Əjdər HÜMMƏT: Bir Cənubun harayında...

Əjdər HÜMMƏT: Bir Cənubun harayında... Hay verək haqqın səsinə,
Bir Cənubun nəfəsinə,
Bütöv Vətən həvəsinə,
Gəlin çıxaq evimizdən,
Oba-oba,küçə-küçə,
Haya çıxaq,küyə çıxaq,
Bəyan edək tarix boyu,
Bizdən olub bizsiz qalan,
Tarix yazıb izsiz qalan,
Ata-baba haqqımızı,
İtib batan qanımızı,
Parçalanmış torpağımızı...!
Əsrlərdir yad əlində,
Talan olub viran qalır,
Gedən gedib oyan artıq haran qalır ?!.
İnsanları əzik-üzük yoxsullara,
Bəylərimiz çevrilibdi qullara.
Xalqın batır,dilin batır,
Adın batır,elin batır,
Ürəyimə xəncər batır!!
Qalx ayağa Xalqım mənim,
Gözüm mənim canım mənim,
Gözləyir neçə soydaşın ,
Gözləri yolları çəkir,
Gec də olsa səs çıxaraq,
Olmasada arzuları,
Qoy səsləri boğulmasın,
Ümidləri dağılmasın,
Bağırları yarılmasın!!!
Mən bir Vətən yanında,
Cənubluyam Qərb elindən,
Şimallıyam Şərq elindən,
Yaralıyam Qəlb yerindən,
Bir Cənubun harayında...

Əjdər HÜMMƏT,
Azərbaycan Texniki Universiteti
YAP GB sədri,
AzTU THİK fakültə sədri,
Lahiyələr deportamentinin rəhbəri,
Nəzarət-Təftiş Komissiyasının sədri.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: