz,
Görüb tanımadıq, bir - birimizi.
İndi bahanədi, bəlkədə düzü,
Danışa bilmədik, çox dərdlərmizi.
Sən mənim ürəyim, canımsan inan,
Sən mənim anamsan, ay xala qızı.
Kimi nə söyləyir, qoy desin artıq,
Sən mənim sonamsan, ay xalam qızı,
Sən mənim anamsan, ay xalam qızı.
Sən mənə ana tək, ana olmusan,
Çəkib hər qayğımı, nazımı mənim.
Sən mənim halıma, yanan olmusan,
Bir xalam qızı tək, azımı mənim...?!
YALANLARA
Yaman tez dəyişdik, çoxun itirdik,
Elə ki öyrəşdik biz, yalanlara.
İtdi inam, mərdlik, öldü kişilik,
Nə vaxt məğlub oldu, düz yalanlara.
Əlmizdə olanın itirdik çoxun,
Başına fırlandıq, olmayan yoxun,
Acdan, heç xəbəri olmadı toxun,
Çünki dikilmişdi göz, yalanlara.
Bütün pisliklərə təməldi yalan,
Naqis hərəkətə əməldi yalan,
İnsanı, insanın gözündən salan,
Baxsan, gedib çıxır iz, yalanlara.
Kimi gün keçirir, ya baş girləyir,
Kimi üzə durub, adam şərləyir,
Kimdə ömür sürüb, özün hərləyir,
Belə qüvvət verir, söz, yalanlara.
Çoxu həqiqəti düz deyə bilmir,
Hələki nədənsə, " biz" deyə bilmir,
Başqa cür birbaşa, "əz" deyə bilmir,
Qoyurlar bu cürə, köz, yalanlara.
İnsana yaraşan olmasada xas,
Adət halın alıb, gəl səbrini bas,
Sənində dadına çox çatıb Elxas,
Öyrəş yalanlara, döz yalanlara.
Həyat - mən sənin havana oynayammıram...
Həyat - çox dəyişib, əhvalın, halın
Codlaşıb tumarın, itib sığalın
Yaramaz, iş bilməz, savadsız kalın
Vəzifə daşıyır, bunu qanmıram
Mən sənin havana oynayammıram.
Haqsız öndə gedir, haqq qalıb darda
Meşədə, quzuda yem olar qurda
Ədalət axtarır... , gör kimin harda...?
Yazsamı düzələr...? Heç inanmıram
Mən sənin havana oynayammıram.
Getməyir ayağım, qalxmayır qolum
Nədənsə düz gəlmir səninlə yolum
Yalağdı, satqındı, həm sağım, solum
Bunların içində, havalanmıram
Mən sənin havana oynayammıram.
Həyat, bizi qoydun çox əli yalın
Hansı arzuların qurduq xəyalın?
Sənin qurtarmadı, heç qeylü - qalın
Daha tükənmişəm, dayanammıram
Mən sənin havana oynayammıram
Dəyərmi...?
Töküb getdin, ümidimi yollara
Əlçim oldu, arzularım kollara
Həsrət qaldım, qulac olan qollara
İNDİ məni, aramağa dəyərmi...?
Əzab verdin, əzabını çəkirəm
Qismətimi öz boyuma biçirəm
Tanımadan, bax, yanından keçirəm
İNDİ məni aramağa dəyərmi...?
Çox görmüşəm o, ovsunlu dilləri
Aylar keçdi, ömür biçdi illəri
Əllərimdə soldurmusan gülləri
İNDİ məni aramağa dəyərmi...?
Biləmmirəm, günah səndə, ya məndə
Dağ çəkmisən, dağın durur sinəmdə
Daha gecdi, ötdü, keçdi bu çəndə
Həqiqətlər indi durub önümdə
İNDİ məni aramağa dəyərmi...?
Gedirəm
Yaşlaşıram, arzularım çoxalır
Uşağ kimi, ürəyimdə yuxalır
Fikir, xəyal, vaxtımıda çox alır
Tanrı verən, qismət ilə gedirəm.
İlahidən yazılan bu baxtıma
Uşaq ikən sındırılan "taxtıma"
Gəncliyimdə xərclədiyim vaxtıma
Acıq edib, bilə-bilə gedirəm.
Kədər, sevinc, arzularım qarışdı
Bu yazıyla, ürəyimdə barışdı
Neyləyim ki, yaşam özü yarışdı
Bu yarışa böyük səylə gedirəm.
Çox yarışda, "şah" özüdə "mat" olub
Ağır yükdən, ürəyimdə çat olub
Arzularım qanadlanıb at olub
Yorğalayıb, odur belə gedirəm.
Bu dünyada, daha nələr görmüşəm
Dərdlərimdən mən bir qala hörmüşəm
Divanəyəm, səhra gəzən dərvişəm
Baş götürüb, düşüb çölə gedirəm.
Haqlı-haqsız irişdilər üzümə
Yalan deyib, dik baxdılar gözümə
Pəl qoyanda, söz bilməyən sözümə
Dillənməyib, gülə-gülə gedirəm.
Günlərimi, aylarımı itirdim
Bir gözələ mən sevgimi yetirdim
Bu sevgidən, ömrümə pay gətirdim
İNDİ onu bölə-bölə gedirəm.
Elxas Comərd
turan.info.az
.