Nəzakət Rəşidli: "MƏN HƏMİN QADINAM..."

Nəzakət Rəşidli: "MƏN HƏMİN QADINAM..." KÖLGƏLƏR
Hərdən uzaqlaşıb sovuşuram mən,
Elə mən özümdən ya da ki, sizdən.
Bir həzin sükuta qovuşursam mən,
Elə bil yox olub, itirəm gözdən.

Bəzən də sakitlik bürüyür məni,
Sönür yanağımda gözümün nəmi.
Dalınca qəm-kədər sürüyür məni,
Getdiyim yerəcən məndə kölgəmi.

Yolumu izləyir səssiz-səmirsiz,
Soruşmaz gedirik hara kölgələr.
Bəzi etibarsız bəzi səbirsiz,
Dostlardan yaxşıdı qara kölgələr...

* * *

Bilmirəm bacaracammi?!
Baxışlarım...
Payız səmasına tikilib...
Sükutdayam...
İçimdə intehasız bir qaranlıq...
Ümüdlərim qədərlə üz üzə..
Sən qəlbimdəsən..
Harda olmalıydın ki,?!
Duyğularım..
Qəfləti leysanlar kimi...
Töküldü üstümə..
Hisslərimiz bir daha qovuşdu anladım
Sanki qeyibdən pıçıltı səsin gəldi...
Səni sevirəm..
Qədər də sızladı..məndə
Bir birimizlə bacarmırdıq bu anlarda..
Əslində mən kiməm ki,..
Heyrətdəyəm..
Çoooox
Üzgünəm...
Elə bil qədərdə bacarmırdı özüylə..
Sən varkən...
Səndən necə uzaq olum mən?!

* * *

Ben hemen kadınam hatırla beni,
Bir zaman gönlünde bitdiğim kadın.
Herkesden kıskanıb, paylaşmadığın
Birgə vüsalına, yetdiğin kadın.

Ben hemen kadınam, ömrüne gelen
Seni yüreğimin sultanı bilen.
Geceler ağlayan, gündüzler gülen,
Sebebsiz terk edib getdiğin kadın.

Gederken kalbimi kemle kovurub,
Yandırıb külümü göye sovurub.
Kalbinden çıkarıb, kalbinden yolub,
Taleyin bir, zindan etdiğin kadın.

Ben hemen kadınam kalbden vurulan,
Hesretden sarsılan, çöken, yorulan.
Seninle yaşayan senle doğulan,
Ömründen gününden itdiğin kadın.

Nəzakət Rəşidli,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: