SEVGÜL SƏFƏRLİ: "MÜBARİZ - MÜBARİZİMİZ"

SEVGÜL SƏFƏRLİ: "MÜBARİZ - MÜBARİZİMİZ" Sevgül Səfərli - 1960-cı ildə qədim Borçalı mahalının Başkeçid ra­yo­nun­dakı (indiki Gürcüstanın Dmanisi rayonundakı) Səfərli kəndində doğulub.

Hələ gənc yaşla­rından bə­dii ya­radıcılıqla məşqul olur.
Ədəbiyyatı - ömrünün, yazı yazmağı isə
- həyatının mənası hesab edir.
Bütün insanlara, xüsusən də, yüksək mənəviyyatı
hər şeydən üstün tutanlara böyük hörməti var.

Bir müddət “Bor­­­çalı” qəzetində ça­lışıb.

Şeirləri və publisistik yazıları "Vətən", "Zirvə", "Buta", "Canım Azərbaycanım", "Poeziya çələngi",
"Sazlı-sözlü Borçalı", "Sazlı-sözlü Başkeçid"
və s. adlı poeziya antalogiyalarında və ədəbi məcmuələrdə,
"Borçalı", "Şərqin səsi", "Ziya", "Elm və təhsil" və s. müxtəlif mətbuat orqanlarında
"turan.info.az", "Zirve.info", "Borcali.org" və s. adlı bir sıra internet saytlarında dərc olunub.

Sevgül Səfərli bir neçə kitab müəllifidir.
"Təbiətdən gələn Gözəllik" adlı ilk kitabı
- 1998-ci ildə Bakıdakı "Təbriz" nəşriyyatında,
"Sən bir dənəsən" adlı ikinci kitabı
- 2008-ci ildə Bakıdakı "Adiloğlu" nəşriyyatında,
"Qəriblik ömür üzən şeydir" adlı üşüncü kitabı
- Bakıdakı “Dan Ul­duzu” nəş­riyyatında işıqüzü görüb.
"Sən də Borçalıdanmısan, dərdin alım""Nə var - nə yox, a... Atam, Anam?!" dördüncü və beşinci kitabları isə Sumqayıtdakı "Azəri" nəşriyyatında nəfis şəkildə çap olu­na­­raq oxucuların ixtiya­rı­na verilib.

SEVGÜL SƏFƏRLİ: "MÜBARİZ - MÜBARİZİMİZ" "Elə bildim anamsan", "Dəlimi olmuşam Allah?!" "Şam ağacına bənzəyin, qızlar" adlandırdığı daha üç kitabı tam olaraq çapa hazırdır, redaktə olunub və yaxın günlərdə inşallah işiq üzü görəcək.

"Abdulla Şaiq", "Zirvə", "Cəsarətli jurnalist" "Vicdanlı qələm" mükafatları laureatıdır.

Biz də hörmətli Sevgül xanıma yeni-yeni uğurlar arzulayırıq və aşa­ğıda onun "MÜBARİZ - MÜBARİZİMİZ" və "TEYMUROĞLU" poemalarından parçaları, bir ne­çə şeirini və bir müraciətini dəyərli oxucularımıza təqdim edirik..

turan.info.az


MÜBARİZ - MÜBARİZİMİZ

(Poemadn bir parça)


Bilirsiniz niyə Qəhrəman - oldu Mübariz?..
İşğal olunan, düşmən zəbtinə məruz qalan
yerimizə, yurdumuza quruca - torpaq - demədi,
VƏTƏN ! - dedi Mübariz.

Yağıların əlində solub-soluxan
gülümüzə, çiçəyimizə,
Adicə bağ gülü, dağ çiçəyi demədi.
VƏTƏN ! - dedi Mübariz.

Bizdən ayrı, aralı çağlayan,
çaylarımıza, çeşmələrimizə,
Sadəcə sərin sular, soyuq bulaqlar demədi,
VƏTƏN ! - dedi Mübariz.

Adları dəyişdirilən şəhərlərimizə, kəndlərimizə,
Ellərimizə, obalarımıza,
Dağımıza, daşımıza rayon demədi,
VƏTƏN ! - dedi Mübarız.

Bir igid ömrü qədər zamanda,
Düşmən pənsəsinin altında inir-inir inildəyən,
Cənnət üzlü, lilpar gözlü Qarabağımıza,
Soyuqqanlılıqla, zahiri təəssüflə, sevimli Anam - demədi,
VƏTƏN ! - dedi Mübarız.

Bu Vətənin əziz ŞƏHİDİNƏ...
QAZİSİNƏ... İTGİNİNƏ...
ƏSİRİNƏ... MƏSUMUNA...
Yesirinə soyuq - soyuq yanaşmadı,
İSTƏKLİ BALAM - dedi Mübariz.

Sevdi Qarabağı Balası kimi,
Bala-dadı duymayan Mübariz.
Sevdi Qarabağın sinə dağını,
Hələ bir vəfalı El gözəlinə
Könül verməyən VƏTƏN MÜBARİZ.
Əvvəlcə AŞİQ oldi,
Sonra ŞƏHİD OLDU! - MÜBARİZ!..


TEYMUR OĞLU

(Poemadan bir parça)


Həyatını zamin etdiyin Azərbaycan Xalqı,
Xüsusiylə 1003 nəfər Vətən balası,
Məsumu, məcnunu, yavrusu,
Sənin üçün sidq ürəklə duaya dururdu.
1003 nüfus Sənin Qəhrəmanlığına aşiq olmuşdu.

1003 nəfər əsirlikdən azad etdiyin Qarabağlının,
Sənə - CAN borcu vardı.
1003- nəfəsə ikinci həyat vermişdin.
VƏTƏN - eşqin,
VƏTƏNDAŞ - sevgin aşıb daşırdı.

Düşmənə qarşı vuruşduqca,
İşğalçıları susdurduqca,
Zəfərlərinin sayı artdıqca,
Dərya kimi dərinləşir,
Dəniz kimi dalğalanırdın -
Teymur oğlu.

Yusifləri quyulardan çıxaran,
Qərib Mahmudları anasına yetirən zümrüdmüydün?
Yer kürəsini Günəşə aşiq edən məhəbbət,
Gecələri qaranlığın əlindən alan Aymı idin?
Teymur oğlu.

Dəryaların bağrını yaran,
Kökunu, köməcini düşmındən qoruyan Həzrəti Musamı idin?..
Həzrəti Yunusu baıqların ağzından azad edən,
Həzrəti Süleymanın ismi - Azan duasımı idin -
Teymur oğlu.

Ömrünün, gününün ən gözəl anları, anlamı,
Yaşının müdrük çağları bundan sonraydı.
Həyatının gözəl mənasını bundan sonra duyacaqdın.
Kaş görüşləri qiyamətə qalan,
Vaxtsız, ayrılıqlar olmayaydı - Teymur oğlu.

Qarabağlı Sərkərdəmiz Allahverdi,
Allah haqqı Sən Türk soylu Qızlarımızın hamısına,
Qardaş oldun.
Xocalı faciəsindən sonra tamam dəyişdin.
Milli faciəmizi başqaları ilə bölüşmədin,
Döyüş yoldaşlarınla paylaşmadın,
Çəkdiyin ağrıları ürəyində yaşatdın,
Qanında daşıdın, daha da
mərdanələşib mətin oldun-
Teymur oğlu.

Sən!
İsgəndərin zülfüqarı,
Koroğlunun misrisiydin.
Qarabağın güvəndiyi,
Türkün ən böyük Atillasıydın.
Ağdamın ellər arxası,
Qaçaq Nəbi aynalısı,
Qəhrəmanlıq məktəbinin
Xüdafərin körpüsüydün-
Teymur oğlu.

Çoxlu arzuların, istəklərin vardı.
Xankəndində Azərbaycan bayrağını özüm qaldıracağam !
Düşmən, Ağdama ansaq mənim meyidimin üstündən keçərsə
o zaman daxil ola bilər- deyirdin.

Birinci arzun bizim arzumuz idi.
Lakin ikinci arzunla barışmadıq.
Niyə elə dedin, ay Vətən oğlu?
Bu niyyətin acısını bir dəfə dadmışdı
Azərbaycan türkləri.
Bu fikri Ziyad oğlu CAVAD XAN da demişdi.
Niyə... Sən də arzuladın-
Teymur oğlu.

Niyə demədin, mən düşmən nəşinin,
Üzərindən keçib İrəvan xanlığına daxil olacam.
Bayrağımızı, Rəvan xanın tikdirdiyi,
Rəvan körpüsündən asacam.
Ahhh... ahhh... ahhh
Necə arzuladın eləcə də arzuna çatdın -
Teymur oğlu.

Eyyy... Ulu Sərkərdəmiz!
Sən düşmən tuzağına düşəndə,
Ağdamın beli büküldü,
Qarabağın bəxti döndü.
Sənə görə...
Neçə-neçə Qarabağlının ürəyi dayandı,
Borçalılar yas saxladı sənin üçün,
Allahverdi getdisə - Ağdam da getdi,
Azərbaycan Ağdamı itirərsə Qarabağı da itirəcək - dedilər,
Teymur oğlu.

Səndən sonra çox çəkmədi.
Özün kimi, Ağdamın da Şəhid oldu Allahverdi.
Köşənləşdi Ana Yurdun,
Qaçqın, köçkün oldu əzizlərin -
Səndə sonra, Teymur oğlu.

Qəhrəman şəhərlərin başlığında
Özünə ad aldı Ağsarayın,
Qanlı səhnələrə şahid olan torpağında,
Altı mindən yuxarı Qəhrəman Şəhidin uyuyur-
Teymur oğlu.

Amma... rahat uyu!
Sənin kimi Sərkərdənin,
Övladları Qəhrəman,
Gələcəyi parlaq,
Qarabağı yenə var olacaq,
İnşəAllah!
Çünki Sənin qüdrətli Azərbaycanın !
Qüvvətli Ordun!
Qəhrəman Xalqın!
Qüdrətli Ali Baş Komandanın var-
Teymur oğlu.


AĞLATMAYIN ANALARI

(Düşmənlərimizə xitabən)


Bu vəfasız, etibarsız dünyada,
Göy Tanrıdan xəbəriniz varsa da,
Tamahınız təpənizi yarsa da,
Unutmayın - YARADANI - faşistlər.

Dərdə meydan olan ürəklər üzgün,
Dünyanın xətası, bəlası kəskin,
Onsuz da qismətlər, talelər küskün,
Göynətməyin, Anaları faşistlər.

Şehə düşsək çox xəstəlik taparıq,
Mehə dönsək butamızdan qoparıq,
Dünya həyatında bir dəfə varıq,
Sızlatmayın, sevənləri faşistlər.

Əsgərin könlündə gizli məhbubu,
ŞƏHİDİN- cibində sevgi məktubu,
Anaların- arzusu bu, şərti bu,
Dayandırın bu savaşı faşısflər.

Biri - bir ocağın tək çırasıdı,
Biri - bir Ananın can yavrusudu,
Biri - bir Nigarın nişanlısıdı
Ağlatmayın Anaları faşistlər.

Uçurtmayın, ərənlər yuvasını,
Çıxarmayın, gözlərin qarasını,
Verməyin, Vətənə -ŞƏHİD -yasını,
Yandırmayın, Anaları faşistlər.

Məktub çıxdı bir ŞƏHİDİN cibindən,
Dünya xəbərdar oldu sevgisindən.
Çıxmasın Yer kürəsi öz məhvərindən,
Çıxın, Dədəmizin - Dədə yurdundan,
Ağrıtmayın, qəlbimizi faşistlər.


ELƏ BİLDİM - ANAMSAN

(2-ci Qarabağ savaşında könüllü döyüşənlərə)


Xocalımsan... Xocamsan!
Laçınımsan... Şuşamsan!
Elə çağırdın məni,
Elə bildim - Anamsan!

Cəbrayılım... Xankəndim!
Füzulim... Xocavəndim!
Elə haray çəkdin ki,
Elə bildim - Sonamsan!

Kəlbəcərim... Qubadlım !
Zəngilanım... Ağdamım !
Elə düşdün könlumə,
Elə bildim - balamsan !

Səsini duyan kimi,
Bayrağına büründük,
Könüllü qərar verib,
Sənə tərəf yürüdük,
Bir baş səngərə getdik.
Ali Baş Komandanın,
Əmrinə tabe olduq,
Hamı bir nəfər kimi,
Bir amalla birləşdik.
Qarış - qarış yurdumuz,
Rayon - rayon elimiz,
Qaçqın olan adımız,
İşqaldan azad oldu.

Qan töküldü, qan oldu,
Hamı Qəhrəman oldu,
2783 igid əzizimiz,
Vətənə qurban oldu.
Allahın evlərində,
Əzanlar çəkiləndə,
Xarıbülbül gül açdı,
Dünya bizlə barışdı.
Qarabağ deyə - deyə,
Üzünü tutub göyə,
30 illik dərdini ,
Qərənfil də unutdu.
44 - günə QƏLƏBƏ,
Qazanan -
QƏHRƏMANLAR,
Qüvvətini göstərib,
Düşməni mat qoydular.


DİVANƏ, SƏNƏ SƏSLƏNİRƏM

Azərbaycan xalqı və dövləti tarix boyu başqa millətin əmin-amanlığına toxunmayıb.
Ey qan içən, müharibə havalı olan rəhbərlər ayılın.
Millətləri qarşı-qarşıya döyüşə, terrora hazırlayan katalizator ölkələr, xüsusən Amerika və Rusiya qan tökdürməkdən bezmədinizmi?
Siz də çox qısa bir insan ömrünə bağlısınız.
Niyə qoymursunuz ki, zatən ağır günü güzəranı olan xalq həyatını yaşasın?
Sizin törətdiyiniz Qarabağ savaşı axır ki, bitəcək.
Öz pisliyiniz özünüzə qalacaq.
Mən inanıram ki, tezliklə cənnət Qarabağımız Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm əzmkarlığı, mətin Xalqımızın birliyi, Ali Baş Komandanımızın diplomatiyası ilə Milli Qələbəylə başa çatacaq.
Azərbaycan Ordusunun bu Zəfəri tarıxlərə yazılacaq.
Qoy səsimi bütün dünya eşitsin -
Övladı var !- deyə Analar...
Sevgilisi var ! - deyə Qızlar...
Ər- igidi var ! - deyə Xanımlar...
Atasını sevir !- deyə uşaqlar müharibə istəməz.
Kompyuterləşmiş xəstəliklər insan ömrünü o dərəcədə qısaldıb ki...
Vətənini sevən Vətəndaş da müharibə istəmir.
Müharıbə sözünü eşidəndə Anaların ürəyi çırpınır.
Azərbaycan yazarı olaraq dünyaya səslənirəm.
Sülh sevər insanlarla, müharıbə azarkeşləri ilə çox önəmli bir fikir paylaşıram.
Deyirəm ki:
- İnsan ömrü əvəz edilməz,
- Təkrar təmir olunmayan,
- Taleyinin tarixinə bağlı,
- Özünə məxsus həyata alışan,
- ÖZ Dünyası olan, şüurlu varlıq aləmi... olsa da dünya deyil.
Dünyanın bir göz qırpımı qədər ömrü olan...nəfəsliyi özündən asılı olmayan bir səltənətdir.
Dünya gözlərini qırparsa.. günəş sönər...ümidlər kəsilər.
Kirpiklər toqquşarsa gözlər qapanar... kimliyindən asılı olmayaraq ÖMÜR bitər.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tarix yazdın Mübariz!..

Tarix yazdın Mübariz!..

Bakı
Teymur İSMAYIL (1982): RÜBAİLƏR

Teymur İSMAYIL (1982): RÜBAİLƏR

RÜBAİLƏR, Başkeçid
Bizim Mübariz!..

Bizim Mübariz!..

Regionlar
Teymur İSMAYIL (1982)

Teymur İSMAYIL (1982)

"SAZLI-SÖZLÜ BORÇALI", Başkeçid
Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Qarabağ, Müsabiqə, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Mübariz Hüseyn Borçalı (1960): RÜBAİLƏR

Mübariz Hüseyn Borçalı (1960): RÜBAİLƏR

RÜBAİLƏR
Raziyə Kamilqızı Rzazadə (1968)

Raziyə Kamilqızı Rzazadə (1968)

Müsabiqə
ELŞƏN QURBANOV (1982)

ELŞƏN QURBANOV (1982)

Başkeçid
Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Başkeçid, Nekroloqlar
Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Poeziya, Ramiz Abdullayev
HƏSƏNPAŞA QURBANOV  (1924-2000)

HƏSƏNPAŞA QURBANOV (1924-2000)

Başkeçid
Müşviq Rafael oğlu:

Müşviq Rafael oğlu: "Əmr elə hücuma keçim, komandir!.."

"SAZLI-SÖZLÜ BORÇALI", AzTU-nun MƏZUNLARI, Müsabiqə, Başkeçid
Almaz Alıqızı Ağdamlı (1957)

Almaz Alıqızı Ağdamlı (1957)

Müsabiqə
Dilarə Süleyman Zahidqızı (1982):

Dilarə Süleyman Zahidqızı (1982): "RÜBAİLƏR"

Müsabiqə, RÜBAİLƏR
MÜBARİZ HÜSEYN QARABULAQ (1960)

MÜBARİZ HÜSEYN QARABULAQ (1960)

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Başkeçid
TURAL XANHÜSEYNOĞLU (1987)

TURAL XANHÜSEYNOĞLU (1987)

Poeziya, Müsabiqə
ŞƏHİD Ədalət Qədir oğlu Gülməmmədov (1970-1994)

ŞƏHİD Ədalət Qədir oğlu Gülməmmədov (1970-1994)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU Ş ...

DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU Ş ...

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
QARABAĞDA  İZİ QALDI  CƏSARƏTİN...  Şəhid Cəsarət Xaliq oğlu Səfərov  (27.0 ...

QARABAĞDA İZİ QALDI CƏSARƏTİN... Şəhid Cəsarət Xaliq oğlu Səfərov (27.0 ...

ŞƏHİDLƏRİMİZ
Firəngiz Şəkili:

Firəngiz Şəkili: "BİR ARZUM VAR..."

Müsabiqə
Rəy yazın: