1999-cu ildə Kolagir kənd orta məktəbinin 9-cu sinifini bitirib.
Sonra təhsilini Teleti Texniki İqtisadi kollecində davam etdirib.
2003-cü ildə həmin kollecin İnjiner-mexannik fakultəsini bitirib.
13 yaşından saz çalmağa, el şənliklərində, toy düyünlərdə iştirak etməyə başlayıb.
İndidə Aşıq və müğənni kimi fəaliyyət göstərir.
Bədii yaradıcılıqla da məşqul olur.
"Borçalı" ozan cəmiyyətinin fəal üzvlərindən biridir.
Biz də Şahid Əli oğluna yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini turan.info.az-ın dəyərli oxucularına təqdim edirik.
Rahilə QARALOVA,
turan.info.az
Kolayrım
Borçalının ürəyidi bu kəndim
Dayağıdı gərəyidi bu kəndim
Arxasıdı köməyidi bu kəndim
Elim obamsan mənim Kolayrım
İsti yuvamsan mənim Kolayrım.
Bəzəkdi kəndimə qədim qalası
Tarixdən xəbərdi qoca zağası
Xəstəyə məlhəmdi suyu havası
Adım sanımsan mənim Kolayrım
Dadım tamımsan mənim Kolayrım.
Bağlarının bərəkəti barı var
Dağlar kimi əyilməz vüqarı var
Hər sevənin vəfalı bir yarı var
Xoş həyatımsan mənim Kolayrım
Uca adımsan mənim Kolayrım.
Sənin xoş gününə sevinmişəm mən
Sənin qeyrətinlə öyünmüşəm mən
ŞAHİDƏM qoynunda böyümüşəm mən
Atam anamsan mənim Kolayrım
Qol qanadımsan mənim Kolayrım.
Olubdu
Ellər yaman kövrəlmişəm,
Dərdim artib yüz olubdu,
Esqim sevdam məhəbbətim,
Dilə düsüb söz olubdu.
Esqi məni məsd eyləyən,
Meni qəmnən dosd eyləyən,
Bu canima qəsd eyləyən,
Süzgün baxan göz olubdu.
Sahidəm mən,haqdi yolum,
Fələk kəsib sagim solum,
Baglanibdi əlim qolum,
Cəlladim bir qiz olubdu.
Dünyadan
Insanin arzusu tükənmir yarəbb
Doymayir insanin gözü dünyadan
Coxlari shəninə seir deyəcək
Coxlari yazacaq sözü dünyadan.
Bulaq tək qaynayib töküldüm caya
Qanimda yogrulub halaldan maya
Sükr edib Allahin verdiyi paya
Hələki raziyam düzü, dünyadan.
Silinməz, pozulmaz izi qalsada
Shahidin yadigar sözü qalsada
On adam dünyadan razi qalsada
Narazi gedəcək yüzü dünyadan.
Qiyamətin çatan günüdür
Hami biri birin aldadir lələ,
Deyən qiyamətin catan günüdü,
Esq də sevgidə saxtadir lələ,
Deyən qiyamətin catan günüdü.
Qeyrət yaddan cixib namus,ari yox,
insanin insana etibari yox,
indi hec bir kesin beh bazari yox,
Deyən qiyamətin catan günüdü.
Sahidəm imanim dinim Allahdi
Məkkə Mədinədi yönüm, Allahdi
Bircə pənah yerim mənim Allahdi
Deyən qiyamətin catan günüdü.
Dostlar
Dilim qələm olub urəyim dəftər,
Hər dərdi qəlbimə yaziram dostlar,
mənim cəkdiyimi fil cəkə bilməz,
Birtəhər dayanib dozurəm dostlar.
Deriyə dönülməz yola düsmüşəm,
Nagila dönmüsəm dilə düşmüsəm,
Bir qızın esqindən çölə düşmüşəm,
Məcnun tək çölləri gəzirəm dostlar.
Bəzən qəm cəkirəm azar görürəm,
Çoxların azara düçar görürəm,
Bəzən imarəti məzar görürəm,
Bəzən həyatimdan bezirəm dostlar.
Ömrüm hey kədərdi, qəmdi məlaldi,
ÖtƏn hər bir günüm şirin xəyaldi,
Birdə görərsiz ki, Sahid qocaldi,
Ömrümü, günümü üzürəm dostlar.
Ömrümün baharı gülə
Sən idin gözəlim ömrün bəzəyi
Gəl ki ömrümün baharı gülə
Sən idin baxçamın gülü çiçəyi
Gəl ki könlümün gülzarı gülə.
Düşmüşəm dumana düşmüşəm çənə
Daş uağaydı səni gördüyüm günə
Peşiman olacaqsan özün özünə
Qıymaram dərdinə əğyarı gülə.
Söyləyin dərdimiz bizdə bir bilək
Kələklə gələni aparıb külək
Düşmən tək dərdinə ey zalım fələk
Qoyma Şahidin öz yarı gülə.
Gəlmişəm
Borçalı elinin isti qoynuna
Kolagirin qucağına gəlmişəm
İşıqlı bir yurda nurlu bir elə
Kolagirin çırağına gəlmişəm.
Güllü bir çəmənə güllü bir düzə
Şirin bir kəlməyə şirin bir sözə
Gözəl bir tərlana gözəl bir qıza
Kolagirin bulağına gəlmişəm.
Bizdə yaranmışıq sevinmək üçün
Şan şöhrət ad sanla öyünmək üçün
Şahidəm hayatda isinmək üçün
Kolagirin ocağına gəlmişəm.
Qocasan demə
Gözəlim sən mənə qocasan demə
Dünyada hər insan qocalacaqdı
Baxma saçlarımın ağ olduğuna
Bir vaxt səninki də ağaracaqdı.
Axmısan qəlbimə sel tək ay gözəl
Qəlbindən qəlbimə yol çək ay gözəl
Saraltma ömrümü gül tək ay gözəl
Sənin ömründə gül tək saralacaqdı.
Hər kəs səni anlayıb səni dinləsə
Xoşbəxtlik ömrünə saf nur çiləsə
Ay Şahid sevdiyin sənə yar desə
Ürəyin dağ kimi ucalacaqdı.
Sahid Geysərov və Nail Dağlaroğlu
deyişmə
Şahid Geysərov:
Məndən salam olsun, arif olana,
O, nədi yeddi can bir başın üsdə?.
Yığılır cəmlənir sonda bir olur,
Sayı əlliiki oniki dəsdə?.
Nail Dağlaroğlu:
Salam olsun qıfılbəndi yazana,
Yeddi günü bircə həfdənin üsdə.
Yığılır cəmlənir sonda il olur,
Həfdə əlliiki ay oniki dəsdə.
Şahid Geysərov:
O, nədiki ata minər səslənməz?,
O, nədiki yerə düşər paslanmaz?.
O, nədiki suya düşər islanmaz?,
Çoxlu baxanları eyləyər xəsdə?.
Nail Dağlaroğlu:
O, yəhərdi ata minər səslənməz,
O, qızıldı yerə düşər paslanmaz.
Günəş şüasıdı suda islanmaz,
Çoxlu baxanları eyləyər xəsdə.
Şahid Geysərov:
Şahid deyər dörd ev gördüm hazarat,
Biri yaşıl, biri aldı hazarat.
Biri sarı biri ağdı hazarat,
Kimki tapa canım qurban o dosta.
Nail Dağlaroğlu:
Nail deyər dörd fəsildi agah ol,
Yaşıl yazdı, al da yaydı agah ol.
Sarı payız, ağ da qışdı agah ol,
Qoç-qoyun qurbandı söz qanan dosta.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.