Masallı rayonunun, Qasımlı kəndində anadan olub.
1982-ci ildə Yeddioymaq kənd tam orta məktəbinin
1-ci sinifinə gedib.
Dərslərini yaxşı oxuduğuna görə, fəxri fərmanlarla
təltif olunub.
1991-ci ildə Qasımlı kənd məktəbindən məzun olub.
Şeir yazmağa 3-cü sinifdən başlayıb.
İlk şeirini özünə həsr edib:
“Ay Allah nə yaman dərdlidir bu qız”.
O, bu şeirində bir qızcığazın ata həsrətilə
necə yaşadığını qeyd edib.
Hazırda mütəmadi olaraq şeirlər yazır.
Yazdığı şeirləri oğlu Mehdi müxtəlif qəzetlər vasitəsilə işıq üzünə çıxardır.
"Həyat bir imtahandır. Sən ondan dərs almalısan.
Hər günümə şükr edirəm" - deyən Ümüdvar xanımın
2 oğlu, 2 qızı var.
Hazırda Rusiyanın Biysk şəhərində yaşayıb-yaradır.
Biz də Ümüdvar Rəhman qızının bir neçə şeirini
turan.info.az-ın dəyərli oxucularına təqdim edir
və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Zemfira AYVAZOVA,
turan.info.az
Ay allah nə yaman dərdlidir bu qız
Bir qız yeni çatmış altı yaşına,
üz tutmaq istədi ata və qardaşına.
Gördü heç kim yoxdur, yalqızam, yalqız,
Ay allah nə yaman dərdlidir bu qız.
Sonra tez oturub dedi özünə:
“bəlkə ata sözünü mən anamdan soruşum?
Qoy mən də onların qəmlərinə qatlaşım.
Onlar elə bilirlər, duymuram ata sözün,
düzdür, mən heç görmədim bir dəfə ata üzün,
amma bilirəm ki mən, atasızam, atasız,
Ay allah nə yaman dərdlidir bu qız”.
Qız bilir dərdinin yoxdur məlhəmi,
çox da deyirlər: var dayı, var əmi,
gəl faydası yoxdur bunun heç kimə,
savaşanda birilə deyirlər: dəymə yetimə!
Yetimin allahı yoxdurmu məgər?!
Yetimə dərdini sərki verərlər?!
Allah dözməyəcək buna amansız,
Ay allah nə yaman dərdlidir bu qız.
Allahın çox böyük hökmü də vardır,
hansı gəlin xoşbəxt, hansısa xardır,
bu həm qəmli qıza dünya da dardır,
ay allah heç kəsi qoyma atasız,
Ay allah nə yaman dərdlidir bu qız.
Ay allah nə yaman dərdlidir bu qız.
Dünya köhnə dünyadı
Yaralıyam bilən yox,
göz yaşımı silən yox,
deyirəm naxas allah,
bu günümə gülən yox.
Dağlara yağıbdı qar,
deməyə edirəm ar,
çünki insan öz dərdin,
ürəyində saxlayar.
Dünyada gün görmədim,
heç bir ömür sürmədim,
deyirəm ki, səbir edim,
yiyələsi tikəmdi,
axı səbirim tükəndi.
Birinə verər cəza,
dünya belə dünyadı.
birinə isə verər,
xoşbəxtliyə icazə.
Biri ürəkdən yandı,
de kim ona inandı?
Qulaq asırdısa o,
deyirdi hey, yalandı.
Götür boyuna inadı,
dünya belə dünyadı.
Dəyişdirilsin adı!
Dünya köhnə dünyadı.
Əzizim ağrar başım,
gör necə ağrar başım,
çəkdiyim zülm əlindən,
daim axar, göz yaşım.
Özümdən inciyim yoxsa, özgədən?
Bu nə haldır ki, indi düşmüşəm?
Öz-özümə deyib fikirləşirəm,
özgələr istehza etsə uzaqdan,
özümkü toxanar mənə nahaqdan.
Mən giley edirəm yenə talehdən,
Özümdən inciyim yoxsa, özgədən?
Qohumu qardaşı seçə bilmirəm,
məni çıxıblarmı heçə bilmirəm,
belə namərdlərdən qaça bilmirəm,
kimdən giley edim, de axı kimdən?
Özümdən inciyim yoxsa, özgədən?
Özgələr incitsə əvəzsiz qalır,
özümkü içimə od-alov salır,
ay allah, qorxudan rəngim saralır,
gözümü açandan gün görmədim mən,
özümdən inciyim yoxsa, özgədən?
Qəlbimi sındırma acı söz ilə,
içimi yandırma odlu köz ilə,
baxanda gəl baxma, dəhşət göz ilə,
cavab istəyirəm yenə talehdən,
özümdən inciyim yoxsa, özgədən?
Yenə gözlərimdə min bir sual var,
qəlbimi yandırar odlar-alovlar,
Ümüdvar axtararlar min bir sorağla,
sözümün düzünü gizləməm səndən,
özümdən inciyim yoxsa, özgədən?
Mənim arzum
İstərdim bu dünyaya mən yenidən göz açım,
yoxsa indiki kimi,
dərdin, qəmin əlindən,
bilmirəm hara qaçım.
İstərdim həm oxuyum, həm şeirim çap olsun,
istəmirəm ki, mənim, arzularım puç olsun.
Baxıram mən özümə, baxıram arzulara,
baxıram mən dəftərə, baxıram yazılara,
yox-yox görürəm bu arzu yiyəsi deyiləm mən,
qəlbimdəki bu dərdi kimə deyəsiyəm mən?
Bəlkə başa düşmürsüz, yoxdu dərdi-səriniz,
siz çölümü görürsüz, içimdən yox xəbəriniz.
Daha dərd ağardıbdır, bu qapqara saçımı,
bu ata həsrətidir, yandırıbdır içimi.
Hara baxıramsa mən, görürəm hey intiqam,
intiqamı alırlar, həm fağırdan yazıqdan,
inanın əzizlərim, dərdi çox olanları
tanıyıram uzaqdan!..
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.