Qələmin qılıncdan kəskindir sənin.
Girov Qarabagın, işğal Laçının
Şeirə tökulmuş səsindir sənin.
Hər misran həsrətdir, qəmdir dilinə,
Heç zərər gəlməsin şair könlünə.
Gedə bilməsən də bu gün elinə,
Şeirin Laçına izindir sənin.
Kaş ki, yazılmaya dərd qələminə,
Ayrılıq düşməyə şeirlərinə.
Bir də düşməsə də həsrət könlünə,
Laçının həsrəti bəsindir sənin...
Gilə ƏLİQIZI,
turan.info.az
.