Polad yumruq Qarabağda göründü,
Tarixin gərdişi tərsinə döndü.
Bizim eramızın çırağı yandi,
Tanındı dünyada Azərbaycanım,
Göydə Allahim var, Yerdə İlhamım.
Ordumuz gücünü Öndərdən aldı,
Verilən vədlərə o sadiq qaldı.
Ordumuz güvənib Qələbə çaldı,
Köhnə Qarabağa təzə yol saldı.
Hər yeni uğura qaynadı qanım,
Göydə Allahim var, Yerdə İlhamım.
Üç rəngli bayrağım galxdı göylərə,
Gənclərim döndülər pələngə, şirə.
Qalib gələn kimi Tomrisim Şirə,
Yumruq zərbə vurdu qansız kafirə.
Şuşada səsləndi tarım, kamanım,
Göydə Allahim var, Yerdə İlhamim.
Güclü ordumuzdan qala yaratdı,
Doğma Qarabağı Vətənə gatdı.
Bütün Azərbaycan arzuya çatdı,
Özünə ölməzlik imzasın, atdi.
Günəş tək parladı şöhrətim, şanım,
Göydə Allahim var, Yerdə İlhamım.
Yeni tarix yazdı əməllərilə,
Vaqif, Natəvanı gətirdi dilə.
Can verdi soluxan Xarıbülbülə,
Gənclər yallı getdi şən gülə gülə. .
Qarabag bizimdir! Dinim, imanım,
Göydə Allahim var, Yerdə İlhamım.
Dəmir yumruq qırdı sənin belini,
Yatağanla kəsdi acı dilini.
Təşvişlərə saldı qurma elini,
Söndürdü əbədi çirkin meylini.
İyrənc amalından çəkil, ay zalım,
Göydə Allahim var, Yerdə İlhamim.
15.11.2020
Türküm möcüzədir!..
2020-ci il yanvarın 24-də Türkiyədə baş vermiş Zəlzələdə 39 ölən, yüzlərcə yaralanan olub
Başınız sağ olsun, türküm, Türküyəm,
Kədərin qəmidir Azərbaycan.
Sən ağlayan zaman çətin kiriyəm,
Axı bədənimdə çağlayır qanın.
Türküm vüqarlıdır əyilə bilməz,
Elağız ayağa duracaq sabah.
Türkün düşməninə söyülə bilməz,
Onun qeyrətinə bələdəm vallah.
Türkiyəm, ağlama olsa da çətin,
Bu günün bəlalı anları keçər.
Ağri əzəmətli bir məmləkətin,
Milləti əzablı yolları seçər.
Elağız da gördü dəhşətli dağı,
Gözyaşı qoynunda Xəzərə doldu.
Gənclərin şadlanan, sevinən çağı,
Əkilən gülləri bir anlıq soldu.
Türküyəm hazıram qan verməyə mən,
Qoy qardaş qəlbində qanım çağlasın.
Hazıram canımdan can verməyə mən,
Qoy türküm sevinsin düşmən ağlasın.
Elağız, güləcək oğlun, qızın,
Türklərə sevinmək, gülmək yaraşıb.
Yenə sayrışacaq göydə ulduzun,
Qəminlə kədərim bil qucaqlaşıb.
Əyri minarən də Xankəndin də bil,
Mənə doğmadır Xəzərin kimi.
Biz iki dövlətik birliyimiz dil,
Türkəm, türk qalacam əzəlim kimi.
Sızlama, Elağız, depremlə döyüş,
O ötüb gedəcək sən qalacaqsan.
Böyük Türkdünyala dərdini bölüş,
Yenə də zəfərlər qazanacaqsan.
Sənaye, ticarət mərkəzi şəhər,
Yenə Tanrısından qüvvə alacaq.
Ərəb bala, Ulu cami türbələr,
Əzəl varlığına sadiq qalacaq.
Elağız bölürük sənin yaşını,
Ağlama, qardaşım, düşmənin gülər.
Dinlə qardaşlığın simfoniyasını,
Türküm möcüzədir çalacaq zəfər.
25.01.2020-ci il
Bilal ƏNSƏR,
AYB və AJB-nin üzvü
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.