Bu gün istedadlı qələm dostumuz,
tanınmış şairə Emfira Hacıbaba qızı
Tağıyevanın doğum günüdür.
O, 1950-ci il fevralın 17-də
Xaçmaz rayonundakı
Alıc-qışlaq kəndində
ziyalı ailəsində anadan olub.
Yeyinti sənaye texnikumunu bitirib.
İxtisası üzrə Texniki Peşə məktəbində
həm müəllimə işləyib,
həm də uzun müddət məktəbin
ilk partiya təşkilatının katibi olub.
Orta məktəbdən şeiriyyətə qovuşmuş,
hazırda da davamlı olaraq şeirləri
müxtəlif mətbuat orqanlarında,
almanaxlarda poeziya antologiyalarında
işıq üzü görüb.
2021-ci ildə "Borçalı" nəşriyyatında "Dünyam mənim" adlı kitabı çap olunub.
Hazırda ikinci kitabı da "Borçalı" nəşriyyatında çapdadır.
Yaxın günlərdə işıq üzü görəcək.
Ailəlilidir, üç övladı var.
Biz də hörmətli Emfira xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır
və aşağıda bir neçə şeirini dəyərli izləyicilərimizə təqdim edirik.
Məryəm ŞÜKÜROVA,
turan.info.az
ŞAH DAĞI...
Sürücü azalt sürəti,
Bu dağlara baxım gedim.
Uşaqlığım burda keçib,
Qoy doyunca baxım gedim.
Şah dagının ətəyidir
Xırda dağlar bu yamaclar
Azərbaycan bəzəyidir,
Quba, sıldırım qayalar.
Həm yayı, yazı, payızı,
Gözəl olur, bəzək verir.
Yamaçında alma, iydə,
moruqları bol yetişir.
Meyvələrdən bollu yığlb,
Çantalara doldurardıq.
Taxıl əkərdilər orda,
Yığardıq baş-ayaq burda.
Saqqız kimi ağzımızda,
Çeynəyərdik axşamacan.
Yığışardıq qar yağanda,
Bölüşərdik neçə dəstə.
Oturardıq dağ başında,
kirşələrlə dağ yamacda.
O qədər aşardıq dağdan,
Yamacında qayalıqdan.
Qaçdı-tutdu oynayardıq,
Atlanardıq dağ başından
Qar topası oynayaqdlq,
Gah o yanda, gah bu yanda.
Çal-çağırla şənlənərdik,
Axşamacan qaranlıqda.
Yarım əsir bəlkə də çox,
Keçib o gündən bu günə.
İndi artıq çallaşmışıq,
Heyif ki, çox qocalmışıq,
Artıq sürəti qaldır sürücü,
Tez ötüşək gedək burdan.
Dağlar gözümdə kiçilib
Ürəyim dağa döndü bu andan.
YADINDAMI?!.
/ünvansız/
Əziz dostum yadındamı o günlər?
Görüş istəyirdin,daş idi qəlbim.
Sevgi nə olduğun bilməyən insan,
görüşə çağırırdın məni, o zaman!
Yadındamı dediyin ilk kəlmələr,
qulağımda cingildədi hirsləndim.
İtaətlə yalvararaq deyirdin,
Gəl görüşək nə olar ay sevgilim.
Xasiyyətdə ağır idim, bu sözlər,
mənə çatmır, sanki məni sıxırdı.
Sən sevirdin, mən isə əsəbləşir,
sözlərin də mənə çatmır deyirdim.
İndi arxadadır, keçib o günlər.
qəribə bir hisslər keçir qəlbimdəm.
Sevgi hisslərini duymayan insan,
hissin nə olduğun bilməz heç zaman.
Saxta sevgilərlə doludur həyat,
qorxu da bürüyür insanı heyhat.
Son zaman sevirəm söyləyən
İnsan, ayrılır bir anda, sən inanmırsan.
Heç kimə qalmayıb inam həyatda,
İnan nə hörmət var,nə məhəbbətə.
Əyilmə nə vara, nə də dövlətə,
İşini düzgün qur uyma söhrətə.
Fəhlə ol rahat ye, rahat dolan sən.
hər zaman deməyə bir sözün olsun.
Geyindir şanındır, gəzməyin şöhrət.
Layiqli olarsan fəxr edər Dövlət.
14.04.2018
QARABAĞIM
DƏRDİM MƏNİM...
