Fərqanə MƏHYƏDDİNQIZI: "Hardasan, ay ana, dillən, de harda?.."

Fərqanə MƏHYƏDDİNQIZI: "Hardasan, ay ana, dillən, de harda?.." Əhmədova Fərqanə Məhyəd­din qı­zı - 1979-cu il iyulun 5-də Go­ran­boy rayonunda ziyalı ailəsində ana­dan olub. Orta təhsilini Go­ran­boyda al­dıqdan sonra, M.F.Axun­dov adına Azərbaycan Dövlət Pedo­qoji Rus dili və Ədəbiyyatı İnsti­tu­tu­nun rus dili və ədəbiyyatı ixtisasına da­xil olub və hə­min institutun tam kur­su­nu bitirib.
3 il Gəncə şəhərindəki 5 nömrəli məktəbdə müəllim işlə­yib. Doğma ana dilimizə və ədəbiyyatımıza olan sonsuz sevgisi onu ye­ni­dən ali təhsil almağa sövq edib və o, Azərbaycan Dövlət Pedaqoji Uni­versitetinin filologiya fakültəsində ikinci dəfə ali təhsil alıb və oranı ələ qiymətlərlə bitirib.
4 il vaxtı ilə ali təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnsti­tu­tun­da (indiki Bakı Slavyan Universi­tetində) işlədikdən sonra, əmək fəa­liy­­yətini AzMIU-nun əvvəl­cə Azərbaycan və rus dili kafed­ra­sın­da davam etdirib. Hazırda Əcnəbi dillər kafedrasının müəllimidir.

Eyni za­manda, “F-5” kanalının təsisçisi və rəhbəridir,
"Sənət dünyası" jurnalının baş redaktoru
,
"Vətən" ədəbi-bədii, elmi-pub­li­sis­tik məcmuəsinin tərtib edəni və ədəbi redaktorudur.

"Abdulla Şaiq", "Zirvə""Qızıl qələm" mükafatları laureatıdır.

Şeirləri, elmi və elmi-publisistik məqalə­lə­ri "Vətən", "Zirvə", "Canım Azərbaycanım", "Poeziya çələngi", "Buta", "Rəvan" və s. poeziya antalogiyalarında, ədəbi-bədii, elmi-pub­li­sis­tik məcmuələrdə, "Yurd" jurnalında, "Şərqin səsi", "Ziya", "Elm və təhsil" və s. müxtəlif mətbuat or­qanlarında dərc olu­­nub.

Bir övladı var.

Biz də Fərqanə xanıma elmi-pedaqoji fəaliyyətində və bədii yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq və aşağıda də­yərli oxucularımıza böyük məmnuniyyətlə onun bir neçə şeirini təqdim edirik.

Müşfiq BORÇALI,
turan.info.az



Hardasan, ay ana, dillən, de harda?

Sənsiz bahar ömrüm yaman solubdur,
Gözlərim həsrətdən yaşla dolubdur,
Sənsizlik ürəkdə qübar olubdur,
Hardasan, ay ana, dillən, de harda?

Nə vaxtdır çəkmirsən sığal telimə,
Xar qonub çəməndə qönçə gülümə,
Yaman həsrət qalıb bəmim zilimə,
Hardasan, ay ana, dillən, de harda?

Səni soruşuram ötən hər ildən,
Əkib becərdiyin çiçəkdən, güldən,
Övlada ən əziz, mehriban dildən,
Hardasan, ay ana, dillən, de harda?

Tapmıram, iz düşüb izlər üstə,
Torpaq pərdə çəkib gözlərin üstə,
İstərəm baş qoyum, dizlərin üstə,
Hardasan, ay ana, dillən, de harda?

Sənə yetişməyə həvəsdəyəm mən,
Ağıyla köklənmiş bir bəstəyəm mən,
Karvanım yüklənib, yol üstəyəm mən,
Hardasan, ay ana, dillən, de harda?


Getmək istəyirəm

Getmək istəyirəm...
Yalanlar, böhtanlar,
İftiralar olmayan yerə,
Daş qəlbli insanların laqeyidliyindən
Çiçəklər solmayan yerə...

Getmək istəyirəm...
Rəzalətin, səfilliyin olmadığı yerə,
Tamahın qulu olanların
At oynatmadığı yerə...

Getmək istəyirəm...
Dənizlər arxasına,
Günəşin batdığı yerə
Sevən ürəklərin
Vüsala çatdığı yerə...

Getmək istəyirəm...

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yubileyiniz mübarək, hörmətli Fərqanə xanım MƏHYƏDDİNQIZI!..

Yubileyiniz mübarək, hörmətli Fərqanə xanım MƏHYƏDDİNQIZI!..

Müsabiqə
FƏRQANƏ MƏHYƏDDİNQIZI:

FƏRQANƏ MƏHYƏDDİNQIZI: "Təlimdə şifahi nitq, bacarıq və vərdishlərin inkiş ...

Elmi Məqalələr, Müsabiqə
TAHİRƏ MƏMMƏDOVA (ŞUŞALI)

TAHİRƏ MƏMMƏDOVA (ŞUŞALI)

Müsabiqə
Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid, Təbriklər
Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Gəncə, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında”

Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında”

Yeni nəşrlər
PÜSTƏ RƏVAN (HÜSEYNOVA):

PÜSTƏ RƏVAN (HÜSEYNOVA): "Səni harda gəzim, harda tapım mən?!."

Müsabiqə
Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Məktəblər, Başkeçid
XATİRƏ XƏYAL (1971)

XATİRƏ XƏYAL (1971)

Poeziya, Müsabiqə, Qərbi Azərbaycan
Könül İSLAMQIZI: Söylə görüm hardasan?

Könül İSLAMQIZI: Söylə görüm hardasan?

Müsabiqə
TAMİLLA İSRAFİL qızı ƏLİYEVA  (1965)

TAMİLLA İSRAFİL qızı ƏLİYEVA (1965)

Başkeçid, Darvaz
Akademik HAMLET İSAXANLIya BAŞSAĞLIĞI

Akademik HAMLET İSAXANLIya BAŞSAĞLIĞI

Qarayazı, Nekroloqlar
Əməkdaşımız AJB-yə üzv qəbul olunub

Əməkdaşımız AJB-yə üzv qəbul olunub

Təbriklər
AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

TDPİ-nin Azərbaycan bölməsi, Məktəblər, Bolus, Təbriklər
VƏLİ PAŞAYEV (1940)

VƏLİ PAŞAYEV (1940)

AzTU, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
Aygün Nurəhməd qızı (1977)

Aygün Nurəhməd qızı (1977)

"Mən Şirvanın səsiyəm", Müsabiqə
SEVDA MIKAYILOVA  (1953)

SEVDA MIKAYILOVA (1953)

Müsabiqə
Aygün ASLANQIZI (1980)

Aygün ASLANQIZI (1980)

Müsabiqə
AYSEL NAZİMQIZI (1989)

AYSEL NAZİMQIZI (1989)

Müsabiqə
Prof.Dr. Tamella Abbasxanlı

Prof.Dr. Tamella Abbasxanlı "TURAN" İnformasiya Mərkəzinin və turan.info. ...

BDU, Turan, Təbriklər
Rəy yazın: