Nizaminin söz dünyası -
əsrlərin sərt illəri
onun bircə kəlməsinin
ahənginə toxunmayıb.
Əsrlərin şairləri
Nizami tək yazım deyə
Gecə-gündüz yazıb-yazıb,
Ancaq, ancaq, yazdıqları
Şeyx Nizami yazan kimi
Yazılmayıb, oxunmayıb.
Tarix boyu qaniçənlər,
Zülmkarlar, qantökənlər –
Fars, ərəblər, ingilislər,
Urus kimi şovinistlər;
Ulu türkün torpağına,
Bu torpağın havasına,
Ləl-varına gözdikənlər-
Yurd-yuvasız ermənilər
Nəyimiz var talayıblar,
Yurdumuzun köksü üstə
Neçə tonqal qalayıblar.
Gözləri ac, qəlbi darlar,
İllər boyu dincimizi,
Milli sərvət incimizi
Özlərinə var sayıblar,
Dahilərdən söz düşəndə
Azərbaycan üzərindən
Sükut ilə adlayıblar.
... Topa-topa qara bulud
Çəkildikcə göy üzündən,
Göründükcə hər bir elin
Öz sərvəti, öz dünyası,
Bəşər dedi:
-Bəsdir bizə fəxr etməyə,
ürəklərə surəti ilə,
qüdrəti ilə, nəqş olunan,
beyinlərə hikmətilə
əbədilik həkk olunan
Nizaminin söz dünyası.
Bu dünyanın hər kəlməsi
Qüdrətlidi, hikmətlidi,
Məna dolu sətirlidi
İnsanları haqq yoluna
ədalətə sövq eyləyən,
ruhu eşqi təzələyən
qızılgültək ətirlidi.
Nizaminin söz dünyası
Həm dalğalı, həm ləpəli,
Cahan boyda bir ümmandı.
Yer üzünə səpələnən
Duyğuları məftun edən,
Qəlb oxşayan, kölnü açan,
Həmişə yaşar bir ormandı.
...Nizaminin söz dünyası –
Əsrlərin sərt nəfəsi
onun şeir dünyasının
ahəngini poza bilməz,
Əsrlərin yazarları
Neçə əsər yazsa belə
Nizami tək yaza bilməz
Nizami tək yaza bilməz!
İbrahim Yusifoğlu,
Azərbaycan Milli Elmlər Akademiyasının
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı,
Prezident təqaüdçüsü.
turan.info.az
.