601. Kifir adamın peşəsi şübhədən yalan sırımaq olar.
602. Tarix gündən düşən kölgədir. O kölgədə oturub pinəçi də işləyə bilərsən. Padşah olub, tarixdə ləkə də ola bilərsən. Pinəçi də işləsən, Padşah da olsan, çalış haqqı müdafiə edib, səndən bir söz də varsa yadigar qalsın.
603. Dünya torpaq qaza-qaza yaşayanların məkanıdır, çalış üç fəsilə naz etsən də, ruhunu yazda saxlayasan.
604. Sənin ömrün bir kitabdır, orada görüb-götürənlərində imzası var. Obalar salıb itirənlərində. Çalış ömür kitabında imzası olanları sənin həyat yolunda olduğunu unutmayasan.
605. Dünya üz vurmasa, heç kim astar istəməz.
606. İsbatlı söz deyə bilmirsənsə demə ki, üzr istəməyə məcbur olasan.
607. Pis söz yırtılmış bez kimidir, nə qədər çözləyib yoz¬dur¬san da demisənsə, qaytara bilməzsən.
608. Şeytandan mərhəmət uman ömrünün darında yaşayar.
609. Zaman ayı-ulduzu yerindən tərpətməyə qadir olan qı¬lınc¬dır. Hətta günəş də ona mat baxır. Bəxtindən şikayət edə¬ni tez qocaldar, üzünü güldürməyi bacaranı gec vay ömür kəsə.
610. Ata məhəbbətini uca tutan oğul, alnını sevgi ilə silər.
611. Gənclik gül arxasından baxmaq, qocalıq tül arxasından bax¬maqdır. Körpə uşaq kimi kövrəkliyi olmaya.
612. Sevib qüsur edəni bağışlamazlar.
613. Sevgi ciddi şərtdir. Yoluna çıxmısansa torpağa gömü¬lün¬cə sev.
614. Evlənincə sevgində qüsur etmisənsə, evlənəndən sonra etmə.
615. Sevgi çiyində daşınan güvəndir, gərək sözünün üstün¬də durmağı bacarasan.
616. Vətən çayında daş ola bilmirsənsə, selində axan qamış ol.
617. Vətən sözü dilə yerləşsəydi, çəkib günəşin yanına tək qoyardıq.
618. Hər gün bellənən yerə getmək lazım olmaz.
619. Nəsilinə şərəf gətirib ölənin adı hər salavatda çəkilər.
620. Dostluq amaldır, gərək ürək də taxt qurmağı bacara¬san.
621. Şəfqət böyük ehtiramdır, gərək könül ədasına nur çilə¬mə¬yi bacarasan.
622. Müharibə anonsu düşüncəni zəlil, dünyanı boynu bü¬kük, qəmi qorxuda saxlayır. Çürük zikir beyni yorar, qara məkr ürəyi.
623. Zəka Xudadan qalan naxış, insan müqəddəs mələkdir. Mə¬ləkliyini mərkinə qurban vermə.
624. Ümidə söykənən səbr səyahət arzusu ilə yaşayır.
625. Özünü tənha sayan arzu, qanad çalıb uçmaq istəyər.
626. Hər dərgaha uçurulan dua həyata keçməz. Yetim duy¬ğu¬nun işığı yanılı qalar.
627. Yarından küsən üzünü gecəyə söykəyib yatar.
628. Ana layla qoxulu nəfəsdir, nəfəsini nəfəsinə qatmasan nə sən yaşayarsan, nə də o boyunu oxşayan da əlini əlinə ver.
629. Nəvaziş mehriban səsdən yaranıb, uşaqlıq dadına bə¬lənib tikilən can köynəyidir. Nəvazişini yüz ilin həsrətlisi ki¬mi et ki, cənnət qoxulu olub olan sevinsin.
630. Ata sözünün üstünə duman endirmə ki, xeyir-duasını bağ¬rına basıb saxlaya biləsən.
631. Ana adını gözün üstə, ata adını başın üstə qoy ki, öv¬la¬dın¬dan ehtiram görəsən.
632. Övladının şümşad boyuna qol-dolandıranda onu səhər mehi tək öp ki, Tanrıdan gələn payın fərəhlənsin.
633. Əda ilə qırılan səbrini könlünə qısar. Kaş səda tez gələ.
634. Dostluq dövrandır. Hər dosluq əsrdən əsrə adlamaz. Osman-Əli dostluğu kimi.
635. Azərbaycan səkkiz guşəli bir ulduz, bir hilaldır. Azadlığına təşnə olmasan, istiqlalını qoruya bilməzsən.
636. Qəribin arzusu Vətən torpağında ayaqyalın gəzmək olar.
637. Paklıq hikmətdir, əndazə qoryuan hədd aşmaz.
638. Sümsünən it çoban çomağı ilə döyülər.
639. Özgədən övlad götürmək yaddan gələn yamaq, gendən paklığı oğurlamaq kimidir.
640. Namərd ha çalışdı ki, mərdlik izi açsın. Heç rəddini də qoya bilmədi.
641. Ailəsindən ayrı qürbətə gedən, ailə mehrini salıb itirər.
642. Ailəsindən ayrılana Vətən də qürbət kimidir.
643. Öz barını dərməmisənsə, özgə barına güvənmə. Özgənin düşüncəsi də özgədir.
644. Dünya bir yelləncəkdir, nə qədər quş olub qanadlansan da yıxılacağını unutma.
645. Günah ayaq tutub yeriməsə, qəbr üstə tikan bitməz.
646. Tez-tez ah çəkənin ölüm nəğməsi, əcəl dodağında oxu¬nar.
647. Həyat dəryadır. Ölüm ada, tərk edilən gedər.
648. Cana qəsd edənin Süleyman taxtından xəbəri olsaydı, qəsd etməzdi.
649. Qəm yaşa baxsaydı saç-saqqal ağarandan sonra gələr¬di.
650. İnciyən könül sözə baxsaydı, kişilər heç vaxt ağla¬mazdı.
651. Kişi içində ağlayar, qadın gözündə. İnsanlıq qəlb ey¬ni¬liyidir. Cinsi seçilməz.
652. Hər doğmaya doğma demə, uzaq gördüyün də sənə ya¬xın ola bilər.
653. Hər sevinc verdiyindən sevinc gözləmə. Dərd verənin də var. Peşkəş edilən güc tez tükənər.
654. Darlıq dar quyudur. Dara düşəndə sənə vəfadar olanın yanında dur. Vəfalıya ar bağışla, vəfasızı darda saxla.
655. Dünya bir xalxa olmasaydı, hamı ilmə salmağa çalış¬maz¬dı.
656. Yayda qar həvəsinə düşən borandan keçər.
657. Dünya yaxşılığın dönüşündə durulsaydı hamı pis olub getməzdi.
658. Ürək bir tikə ətdən olmasaydı tez tükənməzdi.
659. Uçğunda dayanan süsgün dayanar.
660. İnsan ömrü boyu doğulduğu gündə yaşanılan sevincin içində yaşasaydı tez qocalmazdı.
661. Dünya sirri gizli saxlanan bir müəmmadır. Bütün sər¬və¬tini də sənə versələr sonda “Heç nə aparmadım” deyib gedə¬cək¬sən.
662. Ata gözü xatirə çığallı, ana gözü zəhmət nurlu olar.
663. Dəhşət həyatın can köynəyidir. Hər can daşıyan ge¬yi¬nə¬¬cəkdir, yaşayacaqdır. (çox ağ atlı oğlan axtaran qız).
664. Ağ atlı oğlanı axtaranda ağ atlı burada dur deyib fır¬la¬nıb eşşəyə minər.
665. Çox şəhər istəyirəm deyən qızın şəhərdə yaşamağı xa¬talı olar.
666. Haqq uğrunda mübarizə aparan varidatını itirməyindən qorxmaz.
667. Vətəndaş vətəni qəlbində daşıyana deyirlər. Var-dövlə¬ti¬ni yığmaq həvəsində olana yox.
668. Torpağı güldür ki, öləndə səni sevə-sevə çürütsün.
669. Hər sözü ilə qadağaya yol açan başdan bədənin zəhləsi ged¬ər.
670. Qeyrətli adamın ruhu gecəsini də gündüz kimi yaşayar ağıl düşüncəsi ilə.
671. Yaxşı söz, yaxşı səsə qarışan da ruha toxunar. Sintez in¬¬şaatda gözəllik, rəssamlıqda sənət əsəri, ətir də qaynayan ruh¬dur.
672. Dünyadan bərəkət umub, əlini göyə açana dünya da çəp baxar. Bərəkət sənin çalışıb işləyən əlindədir. Səndən hərə¬kət, məndən bərəkət deyiblər.
673. Çox bişmiş ət yemə. Dünya çiy əti sevir. Çox ət yeyən tez hislənər.
674. Ədəbi kəsir olan namərd, mərd başında qoz sındırmağa çalışar.
675. Dünya hiyləgərdir, diksinib qorunmağı yadından çı¬xart¬ma.
676. Darıxmaq sahilə qanadlanan nuş qayıq olmaqdır. Nə qədər darıxsan da, darıxmağın xəstəsi olma.
677. Hər insanın gecələrində yastığı altında saxladığı bir fi¬kiri var. Çox xəyala dalmaqdansa, bir az kitab oxuyub yatmaq yax¬şıdı.
678. Ümid xəyal gətirən sevda rüzgarıdır. Kaş güvəni sü¬mü¬rüb aparmaya.
679. Dost ömür nemətidir, desən də hər dostu nemət bilmə. Hər açılan sabahın da bir qurubu var unutma.
680. Dünya aldadıb suvarılan dolanbac yoldur, gərək taxtını quranda səadətdən pay götürməyi unutmayasan. O ürəkdən gül¬məyi bacaranı da ağladır, nazını çəkəni də.
681. Dünya Xan dediyinin də əziyyətini paya verən dünya¬dır. Özünə bax.
682. Doğmalıq cismdə dövr edən qandır. Hər can dediyin¬dən can gözləmə, qanın da damarda dolaşdığı vaxt olur.
683. Dünya əsir düşmüş daş fəsilidir, ağlını sükutda saxla¬ma ki, ölüm tez aparsın.
684. Ayrılmaq can evini yıxmaqdır. Nə qədər gedib, gələnə bax¬sanda, gözlədiyin gəlməz.
685. Külək nə qədər budaq birləşdirməyə çalışsa da budaq uzaq¬laşar. Eşqində günəş ol ki, həmişə yaxınlaşdırmağa çalışa¬san.
686. Kölgənin gözəli ağ gövdə, nəm dodaqlı ağcaqayında, yolun gözəli bir-biri ilə qucaqlaşan çinar bəzəklisidir. Çalış köl¬gə¬də dincəlib xumarlananda qayıdacağın yolu unutmayasan.
687. Atdan düşüb ulaq minənin güvəni çox olar. Zurna tək toy¬da çalınmır.
688. Ucalmaq üçün alçağa baş əymək çürüyü baharda sat¬maq kimidir.
689. Yaltaqlığı sənət sevənin doğrusu da yalan kimi səslə¬nər.
690. Axmağa söylənən dərd, axmağı başa keçirər.
691. Ədalətlə yaşayanın, mərdliyini göstərmək üçün şiş pa¬pağa ehtiyacı olmaz.
692. Fələk qaralamasa heç meyvə yerə kal düşməz, Nə qə¬dər dodaq dişləsən də.
693. Ehtiyac dartan tez yıxılar. Çörək yoxuşdadır. İnsan eniş¬də. Əlini qanatsan da öz çörəyini özün qazan.
694. Payız ağlamazdı, yağışına göz yaşı qarışmasaydı.
695. Gədədən dost tutanın, darda harayına çatan olmaz.
696. Səhərin bərəkəti nurlu gündüzün də, kəndin bərəkəti taxıl düzündə olar.
697. Nitq xəyaldır, danışmasa o da parlayar.
698. Özünü dövlətliyə sırıyanın, yamağı uzaqdan görünər.
699. Varından olmayan toysuz qocalan qıza bənzəyər. “Vah”la gün keçirmə “Həh” lə dur işlə.
700. Namusu qızıl sayanın başına-dizinöə döyməyi sonraya qa¬lar.
701. Olmayan günahdan utanan kədərindən utanar.
702. Xeyir-şərlə qardaş olmasaydı, nahaqla haqq səbr daş¬dır¬mazdı.
703. Sevgi ruhda görünməzlik. Eşq kəbəsində həcc, aşiqlər sırasında qıraq, qəlb çırpıntısında sərtlik-ayrılıq yabısında gələn soraqdır. Eşqini kəbə sayan tövbə etməz, gərək ayrılıq ulağına minməyəsən.
704. Sevgi qəlb qapısı çırpan sərtlik-ruh üzən ilahi dəlilik, iç qarsıyan oddur.Yorğana sığışsaydı hər kəs babını sevərdi.
705. Öz sevdiyinin yolunda çinar olub toz udmayan sevdi¬yi¬nin qədrini bilməz.
706. Məhəbbətin şələsi ağır olmasaydı, ürək ah-nalə çək¬məz¬di.
707. Öpülməyən bulağın gözü dolar. Övladını öpə-öpə bö¬yüt ki, gözü dolmasın.
708. Ürək dolmasa, göz yaş doldurmaz.
709. Yola gələn bəxt xoş qismətə yol açar.
710. Özgəyə dərd qalmasın deyə dərdi özünə götürənin şə¬ləsi ürəyinə ağırlıq edər.
711. Dünya bir mehmanxanadır, gərək əhd-peymanını vax¬tın¬¬da bağlayasan ki, ayaq altda tapdalanmayasan..
712. Hər bir rahatlığı havayı gələn quduzluğa susayar. Üm¬man¬da yaşa, hamının susuzluğuna təşnə olmağı bacar.
713. Dünya bir seyrəngahdır, hamını izləsən də hərdən aya¬ğının altına baxmağı unutma.
714. Bağda nə qədər bağban olub yaşasan da, hərdən bağ sa¬hibini də yadına sal. Halallıq rahatlıqdır deyiblər.
715. Ahəstəlik nida səsdir, gərək itirməmək üçün həmişə özü¬nü namaz üstə sayasan.
716. Qurumuş budağın göz yaşı nəmində olar.
717. Qoca yaşda öz ömrünü təzədən başlayan Allahı da acıq¬landırar.
718. Elm hünərdir, gərək dastanını yazmağı bacarasan.
719. Heyrət daşdan çəkilən sədd. Əfsunda tilsimə gedən yol, gözdə qorunan ehtişam, mərdlikdə səssizlik, gözdə sevinc ya¬şadır. Mərdlik önündə səssiz qalma. Ayaq uyduran alqışla¬nar.
720. Könülünə tən tapmayan şairi sevgi dəlisi sayarlar.
721. Örtük çəkən günəş buludu kövrəldir.
722. Ruh əzab çəkməsə, sifət saralmaz.
723. Hayğıran dərd əl öldürməz, köks odunla üz yandırma.
724. Şaxtası qışdan gələn bəxt gözü nəmdə, dərdi dəmdə sax¬layar.
725. Təhərsiz gələn tənhalıq boğazı qəhər də, dərdi yəhərdə saxlayar. Dərdlə göz qızartma.
726. Dərd başına tənhalıq, unudulmağı yada salmaz.
727. Sevib unutmayanı düşgün sayma. O sevda yolçusudur.
728. Məcnundan xəbəri olmayan, sevgini beş günlük sayar.
729. Vətən uğrunda ölənin qəbri Bəzz qalasına bənzəyər. Xa¬tirəsini bəndə salma.
730. Hərislik şeytandan gələn kələkdir. Qızıldan badə qal¬dı¬ranın da atası ölüb unutma.
731. Yoruldum deyənin qulaq asanı az olar.
732. Sözün tiyəsi qılıncdan iti olmasaydı baş kəsdirməzdi.
733. Çox danışılan sözün hikməti itər, çox danışılan məhəb¬bətin hörməti.
734. Ana ortaqlıqda yeganəlik, iynədə sap, sirdaşlıqda göz ya¬şı, şeirdə qələm, sapda oymaqdır. Hörmətini uca tutanın söz hikməti qüdrətli olar.`
735. Ata ömür bağçası, ağaran salda yar-yoldaşlıq, ömür tik¬məsində bəzəkli bacı qardaşlıqdır. Gərək məhəbbətini beşi¬yin¬dən uca tutmağı bacarasan.
736. Söz üsuldur, o dərd içində gizlənən fəryad, ilahi eşqi də çapar, çiçəkdə ay sarısı, sübh açan güldə şehdir. Çalış mə¬həb¬bət daşıyanını deyəsən, sevgi aparanını yox.
737. Söz könülə gedən gizli yol. Şöhrət geyindirən libas də¬niz¬də qəm yüklü gəmidir. Çalış Nuh kimi can qurtaranını de¬yə¬sən.
738. Söz sıxılan kamanda ox gümanda yaşayan haqq, pis əməli yaxşıya bələyən anadır. Nifrət donu geyinəni demə.
739. Haqq azdıran söz qəbir qazdırar. Günahsıza günah yaz¬¬dırma.
740. Əyri düz kəsən yerdə, sırtıq üzə baxıb irişər.
741. Doğru sözü dara çəkənə, qurandan don geyinsədə inan¬ma.
742. Hər sözünə əhsən deyəni mələk sayma. Üzünə gülüb göv¬¬hərini oğurlayan da var.
743. Yəhəri oğurlanan atın nisgili bəhəri oğurlanan bağ¬ba¬mın nisgilinə bərabər olar.
744. Şeir göy dibindən gələn sözdən qurulan qaladır. Sö¬zün¬lə dənizə qonaq da gedə bilərsən. Qumlu sahillə dərddə bölə bilərsən. Gərək ruhunu soyunub şıltaqlıq etməyi bacarasan. Ölü¬mün gəlincə yaz. Şairliyin yaş senzi olmaz. Baş olan xəyal do¬lu sözlə qayıdar.
745. Dərd can sökər, pis söz göz tökər.
746. Qəriblik dizdən yağar, kədər gözdən.
747. Özünü tənha sayanın milyon içində olmağından nə fay¬da.
748. Qocalıq ömür çayıdır, gərək ölümün xəyal qucağında yaşamağı bacarasan.
749. Ömür karvan köçüdür. Hərə bir biçimdə yoluna davam edər.
750. Sevinən odun küldən xəbəri olmaz.
751. Tanrı əmrindən çıxan ruhun xəmiri sirinsiyər.
752. Obası köçüb eli qalanın ruhu didərginlikdə yaşayar.
753. Kədərlənəndə gülün də bir vaxt sevinib yarpağının töküldüyünü unutma.
754. Kuzəsisınan dərdin eşq pəncərəsi bağlanar.
755. Ağıl donu imandan olan qul, yol adamına verilən çörə¬yi savab sayar.
756. Arzu bolluğunda yaşayan ağıl Tanrıdan bir ömrü də borc istəyər.
757. Yorulmaq insana aiddir, zamana yox. Gərək yorulanda göz yaşını yanağından silməyi bacarasan.
758. Yeniyetməlik aşiqlər sırasında növbə gözləməkdir. Gə¬rək eşqini hərç, əhdini tövbə bilməyi bacarasan.
759. Sevgi ilahidən gələn dəlilik, ruhda uçuş, baş aparan , can üzgünlüyü, qıvırılan, qovrulan ürəkdir. Ərşi-əlanı görsəndə qüdrətini unutma.
760. Arzu dağda yol, köksdə nərgiz, kol dibində bənövşə, dağ ətəyində çiçəkdir. Həsrət bağından dərə biləsən.
761. Qadın sevgi dənizində üzən dalğa, göy rəngində göz, bə¬yaz olanda yaraşıq, həsrət bağında eşq mərmisidir. Dənizin çılğınlığı sahili təlaşda, qadının çılğınlığı mələyi ağuşda saxla¬dar. Sən qadınsan, nə qədər çılğın olsanda sən Tanrı mə¬ləyi ol¬duğunu unutma.
762. Səliqə-səhman könülə düşən işıq, igidə ərdəmlik, cəsa¬rətdə mərifət, qanda axıcılkıq, mürgüdə sıçırayışdır. Öz ömrünə sevgi bəsləyən səliqə-səhmanından qalmaz.
763. Mürgü bürküdür. Mürgü döyən xalqa düşməndir, çök¬dü¬rər.
764. Yer yarpaq xatirəsi, göy ulduz xatirəsidir.Ruh külək¬dir, düşüncə yağış, çalış uçan ulduzda izini boşalan buludda ya¬ğı¬şını ömür qurubunda hörmətini qorumağı bacarasan.
765. Bayraq ömür nəfəsidir, qoruyan yaşayar.
766. Yürüyən bayraq şəhid qanı ilə təzələnib yenilənər.
767. Bayrağı ilə qürurlanmayan yada qul olar. Düşməni əs¬dir¬məyənin bayrağı yellənməz, öləziyər.
768. Naləyə sirdaş olan qəlb, qulaq qapısını açıq qoyar.
769. Dağdan yellənib sınan daş üzünü dağa tutar.
770. Eşq bulaq olub varlığa süzülməkdir. Gərək eşq ələyi¬nin gözü təmiz olsun ki, varlığında ölüncə saxlaya biləsən.
771. Həyat unudulmayan tamaşadır. Gərək final səhnəsində epi¬loq yazmağı bacarasan.
772. Həsrət bir zərrə olsaydı, vüsala biraddım qalardı.
773. Sərin keçən ömrün kölgəsi adına yaşıyar.
774. Çəkilməz dərdin xatirəsi bəxti ağladar.
775. Bəxtə çaxan şimşək qisməti pərt edər.
776. Ögeylik bəxt kölgəsinə düşən sipərdir. O canında ruhu xeyirliyə şölələnən ögey-doğmalıq salmaz.
777. Məhəbbət qəlb xilaskarıdır. Faydasını xoşbəxt olan gö¬rər.
778. Məhəbbət dünya qocaldıqca ucalar. Məhəbbətləölüm qar¬daş olmasaydı ikisidə xəbərsiz gəlməzdi.
779. Gün uyudan sahilin həsrəti dalğa qucaqlamağa...
780. Ara verməyən qara gün qəlbi “bir həsir, bir Məm¬məd¬nəsir” qoyar.
781. Ac qarnına and içək əsgər müharibəni uduzar.
782. Huyla gələn payız yarpağa sitəm edər.
783. Qida yeyən inam, gümanı fəhmdə saxlayar.
784. Şücaəti vur deməyən Vətən xəstə yatar.
785. Vüsalı olmayan sevgi torpağa gömülər.
786. Gözəllik günəş kimi saçıb, işvə ilə coşub nazda dö¬züm gül olub, bülbül nazı çəkmək, könüllə havalanıb, dənizdə dal¬ğa¬lanmaqdır. Gərək ilqarını da növbaharınla birgə qoru¬ya¬san.
787. Ata həyatdır. O arxanda dayansa da əlində dayaq bil.
788. Nanəcibin şərəfsizliyi yalnız alçağı sevindirə bilər. Söz atanın başına sözü daş kimi vur ki, ürəyin qanamasın.
789. daralan il ömrü tələsdirər. Güc qolda olar, taqət dizdə, ta¬qətini qoruyanın gücü tükənməz.
790. Yük unudan könül, kədərə baxıb qımışar.
791. Sirrini etibarına layiq olan insana verən dilindən yan¬maz.
792. Qəriblik bir kitabdır, nə qədər oxusan da Vətən harayı¬na çatmaz.
793. Közərən hiddət düşmənin yurdunu viran qoyar.
794. Saf sözə aldanan baxış göz yaşını hiddətdən yağdırar.
795. Xırxalanan namərdi diri-diri dəfn edərlər.
796. Ananın xoşbəxti qəbr evində balası gözləməyəndir.
797. Mənzil başı görünən ömrün bələdçisi küskünləşər
798. Tərs düşən bərə sükutu vadidə saxlayar. Çalış sığala¬ya¬tan¬yola üz tutasan.
799. Qırışı dərin olan əlin bəxti kəmdə yaşayar. Həyat ürəkdən gedən yoldur, çalış tərsinə düşməyəsən.
800. Bülbül, yolda yorğunluq sakitlikdə əsən meh, Tan¬rıdan göndərilən paydır. Sevgisiz ömrün günü-ayı bilin¬məz. Vur¬ğun¬luğunu günəşin aya sevgisi kimi qoru. Unutma nəğ¬mə¬lənən su bal dadar.
801. Ölüm dillə təsvir edilsəydi, göz yaşı ürək susdurardı. Sağ¬lığında hörmət etməmisənsə, ölümünə ürək deşmə.
802. Dərd biçən qəm ürəyi qana boyayar.
803. Anasız uşağı Vətən də saçından tutub sürüyər.
804. Bəmdə boğulan arzu, cismi, əhli-namaza daşıyar.
805. Eşq durnada dəstə, yazda bənövşə, ürəkdə təpər, gül üs¬tə şeh, nağıl sonunda göydən düşən almadır.Eşqinin divanəsi olsanda, xəstə olma.
806. Göz sözlə isinib, sözünü yaşla deyən bədən üzvüdür. O da göz qardaşıya danışması yaş axıtmaz. Vicdan döyülməsə göz ağlamaz.
807. Vətən buzu qırılan bulaqda şəffaf su, ildırım vuran çinarda yanan od, lələnin geyindiyi donda xaladır. Gümanını dö¬nüşündə saxla ki, gülüşünü itirməyəsən.
808. Sevinc qucaq açan yerdən kədər baş götürüb gedər, gə¬rək gülüşünü nəğməyə bənzətməyi bacarasan.
809. Qadın sevda yolçusu, kişi eşq mücəssəməsidir. Tapış¬dın¬sa, gərək dilində gövhəri, gözündə ləlin bilib qoruyasan.
810. Məhəbbət ömür behidir, kiminə ah çəkdirir, kiminə ürək dağladır. Çalış izin çatan yolunu seçəsən.
811. Duruşunu dura bilmədiyinlə dost olma.
812. Özünü fatehlərə bənzətməyəndən Vətənə oğul olmaz.
813. Övladın ağrısına ana qucağı məlhəm olar. Vətənin ağ¬rı¬sına xalqın birliyi. Ana da Vətən kimi cənnətdir.
814. İgidin ağrısını ana dizi səngidər.
815. Örpəkli qadın olan ev, dünyanın ismətli yeri sayılır.
816. Atalı evin bərəkəti, analı evin çörəyi üzülməz.
817. Dünyada elə bir yer varmı ki, o həm Məkkədir, həm Mə¬dinədir, həm Qurandır. O ana qucağıdır. Qibləsində oturub ibadətini ana qucağında et.
818. Ana hər kəs üçün yazılıb canlı göndərilən fərmandır. Ne¬mətini dadan unutmaz. Çörəyini yeyən doymaz.
819. Ana süsəndə sümbül, çiçəkdə gül, ruzidə bərəkət, çörəkdə daddır. Dəbli evdə də ana olmasa gözəl görünməz.
820. Övladın sərvəti ata-anası. Ata-ananın sərvəti övlad sa¬yılır. Onu mollaların təsvir etdiyi cənnət sayma, o sənin həqi¬qətində yaşayan cənnətdir.
821. Ailə həsirlə başlayar, palazla davam edər. Xalı ilə bə¬rə¬kətlənər. Kasıblığından şikayət edəndə təndirdə ki, çörəyinə bax.
822. Gözəllik qoşa hörüklü teldə, üzükdən keçən beldədir. Ça¬lış cəhcəsi gözəl olanını sevəsənki, hər dindirəndə sevinəsən.
823. Vətən yaşıl meşəli dağ, bərəkət yetirən düzdür, taxılını ək ki, payızını, yazını sevə biləsən.
824. Gözəllik baxışda sakitlik, gözlərdə duruluq nazda, utan¬caqlıq “hə”sində dünyanın düzəlməsini bilməkdir. Kaş ürək¬dən gülməyin daimi ola.
825. Hər gözəl görünən ruha xoş gəlməz. Öz görünüşü, gü¬lüşüilə qəlbə girən ruha xoş gələr. Kaş qismətinə hal əhli olan rast gələ.
826. Vətən ruhda qandır, canda taqət, elindən aralı olan bəx¬tiyar olmaz.
827. Qardaş qardaşın qanına yerikləyən yerdə həftənin Cu¬ma gününü beşinci gün sayarlar.
828. Arzu görəcəkdə gerçəklik durnada qoşun, ətirdə bi¬huş¬luq, lalədə gözəllik, süsəndə sümbüldür.
829. Sevgi bu gün candır, sabah yara. Unutma hər sevəndə və¬fa olmaz. Yalvarıb alanın sözü işə keçməz.
830. Sevgi cana qıyan incidir, çalış dürr olanını sevəsən.
831. Ev quranda çalış ocaq olasan, bucaq yox.
832. Təravət tər çiçəkdə, məhəbbət hərarətdə, sədaqət həs¬rət¬də, doğmalıq butalıqdadır. Gərək təravətini sevdan da tər saxlamağı bacarasan.
833. Sevdiyi çiçəkdən gözəl olan ölməməyə and içər.
834. Qardaş özü kür, eşqi dəniz, ruh didəni ilə könül barış¬maz. Dərdini də öysən o sənin doğmandır. Hörmətini tut, ba¬xı¬şı¬nı yolunda keşikçi saxla ki, sənə olan ümidinə ian ver¬dir¬mə¬yəsən.
835. Quruyan dodaq sözü kipriyə verər.
836. Arzu könüldən keçən xəyaldır, hər həqiqət arzuya qul¬luq etməz.
837. Tənəli söz digər xatalı söz candan keçdilər.
838. Qınaqlı baxış oddan köynək geyindirər. Sözünü naxış¬la de ki, deyimində yanılmayasan.
839. Övlad ömür bağında şirin bardır. Güldürəni bəmbəyaz nurdan, ağladanı dərdə hüzn, sevindirəni toy büsatda kamandır, can¬da ruhun bil ki, tale payızında qolundan tutanın, ruhlar dün¬ya¬¬sına qapı açanın olsun.
840. Söz baxışan, göz danışan, dil seinən qəlbdir. Gərək ürə¬yində məhəbbət sarayı qurub, sözünü taxcadan götürməyi ba¬carasan. Sözünlə dərd alışdırma, can barışdır.
841. Məhəbbət yaxşıya pis, pisə yaxşı yazılan Tanrının tərsişidir. Yaxşıya yazılan yaxşının nigahı göydə kəsilər.
842. Eşq saça dən salan çağdır,dövranını əlində tut ki, qo¬ca¬lığına uça-uça gedəsən
843. Dağda böyüyən uşağın oyuncağı daşdan olar.
844. El adətini unudan hörmətlinin hörməti başına qaxınc olar.
845. Naməhrəmin əlindən tutanın ümidi yıxılar. Haqqyolundan çıxanı haqq kəsər.
846. Yaxşıya adət edən pisin də yaxşısını seçər.
847. Mərd Vətənini itirməkdən qorxar, namərd canını.
848. Söz qiymətdən düşməyən yerdə hərənin dəyəri üzünə de¬yilər.
849. Barıt nə qədər quru olsa da, o da düşmənə atılanda şən¬liyindən alovlanıb nəmlənər.
850. Əsgərdən gələn məktub boyuna sarılan qol kimidir.
851. Əsgərin gəlişi cibdən muştuluğa gedən fərəh daşıyar.
852. Unudulmayan dərd ürəyin başına yazılar.
853. Dünya kəfən bazarıdır, alan göndərmək üçün kaş ölüm gələndə adamı mürgü basmayaydı.
854. Yuxu basan uduzar, ayıq ol.
855. Bəxt yazısı nəhs yazılan, gələcəyə ümidini itirər.
856. İlahi dindirən ruh şeytanla meyin arasında qalar.
857. Dünya pulun hər şey olduğu bir pullu həyatdır. Nə¬fə¬sini rahat ala bilməsən də, gərək nəfəs verməkdə birinci olasan. Hər güvəndiyinə bel söykəmə, pulundan yıxılarsan.
858. Həyat gecəyə qaranlıq olub, dündüzə günəş olmaqdır. Gə¬rək günəşdən işıq götürəsən ki, qaranlıq zindanında işıq yan¬dırmağı bacarasan.
859. Həyat gecə də gündüz, sayılı gündə il, gənclikdə uşaq¬lıq xatirədə nənə nağılıdır, gərək günəşləoyanıb, ayla yatmağı ba¬carasan.
860. Həyat saxta şəxsiyyət vərəqəsidir. Can gəzdirməyəndə də¬yərdən düşər.
861. Sevgi can olsada, həsrəti yağış kimi ağlamağıdır.
862. Gürultu baş ağrıdar. Alçaqlıq yaş qaynadar. Namərd süf¬rəsində çörək kəsən dərdinin dərmanını mərddən ummaz.
863. Eşq gül qoxulu yamacdır. Gərək ruh boşluğunun ardını tapmağı bacarasan.
864. Sevdiyinə diz çökənin, ruhunda eşq yarası qanayar.
865. Arşınlanan hirs dünyanı başa dar edər.
866. Dəyirmanı tərsə dönənin sevgisi yorular.
867. Sağlam beyin fikirləşmək üçün ağılı dağa-daşa salmaz.
868. Yaxşı gündə gen gəzən dostu ağıl üfüqünün darında sax¬la.
869. Gecəni görməyən günün qədrini bilməz.
870. Suyun dəyəri quraqlıqdan, ağlın dəyəri öyüddən gələr.
871. Qocanın baxışında il xatirəsi, cavanın başında gün xa¬ti¬rəsi yaşayar.
872. Köçən evin göyü kövrəlib yağar.
873. Yurdsuzluq yiyəsizlik, talan olan qəlbdə kimsəsiz¬lik¬dir. Viran qalan evin dağı, şimşəyi ilə qışqırır.
874. Hər yetənə”Qurban olum” demə ürəyin inciyər.
875. Hər gördüyünə oxşarımdı demə, yalan vədin gümanına düşərsən.
876. Dünya tamaha tamahlanan tələdir. Çalış dərsini yaxşı oxuyasan ki, mələtməsin.
877. O dünyaya yaxşılıq yükü aparanın qəbri geniş olar.
878. Gümanında yalan vədlə toxtayan yanıldığını san.
879. Sevgi öpüş deyil, can evində o da, köz yandırıb yaxan kül¬dür, gərək cızıltısında ulduzun axışına baxmağı bacarıb. Istiliyini udduğun nəfəsdə qoruyub saxlayasan.
880. Sevgi “bənövşə, bəndə düşə” oyunudur. Kimin kimə düşəcəyini qabaqcadan bilmək olmaz.
881. Xoşbəxtlik axtara-axtara itirilən məvhumdur. Kaş ömür sapının sonuna düşməyə.
882. Arı olub söz arayan şeirini balaca yazar.
883. Vüsal könül bağında açan çiçəkdir. Gərək tarixini gül¬lə yazmağı bacarasan.
884. Sevgi günəş olub doğmaqdır. Çalış odunda gözünü kor etməyəsən.
885. Dərd-sər günün kədəri daş üzlü, hökmü ağır olar.
886. Vəfa saçda qış rəsmi, qışda yuvadır. Tutunan yağışda seldir. Ruhun bir tərəfə, canın bir tərəfə çatsa da vəfadan əl götürmə.
887. Qocalığında çırpı gəzib ocaq qalayan, qaladığı ocağın qırağında isinəndə ölər.
888. Ömür bir nəfəsdən ibarətdir, təəssüf ki, o da küləyə qa¬rışıb gedir.
889. Qəsdə duran əcəl, gəliş bildirməz.
890. Dünyanın gərdişinə gülənin, qarşıda başına nə gələcə¬yin¬dən xəbəri olmaz.
891. Söz üzdə qurulan sərhəddir. Rədd edənini demə, Əfv edə¬nini de.
892. Ər sözünü yeməyən qadın, ömrünün heyifində yaşa¬yar.
893. Cəfa duman kimidir, yel əsər keçər. Bəxtini yandırma.
894. Bəslənən bəxt ömrü bəxtsizliyə daşımaz.
895. Daşan hirs küpü əli səhvə aparar.
896. Vədə umuddur, gərək ləçək-ləçək yadında saxşlayıb əməl edəsən.
897. Buludlu qaş-qabağın laylası çiskinli olar.
898. Baş girləmək ağrılı aş yeməkdir. Çalış göz yaşını iç¬mə¬yəsən.
899. Təkin dərdi cəni gələr, çoxun sevinci.
900. Hesabla gələn gələn dərd hövsələni kəmdə saxlayar.
901. Hesablanan şadlıq şən artırar. Hesablanan sual göz ya¬şını.
902. Dərd ürəyə düşən qoşa nöqtə kimidir. Yaşayıb unu¬da¬na nə xoşbəxt.
903. Sorğu aşırımından keçən, sükut enişində dayanmaz.
904. Yaddaş bir kitabdır. Hirs olmasa səhvələri dolaşmaz.
905. İnsan ömrü Tanrıdan gələn bir alın yazısıdır. Gərək şans abzasını tapıb oradan başlamağı bacarasan. Ortoqrafik səhv buraxma ki, tənhalığa yol alasan.
906. İnsan ömrü fəsil-fəsil keçib, günü yarpaq-yarpaq tökü¬lən bir varlıqdır. Gərək təbini tərdə, sözünü tanrısallıqda qo¬ru¬ma¬ğı bacarasan ki, heç kimdən gizlin sirrin olmasın.
907. Bəxt yarpağa yazılan yazıdır. Çalış suçəkən olasan ki, bəxt yazına ləkə düşməsin.
908. Xatirə nəm və qəmdən yazılan bir tələfüzdür. Gərək sa¬rısını ötürüb, qırmızısını yadında saxlayaq ki, ağıl süzgəncin göz yaşını damdırmasın.
909. Göz buludda bab laylanan bir dolu dənəsidir. İsin¬dir¬sən yağış olar, dondursan buz. Çalış orta istilikdə saxla ki, nit¬qin vurğusunu itirməsin.
910. Söz könül nitqindən gələn bir mehrdir. Çalış qaş-qabaq tökdürüb ağıl səmanı buluda təslim etməyəsən.
911. Gül də gülüş həsrətidir. Ürəyini dəmir də saxlama! Qür¬¬rələnən qəm ağıl səmasını bulandırar.
912. Söz gülabdan düzələn içəcəkdir. Gərək trdə saxlayasan ki, ağıl bulandırmayasan.
913. Ürək gülə bab olan bir çiçəkdir. Gərək tabində saxlayasan ki, güvənini itirməsin.
914. Sevgi güldür, gərək gözdən salıb közə döndərməyəsən.
915. Yaxış söz közərən közdür. Çalış kömürdən deməyə¬sən.
916. Dil güldür, güclü olduğu üçün tüldə qoru ki, gülbənd¬li¬yi¬ni qoruya biləsən.
917. Sitəmli söz dözümü ürək qovluğundan çıxarar.
918. Sual qəlb odudur. Çalış inadında dondurub deməyəsən.
919. Həyat sınaq məktəbidir. Sən qonaq. Çalış ağıl astarına ətək bükdürməyəsən.
920. Həyat bilməcədir. Çalış agahında yaşayasan ki, niga¬ran¬çılığından xəbərin olmasın.
921. Həyat bir andır, insanlar ayrı-ayrı yanan can. Çalış ömür “segahın”da can sözünü əsirgəmiyəsən.
922. Ümid sapı üzülən ürək döyülən taxta qapı kimi əzilər.
923. Cana doyan eşq sevgiyə ucalan heykəli qırmaq istəyər.
924. Bəlli haqqa dodaq büzən, ömrünün təməlinə baxmaz.
925. Başı teylənib deyilən söz azadlığını itirər.
926. İnsan var ağlı ləldir, insan var ağlı ləlidir. Hər eşitdiyi sözə dodaq büzən xəyal əmmasında yaşayar.
927. Dəm tamsınan təmasdır. Çalış könül səmanda həm¬dəm¬liyini qorumağı bacarasan.
928. Xəyal əmmadır, könül səma. Çalış könül səmanda sö¬zü¬nü aydınlaşdırıb deyəsən.
929. Sevgi əzmnən, əzabdan keçən bir sınaqdır. Gərək dözümünü şərtində qorumağı bacarasan.
930. Duyğu dinşəkdir. Gərək ağıl səmasında nazını çəkmə¬yi bacarasan.
931. Vəfa dildə dolaşan paklıqdır. Gərək rəftarını ürəkdən gö¬türüb düzəsən.
932. Dərdlə vidalaşan, ədasını gərdəninə sərər.
933. Öz ərliyi ilə öyünən kişi şəstini ərənlikdə saxlayar.
934. Bir söz min yalanı əritməyə qadirdir “Şərtini şumda kə¬sən xırmanda yavalaşmaz” deyiblər.
935. İnsanı gözəlləşdirən onun danışdığı gözəl sözdür. Ca¬nı¬nı təzə tutan boyat söz danışmaz.
936. Söz hədəf açan məna, nurlu söz gözdə işıq, dizdə ta¬qətdir
937. Dünyanın kərpicini nədən olduğunu bilsəydik, ömrü¬mü¬zü o kərpicə baxıb qurardıq.
938. Abır-həya olmayan yer, yalquzaq sıx meşə kimidir, hamı yan keçir.
939. Yalanı çıxarılan söz, kimsəsiz qarı kimi ortalıqda qa¬lar.
940. Ağlaynı kiritsən, göz yaşını kiritməmiş ayrılma.
941. Naşının atdığı daşı, ağlı kəsən ətəyinə yığmaz.
942. Əlindən tutulmayan arzunun, yerişi şikəst olar.
943. Gümana buraxılan sevgisinin göz yaşı kiriməz.
944. Dərd yükdür, onu Adəmlə Həvva çəkə bilsəydi, ata-babalarımızda qəhrini çəkməzdi.
945. Dərd ürəkdə yağdan açan izdir. Gərək ömür qayığını yan almaqdan qoryuasan.Ürəkdə boğulanı saça yayılar.
946. Dərdi hər can daşıyan çəkməz. Ürəyinə dərddən xal düşən çəkər.
947. Dərd şimal küləyidir, gələndə saça dən, ürəyə xal gə¬tirər.
948. Qaranquş Kərbəla quşu olmasaydı qürbətdə bala çıxa¬rıb yurduna tələsməzdi.
949. Dərd kahadan qalmasaydı, ömründən baha çəkilməzdi.
950. Adəm çalışmasaydı, heş, Həvvanın halı pərişan olmaz¬dı.
951. Ara itib, meydan coşmasa, heç kim şeytanın hiyləsinə uy¬maz.
952. Qadın oddur, kişi su, gərək ocaq quranda küsüşmələrin üstünə su çiləyəsən.
953. Təravət tər çiçəkdir. Gərək hərarətində qoruyasan ki, həs¬rətə yan almayasan.
954. Qadın çiçəkdir, kişi arı, övlad bal. Çiçəkdə arını, arıda ba¬lını qoru
955. Söz tordur, deyiləndə daşıb sellənər. Çalış selinə qoşu¬lub axmayasan.
956. Dilinə yerləşənini demə, ağlına yerləşəni de.
957. Söz seldə bitən qamışdır, ağlına sızmayanı deyib dam örtüyünü damdırma.
958. Qəfəsdə qalan qartalın, uçmaq həvəsi dustaq olar. El itirmək azadlıq itirməkdir.
959. Vətənsiz bülbül dil-dil ötməz.
960. Azadlıq bülbüldə nəğmə, qartalda uçuş, zəncirdə qıvı¬rıl¬maq, qəfəsdə qapı, dizdə qan, qüllədə atılmaqdır. İzi görü¬nən¬də dizin qanasa da üstünə get qazanasan. Əsarətə təslim ola¬nın arzusu başa yetməz.
961. Yurd itirmək bəxtəvərlikdə bədbəxtlik, başda daş, yurd¬da talan, yuvada bağlılıqdır. Uçan daş vətənə dəyəndə Və¬tən başını itirməsi, heç yurd qoyub qaçmaz.
962. Naşı əlinə düşən gələn poeziyanı nüfuzdan salar.
963. Bir sənət seçəndə, o sənətin ilk daş qoyanın adını öy¬rən ki, sual veriləndə vicdan əzabı çəkməyəsən. Sənət dəb de¬yil, məktəbdir. Təblə yaradan, sənətin qatiyətçisi sayılır.
964. Vəfa bir macəradır. O yolunu bilməyib gedəndə olar.
965. Vəfasızlıq düşməz üstə güldürən ölümdür. Eşqinə vəfa səadətdir, əhdə vəfa məhəbbətdir. Səadət də məhəbbətini əhdə və¬fanda hörmətini unutma.
966. Ayağı xərçəngdən olan xəyanət bütöv bir nəslə diz çök¬dürür.
967. Tarix keçəl Həmzə ilə Koroğlunu buz dövranda ya¬şat¬ma¬saydı, xəyanət dövrümüzə gəlib çatıb keçəl Həmzələri ço¬xalt¬mazdı.
968. Ata ölümü quruyan çinarın kölgəsinin itməsi kimidir.
969. Arzu nəbzi tutan zaman hər şərtə boyun əyər.
970. Can yaşadan arzu, könüldəki buzu əridər.
971. Qəmdən uzaq olan fikir qəlbə pay kimi gələr.
972. Bəxt əlindən gələn barış, həsrət yelini silib aparar.
973. Söz ruh şəkilini qəlbdə gəzdirən məvhumdur. Sözünü ay üzündən götürüb günəş nurunda isindir de.
974. Söz noğuldur. Gərək kişmişindən deyəsən.
975. Dan sökən nalə qəmi səhərə daşıyar.
976. Sevgi sönməyən məhşərdir. Gərək qiyamətindən qoru¬nasan.
977. Eşq yolu daş-kəsəkli yoldur. Düz olsaydı, hamı xoş¬bəxt olardı.
978. Ömür okeana yol alan gəmidir. O gəmidə nisgildə var, qəm də var. Yağış da dolu da göz yaşı da, gərək torpağa qayı¬dan¬¬da özünlə yaxşılıq götürməyi unutmayasan.
979. Yaz Tanrı görküdür, Gərək zəhmət çəkib payıza daşı¬mağı bacarasan.
980. Ömür “Kaş ki,” lərə yer buraxmayan məvhumdur. Na¬mərd hiyləsindən uzaq duran”Kaş ki,” deməz.
981. Xoş niyyətlə qoyulan özül bərk olar.
982. Əsr yurdda qalan qartal qıy vurmaz.
983. Əməli məkrli, dili yağı olan dost düşməndən betərdir.
984. Nahaq haqq əyən yerdə, haq sevənin qoluna qandal vu¬rular.
985. Sağı-solu mərd olan igidin, qeyrəti qanında qaynayar.
986. Ata sevincdir, Ata zəhməti ilə qazanılan sol gövhər, Atalı övladın qəmi əsirlikdə yaşayır. Əsir kimi də yaşayan, Cita yanında yaşa.
987. Ata hikmətini bilməyə alimlik lazım olmaz.
988. Səhər ümiddir, axşam-sabahın gümanı, gərək diləyinin eşqinə xəyalda sevinməyi Bacarasan.
989. Dərdin mərkəzi beyin, kədərin mərkəzi ürək sayılar. Dərd alovladıran düz yolu əyri gedər.
990. Dağda yaşayanın sifəti təravətli olar. Aranda yaşaya¬nın dağa ibadəti olar.
991. Düşkün ruh özünə həkim axtarar. Qürbətə düşən daş özü¬nə Vətən.
992. Bağbansız bağda bitən sarmaşıq bitsə də boyu uzün olmaz.
993. Dağılan kösöv közü alışdırar.
994. Alıb qaytarana tərs üz göstərərlər.
995. Puç olan arzuya dilək yer verməz.
996. Bel ağrımazdı, əsilsizə yük daşımasaydı.
997. Dərdə yiyə duranın, gərək ürəyi daşdan olsun ki, yaşa¬sın.
998. Şərdən qaçan, xeyir gəzdiyi yerdə yıxılıb şərə düşər.
999. Könül almağa macal tapmayanın qocalığı tənhalıqda ke¬çər.
1000. Hər daş daşımağı bacaranın, qaya sökməyə gücü çat¬maz. Güvəndiyin dağa küvən.
1001. Ürək üzülməzdi, ümid üzülməsəydi.
1002. Söz tanış olmayan qazanda qaynayan aşdır. Çalış də¬mi¬ni yeddi Quffvəllahından götürəsən.
1003. Ürək sinədə döyünən qərarsızlıqdır. Gərək gözündə quyunu bulağında suyunu qorumağı bacarasan.
1004. Didərgin sevincin ocaq başında sevənini olmaz.
1005. Haqsızlığa üsyan edənin xətası günaha yazılmaz.
1006. Bismillah hüsndə mehrə sığınmaq hüzurda baş əymək, sınıqlıqda ümid, ruh şövqində fərəhdir. Yaranışın fövqündə bi¬lən, dilindən əskik etməz.
1007. Namaz ləçəyə çörək jalə, pir gəzən dəliyə edilən təklif, könüldə cücərən ilahi eşq toxumudur. Sevgisinə and içənin ruhu odda yanmaz.
1008. Namaz fərəhdə zövq andda sevgi, ləpirdə gözəllik, mü¬¬barəkliyə can atan ruhdur. Qəflətdən oyanmayan “Bisimil¬lah” deməz.
1009. Mübarək cismə can atan ruh, dilindən “Allahu Ək¬bər”ini əskik etməz.
1010. Həssaslıq kəpənək də toxunuş, bənövşə külək tərpədən kol, duyğuda dolan göz, ağıl da bəmbəyaz lələklə toxunuşdur. Şeytanlar incitməsə, həssaslar ağlamaz. Ruhun incəiyini dərd edən sözünü, qəlbindən süzülən şeir incəliyindən götürüb gedər.
1011. Bədbəxtlik buğçada güllük, sərinlik, qonaq gələn evdə çağ, adətdə qorunmaq, hörməti saxlanan söhbət, sözdə şirinlik¬dir. Evindəki düzənlik “Muğam dəsgahı” kimi qoruyan bəx¬tə¬vər¬liyini əldən verməz.
1012. Dustaqlıq duzaqda boyun bükmək, ürəkdə köz ürpər¬dən yaşam, çarəsizlikdə qırılan bel, gözdən axan qanlı yaş¬dır. Hər kəsə öz qardaşın kimi bax ki, dustaqlığa yol almayasan.
1013. Vətən deyəndə göydə ulduza , yerdə Vətən qoruyan əsgərinə bax, Səssizliyə çəkilmə. Quş da yuvasını qoruyur. Qür¬bətdə qızıl qəfəsdə də olan, Vətən deyib boğurlar.
1014. Vətəndə yaşamaq xoşbəxtlikdir. Yaşama qədir var ki, qışıda bahar kimi görə biləsən.
1015. Qəlb dildən süzülüb ürəyə yatan sirrdir. Qəlbdən keç¬mə¬yən sözü ürək qəbul edib, dilə gətirməz.
1016. Kövrəklik öldürməsə, dərd insanı öldürməz.
1017. Ümidə bağlı olan qəlb gülşəni xatırladır, orada güldə var, gül üstündə şeh də.
1018. Öz sevdiyi xəstələnsə “Sən yaşa, məzar mənimdir” de¬yən kişi, kişilərin baş tacı sayılır.
1019. Xətir əzizlikdir, sevgi can könlünü hicrana tabe etmə ki, xətrini itirəsən.
1020. Eşq içən ruhun gövdəsi sərxoşluqdan ayrılmaz.
1021. Öz qədəri ilə barışanın sözün də zər olmaz.
1022. Hər balınc çevirənin yuxusundan sevdiyi keçməz.
1023. Aşiqin həsrət devirməz ruhunu güldürər.
1024. Sevgisini xəzinə bilən sevdiyinə hicrana yol aldırmaz. Həs¬rəti devirmək üçün gərək birinci hicranı yıxasan.
1025. Böyük gələn dərd, kiçik dərdi üstələyər.
1026. Sabahı açılmayanın gecəsi gündüzündən uzun görünər.
1027. Bəla çox olan yerdə, yanan quş bala çıxarmaz.
1028. Adət hörmətdir. Söhbət deyil, əməl edən qazanar.
1029. Kotanla gəlməsə, kədər sinə şumlamaz.
1030. Səhər gələn qəm, ürəyi vurar, axşam gələn qəm ağlı.
1031. Ruh sözlə hörülən imarətdir. Çalış qəhərli sözdən qaçasan.
1032. Sevgi pənahda pənah saxlayan məvhumdur. Öz sevdiyini pənahı biləni, Allah da pənahında saxlayar.
1033. Sevgi pakdan gələn paklıqdır. O xəyaldan gələn öyüd, məktəbdən gələn dərs, mələk dəstəsində seçilən gözəllikdir. Ça¬lış, Ana öyüdündən, Ata qürurundan pay götürənini seçəsən, sevəsən.
1034. Dünənin səsi filmdə bu günün səsi dözümdə yaşayan xatirədə olar. Güvənmədiyin xatirəni göz gülüşündə saxlama.
1035. Həsrət sevgi yadigarıdır. Vüsal görən gül də qolunu qal¬dırıb oynamaq istəyər.
1036. Pis xatirə çatılan qaşda, dünəndən qalan dünyadır. Ça¬lış sirrini sirdaşa, dərdini qardaşa danışasan.
1037. Yaxşı söz yaddaş qoruyucusudur.
1038. Namuslu qadını hamı özünə ana bilər.
1039. Hər müsibətə saç yolma ki, həyat yolun daşlı, kəsəkli olsun.
1040. Hər gözləyəni gözləyən sayma. Əli qandalda olub gözləyəni gözləyən say.
1041. Sevgisizlikdən öləni heç, əcəl də oyatmaz.
1042. Suyu başdan bulananın, vəfa gəzməkdən ayağı, düşün¬mək¬dən başı yorular.
1043. Hər becərilən arzu, cücərib boyatmaz.
1044. İl nənə yaşıdır. Gün dəyişkən xasiyyət, çalış gününü qo¬calığına baxıb qurasan ki, qocalığında heç kim səndən gen gəz¬məyə çalışmasın.
1045. Ömür qocalığa baxan yoldur. Kimi çay üstündəki daş¬dan adlayıb gedən, kimi dərdlə yoldaş olub qaçıb gedər. Gərək yol yoldaşlarını unutmayasan.
1046. Ömür zamandan tez qaçan zamandır. Gənçlik yaşlaş¬ma¬yan gün sanlı an. Çalış yolda səni gözləyən tənbəldən uzaq ke¬çəsən.
1047. Qeyrət kişinin qızıl fondu. Namus qadının anadan al¬dı¬ğı öyüd dərsidir. Kişi gözdə qeyrət heykəli, qadını namus təbəs¬sü¬mü olmayan ailə ilə qohum olma ki, gələcəkdə övladların öz qo¬humlarına baxıb utanmasın.
1048. Yada qol-qanad olan igiddən mərdlik gözləmə.
1049. Sağ ikən çürüyən, torpaqda çürüyəcəyinə heyifsilən¬məz.
1050. Sevincə tələsmək göz açan yaranı qoparmaq kimidir. Bir dərddə böyürdən çıxır.
1051. Tilov atan kədər, dövranın novrağın pozar.
1052. Him könül sarayanda çat atan nisgildir. Gərək hədəfini düz tutub, təlaş yaratmağı bacarasan.
1053. Dərin yara ürəyi şanda, gözü qanda saxlayar.
1054. Öz ata-anasını sevməyən, övladını əsla sevməz. Sev¬gi¬siz¬lik sağalmayan göz yarası kimidir.
1055. Nəsihət ümmana yol aldıran qəmi zəmidə sümbül, ya¬ğışda bərəkətdir. Nəsihət götürməyən adam buğdasız xırman¬da dən¬siz qalan sərçə kimidir.
1056. Ağlın olsa, ağlınla dəniz qırağında tor qurub balıqda turarsan.Ürəyə sığan dünyaya sığmaz unutma.
1057. Nadanın atdığı söz yarasını təbib sağaltmaz.
1058. Sınan ürəyi qəlb aralayıb baxmasa yarası genişlənməz.
1059. Tənədən gələn söz, ürəyi bostan kimi uralayar.
1060. Eşqinin qədərində yaşayanın, eşqin talanından xəbəri olmaz
1061. Gedən gələndən vəfa ummasaydı, heç kim gedənin da¬lın¬ca getməzdi.
1062. Sevda bel titrətməsə ayaq kəzilməz.
1063. Qağayının qışqırığı gözlədiyinin gəlməməyindən olar.
1064. Üzə duran həsrət vüsalı gecikdirər.
1065. Arzu ürəyə dolan xatirə uçuşdur. Kaş göyərçin qanadlı ola.
1066. Alovlanan ürək, əli buza döndərər.
1067. Saç səpələnən üzün gözü ay qoxulu, gülüşü ay üzdə çı¬raq kimi olar.
1068. Ata sözü gövhərdir. Dünyanın fırıldağından xəbəri ol¬ma¬yan, ata sözünü ləldən yazar.
1069. İlan əyri olub düz sürünməsəydi namərdi qovub mərd edə bilməzdik.
1070. Çox səxavəti olan mərdi, su səhəngi kimi sındırarlar.
1071. Ömrü ağa yazılanın, fələyin verdiyi qaradan xəbəri ol¬maz.
1072. Riyakarı dara çəkməsən, yoxsulu vara çəkə bilməzsən.
1073. Ömür kirkirə daşıdır, üyüdən, gərək dənini yaxşı üyütməyi bacarasan.
1074. Tale falı tərs gələnə, etdiyi xəyal da zülmət kimi görü¬nər.
1075. Xoşbəxtliyi gedən gecənin işığı yanmaz.
1076. Dəyişən guşə arzunu ağzı aşağı qoyar.
1077. Sevgi yaşa baxsaydı əbədiyyət qazanmazdı.
1078. Çox yatan igid, qeyrəti əldən verər.
1079. Nankorluqla, paxıllığı aradan götürsək heç nəfəsin də xoşbəxtlik taxtını yıxmağa gücü çatmaz.
1080. Pisliyi xeyir işə uymayan gədadan yaxşılığı bu cahan-mülkünü dərk edəndən gözlə.
1081. Dünyanı qamarlayanın gözü doysaydı, qəmi kökündən silib atardıq.
1082. Niyyəti nəhs adam gördüyündən göz kirəsi istəyər.
1083. Gözü toxun gözü açıla mübarizəsi olmasa. Hərbi dün¬yadan götürməyi bacarardıq.
1084. Dərd dünyanın yaranışından gəlməsəydi, hər ürəkdə şı¬rım açmazdı.
1085. Eşq dəmindən bihuş olan, kədəri heçə sayar.
1086. Külək ətir yayan yerdə, sevgi tel saydırar.
1087. Yurd talayana öz Vətəni doğma görünməz.
1088. Ana yurdu satan övlad, xain olduğunu sonradan başa düşər.
1089. Xəlvətdə var-dövlət qazanan sərvətinə güvənməz.
1090. Dünən keçən illərin cəmi, bu gün əyinə geyinilən təzə paltardır. Həsrətdən geyinən inamını itirər, sevincdən geyinən sa¬lanı təzəliyindən. Həsrətdən də geyinsən, sevincdən də geyin¬sən, çalış məna fəlsəfəsini sevindirməyi bacarasan
1091. Gözləmək isti istəyin buz yatağında donmaqdır. Çalış can otağında istiliyi qorumağı unutmayasan.
1092. Ata gözdə nur, qolda qüvvətdir. Ata sözünü qulağında öyüd kimi saxla ki, tək qalanda sənə həyan olsun.
1093. Dünya sınanılmış yoldur, gedən qayıtmaz, gələn yarı¬maz. Qəflət yuxusunda yatma.
1094. Dünya məchulda yanan ocaqdır. Hamı başında qalmaq istəsə də, heç kəsi isindirməz. Gərək istiliyin özündən olsun.
1095. Özünə əriştə kəsə bilməyib özgəyə əriştə kəsmək istə¬yən yatan dünyanı yuxudan oyadar.
1096. İnsan nə qədər məsulu olsa, bir o qədər iblis yanını al¬dı¬rar.
1097. İnsanın alın yazısı mürəkkəblə yazılsaydı, bəlkə də həyatı mürəkkəb olmazdı.
1098. İmandan utanan, xar olduğunu üzə vurmaz.
1099. Ustadından mükəmməl dərs almayan şagird, dostu ilə düş¬mənini seçə bilməz.
1100. Həyat səhnədir, yaşam əyarlı qızıldan olan beh. Gərək dəyərini əyarında qorumağı bacarasan.
1101. Ata qəlbdə sarı sim, ana könül tilsimidir. Gərək yara¬sı¬na şükür deyib başına dolanasan.
1102. Həyat lal keçmişdir, danışdırmağı bacarmasan da, üzü¬nə güldürməyi bacarasan.
1103. Vətən dağdan uca millilik, vətəndaş Vətənin istinad di¬va¬¬rıdır. Gərək ülviyyətini dağdan uca, ulduz bərabərində tuta¬san.
1104. Qüdrət dağdan uca səma şöhrətidir, ləl də olsan dünya¬ya bir də gəlməyəcəksən. Qüdrətlik olsa səni zamandan zamana da¬şıyar.
1105. Yaxşılıq yoxluqda meydana çıxan zərdir. Xasiyyətində qoruyanın ləli dilində, zəri ağlında olar. Özün gövhər olduğunu unutma.
1106. Qadın məğrur baxışda göz, incə yerişdə gözəllik, qa¬mət¬¬də sərvlik, duruşda şuxluq deməkdir. Kəklik nə qədər yana¬ğına salsan da, ad hərtərəflərinin düzülüşündəki sahmanı itirmə.
1107. Günah girdabında batan, savabını mələkdən yazılma¬sı¬nı fəvəqqəl edər.
1108. Könüldə saxlanan gümanın xatirəsi havayı gələr.
1109. İnsan təklənən səbrdən yaranan məvhumdur. Çalış səbrini çatlatmayasan.
1110. Dünya dar ağacıdır. İnsan bir misra sözdən asılı can eş¬qi üçün günah daşıma ki, sözündən asılasan.
1111. Kişisi az olan evin, çörəyində bərəkət olmaz.
1112. Ürək doldurulmasa, göl yellənə-yellənə getməz.
1113. Sevgi əşya deyil ki, köhnələn də bir tərəfə qoyasan. Yaşadıqca sev, sevdikcə yaşa.
1114. Həyat təndirdən çıxıb, lavaşa bükülən daddır. Gərək ürə¬yini közdə dadını duzda qorumağı bacarasan.
1115. Dosta aş, yağıya zəhər olmayanı igid sayma.
1116. Talid kölgəsidir, çöldə yatsan palıd kölgəsində yox, arxası güclü olan qurd basılmaz.
1117. İgidlik öz nəsilinin sapandına qoyulan daş olmaqdır. İgid bir könüldə min dastan, yazana deyərlər.
1118. Əzəmətli dağın adı ilan olar, çingiltili bulağın adı zor, gərək daşını mərcan, suyunu Zəmzəm biləsən Vətənin.
1119. Qəhrəmanlıq Nuhdan gələn atəşdir. Gərək ocağında düş¬mən ütməyi bacarasan.
1120. Dərd yaşı silmək qədir bilməkdir. Hər qədir bilirəm, eləyəni dayaq bilmə. Badalaq verəndə tanıyarsan.
1121. Həyat zahirdə aşan gözünən çətinlikdir. Dörd yanına baxmasan görməzsən. Təbiət on iki iqlim olsada, insan dörd fə¬silə, yeddi iqlimdir. Kaş əcəl sənə səndən yaxın olmayaydı.
1122. Tənhalıq qana susayan zəli kimi yaşamaqdır.
1123. Dünya kasıbların yeri olsaydı, kasıblar kasıblara diz çökdürməzdi.
1124. Mərdin üzündə ki, təbəssüm çiçək kimi, namərdin üzündən təbəssüm əlac kimi görünər.
1125. Küləklə gələn sevinc dünyanı dolaşar, kələk gələn se¬vinc yuxu dolaşdırır.
1126. Hər sağlamam deyəndə, insanlıq sağlam olmaz.
1127. Yaşa gülən yaddaş, təqvimi əlində bayraq edər.
1128. Ölçülüb-biçilməyən sözün sədəməsi ürəyə dəyər.
1129. Kəsişən yol gözdə baxışı, sözdə təpəri sındırar.
1130. Ruhun arzusu itən arzunun dönməsi, ürəyin arzusu itən ümidin gerçəkləşməsi olar.
1131. Yanaq allandıran söz, qızıldan göz qamaşdıran söz əri¬yən buz daşından.
1132. Yaxşı söz gül üstündə şeh damlasıdır, gərək yarpaq-yarpaq deyəsən.
1133. Həqiqət aşiqi olmaq, onu araşdırmaq, eşqə şəhid düş¬mək kimidir. Çobanı olub yapıncısını əyninə geyinmisənsə, gə¬rək çomağını göydə fırlatmağı bacarasan.
1134. Sevgidə azan yarası qan verəndə özünə qayıdar.
1135. Titrəyən dili sevgiyə bükən, ömrünün yazında yaşaya¬san.
1136. Dərd üzə durub dəlisən deyəsən, hamı özünü dərd də¬lisi sayardı.
1137. Oynayan ağıl sərsənlik notunda dayanar.
1138. Xəyal kağızdan olmasaydı, imzasını həqiqət atmazdı.
1139. Kama yetən könül şükrüni sevincə kökləyər.
1140. Oxumaq ülvi səadətdir. Özündə xoşbəxt edərsən, çevi¬rə¬ni də oxuyanın qəmi olsa da qubarı olmaz, təsil alıb fəka¬rə¬tin¬də yaşamağı bacarasan.
1141. Övlad bağ-bağça göyərdən, göydən yağan nur kimidir. Qismət deyib yetişdir ki, qocalağın barlı-bəhrəli olsun.
1142. Yaxşı təhsil ömür təməlidir.Yüz qatını oxu ki, nicatım həyatının mükəmməlliyində tapasan. İzinə düşən azmaz.
1143. Oynamağı, oxumağa əngəl bilən valideyn, uşağın uşaq¬lıq illərini oğurlayar. Oynaya-oynaya böyüyən öyrənə-öy¬rə¬nə ya¬şayar.
1144. Asana öyrəşənə, dükandan aldığı mal baha gəlməz.
1145. Qəm düzü əyri edəndən gələr. Bəxt üzə gülüb, altdan kə¬səndən.
1146. Son yaşlanıb qocalmaq deyil, atdan düşüb.
1147. Şöhrətdən yıxılan, özünü ömrünün sonunda yaşamış kimi hiss edər.
1148. Hər sonu ölüm sayma, qəlbə daşınan ölməz.
1149. Son ruh kasadlaşdıran müdhişlikdir. Son getdi-gələr de¬yil, gedər qayıtmazdır. Sənə ümid olunan ümidini sındırma.
1150. Hər son birarzu dayanacağıdır. Gecə bağrında şamı yan¬dır ki, Sonda da yenidən başlayıb, dan ulduzuna salam ver¬məyi bacarasan.
1151. Tənhalıq gecə də pərişanlıq, gündüzdə peşmanlıq, kə¬pə¬nəkdə gül həsrəti, arıda gül həsədi, üfüqdə dayanmaqlıq, qı¬şın yüz gündüzündən pay götürən soyuqluqdur. Tənha qalanda özü¬nü qiyamətdə sayma ki, ruhun qiyam etsin. Alnı bəyazlıqda saxlayan ağıl tənhalıqda da başına çarə tapar.
1152. Ağıl gündüzə işıq tutan gecə çırağıdır. Ağıllı nə qədər dərdin dərinliyinə baxsa da, ağlı ona kömək edib, onu bataq¬lıqdan çıxarar. Ağılsız yarasa kimi insanlardan qaçar, ağıllı üz¬də olar. Şikəst bəxtin əl tutan gecədən, soraq bəxtin işığı al gü¬nəş¬dən gələr.
1153. İnsan ömrü bir səhradır. Gərək könül rübabında sel ki¬mi çağlamağı bacarasan ki, susuzluqdan yanmayasan.
1154. Eşq ömür zinətidir, həyatına yollanan ömrünün qiya¬mə¬¬tində yaşayar.
1155. Neynim biçarə susqunluqdur. Çarəsizlik çaparak dü¬yün, dərd-sər çuldur, çiyninə götürən yorular.
1156. Dünya kədəri bolluqda, sevinci qulluqda saxlayan hə¬yatın həsir zənbildir. Bəxti silmək mümkün olsaydı. Sevinci kə¬dərə qabliyyət qazandırardı.
1157. Dünya çökmüş bünövrədir. Çökdükcə çökdürüb dil¬dən darı çəkər. Çalış biçarəliyini viranəliyinə yol almayasan.
1158. Haray dil qabardır, çəkəndə gərək mələkləri ağlatma¬ya¬san.
1159. Dərd içində itənin gücü göz yaşına çatar.
1160. Sınaq ürək tabidir, gərək sözünü ixtiyar sahibindən de¬məyi bacarasan.
1161. Mərhəmətsiz ədalət bəşəriyyətin üz qarasıdır. Gərək aya¬ğın zəncirdə də olsa duyğunu ədalətdə saxlayıb qorumağı ba¬carasan.
1162. Qisməti kəm gələnin, sevinci az olar.
1163. Ağlı pərən-pərən olanın, ürəyinin sözünü dinləyəni ol¬maz.
1164. Vətənin çəngini yaşadığı evin dağına bağlamayan el yurd qoruya bilməz.
1165. Haram qəflətinə yatan, pul üçün Vətənini də satar.
1166. Vətən üçün alışanın tüstüsü savaşda çıxar.
1167. Təməlsiz ev xəmiri yoğurulub bükülməyən kündə ki¬mi¬dir, tez uçar.
1168. Tab ümid əlindən tutan dözümdür, gərək dözümünü qo¬rumaq üçün gözünlə oddan köz götürməyi bacarasan.
1169. Hər sevən bəxtəvər etməz, hər sevilən xoşbəxt olmaz. Sevincinin paxılı çox olar. Sevənin şeytanı.
1170. Vətən anadır, torpaq düzüm, bir vaxt sən torpaqı əzər¬sən, bir vaxt torpaq səni. Özünün bir paylıq can olduğunu dərk edən nemətlənən torpaq düzündə öz barını yetişdirib, ömür mö¬hə¬tindən səmərəli istifadə edir.
1171. Quldan gələn ağı, qara nökəri ağladar.
1172. Hər yıxılan düşməz, ağıldan yıxılan düşər.
1173. Qarlı başı yanan zirvə qayaya qoşulub ağlayar.
1174. Göz səsi ilə danışılan dərd, ürəkdə damarı yandırar.
1175. Ucuzlaşan bəxtin arzusu xəyalda qalar.
1176. Tox zalım olar, ac fağır.
1177. Ağlı dayaz olanın, ağlı dərinlə arası olmaz.
1178. Ruzini qədirbilənə ver, yaxşılığı ac yaşayana et.
1179. Dil ünsiyyət körpüsüdür, Sözü qəmdən götürüb nuş et ki, ağlın bihuş olsada, əqlin bihuş olmasın.
1180. Səcdəyə gedən duyğu biləkdən tutmaq istəyər.
1181. Ad var ki, dili şəkərdə, ad var ki, dili buzda, ad var ki, di¬li duzda, ad var ki, dili balda saxlayar. Çalış manat kimi xır¬da¬lanıb adını qəpikdə saxlamayasan.
1182. Haqqı meylər götürənin dərdi azalmaz.
1183. Hər kürsüdə bir əda gizlənər. Kürsüyə çıxanda sözünü vəzifə sübutundan götür de ki, şöhrət kürsün əldən getməsin.
1184. Dünya öz dərdinə ağlayana gülüb, can daşıyanı zamanı atda piyada saxlayan dünyadır. Rüzgar tərs əsəndə haq güdəni də gedər-gəlməzə yollayar.
1185. Elmsiz başa tac qoyanın, öz tacı başından düşər.
1186. Ədalı sözdən qaçmayanı, məqamında əzərlər.
1187. Yalana inanıb yalandan qaçmayanı yalanla kəsərlər.
1188. Vətən üçün edilən iltimas qara şala yazılı olar.
1189. Abıra meyl edən, baş örtüyünü həyası bilər.
1190. Nə qədər parlaq görünsən də, nazına əda qatmasan gözəl görünməzsən.
1191. Göz xəta etməsəydi, məhəbbət hamıya adı hal sa¬yı¬lar¬dı.
1192. Tar çökəyə yığılan qardır.Yar vəfa bağında bitən çiçək. Gərək ruhunu “Cəngi” üstündə kökləməyi bacarasan ki, öz sev¬diyin üçün qaranlıq otaqda çıraq olmağı bacarasan.
1193. Ayrılığın yolu daraldıqca, həsrət çoxalar. Bir olan sev¬gini min say ki, ayrılıqda qapı açmayasan.
1194. Övlad yarpaq budağa məhrəm olan kimi, ataya-anaya məhrəm olan ömür budağıdır. Tərbiyə verib sulayan ömrü-boyu özü¬nə lənət oxuyar.
1195. Filir qan duruldub, bulandıran ətir ağacıdır. Gərək söz sonalayanda eşq bağlanan budağından götürəsən ki, başqasının fikirində ətir ağacının budağını qırmayasan.
1196. Söz varaqlanan kitabdır. Gərək sözünü misra varağın¬dan götürəsən ki, çox danışıb zəhlə tökməyəsən.
1197. Gənclik ömrün sevgi çiçəkləyən dövranıdır. Çalış dər¬di¬¬yin çiçəyin toxumunu bütün ömrünə səpməyi bacarasan.
1198. Qadın öz kökündə min oda isindirməyi bacaran ömür tə¬ranəsidir. Çalış öz qadınlığını mələk məqamında saxlamağı ba¬carasan.
1199. Hər sevən sevdiyinin ürəyində qocalmaz, ailədə öz uca¬lığını qoruyan qocalar.
1200. Könül qapısı tarım çəkilən kamandır. Dözümünə diz çö¬kən ağlında imanlığını din kimi qoruyar.
(Davamı var)
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.