Ailəlidir. Üç qızı var.
Biz də hörmətli həmkarımız Gülbəniz xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun yeni şeirlərini dəyərli oxucularımıza ərmağan edirik.
Müşfiq BORÇALI,
turan.info.az
AZƏRBAYCAN
Qəhrəmanlar diyarısan,
Doğma elsən, Azərbaycan.
Ömrümüzün baharısan,
Şirin dilsən, Azərbaycan.
Gözəldi hər bir qarışın,
Bi aləmdi yaraşığın.
Qızıldı torpağın, daşın,
Solmaz gülsən, Azərbaycan.
Bir cənnətdi dağın, düzün,
Bir şirin nəğməsən özün.
Dildən-dilə düşsün sözün
Coşqun selsən, Azərbaycan.
Oğlun-qızın qəhrəmandı,
Bağın-bağçan gülüstandı.
Hər tərəfin çıraqbandı,
Müstəqilsən, Azərbaycan.
VƏTƏN OĞLU
Torpağımız yad əlində qalıbdı,
Ah-naləsi ərşə qalxıb, kəsilmir.
Bu ayrılıq bizi dərdə salıbdı,
Göz yaşları sel tək axıb, kəsilmir.
Vətənoğlu, ayağa qalx, amandı,
Düşmən hələ at oynadır Şuşada.
Bir çarə qıl, indi çətin zamandı,
O torpağı vermək olmaz bil yada.
Azad elə doğma eli-obanı,
Qılıncını əldən qoyma heç zaman.
Qartal kimi zirvədən süz dörd yanı,
Qoy kəsilsin yaramızdan axan qanı.
Qoy analar bir də saçın yolmasın,
Sərhədində möhkəm dayan nər kimi
El-obamız bir də köçkün olmasın,
Gir döyüşə pələng kimi, şir kimi.
Vətən oğlu, yetişibdi vaxt, zaman,
Bir nərə çək, səslə eli obanı.
Qoy qalmasın bu tökülən nahaq qan,
Vətən üçün əsirgəmə sən canı.
ŞƏHİDLƏR
Siz ey vaxt-vədəsiz köçüb gedənlər,
Sizin hünəriniz aləmə bəlli.
El üçün canını fəda edənlər
Sizsiniz Vətənə, yurda təsəlli.
Göynəyir hələ də yurdun yarası,
Nədir millətimin axı günahı.
Qurtarmır torpağın, millətin yası,
Göylərə yüksəlir xalqımın ahı.
Azadlıq yolunda çıraq oldunuz,
Ey şəhid balalar, eşq olsun sizə.
Çox da ki, tez açıb, tez də soldunuz,
Bir örnək oldunuz hər zaman bizə.
Unudulan deyil bu qəhrəmanlıq,
Siz baş əymədiniz düşmən önündə.
Sizin hünəriniz deyil bir anlıq,
Sizdən ibrət alıbdı zalım ölüm də.
Adınız hər zaman yaşayacaqdır,
Bu Vətən, bu torpaq unutmaz sizi.
İllər adınızı daşıyacaqdır
Hünər, qeyrət dərsi keçdiniz bizə.
ANA, MƏNƏ LAYLA ÇAL!
Səsin necə müqəddəsdi, şirindi,
Məhəbbətin dəryalardan dərindi.
Al başımı dizin üstə sən indi,
Yuxum gəlir, sənin sözün bal,
Ana, mənə şirin-şirin layla çal.
Qulağımda cingildəsin səs bu gün,
Mən laylasız yatarammı bəs bü gün?
Sən ağrımı, acımı kəs bu gün.
Məni dərdin əllərindən özün al,
Ana, mənə şirin-şirin layla çal.
Nəfəsinlə mən cənnətə qovuşum,
Qalmayıbdı daha mənim bax huşum,
Nələr çəkib bu dünyada gör başım.
Nolar, bu gün sən yanımda dayan, qal,
Ana mənə şirin-şirin layla çal.
ATA
Bu necə baxışdı, bu necə duruş,
Çəkdiyim inan ki, bir ahdır, ata.
Ürəyim bu dərdə tablaya bilmir,
Mən elə bilmişəm bir şahdır ata.
Nə vaxtdır gözlərim yolunda qalıb,
Həsrətin qəlbimə bir od salıb.
Sənsiz ürəyimi şaxta, qar alıb,
Dur gəl, günəş çıxıb, sabahdır, ata.
Sönməyib sinəmdə çatdığın ocaq
Sənsiz qan ağlayır indi künc-bucaq.
Hanı o isti əl, hanı o qucaq,
Getdiyin yer, məkan uzaqdır, ata.
Necə də şirindi bu arzu, istək,
Bizi ayrı saldı bəs niyə fələk.
Mən sənsiz qalmışam bu həyatda tək,
Sənsiz yaşamağım günahdı, ata.
Susub bağ-bağçamın şeyda bülbülü,
Daha dindirən yox çiçəyi gülü.
Qalmışam nə vaxtı boynu bükülü,
Dərdimdən çoxları agahdır, ata.
MƏN ATA GÖRMƏMİŞƏM...
Ata ilə qūrur duyun
Fəxr edin ömūr boyu.
Ata edər
Ogul toyu, qız toyu...
Mən ata görməmişəm,
mən ata gözləmişəm.
Ömūr boyu, il boyu...
Bir görsəydim, deyərdim
Bu vaxtacan kiməsə
Qızım deməmisən sən?
Ata necə olur bəs?
Ailə kicik dövlət,
Ata hörmətli bir şəxs!
Həm xətirli, hörmətli,
Ailə canlı, söhbətli,
Būtūn mūsbət cəhətli!..
Atalar görmūşəm mən,
Ata görməmişəm mən.
Mən nələri görmūşəm,
Nələri görməmişəm?!
Qonşuda ata görüb,
Mən evdə gizlənmişəm.
Cūnki hörmət etmişəm,
Cox həsrətin çəkmişəm.
Mən ata görməmişəm,
Yadlar “qızım” deyəndə
Ata səsi bilmişəm...
İcimdə kövrəlmişəm
Mən ata görməmişəm,
Mən ata görməmişəm...
ŞAİRLƏR
Açan çiçəklərə nəğmə oxuyar,
Sözdən neçə-neçə çələng toxuyar.
Sevib-seviləndə olar bəxtiyar,
Şairlər sevgisiz yaşaya bilməz.
Nəğməsi “Vətən”di, havası “Cəngi”
Sevər çöl çəməndə o, necə rəngi.
Onlara yad olur şöhrət çələngi,
Şairlər sevgisiz yaçaya bilməz.
Dözərlər həsrətə, dözərlər qəmə,
Açar axtararlar sehrə, tilsimə.
Onlar toxunmazlar hər sarı simə,
Şairlər sevgisiz yaşaya bilməz.
Hər gün yeriyərlər üzü sabaha,
Onları qoymayın bata günaha.
Ahları tez çatar Uca Allaha,
Şairlər sevgisiz yaşaya bilməz.
Hər gün söz qoşarlar gülə-çiçəyə,
Dönərlər rübaba, dönərlər neyə.
Bir könül verərlər nazlı mələyə,
Şairlər sevgisiz yaşaya bilməz.
SEVGİ XƏSTƏSİ
Həyatda üz-üzə bəlkə gəlməsək,
Bu fani dünyada heç görüşməsək.
Sənə deyiləsi bircə sözüm var,
Nolar unutma, unutma məni.
Demirəm bir yerdə həmsöhbət olaq,
Səninlə bölüşək bütün dərdləri.
Mən yazım sən oxu şeirlərimi,
Nolar unutma, unutma məni.
Bədbəxt də deyiləm, çükür günümə,
Sənsiz də bu həyat yerimir desəm.
Həsrətdir üzünə nəmli gözlərin,
Nolar unutma, unutma məni.
Bilirəm mən deyiləm yalnız dərs-sərin,
Görürsən ətrafda neçə nazənin.
Olarsa rast gələr, oxşar gözlərim,
Yan baxıb üzünü çevirmə, dəlim,
Nolar unutma, unutma məni.
Ən yüksək zirvədə bircə şüar var.
Məhəbbət sözləri, sevgi sözləri.
Əlçatmaz zirvədə bircə güman var.
Mən yazıb gedirəm, unutma məni.
Nolar unutma, unutma məni.
DAĞLAR
Hər zaman könlümü alırsan mənim,
Necə mehribansan, mehriban, dağlar.
Mənim doğma yurdum, doğma məskənim,
Hər zaman sevimli, firavan dağlar.
Zirvəndə görmüşəm hər vaxt dümağ qar,
Qoynunda həmişə yetişibdi bar.
Qoynunda yaşayan olur bəxtiyar,
Sən bizə anasan, hər zaman, dağlar.
Gur çaylar qoynundan baş alıb axır,
Başında alovlu şimşəklər çaxır.
Düşmən cəlalına həsrətlə baxır,
Boynunu qucaqlar çən, duman, dağlar.
Sərindi yaylağın, istidi qoynun
Gah ağdı, gah da ki, yaşıldı daşın.
Sevdalar içində keçir hər anın,
Hər yanı gül-çiçək gülüstan, dağlar.
TELEFON
Telefonuma zəng edib
Bağlı: dinmədin.
Cəsarətlə zəng edib
Niyə dinmədin?
Məni sevindirdin,
amma bilmədin
Titrədi əllərim,
əsdi ürəyim,
Bağlı gələn zənglər bilirəm sənin.
Qıymadın qürurun məni qırmağa,
Çalışdın özünü uca tutmağa,
Cavab axtarıram sənə yazmağa.
Gəldi qoşa şəkilimiz telefonda ekrana
Deyirsən ki, yəni ayrılmamışıq,
Bir müddət, bir azca ayrı qalmışıq,
Ayrı-ayrılıqda aolvlanmışıq,
Mən səni sevirəm,
Sən mənə aşiq.
SƏNSİZ OLANDA
Dünya başıma dar olur,
Rəngim, ruhum gültək solur.
Gözlərimə duman dolur,
Gülüm, mən sənsiz olanda.
Qəm-qüssə öldürür məni,
Saçlarıma səpir dəni,
Düşünürəm bircə səni,
Gülüm mən sənsiz qalanda
Xəyalımda sən olursan,
Bu dünyada tən olursan.
Dərd-qəm çəkmək olmur asan
Gülüm, mən sənsiz olanda.
Yeriyir üstümə dərd-qəm,
Sanki mənə gülür aləm.
Yüz yol ölüb, dirilirəm,
Gülüm, mən sənsiz olanda.
BALIQÇI
Sən balıqçı, mən deyiləm qızıl balıq,
Əməllərim, niyyətim çin.
Nə söyləsən əməl edim,
Heç demərəm burax gedim.
Dəryalara baş vurmuşam,
Neçə tordan qurtulmuşam.
Gələcəyə yol tapmışam,
Qoy danışım, sən qulaq as.
Ələddinsiz çoxalıbdı,
Bu aləmin həm sehri, həm çırağı.
At torunu, bəlkə düşə qızıl balıq,
Düşmüşəm ağızdan, dildən-dilə.
Talehim söyləyir hekayə, nağıl,
İnsanda olmayıb əzəldən ağıl.
Rastıma çıxsaydı o qızıl balıq,
Yalnız bir söz soruşardım ondan,
Görəsən bilməyir balıqçı hanı?
turan.info.az
.