COMƏRD NAZİRİ
(Daxili İşlər Naziri,
"Zəfər" ordenli
Fəxri Generalımız
Vilayət Eyvazova,
eləcə də mətin Azərbaycan polisinə
dərin hörmət və ehtiramla)
(Poema)
1
Culfanın qeyrət tacıdır.
Zəngəzur dağ silsiləsi
Bu dağlardan əskik deyil
İgidlərin nərə səsi..
Görkəmi göz qamaşdırır,
Düzləri zər libaslıdır.
Bu dağlarda koroğlular
Yenə zəfər libaslıdır.
Havası, suyu bal dadır,
Bu torpaq -Tanrı neməti.
Bu torpaqda hər bir kəsə
Hakimdir xalq məhəbbəti.
Arazın qolu ordadır,
Darıdağın məlhəm suyu,
Burda çoxdur dağ-dərələr,
Çoxdur bulaqların sayı.
Əcdadların nəfəsindən
Yoğrulub o,böyüyüb o.
Dərin ağlı, düşüncəsi,
Əxlqıyla öyünüb o.
Bir evin gur işığıydı,
Dönüb indi bir məşələ,
Əsərimin qəhrəmanı
Nur paylayır bütün elə.
2
-Mübarək bir ad qazandın,
Bu xoş adı şad qazandın,
Zirvəyə qanad qazandın,
Xalqımın comərd naziri..
Dəyər verdin safa, düzə,
Bac vermədin xaingözə,
Layiqsən hər bir xoş sözə-
Xalqımın comərd naziri..
Sabitliyin qarantı-sən;
Nazirtək çox hökmlüsən,
Nə yaxşı ki sən beləsən!-
Xalqımın comərd naziri.
Rahatıq evimizdə biz,
Yox qorxu-hürküdən bir iz,
Hamıya doğmasan, əziz,
Xalqımın comərd naziri
Darda haya gəlir polis,
Andınla yüksəlir polis,
Qədrini çox bilir polis,
Xalqımın comərd naziri.
Qürur duyğumsan hər zaman-
Damarında axır saf qan,
Fəxri Generalımızsan,
Xalqımın comərd naziri.
Onun boyu da ucadır,
Onun başı da ucadır,
Xisləti təmiz olanı
Vətən, bax, belə ucaldır.
3
Seyr etdim həyat yolunu,
Haqqa doğru yarış gördüm.
Xalqa sədaqət, cəsarət,
Hünər gördüm, duruş gördüm.
Sevdin bu çətin peşəni,
Burda gecə-gündüz olmur.
Yoxuşu hamarından çox,
Burda hər şey dümdüz olmur.
Fırtınalı bir dəryadır,
Burda güclü olmaq gərək.
Bu sistemdə qalib gəlir
Soyuq ağıl, qaynar ürək.
Alnın açıq, üzün ağdır,
Çəkilir hər evdə adın.
Sən bir polis həyatını
Gör bir necə pak yaşadın.
Dəyərini düzgün verdi
Ali Baş Komandanımız,
Bu haqq işdən qürur duyduq,
Coşdu damarda qanımız.
Dövlət bizik- sənsən, mənəm,
Keşik çəkirsən sən ona.
Hopub adın ürəklərə
Damarlarda axan qana.
Əzmin, qürurun bəllidir,
Alınmaz qala kimisən.
Korrupsiya yuvasını
Dağıdan igid oğul sən.
Seyr etdim həyat yolunu,
Orda nələr, nələr gördüm!
Cinayətkar ünsürləri
Qarşında hey mələr gördüm.
Qənimsən qaniçənlərə,
Düşmənindir azğın, harın.
Bunu dedi sənə yaxın
Olan poqon yoldaşların.
Dedilər ki.zalımları
Məhəng daşında əzənsən.
Əzəmətli sinən altda
Şir ürəyi gəzdirənsən.
Bəli, budur dövlətinə
Sədaqətin nümunəsi!
Budur haqqın qalib səsi-
Ədalətin təntənəsi!
4
...İstər sazaq, çovğun olsun,
İstər boran, istərsə qar,
İnsanların keşiyində
Durur gecə-gündüz onlar.
Yerin altında, üstündə,
Kənddə, rayonda, şəhərdə,
Qoruyur bizi polisim
Qoruyur bizi hər yerdə.
Qırx dörd gün polislərim də
Döyüşlərə atıldılar,
Düşməndə xof yaratdılar
Xüsusitəyinatlılar.
Şuşamızda dalğalandı
Qalibiyyət bayrağımız,
Qaytarıldı sahibinə
Xan yurdu Qarabağımız.
Hər biri döndü qartala
Xeyirlə şər savaşında,
Şəhid oldu, qazi oldu
Polis Vətən savaşında.
Daxili Qoşunlarımız
Cəsurluq dərsi keçdilər,
Fəxri General önündə
Polis andını içdilər.
Vətən darda olsa, yenə
Polisimiz meydandadır,
Ordumuzun tərkibində
O da öndə- hər yandadır.
5
O, Vətənin igid oğlu, mərd oğludur;
Öz xalqına sədaqətlə xidmət edir.
O, fövqəl bir bacarıqla öz işinə
Nazir kimi ustalıqla diqqət edir.
Bu sahənin işi ağır, yükü çoxdur,
Bu sahədə çaşmaq böyük təhlükədir.
Mətinlikdir bu sahədə rəhbər olmaq ,
Bu, odlar diyarı olan bir ölkədir.
Sevir hədsiz məhəbbətlə Vətəni o,
Vətən ona, o, Vətənə olub dayaq,
Güc, cəsarət vacib olan bir səngərdə
Hələ çox-çox illər sipər dayanacaq.
Əziz sanır bu gün hamı polisini,
Doğmadan da doğma olub indi bizə.
Dövlətim də, millətim də yaxşı bilir
Şər qüvvələr bata bilməz gücümüzə.
Bu güc vahid bir mənbədən qüvvət alır,
O mənbənin kökü –Ali Liderimiz.
Hakimiyyət hərisləri xar oldular,
Polisimlə vahid oldu səngərimiz.
Mərdlik dərsi keçir nazir polisinə,
Arxayınıq hər məqamda biz onlara .
Xalq etibar edir bu gün taleyini
Sabitliyin keşiyində duranlara.
6
Dünyanın gözü önündə
Çiçəklənir vətənimiz,
İqtisadi dirçəlişə
Qovuşduq sabitliklə biz.
Təxribata,şabotaja
Cəlb olundu gənclərimiz,
Müxalifət düşərgəsi
İfşa olundu tərtəmiz.
Sağlam rəqabət kursunu
Qanmayanlar cəzalandı,
Polisimiz sabitliyin
Keşiyində mərd dayandı.
Siyasət oyunbazları
Bu meydanı tərk etdilər,
Sonda fərsiz qurum kimi
Səhvlərini dərk etdilər.
Tapılmadı bərabəri,
Xalq İlhamla nəfəs aldı.
Əzəməti,qüdrətilə
O, yüksəldi, o, ucaldı.
Polislə xalqın birliyi,
Çatdırdı bizi xoş günə.
Bu gün də o, səngərində
Xidmət edir vətəninə.
7
Narahatdır cəmiyyət
Bir bəla ucbatınan,
Narkobaronlar bu gün
Tüğyan edirlər yaman.
Sanki qənim kəsilib
Onlar bəşəriyyətə,
Bihuşluq təbliğatı
Edilir cəmiyyətə..
İradəsi zəiflər
Olur ovu onların,
Təki cibləri dolsun
O narkobaronların.
Nəzarət altındadır
Çoxdan sərhəd kəndləri,
Polis toruna keçir
Artıq hər kəməndləri.
Çətindir, çox çətindir
Bu halla mübarizə,
Bilmirsən hansı yandan
Təhlükə çoxdur bizə.
Cənubdamı, Şimalda?-
Yoxsa Qərbdədir plan.
Bu, siyasi oyunmu?..
Növbədə Azərbaycan?!
Hardan əssə bu külək,
Tozu geri dönəcək.
Çevik siyasətimiz
Bu “odu” söndürəcək.
Azərbaycan polisi
Ayıq-sayıqdır hər an,
İfşa olunacaqlar
Bu odu qalayanlar.
8
Qürur duyuram bu gün
Xalqımın haqq səsilə,
Coşuram həyəcandan
Qələbə həvəsilə.
Ali Baş Komandanın
Ətrafında bir olduq,
Biz düşmən başı üstdə
Bir batman dəmir olduq.
Üzün ağ oldu, Vətən,
Dik tut daha başını !
Milli Ordumuz uddu
Qarabağ savaşını!
Valeh MİRZƏ,
turan.info.az
.