Ad günün mübarək, Nahidə xanım!...

Ad günün mübarək, Nahidə xanım!...TƏBRİK EDİRİK!...

Bu gün əziz rəfiqəm, istedadlı qələm sahibi,
poeziya vurğunu, çox hörmətli
Nahidə Hacıyevanın doğum günüdür.

Naidə xanımı ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və
yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Gilə ƏLİQIZI.


***

Tutam əllərindən bərk bərk yapışam,
Alam dərd əlindən qoparam səni.
Qurtaram həyatın sərt caynagından,
Qoruyam hər dərdi bəladan səni.

Qoparam saçına düşən ag dəni,
Siləm gözlərindən qəmi, kədəri.
Yox edəm cöhrənə cökən kölgəni.
Alam bu dünyadan götürəm səni.

Körpə uşag kimi sıxam köksümə.
Dərdinin dərmanı logmanı olam.
Dikiləm qanuna hökmə fərmana.
Sagaldam eşq adlı yaradan səni...

***

Gündüzlər sevincdən gülən gözümü.
Gecələr qəm kədər viran eyləyir.
Hər yan sakitləsib səssiz qalanda.
Xəyallar başımda üsyan eyləyir.

Tənhalıq üstümə yeriyir yaman.
Ürəyim aglıma suallar verir.
Həyat vərəqlənir kecir gözümdən.
Bu günüm sabaha boş vədlər verir.

Üstəlik küləyin bu vəhşi səsi.
Dayanıb durmadan döyür qapımı.
Zülmət gecələrdə əzrail kimi.
Qısalan ömürdən xəbərlər verir...

***

Havalar soyusun,
Buludlar alsın göy üzünü.
Köcəri quşlar tərk etsin şəhəri.
Qoy yagsın buzlar bürüsün dörd yanımı,
Sən gəl...
Bir gün gəl ömrümə, tut əlimdən güllər acsın üzümdə.
Cıxaq şəhərə,dəniz sahilinə.
Sessiz gəzək sahil boyu.
İcimizdə cəkək qarın soyugunu.
Durduraq zamanı,
Ölümsüz edəy hər anı...

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: