ELZA RƏŞADın yeni kitabları işıqüzü görüb

ELZA RƏŞADın yeni kitabları işıqüzü görüb TƏBRİK EDİRİK!

Bu gün dəyərli həmkarımız, tanınmış mədəniyyət işçisi, "turan.info.az" saytının və "Şərqin səsi" qəzetinin Oğuz bölgəsi üzrə xüsusi müxbiri, istedadlı qələm dostumuz, müdrik aforizmlər ustası, “Araz”, “Zirvə”, “Abdulla Şaiq”, “Qızıl qələm” və s. mükafatların laureatı Elza Rəşadın ad günüdür.
Daha doğrusu, Yubileyidir!..
Və yubileyi ərəfəsində çox hörmətli Elza xanımın
daha iki kitabı işıqüzü görüb
.


Elza Rəşad (Elza Osman qızı Gülməmmədova) – 1957-ci il fevralın 16-da respublikamızın ən gözəl guşələrindən olan Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.
Hazırda da doğma kəndində yaşayıb-yaradan Elza Gülməmmədova həm də “Qəbələnin səsi” Şairlər Birliyinin ən fəal üzvlərindəndir.
Yazar olmaq bir sirrdir. Lakin ibrətamiz söz yazmaq dənizdə mirvari axtarmaq kimidir.
Elza xanım daima sözdən mirvari axtarışındadır.
O, ən çox ibrətamız sözlərin müəlli­fi kimi tanınır.
2020-ci ildə "Gənclik" nəşriyyatında “Elzanamə” adlı trilogiyası nəşr olunub.
Tanınmış tədqiqatçı-şair Yusif Rzayevin redaktorluğu ilə nəfis şəkildə çap olunmuş kitablar Azərbaycanın birinci və ikinci Qarabağ döyüşlərində şəhid olanların əziz xatirəsinə ithaf olunub.

ELZA RƏŞADın yeni kitabları işıqüzü görüb Bu günlərdə isə Elza xanımın daha iki kitabı - “Oğuz deyimləri”nin birinci və ikinci hissələri “Borçalı” nəşriyyatı tərəfindən çap olunaraq nəfis şəkildə oxucuların ixtiyarına verilib.

“Oğuz deyimlərin”inin birinci kitabı - 4 mart 1994-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya göz açmış və 7 noyabr 2020-ci ildə Şuşada qəhrəmancasına şəhid olmuş - Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən Müharibəsi Qəhrəmanı Nail Nəriman oğlu İbrahimlinin əziz xatirəsinə həsr olunub.

“Oğuz deyimlərin”inin ikinci kitabı isə müəllifin həyatdan nakam və vaxtsız getmiş oğlu - Asim Əlövsət oğlu Hacıbabayevin əziz xatirəsinə həsr olunub.

“Oğuz deyimlərin”inin üçüncü hissə isə hazırda nəşriyyat ömrünü yaşayır, yaxın günlərdə işıqüzü görəcək.

Hər bir kitabda ayrı-ayrılıqda 3333 aforizm olmaqla, cəmi üç kitabda 9999 deyim toplanıb.

ELZA RƏŞADın yeni kitabları işıqüzü görüb Kitablarda müəllif sözə bir qapı açıb ayı, günəşi, həsrəti, hicranı, qəmi, tənhalığı, ana sevgisini, uşaq yuxusunu, döyüş itkisini, qür bəti, sadiqliyi, pərvanəni, küləyi, ildırımı, dağı, gülü, çiçəyi, qartali, sirri, səbri, igidliyi, göy qurşağını, sevgini, ruhu, taleyi, bəxti, gözəlliyi, buludu, səmanı, Vətəni, kəpənəyi, meşəni, azadlığı, hürriyyəti, halalı, haramı, duyğunu, məhbəsi, təkliyi, məqamı, şöhrəti, yetimçiliyi və s. bəzəmişdir. Bir sözlə, kitablarda Elza Rəşadın müdrik deyimləri toplanmışdır.

Onu da qeyd edək ki, "Abdulla Şaiq", "Araz", "Qızıl qələm""Ulu öndər" Ali mükafatları laureatı olan Elza xanım həm də "Zirvə", "İlin aforizm ustadı" Ali mükafatları ilə, eləcə də yazdığı maraqlı və oxumalı məqalələrə görə ”Oğuz yurdu” qəzetinin Fəxri fər­manı ilə də təltif olunub.
Bu günlərdə isə dəyərli həmkarımız Elza Rəşad
"XXI Əsrin Ziyalısı" Fəxri diplomuna layiq görülüb.

Bu münasibətilə, eləcə də “Oğuz” deyimləri” trilogiyasının
iki kitabının işıqüzü görməsi və ən nəhayət yubileyi münasibətilə
əziz və dəyərli həmkarımız, çox hörmətli Elza xanımı
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, ictimai fəaliyyətində, eləcə də,
ədəbi-bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq
və aşağıda Elza xanımın yaradıcılığından nümunələri
sevimli oxucularımıza təqdim edirik.


turan.info.az


* * *

Ac qalan kədər, sevincə susayar.
Ahəstə gülüş, ruhu ayaq saxlayar.
Aldatmaq ləyaqətin ucuzluğundan gələr.
Abır-həya qorumaq Yusif kimi zindanı seçməkdir.
Ağıl düşüncəsi talan olanın sözü kölgəlikdən gələr.
Ağlayan gözdən qorxan kədəri baxışında yandırar.
Aldadılıb bağışlayan bağışladığında dəyanət görməz.
Haqq yoluna əli daşlı çıxan qarğış içində alqışlanar.
Şövqlə bəzənib süslənən hissdə aranar.
Sevgi köksdə, köz ürəkdə daşdır.
Dağdan gələn sel, yanıq havalı olar.
Könlü tox bir daş götürər, könlü ac közdə yanar.
Yarından küsən, dua edəndə əlini tərsinə çevirər.
Söz deməkdə baş olmaq, Allah kəlamından gələn sözdən cümlə qurmaqdır.
Qürur nümayiş etdirmək özünü sevdirmək müqəddəslikdir.
Müqəddəslik bir saman ağırlığında tənə etməməkdədir.
Öz qürurunu alın təri ilə qibləyə yönələn minbər kimi tutan, xalqın gözündə ucalar.
Torpağın müqəddəsliyi səni yedirtməyində, humanistliyi sən öləndə, çürümə¬yindədir.
Gül soldurub tikan batıran padşah da olsa cəzasına çatacaqdır.
Zənginə quyruq bulayan kasıbda qeyrət axtarar.
Gözdən enməyən həsrət su dəyən toz kimi ürəkdən cığır salıb axar.
Gölməçəyə düşən ömrü quşlar daşıyıb aparar.
Yoxsulluq küləyin əlində əsir-yesir qalan daş kimi olmaqdır.
Yoxsulun səsi küləyə qarışan qurd səsinə bənzəyər.
Eşqi, imanı sayanın əsəbi kül altında köz kimi qorunub saxlanılar.
Sonun ayrılıq olduğunu düşünən anı başına tac edib yaşayar.
Dərddə mətin eşənin sözünün hikməti haqdan gələr.
Günahkarın dərdi sarmaşıqlı olar.
Söz müdrikləşib kəlama çevrilər.
Hər abır-həya qoruyana Yusif kimi şahlıq qismət olmaz.
Eşqi, hüsnü əxlağı ilə bənzəyən səhrada ləl tapar.
Yusif izləri üstündən şəfaət tapan sevgiyə, səadət bəxşeyiş kimi verilər.
Şəfqətli şəadət məhəbbəti möhkəmləndirər.
Həyatı dərk edən düşüncəsini əqlə vurub pis vərdişini tərk edər.
Əsil-nəsəbi fövqəlbəşər olanın adı, ərşi-əlaya yazılar.
Dərd nizə-nizə gələr, sevinc incə-incə.
Əli kəndə çatan şəhərli kasıblığı şimşək kimi qamçılayar.
Tənha ömür sürmək bulud biçən işıq olmaqdır.
Zəifləsən batarsan.
Evin damması ürəyi yox, ruhu nigaran saxlayar.
Bulud içində oynayan şimşək küləyə köz eşdirər.
Ruha səpilən şəfəq çəmən ayaqladır.
Ot öpən ayaq paklanar.

***

Vətənin şirinliyi yaş artdıqca çoxalar.
Vətən uğrunda ölənin, keşiyini vətən çəkər.
Vətənin nə olduğunu qürbətdə can verən bilər.
Vətənindən nigaran gedən igidin, mürgüsü dağılar.
Vətənpərvərlik-baba sümüyündən qana keçən irsdir.
Vətən üçün qazılan səngər, mələk qanadına bənzəyir.
Vətənin ürəyi, düşmənlə sərhəd olan torpaqda döyünər.
Vətən haqqında bəstələnən mahnı, igidlik himni kimi olar.
Vətənpərvərin vətəninin xəritəsi ürəyində olar, dilində yox.
Vətənin yarasına qanıyla məlhəm olmayanın, azadlıq arzusu ürəyində qalar.
Vətən kimin üçünsə təmiz səmadır, kimin üçünsə əziz ana. Ananı qoruyarlar.
Vətənin daşında bitən yosuna heç nədir deyib keçmə, onun da çox dərdə çarəsi var.
Vətən üçün meydan qanı ilə dan yeri tək qızardan igid, al gün­lərin səhərinə nur ələyər.
Doğru yalanla qardaş olanda, olan da yalan olar.
Dost qapısına yol getmək, ürəkdən-ürəyə yol getmək kimi­dir.
Dünyada hər şeydən doymaq olar, təkcə ana nəvazişindən başqa.
İgidlik qanlı göz yaşı ilə düşmənə kin bəsləməkdir.
Qəlbin güvəndiyi yer, ümüd sığınacağı olar.
Mərd yanında yaşasa da, namərd oğlu namərd olar.
Pis insanla bir evdə yaşamaq, tüstü ilə odun arasında qalmaq kimidir.
Sağlığında qiymətini ala bilməyən igid, gözdən düşər.
Şəhid yatan torpaq, ürəkdən çox ayağı yandırar.
Şəhidin qanı vətən torpağına səpilən nur kimidir.
Vətən üğrunda ölənin, keşiyini vətən çəkər.
Vətəndə evi olmayan, bir qərib kimi yaşayar.
Vətəni gül ağacı edib, sarmaşıq kimi ona sarılmamısansa, və­tən demə.
Silahlı söz insanı həbsə aparır.
Şairin gözünə əzrayıl da, gözəl qadın donunda görünər.
Sükut yarpaqda parlayan şeh, doluxsunmuş göz kimidir.Təki cəsurlar ah çəkməsin.
Xeyir-dua günəş şüası kimidir. Hər kəsi isindirər.
Xeyirxah adam atını poladdan nalladar ki, səsi heç kimi na­ra­hat etməsin.
Ədalət südündən yanıq olan hakim, qumara-arağa həris olar.
Səhrada tək bitən lalə, Məcnuna bənzəyir.
Sənə əziz olan adamın yanında özünü ucuz tutma, cəsarətin tükənər.
Erkən düşən şeh, torpağın sətəlcəmdən sağalması kimidir.


turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ELZANAMƏ,  yaxud Elza Gülməmmədovanın Oğuz deyimləri

ELZANAMƏ, yaxud Elza Gülməmmədovanın Oğuz deyimləri

Yeni nəşrlər, Elmi Məqalələr
Yırğançaylı Ömər ağa və onun nəsil şəcərəsi haqqında...

Yırğançaylı Ömər ağa və onun nəsil şəcərəsi haqqında...

Başkeçid
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ ZEMFİRA XANIM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ ZEMFİRA XANIM!..

Təbriklər
YENİ KİTAB:

YENİ KİTAB: "Dostlara dost töhfəsi"

"Şərqin səsi", Arxiv
Şagirdlərin sevimlisi  - Elza Xəlilova

Şagirdlərin sevimlisi - Elza Xəlilova

Məktəblər, "Elm və Təhsil"
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Əməkdaşımız AJB-yə üzv qəbul olunub

Əməkdaşımız AJB-yə üzv qəbul olunub

Təbriklər
Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!..

Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!..

Müsabiqə, Təbriklər
RAFİQ ZƏBANİ

RAFİQ ZƏBANİ

Poeziya, Müsabiqə
“turan.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

“turan.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

Əsas xəbər, Humanitar elmlər, AzTU, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ HƏMKARIMIZ, ÇOX HÖRMƏTLİ FİRƏNGİZ XANIM ...

AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ HƏMKARIMIZ, ÇOX HÖRMƏTLİ FİRƏNGİZ XANIM ...

Təbriklər
SƏNAN SƏBUHİ ŞƏMKİRİ (1985)

SƏNAN SƏBUHİ ŞƏMKİRİ (1985)

Publisistika, Müsabiqə
Nəhayət Şirinova yeni vəzifəyə təyin olunub

Nəhayət Şirinova yeni vəzifəyə təyin olunub

ADPU, "Şərqin səsi", Təbriklər
Mübariz Hüseyn Borçalı (1960): RÜBAİLƏR

Mübariz Hüseyn Borçalı (1960): RÜBAİLƏR

RÜBAİLƏR
TURAL XANHÜSEYNOĞLU (1987)

TURAL XANHÜSEYNOĞLU (1987)

Poeziya, Müsabiqə
GİLƏ ƏLİQIZI:

GİLƏ ƏLİQIZI: "Haraya baxıram səni görürəm..."

Poeziya, Müsabiqə
Sürəyya NƏSİB:

Sürəyya NƏSİB: "Mən Zamanın darağında darandım..."

Naxçıvan, Müsabiqə
Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Qaraçöp
Cəlil Komradlı (1966)

Cəlil Komradlı (1966)

Müsabiqə
TƏBRİK EDİRİK!.. Camal Zeynaloğlunun 20-ci kitabı çıxıb...

TƏBRİK EDİRİK!.. Camal Zeynaloğlunun 20-ci kitabı çıxıb...

Təbriklər
Rəy yazın: