Səidə Əşrəfqızı: "TUT ƏLİMDƏN GEDƏK NURLU SABAHA"

Səidə Əşrəfqızı: "TUT ƏLİMDƏN GEDƏK NURLU SABAHA"Səidə Əşrəf qızı - 1961-ci ildə
Tərtər rayonun Hüsənli kəndində anadan olub.
1988-ci ildə M.A.Əliyev adina Azərbaycan Dövlət İncəsənət İnstitutunu
(indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini) bitirib.
Bir müddət öz kəndlərində klubun müdiri işləyib.
Hazirda Səid Rüstəmov adına Uşaq Musiqi Məktəbində
musiqi müəllimi işləyir.
Gənclik illərindən bədii yaradıcılıqla da məşqul olur.
Vətənimizi, Qarabağımızı tərənnüm eləyən
bir çox şeirlər və poemalar yazmışdır.
Şeirləri "Zirvə", "Ləlvər dağı", "Şah dağı" poeziya antologiyalarında, həmçinin, "Canım Azərbaycanım", "Sazil-sözlü Borçalı","Poeziya çələngi""Buta" ədəbi məcmuələrində, "Şərqin səsi", "Ziya", "Elm və təhsil" qəzetlərində, eləcə də, "turan.info.az", "Zirve.info", "Borcali.org" saytlarında dərc olunub.
"Dönük Tale""Qarabağim həsrətindən yandı bağrım" kitablarının müəlifidir.
"Müğənni qız" öz poemasında həyat həqiqətlərini, uğursuz taleyini bədii obrazlarla qələmə alıb. Ona görə də müəllifin bu əsəri oxucuların dərin rəğbətini qazanıb.

Biz də Səidə xanıma şəxsi həyatında, pedaqoji fəaliyyətində,
eləcə də, bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.


turan.info.az


QƏHRƏMAN ŞƏHƏRİM TƏRTƏR Səidə Əşrəfqızı: "TUT ƏLİMDƏN GEDƏK NURLU SABAHA"

Sinəmə tuşlanır hər axşam-səhər
Başına od kimi yağır güllələr.
Raket zərbəsindən dağılır şəhər
Hər bir əzablara dözürsən, Tərtər!

Evləri uçulur, yanıb kül olur,
Mənfur ermənini xisləti budur
O dinc sakinlərə divanlar tutur
Torpaqdan bir qarış vermirsən, Tərtər!

Düşmən gülləsinə daim tuş gəldin
Yurdundan nə qədər şəhidlər verdin.
Fəqət düşmənlərə sən əyilmədin
Hər zaman qəhrəman şəhərsən, Tərtər!

Sənin vəzir kimi oğlun olubdu
Düşmənə hər zaman qan uddurubdu
Torpağı yolunda şəhid olubdu.
Darıxma sən qalib gələrsən, Tərtər!

Gözlərin çox aydın yurdun alındı
“Suqovuşan” bəndləri artıq xalqındır.
Xalqım su üzünə həsrət qalıbdır
Darıxma, sən qalib gələrsən, Tərtər!

Qarabağ torpağı o gözəl məkan!
Yağı tapdağında inlədi hər an
Qisaslar alınır çatdı o zaman!
Hər zaman qəhrəman şəhərsən, Tərtər!

Başının üstündə əyləşdi yağı
Kəlbəcər yolların qalmışdı bağlı
Uzun illər qaldın sinəsi dağlı
Hər zaman qəhrəman şəhərsən, Tərtər!

Başından çəkilər o çiskin duman!
Yağılar bağrında tökməyəcək qan!
Xalqın yaşayacaq azad, firavan
Səm mənim, hər zaman fəxrimsən, Tərtər!

Gecə də, gündüz də, çox narahatam
Səni azad görsəm, mən də şad ollam
Mənim ana yurdum, doğma el-obam
Sən mənim hər zaman fəxrimsən, Tərtər!
16 oktyabr, 2020


MƏSUM KÖRPƏLƏRİN GÜNAHI NƏYDİ?!

Gecə öz evində yatan insanlar
Nahaqdan başına yağır bombalar!
Evləri dağılır məhv olurlar
Məsum körpələrin günahı nəydi?!

Ana qucağında o yatmalıykən
O körpə torpağa qərq oldu nədən?!
Düşmənlər əl çəkmir öz xislətindən?
Məsum körpələrin günahı nəydi?!

Dünyadan bixəbər, o körpə uşaq...
Öz oyuncağıyla oynayır ancaq.
Nə bilsin o gecə qana batacaq!
Məsum körpələrin günahı nəydi!

Evləri dağılan məhv oldu tamam!
Soyqırım hələ də, eyləyir davam!
Baxdıqca qəlbimdə çox dağlanıram!
Məsum körpələrin günahı nəydi!

Nə qədər arzular yarımçıq qaldı!
Tələbə qızımız təhsil alırdı!
Düşmən hər istəyin əlindən aldı!
Məsum körpələrin günahı nəydi!

Bərdə yaraşıqlı gözəl bir səhər,
Bağrına tuşlanır raket zərbələr
Xalqını qanına qəltan etdilər!
Məsum körpələrin günahı nəydi?!

Dağılır evləri yanıb kül olur!
Şəhərin tüstüsü göyə sovrulur!
Millətim heç nədən, axı məhv olur!
Məsum körpələrin günahı nəydi?!

Dünya ölkələri hələ də susur
Bu haqq səsimizə ancaq göz yumur
Azğın erməniyə qadağa qoymur
Məsum körpələrin günahı nəydi?!

Qələbə gününü gözləyirik biz!
Yurdumdan yox olsun düşmənlərimiz
Heç vaxt məhv olmasın körpələrimiz
Məsum körpələrin günahı nəydi?!
2 noyabr, 2020


QİSASINI DÜŞMƏNDƏN AL, ƏSGƏRLƏRİM!

Ermənilər xain, çirkin millətdi
Torpağı zor ilə ələ keçirtdi
Yurdumda amansız, çox qəsdlər etdi
İndi çatıb məqam, sən vermə aman!
Əsgərlər, qisas alın düşməndən.

İgid Koroğlunun nəslindənik biz
Qorxmadan döyüşən igidlərimiz!
Qarşında diz çökən düşmənlərimiz
İndi çatıb məqam, sən vermə aman!
Əsgərlər, qisas alın düşməndən.

Xocalı qısası sinədə dağdı,
“Soyqırım” edərək xalqımı qırdı.
“O qisas” düşməndə qalmayacaqdı
İndi çatıb məqam, sən vermə aman!
Əsgərlər, qisas alın düşməndən.

Bunu tələb edir sizdən öz yurdum
Yağılar əlində deyir məhv oldum.
Hanı Babək kimi qeyrətli oğlum?!
İndi çatıb məqam, sən vermə aman!
Əsgərlər, qisas alın düşməndən.

Torpaq üçün canın verən şəhidlər
Bunu sizdən hər vaxt tələb edirlər
Öz yurdunu azad görmək istərlər
İndi çatıb məqam, sən vermə aman!
Əsgərlər, qisas alın düşməndən.

Yurdumdan kəsilsin düşmənin əli
Onlar qanımızı içən bir zəli
Haydı igidlərim, haydı irəli
İndi çatıb məqam, sən vermə aman!
Əsgərlər, qisas alın düşməndən.

Məhv eləyin qırın, kəsilsin kökü,
İnsanlıqdan məhrum şərəfsiz tülkü
Ömrü boyu qırıb biz ulu türkü
İndi çatıb məqam, sən vermə aman!
Əsgərlər, qisas alın düşməndən.

Qarabağ torpağı azad olacaq
Yurdunda bayrağı dalğalanacaq!
Yenə əvvəlkitək şad yaşayacaq
İndi çatıb məqam, sən vermə aman!
Əsgərlər, qisas alın düşmandan.


NİYƏ TALEHİMİZ YAZILDI BELƏ?

Tərtər rayonunun Hüsənli kəndinin şəhidi
Eşqin Hüseynovun əziz xatirəsinə ithaf edirəm.


Əhd-peyman bağlayıb, axı and içdik
Bir-birimizi necə sevirdik?!
Bilmirəm, nəzərə, gözəmə gəldik?!
Niyə talehimiz yazıldı belə?!

Nişan xonçaları əllərdə qaldı
Sizdən bizə gələn yollar bağlandı.
Arzular, istəklər gözlərdə qaldı!
Niyə talehimiz yazıldı belə?!

Gəlin paltarını geyib əynimə
Gəlin köçəcəkdim mən Eşqingilə...
Yetişə bilmədim bu xoş əhdimə,
Niyə talehimiz yazıldı belə?!

Gəlinlik fatası əlimdə qaldı,
Bir anın içində dava başladı.
Müharibə səni əlimdən aldı,
Niyə talehimiz yazıldı belə?!

Eşqin hərbçiydi getdi döyüşə,
Vətənini hədsiz sevib həmişə.
O mənə ümidlər verirdi necə...
Niyə talehimiz yazıldı belə?!

Elə igidliklə o vuruşurdu
Qələbə çaldıqca qürur duyurdu
Onun ürəyində arzusu çoxdu...
Niyə talehimiz yazıldı belə?!

Deyirdi ki, gözlə mən gələcəyəm...
Sənə təm-təraqlı toy edəcəyəm.
Sanırdım xoş günə yetişəcəyəm
Niyə talehimiz yazıldı belə?!

Eşqin şəhid olub bir gün dedilər,
Kaş yalan olaydı dedim bu xəbər.
Öz dünyam gözümdə söndü nə qədər
Niyə talehimiz yazıldı belə?!

Arzular gözümdə oldular pərən
Vətəni hər şeydən əziz bildin sən!
İndi şəhid kimi zirvələrdəsən
Niyə talehimiz yazıldı belə?!

El-oba yığışdı gəldi yasına
Büründün Vətənin al bayrağına
Sandım ki, gedirsən bəy otağına
Niyə talehimiz yazıldı belə?!

Gözlərim axtarır səni gəzirəm
Bir əsgər görəndə çox diksinirəm
Bütün ömür boyu gözləyəcəyəm
Niyə talehimiz yazıldı belə?!
26.02.21


GÖZLƏRİM AXTARIR, SƏNİ AY ANAM

İllər nə yaman sürətlə ötdü,
Sənin bu dünyadan köçdüyün gündü,
O vaxtdan qəlbimi qəmlər bürüdü,
Gözlərim axtarır, səni ay anam!

O vaxtdan həsrətəm xoş nəfəsinə
Bizə söylədiyin can kəlməsinə
Kaş o sözü yenə deyəsən mənə!
Gözlərim axtarır, səni ay anam!

Bircə yol qapımdan girib içəri
Dünyada verərdin mənə nələri
Sanki qaytarardın sənli günləri
Gözlərim axtarır səni ay anam!

Dilim qabar oldu, ana deməkdən
Gül kimi saraldım, xiffət çəkməkdən.
Dünyada doymadım, ay anam səndən
Gözlərim axtarır səni ay anam!

Gedib məzarınla durub təkbətək
Səssiz boylanıram yetim uşaq tək
Elə istəyirəm sənlə dərdləşmək
Gözlərim axtarır səni ay anam!

Doyunca üzünü görə bilmədim,
Bağrına sığınıb əzizlənmədim
Mən ağlım kəsəndən səni görmədim
Gözlərim axtarır səni ay anam!

Küskün taleyim çox məni incitdi
Anasız yaşamaq, axı çətindi
Sinəmə yığmışam dərdi, möhnəti,
Gözlərim axtarır səni ay anam!
10.02.21



TUT ƏLİMDƏN GEDƏK NURLU SABAHA Səidə Əşrəfqızı: "TUT ƏLİMDƏN GEDƏK NURLU SABAHA"

Elə narın-narın həzin qar yağır,
Xəyalım keçmişə məni aparır
Tutaydıq əl-ələ yenə ikimiz
Bu qarlı havada gəzişəydik biz!

Qarı yumurlayıb ataydım sənə
Sən də qartopunu vuraydın mənə.
Qaçaydım sən məni gəlib tutaydın
Məni öz köksünə bərk-bərk sıxaydın.

Şaxtalı havada o od nəfəsin
Məni isidəydi, biz təbiətin
Gözəl aləmində bihuş olaydıq,
Üz-üzə, göz-gözə durub baxaydıq.

Nə şaxta, nə soyuq üşütməz bizi,
Heç nə qıra bilməz, saf sevgimizi
Elə sığınmışam, sənin bağrına
Sanki mən qalxmışam, göyün qatına.

Ulduzlar, bərq vurur, dörd bir yanımda,
Ayın, ulduzların kainatında
Necə xoşbəxtəm bu cür halımla
Mən səni sevirəm, xoş varlığımla.

Gəzinək səninlə səhər qədər
Bəlkə, həsrətlərim yox olub itər
Mən səni əlimdən vermərəm dah
Tut əlimdən gedək nurlu sabaha.

Keçmişdən bu günə yolları aşaq
Sədləri adlayıb xoşbəxt yaşayaq
Nə qüssə, nə kədər tapmasın bizi
Bir də itirməyək bir-birimizi.

Tut əlimdən gedək nurlu sabaha
Qəlbim od içində alışmaz daha
Bu qarlı, şaxtalı, soyuq havada
Tək-tənha qalmayım, gəl yetiş dada.
25.02.21




“XOCALI CƏNGAVƏRİ ƏLİF HACIYEV”
(Poemadan bir hissə)

Azərbaycanın Milli qəhrəmanı
Əlif Hacıyevin
xatirəsinə həsr edirəm


Soyuq qış axşamı, fevral ayıydı
Çoxlu qar yağmışdı, hava şaxtaydı
Düşmənlər hücuma, davaya qalxdı
Toplar guruldayır birbaşa alır
Şəhər od içində alışıb yanır.
Tanklar, beteyirlər bərk hücumdadır
Tüstünün alovu göylərə qalxır.
İnsanlar yuxudan durub qaçacaq
Haraya getsinlər bilmirlər ancaq
Əlif əmr elədi geri çəkilək.
Əliyalın xalqı xilas eləyək.
Hər tərəf bağlıdır bircə yol durur
Sarı qayalıqdan bu çay yoludur
Əli yalın xalqım çayı yararaq.
Meşəliyə doğru qaçırdı ancaq.
Soyuqda, şaxtada çoxu donmuşdu.
Erməni qarşıda pusku qurmuşdu.
Səngərlərə dolub xalqı gözləyir.
Ora çatanları qırıb məhv edir!
Əlifin dəstəsi igid oğullar,
Bu yerdə xalqını çox qorudular.
Döyüşə-döyüşə xalqı çıxarır.
Özünü alova, atəşə atır...
Döyüşür son damla qanına kimi.
Qoy Tanrı qorusun igidlərimi.
Əlifin qarşısın kəsib gavurlar!
Olsaydı əlində güclü silahlar!
Bütün ermənin kökün kəsərdi
Namərdlər Əlifə aman vermədi.
Qəzəblə kükrəyir bilmir neyləsin!
Millətini necə xilas eyləsin!
Vuruşur-vuruşur ara verməyir.
Güllələr Əlifin üstünə gəlir.
Gülləsi az qalıb artıq qurtarır.
Düşmənlər Əlifi hədəfə alır.
Şütüyür güllələr şaraqhaşaraq.
Namərdlər Əlifi nişan alaraq.
Onu ürəyindən yaraladılar.
Döyüş yoldaşları ona çatdılar.
Xalqı başsız qoyub, getmə ay Əlif.
Hamı ümidini tək sənə dikib.
Xocalı cəngavəri belə tez ölmə!
Namərd qarşısında qəddini əymə!
Axı, sən gərəksən bu gün vətənə.
Qırılan, məhv olan bir millətinə!
Qalx ayağa, Əlif, gözlərini aç.
Yoxsa Xocalımız tam məhv olacaq!
Əlif gözlərini tamam yumaraq,
Əbədi həyatla o vidalaşar.
Bu itki xalqımı yaman ağrıtdı:
Elin igid oğlu heyflər sənə
Düşmən zərbə vuran cavan ömrünə!
Hay verdin vətənin hər vaxt səsinə.
Vətən qiymətliydi canından sənə.
Yerin torpağı da Əlifə yanır.
Onun bu ölümü xalqına dağdır!
Əliftək qeyrətli igid oğlanlar.
Düşmənin qarşısın almasaydılar,
Sağ çıxan olmazdı o cür qırğından:
O gün xalqım üçün təhlükəli an
Sinəsin qabağa verən oğullar!
Qanıyla bir şanlı tarix yazdılar!
26.02.2021

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: