1979-cu ildə Kirovabad (İndiki Gəncə) Politexnik İnistututunun "trikotaj məmulatı" fakultəsinə qəbul olub. Uzun müddət Agdam dəzgahqayırma zavodunda işləmişdir.
Şerə, ədəbiyyata böyük maraq, həvəs gostərən Vəliyəddin Xanlarov yazdıqları şerlərləriylə hələ gənc yaşlarindan oxucuların diqqətini cəlb edib və bir necə qəzetlərdə şerləri cap olunub.
Ailəlidir. İki övladi və üc nəvəsi var.
Aşağıda Vəliyəddin Adilin bir neçə şeirini oxucularımıza təqdim edirik.
Rahilə QARALOVA,
turan.info.az
Xoş gəlmisiz, Agdama
Ürəyimdə ən böyük, bircə arzum var mənim
Kaş yurduma qayıdıb ,qarşısında diz çöküm
Gedib doyunca gəzim, dogma elin, çəmənin,
Aparıb qucaq-qucaq, yamacında , gül əkim..
Gəzim bir də dolanım, çölün, düzün, dərəsin
Görüm yaşıl meşəsin hər bagın, hər bərəsin
Çixım sərt qayasına, gəzim bir -bir hərəsin
Girim həyət, bacaya ,hər tərəfə baş çəkim
Dərdim yaman çoxalıb çəkməyə çatmır gücüm
Səbr də çatmır artıq, axı, haracan dözüm
Həsrətini çəkməkdən görmür, saralıb gözüm
Necə gedim yurduma, hasar çəkim, ev tikim
Adiləm, sahib çıxıb ,dönəcəyəm yurduma
Güvənim çoxalıbdir, qorxu bilməz orduma
Qismət olsun dostları, dəvət edim, Agdama
Sizin gələn yollara çiçək töküm,gül töküm
Dərd çəkməkdən yorulmuşam
Kədər məni boganda, icin- icin agladım
Allahımı çagırdım, ona ümid bagladım
Alınan hər bir kəndə, ayrıca yas saxladım
Yanıb kül olan yurda, özüm şahid olmuşam
Viran oldu bir anda ,sanki yox imiş Agdam
Kimə deyim ki mənim, gəl şərik ol dərdimə
Özüm də mat qalmışam dözümümə səbrimə
Ziyarət olur hər gün , Şəhidlərin qəbrinə
Gör neçə illərdi mən qəm, kədərə yoldaşam
Viran olub necə kənd,dagılıb, yoxmuş Agdam
Getdi bag- bagçalar, getdi daglar, dərələr də,
İndi . düşmənlər gəzir o yurdda , o yerlərdə
Agdam adı gələndə yaman düşürəm dərdə
Adiləm, dərd çəkməkdən canı xəstə salmışam
Viran olub neçə kənd, dagılıb, yoxmuş Agdam.
Kimi gəlir,kimi gedir..
Vaxtsiz əcəl qəfil gəlib çatırır
İstəmədən ayrılırsan həyatdan
Yoxa çıxır bircə anda bir ömür
Kimi gəlir ,kimi gedir dünyadan
Öyünmə ki bu həyata gəlmişən .
Nə yaşayıb hələ nələr görmüsən
Bu dünyanın oyunlarin bilmirsen
Kimi gəlir ,kimi gedir dünyadan
Ömür var ki, hər bir anı gözəldi.
Ömür var ki doguldugu hədərdi.
Ömür var ki ,olüm ondan betərdi.
Kimi gəlir ,kimi gedir dünyadan
Zaman keçir ömür gedir yaş ötür
Saç agarır, bel bükülür diz çökür
Karvan köçür aglar gözlər yaş tökür
Kimi gəlir , kimi gedir dünyadan.
Belə qurub bu dünyanı yaradan.
Köçməlidir hamı bir-bir dünyadan.
Adil belə yaranıbdır bu dövran .
Kimi gəlir , kimi gedir dünyadan
Eşitdin arzumu, ey böyük Allah,
Çıxdıq şükür yenə gözəl sabaha.
Xalqıma acı gün yaşatma daha..
Yaşanan günləri unudaq getsin.
Kəsmə sən evlərdən, gülüşün səsin.
Qadir Allah , yetiş hər an sən dada.
Olmasın qoy möhtac bir kimsən yada.
Ümidimiz bircə sənsən ey Allah.
Hər kəs diləyini səndən diləsin.
Kəsmə sən evlərdən gülüşün səsin.
Gəlməsin yurduma belə bəlalar.
Tökməsin göz yaşın yaziq Analar.
Bagışla hər kimin nə günahı var.
Hamı qoy qayıdıb, imana gəlsin.
Kəsmə sən evlərdən gülüşün səsin
Dogma torpagına həsrət qalanı.
Qovuşdur yurduna batmasın qani
Dərd çəkməkdən xəstə düşübdür canı.
Adil xoş günlərin görsün hər kəsin.
Kəsmə sən evlərdən gülüşün səsin.
~``QARABAGA İRƏLİ.!~``
Çəksə də hər müsibət, hər əzab,hər zilləti.
Bütün dünyaya bəlli , millətimin qeyrəti.
Qaytaracaqdır geri , itən şanı, şöhrəti.
Ordum azad edəcək,hər kəndi ,hər şəhəri .
Bircə əmr gözləyir ,QARABAGA İRƏLİ.!
Gəlməz saya yurdumun qeyrətli ogulları.
Birləşib qoyacaqlar , bilin dag üstə dagı.
Belə güclü ordunun dözməz önündə yagı.
Bütün xalqın dərdidir,ordumuzun da dərdi.
Bircə əmr gözləyir ,QARABAGA İRƏLİ.!
Arxadır xalqa ordum,əvəzi yox cahanda.
Ürək bir daga dönür hər onlara baxanda.
Şad olacaq obamız, ag günlərə çıxanda.
Adilin də güləcək, açilacaqdır qəlbi.
Bircə əmr gözləyir ,QARABAGA İRƏLİ.!
Başqa dövrə düşsə bəlkə həyatım.
Kədərə , qüssəyə yoldaş olmazdım.
Fikirlər , xəyallar üzməzdi məni.
Qüssədən bu qədər tez qocalmazdım
Tapmaram axtarsam ölüncə belə.
Çatmaz əlim köcən əzizlərimə.
Dərd gəldi ilbəil dərdlərim üstə.
Könlüm aciq olsa hec qocalmazdim.
Qaldı tapdaq altda yurdum otuz il.
Bir igid ömrüdür az zaman deyil.
Gəzssəydim yurdumu,etsəydim seyr.
Bitsəydi bu həsrət hec qocalmazdim.
Adiləm, çatmamış altmış yaşıma.
Qar ələndi, qara saçlı başıma.
Bu cavanlıq şəklin vurun daşıma.
Onda cavan qalıb hec qocalmazdim.
Baş əydi
Gəldim ömür yolun gözəl çag ilə.
Mənə bu yollarda dag da baş əydi.
Olmadı həvəsim dövlət var ilə.
Önümdə dövlət də ,var da baş əydi.
Mən belə böyüdüm körpəliyimdən.
Hamıya xoş oldum sadəliyimnən.
Dönmədim tutdugum düz niyətimdən
Zirvədən əridi , qar da baş əydi.
Düşsəm də bu yolda borana , qara.
Tapdım çox dərdimin dərdinə çara*
Demədim bir yol da gəlmişəm zara
Kaman inildədi , tar da baş əydi.
Halallıqla sevdim halal zəhməti.
Qazandım hər kəsdən xətir hörməti.
Adili əyilən kimsə görməd..i
Önündə qartal da, sar da baş əydi.
.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.