SƏADƏT MƏLİKOVA (1971)
Səadət Mansum qızı Məlikova -
1971-ci il aprelin 1-də
Bakıda anadan olub.
1978-ci ildə I sinifə gedib,
1988-ci ildə orta məktəbi bitirib.
Elə həmin il Bakıdakı 1 sayli
Tibb Texnikumuna daxil olub.
1990-cı ildə təhsilini başa vurub və
Bakıdakı Semaşko adına xəstəxananın
(indiki Kliniki Tibbi Mərkəzin)
yoluxucu xəstəliklər şöbəsində
tibb bacısı vəzifəsində əmək fəaliyyətinə başlayıb.
1991-ci ildə uşaq yoluxucu xəstəlikləri şöbəsində
baş tibb bacısı vəzifəsinə, 1993-cü ildə yenidən
yoluxucular xəstəliklər şöbəsində baş tibb bacısı,
1998-ci ildə yoluxucu reanimasiyada baş tibb bacısı,
2000-ci ildə Semaşko adına xəstəxana üzrə
böyük tibb bacısı vəzifəsinə təyin olunub.
2020-ci ilin mart ayından ölkəmizdə Covid-19 xəstəliyi
yayılmağa başladığı ilk günlərdən həmin virusa yoluxmuş
xəstələrə, daha sonra isə 2-ci Vətən muharibəsində
yaralanan zabit və əsgərlərə qulluq etmişdir.
Hazırda keçmiş Semaşko adına xəstəxanada -
indiki Kliniki Tibbi Mərkəzdə
tibb bacısı vəzifəsində işləyir.
Səadət xanım həm də poeziyani çox sevir, boş vaxtlarında
özü də şeir yazır və özü səsləndirir. Həvəskar şairədir.
Xəstələrə şəfa vermək onun heyatının mənası olmaqla bərabər
poeziya da onun üçün bir qidadir.
Şeirləri müxtəlif mətbuat orqanlarında, o cümlədən,
“Şərqin səsi”, “Elm və təhsil” qəzetlərində,
“Poeziya çələngi” adlı ədəbi məcmuədə,
turan.info.az və Zirve.İnfo saytlarında dərc olunub.
Onu da əlavə edək ki, Səadət xanım
vaxtilə qarmon da ifa edib,
1982-ci ildə rəhmətlik Əfsər Cavanşirovun
"Bənövşə" xorunda televiziyada çıxış edib.
Bir oğlu var.
Yeri gəlmişkən, xüsusi olaraq,
onu da qeyd edək ki, aprelin 1-i
Səadət xanımın doğum günüdür.
Daha doğrusu, yubileyidir.
Anadan olmasının 50 illik Yubileyi!.
Biz də hörmətli Səadət xanımı yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona şəxsi həyatında,
əmək fəaliyyətində, eləcə də, bədii yaradıcılığında
yeni-yeni uğurlar arzulayır və aşağıda onun
bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Firəngiz İBADOVA,
turan.info.az
Mən səsini eşidəndə...
Qəlbim yandi, alovlandi,
mən səsini eşidəndə,
Telefon əlimdə titrədi,
mən səsini esideəndə.
Xatirələr yada duşdu,
o illərə qayıtdim mən,
Sən yanımda olan zaman,
çox xoşbəxtdim inan ki mən.
Piçiltili səslə dedin: -Necəsən sən?
Gözum doldu, dedim:
- Sənsiz necə olum ki, mən?
Neçə illər sonra yenə,
döndün mənə, necə olum?
Heç yadımdan çıxartmadım,
sənlə keçən o günləri.
Keçdiyimiz o kücələr,
o dalanlar, o bağçalar,
Süzgün, süzgün o baxişlar,
O gülüslər, o nəşələr...
Bir anliq yadima düsdü.
Göz önünə gəldi bir an sənin siman.
-Harda idin bu vaxtadək,
Heyatim sensiz menasizdı.
-Harda idin bu vaxtadək?
Axi öldürdün sevgimi?
İndi dönüb deyirsən ki,
gel yenidən baslayaq biz.
Axi mən o mən deyiləm,
Heyat məni çox qocaldib
Axi mən o mən deyiləm
Saç ağarib, üz qocalib
Helə qəlbimi demirəm
O lap çoxdandan qocalib.
Daha sevə bilmərəm mən
Mən ölurem, can üsteyem,
Məzarim üstə gələrsən
Qizilgüllerle bezersen
Kederli olarkən, qəmli olarkən
Baxib baş daşima bir anliq, bir an
Keçmişə dönərsən, yada salarsan
Daha mən yoxam, Sən azad yaşa
Get xoşbəxt ol, sən sevgi yaşa.
SEVİRDİM SƏNİ
Niyə mənə inanmadın,
Sevən qəlbə sən yanmadın.
Dinləmədən çəkib getdin,
Budur sənin məhəbbətin?
Xəyalımı sən puç etdin,
Qəlbimi də qırıb getdin.
Daha kimə inanım mən,
Budur, sənin məhəbbətin?
Axı sevirdim mən səni,
Aya bənzədirdim səni.
Nə tez unutdun sən məni,
Budur sənin məhəbbətin?
Qoydun yarı yolda məni,
Axı sevirdim mən səni.
Özgəsiylə gördüm səni,
Budur sənin məhəbbətin?
Get xösbəxt ol, azadsan sən,
Unut məni axtarma sən.
Nə sevgi var, nə məhəbbət,
Öz dərdimə şərikəm mən.
Canım bacım Gulnarə
Həyat səni nə tez aldı,
Canım bacım Gulnarə.
Gözəl ana, gözəl qadın
Canım bacım Gulnarə.
Hər insana dəstək olsun,
Sən hamıya kömək oldun
Amma özün cavan getdin,
Bu dunyadan sən Gulnarə.
Nur simanla, gülüşünlə,
Çox xəstəyə şəfa verdin,
Amma ozun bu virusun
Qurbanına çevrildin sən
Tez tərk etdin bizləri sən.
Hamı səni gözüyaşlı
Hər an səni düşünürük,
Bir an səni unutmadıq
Canım bacım - Gulnarə.
Şəklinə baxdıqca,
Səsinə qulaq asdıqca,
Goz yaslarım suzulur
Cavan getdin bu dünyadan
Canım bacım Gülnarə.
Övladların gözü yaşlı
Məzarın üstünə gəlir.
İş yoldaşların səni
Hər yerdə axtarır, gəzir.
Sən ölməzsən bizlər üçün,
Qəlbimizdə yer almısan.
Daim səni yaşadacaq,
Əməllərin, zəfərlərin.
Rahat sən yat məzarında
Canım bacım Gulnarə.
Qocalar evi
Qocalar qocalar derdli, qocalar,
Gozlerde bir nisgil, bir keder, qem var.
Baxdiqca insanin ürəyi sizler,
Qocalar, qocalar, qocalar evi.
Gozler dikilibdir qapiya sari,
Biride hey baxir pencerelerden.
Belke oglum geldi, belkede qizim,
Umudle gozleyir her ana, ata,
Qocalar, qocalar, qocalar evi
Bacirsan ag saçli ana, ataya,
Bu qeder insanliq goren olubmus?
Bir zaman boyudub boya catdiran,
Indi qocalar evinde qalan
Qocalar, qocalar, qocalar evi.
Eh dunya ne deyim sene,
Bala hesretinden, sevincden uzaq
Geceler içleri qan agliyaraq
Ag saçli ana ve aralar
Kimsesiz qocalar evinde yatar.
Kaski hec bir ana ve hec bir ata
Qocalar evinde qalmasaydilar,
Vicdanli ovladlar valideynlerin
Qocalar evine atmasaydilar.
Gun o gun olsun ki, Vetenimizde,
Qocalar evleri yigisdirilsin.
Butun ovladlar oz valideynlerin,
Qedrini bilib, sevsin, sevdirin
Budur menim arzu, dileyim.
Qocalar, qocalar, qocalar evi.
ALDATDIN MƏNİ
Bu nece sevgidir, bu nece sevgi,
Deyirdin sevirem, amma sevmedin,
Yalandan Soz verib, aldatdin meni,
Bu nece sevgidir, bu nece sevgi?
Menden sans istedin, sans verdim sene,
Amma sen ona deyer vermedin.
Indide cekilib durdun qiraqda,
Bu nece sevgidir, bu nece sevgi?
Sene inandim men, umud bagladim,
Sene guvendim men, sevdim seni men.
Sense yalanlarla qandirdin meni,
Dilenme bir daha menden sen sevgi.
Bu nece sevgidir, bu nece sevgi?
Səadət Məlikova,
turan.info.az
.