Müharibənin dadını,
Bilən gündən "yaralıyam".
İgidlərin al qanını,
Bayrağımda, mən sanıram.
Kövrəlirəm səhər, axşam,
Yaralı qazi görəndə.
Gildir-gildir yaş tökürəm,
Cənazələr gətriləndə.
Bu yaralı qəlbim mənim,
Qan ağlayır can verəndə.
Sızıldayır yaram mənim,
Evinə təhvil verəndə.
Özümü şəhid sanıram..
Anaların göz yaşında.
Ümüdlər yolda qırılıb,
Sevənlərin gözlərində.
MARŞ
İgid əsgər, möhkəm dayan !
Avtomatın,darağın var.
Qaldır göyə bayrağını,
Sənin yaraq-yasağın var.
Nəğarət :
Bayrağını uca tut,
Azərbaycan əsgəri !
Cəsarətli,qürurlu,
Addımlarla irəli !
İgir əsgər,Vətən sənin,
Hünərinə arxalandı.
Gəbərt mənfur düşmənləri,
Bu qan yerdə qalandı.
Nəğarət:
Bayrağını uca tut,
Azərbaycan əsgəri!
Cəsarətli,qürurlu,
Addımlarla irəli!
ARZULARIM
DİLƏ GƏLMİR
Mən dünyamı sənə verdim,
Sənsə onu qorumadın.
Ürəyimdən qopan ahı,
Zamanında tutammadın.
Çox ağrılı, acılıydı,
Nərəsindən tük ürpəşir.
Qayalardan qopan daşlar,
Dağdan gəlir, yeri eşir.
Gözlərimdə yaş quruyur,
Gözlərimin nuru sönür.
Çaylar daşıb su durulur,
Arzularım puça dönür.
Həyat sonsuz, sevgi onsuz,
Gücüm çatmır inan onsuz.
Lal baxışlar da karıxır,
Dərd əlindən donur onsuz.
DÜNYAMI SƏNƏ VERDİM
Mən dünyamı sənə verdim,
Sənsə onu qorumadın.
Ürəyimdən qopan ahı,
Adı bir tək sənin adın.
Çox ağrılı-acılıydı,
Naləsindən tük ürpəşir.
Qayalardan qopan daştək,
Dağdan düşüb yeri eşir.
Sevgim kimi həyat sonsuz,
Sevgisiz qəlb məni sıxır.
Lal baxışlar dinməz onsuz,
Dərd əlindən çox katıxır.
VƏSF...
/Həyat yoldaşıma/
Sənsən həyatıma bəzək.
Sabahın xeyrə açılsın.
İstəmirəm küsü gəzək,
Üzümüzdən nur saçılsın.
Oyananda hər gün səhər,
Səninlə nəfəs alıram.
Ürəyimdir sənin yerin,
Mən səninlə dolanıram.
Düşünürəm sən olmasan,
Halım necə olar mənim.?
Sənsiz həyat,bir boşluqdu,
Ömür olar, sənsiz qənim.
Mən görməsəm bir gün səni
Dünya başıma fırlanar.
Sənsizliyə tab etmərəm,
Canım yanar, qəlbim yanar.
Ey mənə xoşbəxtlik verən
Mənim ömür-gün yoldaşım.
Sənin ilə fəxr eyləyim,
Daim uca olsun başın.
27.11.2016.
BİR ƏSKƏRİN ARZULARI...
Gözlər, qaşlar, dodaqlar,
Düşüncəli baxışlar.
Fikirləri dağınıq,
Nələr demir baxışlar?
Gözlərində niskillik,
Ürəyində məhəbbət!
Qəlbi dolu arzular,
Qəlbindəki o həsrət!
Xəyal ilə dolaşır,
Xəyallar aşıb-daşır.
Nələr keçmir qəlbindən?
Qoy düşməni əzim mən!!!
Evimə qayıdan tək,
Anamı göndərəcəm,
Elçi get söyləyəcəm...
İn şə Allah Qarabağ!
Azad olar Şuşa tək,
Laçın, Zəngəzur eli,
Erməni tapdağından,
Silinər birdəfəlik.
Azad olar Xankəndi,
Qovularlar it kimi.
Azad Azərbaycanda,
Gəzərik igid kimi !!
ŞƏHİDİN ARZULARI
Dərdim Vətən dərdi mənim,
Mən Orduya yazılmışam.
"YARDIMLIDI" obam-elim,
Vətənimçün can qoymuşam.
Adım AMAL ALİŞANLI,
Düşmənimə dağ çəkmişəm.
Bir gülləylə alıb canın,
Soysuzları pərt etmişəm.
Yaşamaq da, çox gözəldir,
Vuruşmaq ondan özəldir.
Şəhid oldum ana... canım…
Torpağa töküldü qanım.
Haqq yoludur bu yolumuz,
Şanlıdı bizim Ordumuz!
Dağ döşündən topladığın,
Gülünü istərdim oğlum.
Hərənizə bir gül qoyum,
Şəhidlərdi, sağın-solun.
NİYƏ QƏMLİSƏN...
Aç qəlbini niyə belə qəmlisən?
De sözünü, görürəm kədərlisən.
Sən əskərsən, həmişə sevimlisən,
Əlləri sıxmısqn, kilidləmisən.
Dinlə sözlərimi, mən deyinəndə,
Danla məni səhvlərimi görəndə.
Aç qəlbini, saxlama ürəyində,
Rahat olar, əyər səmimi olsan.
Görürsənmi, necə həyəcanlısan?!
Zamanında risk et, Azərbaycanlısan.
Gözləyirəm,nəyin varsa açıl sən,
Hər an səni dinləməyə hazıram.
Fikirləşmə sənsizliyə dözərəm,
Qəlbini aç mən sirrini bölmərəm.
Mən insanam,özümə güvənərəm,
Satılmaram öz qüvvəmə bələdəm.
MƏQSƏDİM AMALIM VƏTƏNDİR VƏTƏN...
(Xaçmazlı şahidimiz Tağıyev Nurağa
Davud oğluna ithaf)
"Bu dünya durduqca yaşamalıyam"!
"Nə qədər canım var yaratmalıyam"!
Xalqımı o qədər sevirəm ki, mən.
Yazdığım şeirdə yaşatmalıyam!
Allahım! Canımı alma hələ sən.
Qoy yazım yaradım, nə qədər varam.
Xəyal aləminin, aşiqi yaram,
Vətəni, xalqımı, yaşatmalıyam!
Vətənim bütövdür, əzizdir mana,
Necə yalan deyim Azərbaycana?!
Düşmənin cəsədin çöldə qoyana,
Gözlərim gördükcə yaşatmalıyam!
Varlığım,cəsədim, sənindir Vətən,!
Səni yaşadacaq, bu cansız bədən!
Sıxılar ürəyim, darıxar hərdən,
Məqsədim amalım! YAŞATMALIYAM!!!
İNSANLIQ CİLDİMİZ VAR
/nəsihət/
Mən sevincin dadını
Biney gündən bilirəm.
acının da dadını,
Dada dada gəlirəm.
Onları bir-birindən,
Ayırmayan insandır.
Axtarlb arayacaq..?
Bəlkə də bir cavandır.?
Qardaş bacı söylədik,
Doğulduğumuz gündən.
Mehribanlıq eylədik,
Hərə öz bildiyindən.
Atalardan bir misal,
Pis olmasa həyatda.
Yaxçlların qədrini,
Bilə bilmərik hətta.
Hər söylənən kəlmənin,
Var erkəyi, dişisi.
Ona görə yaradıb,
Allahım hər birimizi.
İnsan var ki, acından,
Yata bilmir gecələr,
Pissimist düşüncəylə,
Gec açılır səhərlər.
Nəyə gücümüz çatır,
O yükü də daşıyaq.
İnsanlq cildimiz var,
Bunu heç unutmayaq.
2017.
turan.info.az
NƏMLİ GÖZÜNLƏ
Qoy mən ölüm sənin qolların üstə,
Basaraq bağrına qucaqlayasan.
İsti nəfəsimi duyduğun zaman,
Ayrılıq olmasın sən qoruyasan.
Qoy mən ölüm sənn qolların üstə,
Hər zaman gəlişin mübarək olsun.
Qaldırıb məzardan baxdığım zaman,
Sənin gəlişinlə bir fərəh doğsun.
Qoy mən ölüm sənin qolların üstə,
Hər bir ziyarətin toy bayram olsun.
Ağir bir məqamdı, ağır durumda,
Təklik necə olur, həyanın olsun.
Qoy mən ölüm sənin qollarin üstə,
Baxanda bu soyuq məzar daşına.
Öpüb ayrılanda, nəmli gözünlə,
Biləsən gör nələr gəldi başına.
KÖRPƏLƏR..
Necə də məsumdu, necə də gözəl,
Mələklər güldürür, hər qımışanda.
Sevinc paylarıdır, Allah vergisi,
Tanrının bəxşidir, bu fəriştələr.
Allahın payına, sayına qurban.
Onun oğuluna qızına qurban.
Bismillah deyərək, adda qoyulmuş,
Tanrı da həmişə onu qorumuş.
Burda seçim yoxdur oğula qıza,
Hər ikisi ailənin pənahı.
Hüseyinin adını qoyun oğula,
Zəhra adı yaraşıqdır qızlara.
Qoy xoşbəxt olsunlar bütün balalar.
Qəhrəmanlıq simvoludurlar onlar.
Hər bir çətinliyə sinə gərərək,
Talenin yükündən azad olsunlar.
TƏSADÜF...
/qısa mənzum hekayə/
Təsadüf bizimçün möcüzə oldu.
Qəfildən görüşdük,yağış yağırdı.
Nazik bir dondaydım, islanıb bədən,
Üşütmə tutmuşdu, titrərtdim birdən.
Asta bir yerişlə addlmlayırdım.
Çıxdı o qarşıma, mən gözləmirdim.
-sənə soyuq olar aparım səni,
-çox çətin sualdı dindirmə məni..
Amma islanmışdım, çarəm yox idi,
Mənə yol göstərdi maşına mindim..
Oturduq yanaşı, səssiz səmirsiz,
Susurdu narahat o da dinmirdi.
-Yaman islanmışdım, isindim bir az,
Yağırdı yağışda, kəsmirdi az-az.
Qısıldım qınıma, dedim astaca.
Saxla maşınını, incimə nolar?
Artıq yaxınlaşdım, saxlasan olar?
Beləcə ayrıldıq qəmli-kədərli,
Hərə öz yoluyla, demədən dərdi.
Baxışdıq, sevinci, gözlərdə gördük,
Ümüd də qırıldı, beləcə söndük.
Qeyd:
--sorağı gəlmirdi tamamən itdi.
Daha qayıtmadı, bununla bitdi.
Qara bir xəbəri, gəldi uzaqdan,
Hər bir nişanəsi getdi, qalmadan.
2018.
NAMƏ...
/Sərbəst şeir/
-Sevincimə sığınıb, sənə bir namə yazdım.
Əvvəl salamlasıb, ürəyinə bağlandım.
Nə var nə yox soruşub, yazaraq mən ağladım.
Yəqin bu sözlərimlə ürəyini dağladım..
-Yaman darıxmışdım mən,vaxt ayır bir görüşək.
Həm sənin həm də mənim, sevgimizi bölüşək..
-Ürəyim parça-parça ovxalanıb tökülür.
Balaca bir xəbərdən,hissə-hissə sökülür.
Elə qucaqlayardım boynunu-boğazını.
Axıradək açardım ürəyimdən sözümü.
-Sevərdik sevilərdik, biz səninlə baş-başa.
Heç fikir də verməzdik, nə yaşa, nə gözə-qaşa.
Sakit bir guşə tapıb, söhbət də eləyərdik.
Nə qədər şirin söz var, bir-birinə deyərdik.
-Sən hardan biləsən ki, sevgi nə, məhəbbət nə.
Niyə səs sorağın yox, bilsən sən qədirim nə?
Yəqin ki, oralarda, çoxlu qızların vardır.
İnan ki vətənində, əvəzi də olumayan, gözəl qızların vardır.
-Sevgisi qucaq-qucaq,gəlin sevin sevilin.
Zəhmətkeş anaların qızlarıyla öyünün.
Qayıt gəl vətəninə,qiymət ver sən elinə.
Bəyənsən hər diyarın, hər ucun hər bucağın
Dünyanı əvəz edən, bəhrəli torpaqların.
Yad elli qızlarına baxıb gendən uyma sən
Bizim elin qızına barmaqarası baxma sən
Sən çöl bayır qızıyla, müqayisə eyləmə.
Azəri qızlarını onlara tay eyləmə.
"Vətən" ədəbi-bədii, elmi-publisistik məcmuə,
N: 01 (2021)
turan.info.az
.