Rövşən Şahverdi (1967)

Rövşən Şahverdi (1967) Rövşən Alipaşa oğlu Şahverdiyev - 1967-ci ildə Gürcüstan Respublikasının Kaspi rayonundakı Xıdıskuri kəndində anadan olub.
Əslən qədim və ulu Borçalımızın Marneuli rayonundakı Böyük Muğanlı kındindəndir.
1974-cü ildə Xıdıskuri kəndində məktəbə gedib.
1982-ci ildə 8-ci sinfi bitirib.
9-10-cu sinifləri qonşu Msxeta rayonundakı Ksani kəndində oxuyub.
Həmin bölgənin bir neçə kəndində azərbaycanlılar yaşasalar da, təəssüflər olsun ki, ana dilimizdə bir dənə də olsa orta məktəb olmadığından minlərlə soydaşımız ki, Rövşən də gürcü dilində təhsil alıb.
1984-1985-ci illər arası Tiflis şəhərində Probtexnikomda oxuyub. 1985-1987-ci illərdə hərbi xidmətdə olub.
Gürcüstan silahlı qüvvələrinin veteranıdır.
Hazırda bizneslə məşğuldur.
Poeziyanı sevir. Özü də şeirlər yazır.
Şeirləri "Zirvə", "Canım Azərbaycanım", "Sazlı-sözlü Borçalı", "Şahdağı", "Ləlvər dağı" və s poeziya antologiyalarında, müxtəlif mətbuat orqanlarında və internet saytlarlarında dərc olunub.
İrak-türkmən Yazarlar Birliyinin üzvüdür.
Şeirləri İrakın TuzXormat şəhərində nəşr olunan "Aksu" qəzetində çap olunur.
"Mənim Vətənim" "Dünya yalan dünyadır" kitablarının yaradıcı heyətinin üzvüdür.

Biz də Rövşən Şahverdiyə yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.


Tahirə QARABAĞLI,
turan.info.az



Salam olsun Azarbaycan yurduna

Salam olsun Azarbaycan yurduna,
Aslanına, qartalına, qurduna.
Sadiq olan vətənınə, yurduna,
Bayrağına sahib çıxan hər kəsə,
Vətən üçün verılən hər nəfəsə.

Salam olsun birlik deyən o səsə,
Vur dedikcə əsgər gəlir həvəsə.
Ordun salıb düşmənlərı qəfəsə,
Qulaq asma sənə biri dur desə,
Gələ bilməz heçkəs səninlə bəsə.

Salam olsun üç rənglı bayrağına,
Azad olmuş torpağına, dağına.
Salam söylə məndən Qarabağına,
O torpağda döyüşən hər əsgərə,
Düşmənə məzar qazılan səngərə.

Otuz ildir başı açıq gəzirəm,
İndi təzə papaq qoydum başıma.
Tik duruşla düşmənləri əzirəm,
Son qoymuşam gözlərımın yaşına,
Gəldim çatdım mən əlli üç yaşıma.


Mənim tək kasıbı neyləyəcən sən?

Eşitdim ürəkdən məni sevirsən,
Ürəyin atlanıb bura gəlırsən.
Özgə qapısında axşamlayanı,
Küçədə qalanı neyləyəcən sən?

Özüm dolanmağa çörək tapmıram,
Siqaranı çəkib yarsın atmıram.
Gecələr fikirdən rahat yatmıram,
Mənim tək kasıbı neyləyəcən sən.

Fikirin xəyəlın nədır ki, sənin,
Məni özünə sən taymı edirsən?
Günahna batmaram mən heç kimsənin,
Mənim tək kasıbı neyləyəcəksən.

Mən səni özümə yaraştırmadım,
Bilirəm varlısan araştırmadım.
Küçədə qalannan qarışdırmadım,
Mənim tək yetimı neyləyəcəksən?

Gəl sən keç bu eşqindən məhəbbətdən,
Atanın evində yiyirsən ətdən.
Qismətin çıxacak rayondan kənddən,
Mənim tək yoxsulu neyləyəcəksən?

Payızın çayları axıb durulsa,
Bu gərıb yetim də sənə vurulsa,
Sənin tək varlanıb bir gün qudursa,
Onda peşman olub göynəyəcən sən.


Payızı ömrümə özüm gətirdim

Payız gəldı, qış da gəlir yoldadı,
Mən baharı sənnən birgə yaşadım.
Sənsız balın zəhər olubdur dadı,
Peşman oldum səni niyə boşadım.

Mən eşqimi mövsümlərə bölmədım,
Getdım amma birdə geri dönmədım.
Onu bilki hələ sağam ölmədım,
Səni birdə heç bir yanda görmədım.

Mən gedəndə gözlərindən yaş axdı,
Peşman oldum qəlbım yaman darıxdı.
Çarxı fələk yıxdı taleh baxtımı,
Elə mənì sənsiz qoydu o vaxtı.

Gözlərım qurumur baxır yoluna,
Həsrətın tükənmır sarlıb boynuma.
Aģrılarım gəlìr sağdan soluma,
Əllərım bağlıdır qalıb qoynumda.


Bir salam ver elə keç

Qəlbimdə qurmuşam sənin taxtını,
Yadıma salmışam cavan vaxtını.
Gözlərin heç mənə sarı baxdımı?
Sən keçəndə bir salam ver elə keç.

Saçlarıma dən düşübdə ağarsa,
Üzümdə illərin izi qalarsa.
Payız gəlib yarpağlarım saralsa,
Sən keçəndə bir salam ver elə keç.

Sevgin məni ömür boyu yorsa da,
Cismin, ruhun özgəsının olsa da.
Hər görəndə bu gözlərım dolsa da,
Sən keçəndə bir salam ver elə keç.

Mənə düz de eşgim səni yaxdımı?
Yanağına gecə yaşlar axdımı?
Gəl barışaq indi küsmək vaxtımı?
Sən keçəndə bir salam ver elə keç.


Gün gələcək üstümdə ot bitəcək

Çal, kamançı, qoy ürəyim titrəsin,
Bu ürəkdə onun izi itməsin.
O yanımda olan zaman çalırdın,
Eşq qəlbimdən, səs gulaqdan getməsin.

Yatan hislər birdən-birə ayılsın,
Suçum varsa günah mənə sayılsın.
Qoy ürəyim alovlanıb alışsın,
Küsəyən qız gəlsin mənlə barışsın.

Elə çal ki, saçlarım da oynasın,
Dərdi qəmi ürək yaxın qoymasın.
Qonşular da küsən qızı tovlasın,
Məni sevib, sevməməkdən doymasın.

Ömür azdır bu gün sabah bitəcək,
Əcəl gəlıb canımıza çokəcək.
Eşq məhəbbət yaşamasam bu gün mən,
Bir gün cismim torpaq olub itəcək.


Qoyun millətimin adı ucalsın

Ayıl ey millətim, qalq sən ayağa,
Lideri biz seçək düşsün gabağa.
Fikir verməyək qorxağa, yaltaģa,
Qoyun millətimin adı ucalsın,
Hər vətəndaş öz yurdunda qocalsın.

Əlimizə alaq rəngli bayrağı,
Gücümüz titrətsın zirvəlı dağı.
Yaxşı seçək indi qaradan, ağı,
Qoyun millətimin adı ucalsın,
Hər vətəndaş öz yurdunda qocalsın.

Qorxu salaq düşmənin alayına,
Kim gələcək görək onun harayna.
Xayın yazaq milli məclis adına,
Qoyun millətimin adı ucalsın,
Hər vətəndaş öz yurdunda qocalsın.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: