- 24 aprel 1982-ci ildə Ucar rayonunun
Məlikballı kəndində anadan olub.
Məlikballı kənd orta məktəbini bitirdikdən sonra
Azərbaycan Dövlət Pedoqoji Universitetinin
Filologiya fakultəsində ali təhsil alıb.
İlk mətbuu şeiri 2003-cü ildə "And" qəzetində
çap olunub.
Sonra "Sərbəst düşüncə", "Şərqin səsi",
"Elm və təhsil", Ziya", "Oxu məni" qəzetlərində,
İranda dərc olunan "Ədəbi Körpü" dərgisində,
turan.info.az, Zirve.İnfo, Vetenim.info saytlarında,
5 cildlik "Zirvə" poeziya antologiyasında,
"Rübailər", "Qara-arxac", "Sazlı-sözlü Borçalı" və
"Canım Azərbaycanım" ədəbi məcmuələrində,
"Ömrün bir səhifəsi", "Bitməz olan duyğularım var mənim" poeziya almanaxlarında,
"Türk dünyası şeir antologiyası"nda,
"Çarıqçı," "Dəli ruh" ," Dərviş", "Cır arı" təxəllüsləri ilə şeirləri və hekayələri işıq üzü görüb.
Biz də hörmətli Dilarə xanımın bir neçə şeirini
aşağıda turan.info.az-ın dəyərli oxucularına təqdim edir
və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Zemfira ASLANQIZI,
turan.info.az
Turan
Tək bir canda ruhdur Turan,
Köksumdəki odur vuran,
Eyy Turanı bana soran
Bitməyən umudumdur o!
İlk arzum,tək yurdumdur o!
Babalarimın arzusu,
Kəlmələrimin mövzusu,
Qorxutmaz gözumü pusu
Ən müqəddəs andimdır o!
İlk eşqim,tək yurdumdur o!
Xəyalımdir qurd baxışlı
Yollari eniş-yoxuşlu,
Düsmanları sinsi ,dişli
Səbrimdir,inadımdır o!
ilk eşqim,tək yurdumdur o!
Dunyanın dərdləri nə ki?
Həsrətimdir könlumdəki
Türkəm deyənə soylə ki
Həm sevinc,həm dərdimdir o!
İlk eşqim, tək yurdumdur o!
Qadın
Qadin saçlarinda siğal yeri var,
Bir kişi əlinin izinə mohtac.
Tənhaliq ayazdır, ömrə yagan qar,
Bir ilıq baxışın yazına möhtac.
Qadın bir çiçəkdir, yaza aldanar,
Bəzən yaz gəlməmiş açilar, solar,
Vara, yoxa, çoxa, aza aldanar,
Bəzən də doğmalar qatili olar.
Bircə qığilcimın ömrü qədərdir,
İlk sevgi, ilk esqin xosbəxt etməyi,
Yazilar ömrunə həsrətin dərdi,
Qadin ustün tutar çıxib getməyi.
Ya da dözub durar bala xətrinə,
Fəda edər şirin canı susaraq,
Bəzən bir kəlmənin xala-xətrinə,
Min zəhərli sözə qulaq asacaq.
Torpaqdır nə əksən onu biçərsən,
Ya bag eyləyərsən, ya da daş-kəsək,
Qadin var yolunda candan keçərsən,
Qadin var sındirdan səni kəsəcək.
Susursan,bəxtimə yazilan adam!
Qadın güvənməli kişi sözunə.
Ya qəlbə, ya da ki qürura davam...
Mən sənçün yaşadım, sənsə özunə.
Şeir
Şeir yoluxucudur...
Sevgi kimi,gülüş kimi.
Ən gözəl söz yadda qalar
İlk baxış,ilk öpüş kimi.
Şeir ana körpəsidir...
Ruhun dolub hıçqıranda
Şeir bir ana səsidir.
Hər yeni misra yazanda
Yenidən bir sən doğular..
Bu möcüzə aləmində
Bir sən varsan,bir duyğular...
Şeir sözlü qanadlardır...
Şeir yazanın özüdür...
Şeir ruhunu anladır...
Şeir yazanın izidir...
Ruhum sözlərin aşiqi
Qarışıram şeirlərə
Hər zərrəmdə bir şeir var
Hər şeirimdə bir Dilarə...
SEVDİYİM
Həyat kimi hazırlıqsız,
həyat kimi ansız gələn,
Bahar öncəsi günəştək
Könlümə zamansız gələn...
Məndən ətrimi qoparan
Ümidlərimi aparan
Xəyal olub yoxa çıxan,
Həsrət olub sonsuz gələn
Sevdiyim.........
Mələk kimi ağ ümidin qanadında
Şeytan kimi ağ yalanların ardında
Elə bildim xoşbəxtliyi taparam
Yoxluğuyla ruhum gedən
Varlığıyla da söz gələn
Sevdiyim.......
Canımı acitmir həyat
Heç dinmədi ki acilar..
Nə sənsiz gözüm yumurlar
Nə sənsiz ürək açılar
Hər damlayla gözümdə qürur kiçilər
Kicildikce yerə vuran
Çoxaldıqca da az gələn
Sevdiyim..............
Sən gedəli
Sən məndən uzağa getdin gedəli
Bir yaz yağışına döndü bu sevgi
Buludun gözümə endi kölgəsi
Şeh vurdu,köz kimi söndü bu sevgi.
Niyə əllərimin istisi yoxdu?
Ürəyim yanırsa tüstüsü yoxdu
Bu dəlinin özgə bir kəsi yoxdu
Axıb ürəyimə endi bu sevgi.
Getdin bu bədəndən canı apardın,
Ömrümü buraxdın,günü apardın,
Səni qoyub məndən məni apardın,
Ruhsuz qəlbim kimi sındı bu sevgi.
Niyə nəgmələnir indi bu həsrət,
Nə gəl deyə bildim,nə dəki çıx get,
Susub acıları ürəyinə at
Mənim taleyimdə sondu bu sevgi.
GEDƏK
Üz döndərdim üzü dönük dostlara,
Nə gərək var etibarsız kəslərə,
Qoşulmayaq yaxşılara, pislərə
Gəl tut əllərimdən, uzağa gedək!
Bir dünya həsrəti qoyaq geridə,
Gəlməsin bizimlə dərdin biridə,
Bizimlə gedəcək olsaq harada
Bəxtimiz qoyarmı qabağa gedək?
Quraq xəyalları göyün üzündə
Sevgim körpə kimi yatsın dizində,
Qapılıb dalğaya eşq dənizində
Bütün kəm gözlərdən irağa gedək!
Qəlbimin aynası sevincə möhtac,
Dünyaya gözüm tox,ruhum isə ac,
Sevgimi,həsrətmi,sən birini seç
Orada əbədi qalmağa gedək!
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.